NHMT - Arxiv NHMT -

NHMK'nın Azərbaycanda neft siyasəti və insan haqlarına dair məlumat (2003)

Neftçilərin Hüquqlarını Müdafiə Komitəsi (NHMK) Azərbayjanın neft sektorunda insan hüquqlarını müdafiyə edir, Ölkədə həyata keçirilən neft layihələrinə içtimai nəzarət edir, monitorinqlər həyata keçirir. Komitənin əsas fəaliyyət istiqamətləri aşağıdakılardır: 1. Azərbayçan Respublikası Dövlət Neft Şirkətində (ARDNŞ) insan hüquqları və qanunların ijrasına nəzarət; 2. Xariji neft kompaniyalarında, Əməliyyat Şirkətlərində (ƏŞ) və Müştərək Müəssisələrdə (MM) insan hüquqları və Azərbayjan qanunlarının ijrasına nəzarət; 3. Bakı-Tbilisi-Jeyhan (BTJ) əsas ixraj boru kəməri layihəsinin həyata keçirilməsi prosesinə ijtimai nəzarət; 4. Azərbayjan Respublikası Dövlət Neft Fondunun fəaliyyətinə içtimayi nəzarət və s. ARDNŞ-da 60.000 işçisi çalışır. İllik neft hasilatı 8,9 mln. tondur. Orta aylıq əmək haqqı 110$ təşkil edir. Ekologiya: ARDNŞ ətraf mühiti çirkləndirir, Neft Daşları və Çilov Adasında qazıma zamanı alınan şlamlar dənizə atılır. Neft və Qaz Çıxarma İdarələrinin neftin sudan ayrılma sexləri ətraf mühitə böyük ziyan verir. Süni yaradılmış neft gölməçələri (lay suları) radioaktiv mühitin yaranmasına səbəb olur. Təhlükəsizlik texnikası: Təhlükəsizlik texnikası qaydalarına əməl olunmaması nətijəsində bu il dəniz platformalarında 2 nəfər həlak olub (181-çi və 77-çi özüllər). Həlak olanlardan Kitayev Anatolinin jəsədi hələ də tapılmayıb. Agır iş şəraitilə əlaqədar çoxlu sayda vərəmli xəstə var. Peşə xəstəliyinə tutulanların sayı artır. Bunlara səbəb xüsusi iş qeyimlərin iş şəraitinə uygun gəlməməsi, işçilərin istifadə etdiyi içməli suyun çirkli olması (sular natəmiz çənlərdə saxlanılır, tibbi nəzarətdən keçmir), hava nəqliyyatındə tərəvəz və ət məhsullarının gigiyenik normalara uyğun olmayan bir şəraitdə aparılması. İnsan hüquqları: ARDNŞ-dən həbs olunan 13 siyasi məhbus var. Bu ilin 6 ayı ərzində 2 nəfər siyəsi motivlərlə işdən azad olunub. Struktur islahatlarının həyata keçirilməsi nətiçəsində 1500 nəfər işsiz qalıb. Ölkədə müstəqil məhkəmə hakimiyyətinin olmaması nətijəsində işsiz qalmış neftçilərin heç birinin iddiası təmin olunmayıb. İşçilərlə əmək muqaviləsi bağlanarkən Azərbayçan Respublikası Əmək Məjəlləsinin 45 və 47-çi maddələri kobudjasına pozulur. İşçilər iqtidar partiüasına – Yeni Azərbayjan Partiyasına (YAP) üzv olmağa məçbur edilir. YAP-a üzv olmaqdan imtina edən işçilər bir çox hallarda ya işlərini itirir, ya da müəssisə rəhbərliyi tərəfindən təzyiqlərə məruz qalırlar. İşə qəbul olunan hər bir işçi mexaniki olaraq həmkarlar təşkilatının üzvü sayılır və onun əmək haqqından qeyri-qanuni olaraq üzvülük haqqı tutulur. Həmkarlar təşkilatı «Sarı»,

«BOS ŞELF» şirkətində əmək xəsarəti almış İbrahimov Müqdət Əlövsət oğlu barədə məlumat

NHMK –nin sədri M.Qəhrəmanlıya «BOS ŞELF» şirkətində əmək xəsarət almış İbrahimov Müqdət Əlövsət oğlu Barədə Məlumat. İbrahimov Müqdət Əlövsət oğlu : Ünvan: Sahil qəsəbəsi, Bakı prospekti ev 64 mənzil 29. «BOS ŞELF» şirkəti ilə 01.02.2002-ci ildə əmək müqaviləsi bağlamışdır.Müqavilə müddətsiz bağlanılıb. 25.03.2005-ci ildə «BOS ŞELF»Şirkətində əmək funksiyalarını yerinə yetirərkən əmək xəsarəti alıb.Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin nəzdində dövlət Əmək Müvəttişliyinin nümayindəsi tərəfindən Təhqiqat Aktı tərtib edilib.Hadisənin istehsalatda olmasına baxmayaraq AR Nazirlər Kabinetinin 28.02.2000-ci il tarixli 27 saylı Qərarında göstərilən qaydada istehsalat zədəsi Barədə İ.Z. Aktının Bir nüsxəsi ona təqdim edilmir. « BOS ŞELF» Şirkəti xüsusən də kadrlar üzrə menecer Asif Bədəlov tərəfindən hadisə gizlədilməyə cəhd edilir və tibb orqanlarının( Şirkətə xidmətə tibb müəssəsi tərəfindən) köməyi ilə müvafiq sənədlərin verilməsində və TSEK-ə göndərilmədə süründürməçilik hallarına yol verilir. Qanunla nəzərdə tutulan qaydada « MC» tibb şirkəti tərəfindən 6 ay müddətinə xəstəılik vərəqi verilib. Diaqnoz: Sağ Baldır sümüyünün sınığı.Şirkət tərəfindən xəstəlik vərəqləri qəbul edilmir, bədbaxt hadisə baş verdikdən əvvəlki 2 aylıq əmək haqqı miqdarında, 3000 000 manatdan yuxarı orta aylıq əmək haqqı ödənilmir, daha az miqdarda əmək haqqı ödənilir,

KORRUPSİYA

Neftçilərin Hüquqlarını müdafiuə komitəsi 1996-cı ildə yaranıb.Komitə Azərbaycanın neft sektorunda insan hüquqlarını müdafiyə edir,korrupsiya və rüşvətə qarşı mübarizə aparır,Azərbaycanda həyata keçirilən neft layihələrinə ictimai nəzarət edir,monitorinqlər keçirir və.s NHMK 1997-ci ildən etibarən Azərbaycanın neft sektorunda baş verən korrupsiya ilə bağlı müxtəlif vaxtlarda mətbuatda faktlar açıqlamış ictimaiyyətin diqqətini bu sahəyə cəlb etmişdir.Lakin korrupsiyada maraqlı Azərbaycan hakimiyyəti bu barədə hələlik bir ölçü götürməyə çalışmır.Mətbuatda gedən açıqlamalar neft oğurluğu,verğidən yayınma,tikinti və təchizatda baş verən korrupsiya ilə əlaqədar olub.Məhz korrusiya nəticəsində yüz minlərlə insanın haqqı tapdalanı.Korrupsiya dənizdə ekoloji cəhətdən çirklənmə,iş sahəsində insan ölümü,ağır iş şəraiti,aşağı əmək haqqlarına səbəb olur.Neft sənayesində olan korrupsiya nəticəsində cəlirin əsas hissəsi büdcəyə daxil olmadığından büdcədə maaliyyə çətinliyi yaranır.Büdcədə olan maliyyə çətinliyin bəhanə edən hakimiyyət neft fondundan müxtəlif ödəmələrə əl atırlar,çoxlu sayda kreditlər götürürlər.Bu isə milyonlarla insanın hüququnun tapdalanması deməkdir.19 sentyabrda komitə korrupsiya ilə əlaqədar daha bir mətbuat konfransı keçirtdi.Şelflayihətikinti İstehsalat Birliyinin bir neçə sexi ni BP şirkəti(indiki Dərin özüllər zavodu) ABƏŞ Faza 1 layihəsi çərçivəsində tikinti quraşdırma sahəsi kimi icarəyə ğötürmüşdür.İcarədən alınan pullar istehsalatın yenidən qurulmasına və inkişafına xərclənməli idi.Lakin zavod rəhbərliü əldə olunan vəsaiti başqa sahələrə yönəltməklə pulun müəyyən hissəsini mənimsədilər.Rəhbərliyin əlaqədə olduğu podratcı özəl təşkilatlar dolayısı ilə onun özünə,

Azərbaycanda həyata keçirilən neft layihələrində çalışan yerli işçilərinhüquqları pozulur .

Azərbaycanda həyata keçirilən neft layihələrində çalışan yerli işçilərinhüquqları pozulur. Belə ki layihələrdə çalışan hüquqlarının pozulmasının əsas səbəbləri Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin MakDermott Şirkətində baş vermiş tətillə əlaqədar xüsusi hesabatından çıxarış -Yerli işçilərə qarşı diskrinimasiya; -Əmək haqlarının aşağı olması - Xarici şirkətlərdə Azərbaycan qanunlarının təmin edilməməsi -Yerli işçilərin xarici işəgötürən tərəfindən təhqirlərə məruz qalması -Xaricdən qüvvəsinin gətirilməsi və bunun nəticəsində yerli işçilərin ixtisara salınması -Yeməkxanalarda ictimai nəzarətin olmaması - Yerli işçilərə iş yerlərində həmkarlar təşkilatının yaradılmasına maneçiliyin törədilməsi -Yerli işçilərin ərizə və şikayətlərinə baxılmaması və s. Əvvəllər baş vermiş işçi etirazlarının boğulması Komitə Azərbaycanda həyata keçirilən neft layihələri ürzə həyata keçirdiyi montorinqlər,tətqiqatlar nəticəsində tərtib etdiyi hesabatlarda, bu layihələrdə çalışan yerli işçilərin hüquqlarının kütləvi surətdə pozulması ,yerli işçilərlə əmək müqaviləsi bağlanarkən yerli qanunlara istinad edilməməsi ,yerli işçilərin xarici işəgötürən və başqa vəzifəli şəxslər tərəfindən təhqir vətəyziqlərə məruz qalması haqda dəfələrlə ictimayiyətə açıqlamalar vermiş ,bunların aradan qaldırılması üçün əlaqədar qurumlara müraciətlər etmişdir.Lakin təəsüflər olsun ki,bu qanun pozuntularına hes bir zaman reaksiya verilməmiş və xarici işəgötürənlər həmişə «haqlı çıxmışlar»Azərbaycan məhkəmələrini korrupsiyalaşmış olması,bəzi hakimlərin rüşvət götürməsi ,ölkədəki müvafiq qurumların bu problemlərə etinasızlığı,çox vaxt yerli işçilərin öz hüquqlarının bərpası uğrunda apardığı mübarizənin boğulmasına səbəb olub. Belə ki,