NHMT - Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı | İnsan hüquqları müdafiəsi NHMT -

Neft gəlirləri yoxsulluğun aradan qaldırılmasına xidmət etmir

Mətbuat üçün açıqlama. 26 aprel 2007-ci il. Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı İctimai Birliyi (NHMT İB) və Azad İqtisadiyyat Mərkəzi ARDNF-dan maliyyələşən Samur-Abşeron suvarma sisteminin yenidənqurulması layihəsinin monitorinqini apararkən Taxtakörpü su anbarının tikilməsi ilə əlaqədar köçürülməyi planlaşdırılan Üzümlü kəndinin (Qarabağlar) sakinləri monitorinq qrupuna ərizə ilə müraciət ediblər. Ərizə araşdırılarkən məlum oldu ki; • Taxtakörpü su anbarının tikilməsi ilə əlaqədar Üzümlü kənd (Qarabağlar) əhalisinin koçürülməsi zamanı onlara dəyimiş ziyan düz hesablanmayıb və bununla əlaqədar onlar pozulmuş hüquqlarının bərpası ilə əlaqədar Respublikanın 10-dan yuxarı müxtəlif qurumlarına müraciət edib. • Müraciət etdikləri qurumlardan biri də Meliorasiya və Su Təsərrüfatı Səhmdar Cəmiyyətidir. Şikayətçilər 10 aprel 2006-ci il tarixdə Meliorasiya və Su Təsərrüfatı Səhmdar Cəmiyyətin sədri cənab Əhməd Əhmədzadəyə müraciət edərək bildiriblər ki, köçürülmə ilə əlaqədar onlara məxsus evlərə və pay torpaqlarına qoyulan qiymət çox ədalətsizdir (4.000-12.000 manat arasında) və bu pula Dəvəçi rayon ərazisində ev və torpaq sahəsi almaq qeyri-mümkündür. Şikayətlərinə cavab almayan ərizəçilər 13 fevral 2007 tarixində Meliorasiya və Su Təsərrüfatı Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadənin qəbuluna ğediblər. Şikayətçiləri Səhmdar Cəmiyyətin rəis müavini Rəsul Paşaev qəbul edib. Qəbul vaxtı məlum olub ki, şikayətçilər heç bir sənədə qol çəkmədikləri halda onların imzaları ilə bəzi sənədlər mövcuddur. Ərizəçilərin iştirakı ilə araşdırma aparılarkən məlum olub ki, şikayətçilərin əvəzinə çəkilmiş qollar saxtadır və onlara məxsus deyil (R.PAşayev şikayətçilərə əlavə kağıza qol çəkdirib və imzaları tutuşdurub). Bununla əlaqədar kənd sakinləri Azərbaycan Respublikasının Baş Prokuroru cənab Zakir Qaralova da şikayət məktubu ünvanlayıblar. • Kənd əhlinə məxsus olan pay torpaqlarına verilmiş torpaq aktı 2006-cı ildə bələdiyyələr tərəfindən yığılıb. Sakinlər ondan dövlət aktını tələb etdikdə aktların Torpaq Komitəsinin sədri Qərib Məmmədovda olduğu bildirilib. • Kənd əhalisi ilə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti (AMST ASC) arasında bağlanmış alqı-satqı müqaviləsi yoxdur (kənd sakinləri heç bir müqaviləyə imza atmadıqlarını bildirirlər,12 nəfərə gecə şam işığında hansısa sənədə qol çəkdiriblər və izah olunub ki,həmin sənəddə yazılıb ki, onlar su anbarının tikintisinə etiraz etmirlər, sənəddə nə yazıldığını isə oxuya bilməyiblər, çünki latını bilmirlər) • Köçürülməyə məruz qalan insanlara dəymiş ziyana görə verilmiş kompensasiya çox aşağıdır və bu pula Dəvəçi rayonunda yaşayış üçün ev, yaxud torpaq sahəsi almaq qeyr-mümkündür. Hal-hazırda bu rayon ərazisində evlərin qiyməti 35.000 - 40.000 manat arasında,

Xarici şirkətlər qanunsuz miqrasiya ilə məşğul olurlar, Bəyanat

18 iyun 2007-ci il Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatına(NHMT)İB daxil olan ərizələrin araşdırılması zamanı məlum oldu ki,,Azərbaycan Respublikasında həyata keçirilən neft layihələrində iştirak edən bəzi xarici şirkətlər və ya onların nümayəndəlikləri ölkədə qanunsuz əmək miqrasiyası fəaliyyətləri ilə məşğul olurlar.Belə ki,onlar Azərbaycanlı işçiləri Rusiya Federasiyasına, Qazaxstan Respublikasına və digər dövlətlərə işləməyə göndərərkən «Əmək Miqrasiyası haqqında» qanunun müvafiq bəndlərini yerinə yetirmirlər.Belə ki: • Azərbaycan Respublikasının «Əmək Miqrasiyası haqqında» qanuna əsasən xarici ölkəyə əmək fəaliyyəti ilə məşğul olmağa qöndərilən yerli işçiləri onları göndərən müəssisə, təşkilat və digər hüquqi şəxslər tərəfindən müvafiq icra hakimiyyəti orqanının (Göstərilən halda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyin) miqrasiya Xidmətində qeydə aldırmağa borcludur. • Şirkətlərin nizamnamələrində, bu fəaliyyətlə məşğul olmaları qeyd olunmalı və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydə alınmalıdır. • Xarici şirkətlər, bu sahədə fəaliyyət qöstərmələri üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyindən xüsusi lisenziya almalıdırlar. • Xarici ölkələrə işləməyə aparılan işçilər onları qöndərən xarici şirkətlər tərəfindən həmin ölkədə fəaliyyət göstərən Azərbaycan Respublikasının səfirliklərində və ya konsulluqlarında qeydə alınmalıdırlar. Neftçilərin Hüquqların Müdafiə Təşkilatına daxil olan müraciətlərin araşdırması qöstərir ki, bu sahədə daha çox qanunsuz əmək miqrasiyası fəaliyyəti ilə məşğul olan xarici şirkətlər aşagıdakilardır: 1. « SVİFT Encinirinq»LTD 2. « Baku Oyl Servis» (BOS) 3. «BENVİLLE CORPARATİON» 4. «Cape İndustrial Servises» (CAPE) 5. «Netvok Encinirinq», (yerli Şirkət kimi qeydə alınıb) Qanunsuz əmək miqrasiyası ilə məşğul olarkən şirkətlər öz fəaliyyətləri zamanı işçilərin hüquqlarının pozulması hallarına da yol verirlər: • Əməkçi miqrantlarla əksər hallarda əmək müqaviləsi bağlanmır. • Əmək müqaviləsi Azərbaycanda bağlansa da AR – nin Əmək Məcəlləsinə üyğun tərtib olunmur. • Bir çox hallarda işçilərlə eyni işə görə iki bəzi hallarda isə üç müxtəlif tipli əmək müqaviləsi bağlanır(göndərən şirkət ,

ARDNŞ Azərbaycan qanunlarına məhəl qoymur. BƏYANAT

NHMT-nın Azərbaycanın neft sektorunun müxtəlif sahələrində apardığı monitorinqlərin nəticələri, Azərbaycanda həyata keçirilən neft layihələrini reallaşdıran xarici şirkətlərdə və ARDNŞ-nin müxtəlif strukturlarında çalışan işçilərərdən daxil olan şikayət ərizələrini araşdırıarkən,Azərbaycan Respublikasının qanunlarının yalnız xarici şirkətlər tərəfindən deyil,həm də ARDNŞ tərəfindən də pozulma hallarının mövcud olduğu məlum olmuşdur. NHMT İB-nə daxil olan ərizə,şikayətlərin əsasında təşkilatın müxtəlif vaxtlarda apardığı araşdırmaların nəticəsi göstərir ki, ARDNŞ-nin rəhbərliyinin zaman - zaman dəyişdirilməsi də həmişə müəyyən kateqoriya işçilərin vəziyyətinin pisləşməsi ilə müşayət olunub və rəhbərliyin son dəfə dəyişdirlməsi də bu cəhətdən istisna təşkil etməmişdir. Belə ki, aprel ayından başlayaraq indiyədək ARDNŞ-nin icra aparatında, Azneft İB-də, «Azərneftyağ» zavodunda,Bakı Dərin Özüllər zavodunda və şirkətin digər strukturlarında işçilərin qeyri-qanuni olaraq işdən azad edilməsi prosesi davam edir. Yeni təyin olunmuş rəhbərlər işçilərin sayının və ştatların ixtisarı adı altında,

Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının BƏYANATI

7 sentyabr 2006-cı il NHMT-nın Azərbaycanda həyata keçirilən neft layihələrinin reallaşdırılmasında iştirak edən şirkətlərdə insan hüquqlarının vəziyyətinin öyrənilməsi ilə əlaqədar apardığı monitorinqlərin nəticələri,təşkilat ekspertləri tərəfindən hazırlanmış tətqiqat materialları və nəhayət təşkilata müraciət edən 100-lərlə yerli işçinin yazdığı şikayət ərizələri sübut edir ki,ölkənin neft sektorunda insan hüquqlarının pozulması faktları hələ də müşahidə edilməkdədir: Belə ki,Çin Respublikasının Great Wall Drilling Companinin Azərbaycandakı Nümayəndəliyinin direktoru cənab Yüen Bao Lyan Azərbaycan qanunlarını və Beynəlxalq Əmək Təşkilatının konvensiyalarını tanımaq istəmir. Şirkət podratçı qismində Salyanoyl şirkətində qazma işlərini yerinə yetirir.Şirkətin 88№li buruğunda işləyən 40 yerli işçi,məzuniyyət hüququndan məhrumdurlar.Bundan əlavə: • İşçilərin xəstəlikləri ilə əlaqədar təqdim etdikləri xəstəlik vərəqəsi ödənilmir; • İşçilər üçün sağlam iş şəraiti yaradılmır • Xüsusi geyimlər keyfiyyətsizdir və iş şəraitinə uyğun deyil • Yerli işçilər üçün olan yeməkxanada yeməklər keyfiyyətsizdir • İşlərin əmək haqqından müxtəlif bəhanələrlə 17-20 dollar məbləğindən pul tutulur • İşçilərlə əmək müqaviləsi bağlanmayıb(işçidə əmək müqaviləsi yoxdur) • İşçilər əmək haqqı alarkən iki cədvələ qol çəkirlər Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı: • Great Wall Drilling Companinin Azərbaycandakı Nümayəndəliyinin direktoru cənab Yü en Bao Lyandan Azərbaycan Respublikasının qanunlarına vəBeynəlxalq Əmək Təşkilatının Konvensiyalarına hörmətlə yanaşmağı tələb edir; • Müvafiq Dövlət Qurumlarından (Vergilər Nazirliyi,

2007-ci il üçün Azərbaycanın neft sektorunda insan hüquqlarının vəziyyəti

Mətbuat üçün açıqlama NHMT İB- neftçilərə pulsuz hüquqi yardımlar edir. Məhkəmə proseslərinin monitorinqini aparır, proses zamanı hakimlər tərəfindən edilən hüquq pozuntuları və baş verən korrupsiya halları haqqında ölkə və beynəlxalq ictimaiyyətinə və müvafiq dövlət qurumlarına açıqlamalar verir. İnsan hüquqları o cümlədən sosail-iqtisadi və əmək huquqlarına riayət olunması haqqında alternativ hesabatların hazırlanmasında iştiak edir 2007-ci il ərzində Azərbaycan Respublikasının neft sənayesində çalışan işçilər bir çox sahələrdə öz əmək hüquqlarının bərpası ilə əlaqədar NHMT-nə müraciət etmiş və müxtəlif hüquqi yardımlar almışlar. Bu müddətdə təşkilatın ofisində yalnız telefon vasitəsilə və şifahi izahatlarla 400 nəfərə yaxın işçiyə(ARDNŞ,PCH, SVİFT Encinerinq» LTD ,SDL,KENTEK MqDermott, Çin Milli Karataj Şirkəti , Riqblast və s.) sosial,iqtisadi və əmək hüquqlarının bərpası ilə əlaqədar hüquqi yardımlar göstərilmişdir. 2007-ci il ərzində edilən təşkilata daxil olan şikayətlərin sayı-;- 900 -nəfər İşçilərin hüquqlarının pozulma səbəbləri və problemləri • İşəcgtürənlərin Azərbaycan Əmək Məcəlləsinin 44.3 , 45.4 və 47-cimaddələrini pozması (ARDNŞ və xarici şirkətlər tərəfindən) • İşçilərin öz huquqlarını,