NHMT - 2007-ci il üçün Azərbaycanın neft sektorunda insan hüquqlarının vəziyyəti

2007-ci il üçün Azərbaycanın neft sektorunda insan hüquqlarının vəziyyəti

Mətbuat üçün açıqlama NHMT İB- neftçilərə pulsuz hüquqi yardımlar edir. Məhkəmə proseslərinin monitorinqini aparır, proses zamanı hakimlər tərəfindən edilən hüquq pozuntuları və baş verən korrupsiya halları haqqında ölkə və beynəlxalq ictimaiyyətinə və müvafiq dövlət qurumlarına açıqlamalar verir. İnsan hüquqları o cümlədən sosail-iqtisadi və əmək huquqlarına riayət olunması haqqında alternativ hesabatların hazırlanmasında iştiak edir 2007-ci il ərzində Azərbaycan Respublikasının neft sənayesində çalışan işçilər bir çox sahələrdə öz əmək hüquqlarının bərpası ilə əlaqədar NHMT-nə müraciət etmiş və müxtəlif hüquqi yardımlar almışlar. Bu müddətdə təşkilatın ofisində yalnız telefon vasitəsilə və şifahi izahatlarla 400 nəfərə yaxın işçiyə(ARDNŞ,PCH, SVİFT Encinerinq» LTD ,SDL,KENTEK MqDermott, Çin Milli Karataj Şirkəti , Riqblast və s.) sosial,iqtisadi və əmək hüquqlarının bərpası ilə əlaqədar hüquqi yardımlar göstərilmişdir. 2007-ci il ərzində edilən təşkilata daxil olan şikayətlərin sayı-;- 900 -nəfər İşçilərin hüquqlarının pozulma səbəbləri və problemləri • İşəcgtürənlərin Azərbaycan Əmək Məcəlləsinin 44.3 , 45.4 və 47-cimaddələrini pozması (ARDNŞ və xarici şirkətlər tərəfindən) • İşçilərin öz huquqlarını, xüsusən də əmək hüquqlarını kifayət qədər bilməməsi, yerli məhkəmələr tərəfindən ədalətli və qanuni qərarların qəbul olunmmasına inamın olmaması. • İşçilərin bu sahədə marifləndirilməməsi. • İşəgötürənlər tərəfindən işçilərin əmək hüquqlarının qəsdən və ya bilməyərək pozulması və məhkəmələrdə bu qanunsuzluqlarının müxtəlif yollarla qorunması. • İşəqötürənlərin bu sahədə faliyyət qöstərən hüquqşunaslarının öz rəhbərlərinə düzqün və qanuni olmayan rəylər verməsi. • Məhkəmə Hakimlərinin Əmək Məcəlləsini və əmək qanunvericiliyinin tələblərini və şərtlərini bilməməsi. • Məhkəmə hakimləri tərəfindən əmək qanunvericiliyinə digər normativ hüquqi Aktlara nisbətən (məsələn cinayət məcəlləsi, mülki məcəllə və s.) az əhəmiyyət vermələri. • Həyat üçün yüksək təhlükə mənbəyi olan işlərdə çalışan işçilərin icbari sığorta olunmaması(ARƏM maddə 225) • Həmkarlar Təşkilatının öz funksiyasını yerinə yetirməməsi, işçilərin əmək, sosial və iqtisadi hüquqlarının və qanuni mənafelərinin təmin olunmasına ictimai nəzarətin zəif olması və ya olmaması (ARƏM maddə 309, Həmkarlar İttifaqı haqqında Azərbaycan Respublikası qanunu). • Xarici neft şirkətlərində insan hüquqlarını pozulması (mövcud vəziyyət). 1. ARDNŞ və BP arasında bağlanmış AÇG layihəsi üzrə 5 fevral 2007-ci il tarixli Protokol razılaşmasının(3 aylıq əmək haqqının və müavinətlərin verilməsi ilə əlaqədar) pozulması,bu protokolda və ARƏM-nin 77-ci maddəsində nəzərdə tutulan təminatların xarici şirkətlərin rəhbərləri tərəfindən yerinə yetirilməməsi və süründürməçi hallararına yol verilməsi. Bu rüb ərzində daxil olan şikayətlərin əksəriyyəti 5 fevral 2007-ci il tarixli Protokol razılaşmasının yerinə yetirilməməsi ilə əlaqədar olub. 2. ARƏM-nin 83.2, 87.3, 172.4 və s maddələrinin və digər normativ hüquqi aktların işəgötürən tərəfindən pozulması( əmrin surətinin,əmək kitabçasının və son haqq-hesabın əmək müqaviləsinə xitam verilərkən sonuncu iş günü işçiyə verilməməsi və ya ümumiyyətlə verilməməsi).Bu sənədlərin vaxtında işçiyə verilməməsi onu, bir ay müddətində məhkəməyə müraciət etmə hüququndan məhrum edir(ARƏM maddə 296) 3. ARƏM –nin 3-5, 16, 42-53, 68-79, 80-88 və s. maddələrinin işəgötürənlər tərəfindən kobud pozulması və işçilərlə əmək müqaviləsi əvəzinə (ARƏM –ə uyğun) mülkü hüquqi müqavilə olan podrat müqaviləsinin( Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun) bağlanması və bununla da işəgötürənlərlə əmək münasibətlərində olan işçilərin Əmək Məcəlləsində göstərilən hüquq və təminatlardan sünü surətdə məhrum edilməsi (PCL,Nobel oyl ,CSS, Baker Huqnes və s.) 4.Azərbaycan Respublikasının « Əmək Miqrasiyası haqqında Qanunun» pozulması: İşçi miqrantların qeydiyyata alınmaması. ( SVİFT Encinirinq, Encinirinq Netvok, Maqdermot, PCH,Tekfen, BossŞelf və s.) 4.Çarşabla işə gəldiyinə görə təqib olunma (BP-nin təchizat bazası) 5.ARƏM-nin 16,127,240-246-cı maddələrinin pozulması –Əmək məcəlləsi ilə qadınlara verilmiş hüquq və təminatlar 6. Əmək müqaviləsini qul Bazarı ilə səhv salaraq və AR ƏM - nin 45 və 47 - ci maddələrini pozub işçilərlə 7 ,11 gün yaxud bir ay müddətində əmək müqaviləsinin bağlanması (SDL,KENTEK,Çin Milli Karataj şirkəti) 7.Nazirlər Kabinetinin 9 yanvar 2003-cü il tarixli 3 saylı qərarının pozulması-Əmək xəsarəti aldığına görə İZ aktı veri lib,lakin işəgötürən tərəfindən müvafiq ödəmələr olunmayıb(MaqDermott,PCN,Bemville) 8.Əmək Məcəllənin 44, 49, 51, 68 - 76, 83, 84, 90, 164,165- ci maddələrinin (Əmək müqaviləsinin ba ğlanmaması və ya bir nüsxəsinin işçiyə verilməməsi, sınaq müddətinin pozulması, əmək müqaviləsinə qanunla nəzərdə tutulan qaydada xitam verilməməsi, əmrin surətinin,əmək kitabçasının və son haqq-hesabın əmək müqaviləsinə xitam verilərkən sonuncu iş günü işçiyə verilməməsi və ya ümumiyyətlə verilməməsi müvafiq əmrin yazılı surətdə tərtib edilməməsi, işçilərin normadan artıq işlədilməsi , əmək haqqının ikiqat ödənilməməsi və ya əmək haqqının ümumiyyətlə ödənilməməsi)və s. maddələrinin kobud şirkətdə pozan xarici şirkətlər: (SVİFT Encinirinq, Encinirinq Nevtok, Kentek, Riq Blast, Cin Milli Karataj Şirkəti, SDL, PSL). ARDNŞ-nin Azərbaycan Əmək Məcəlləsinin 44.3, 45.4-cü və 47-Cİ MADDƏLƏRİNİ pozması nəticəsində hər il çoxlu sayda «arzuedilməz» işçi iş yerini itirir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin -nin 2-ci maddəsinə əsasən işçilərlə işəgötürənlər arasında yaranan əmək mübahisələri Azərbaycan Respublikası Əmək Məcəlləsi ilə tənzimlənir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45.4-cü maddəsinə əsasən əmək funksiyalarının yerinə yetirilməsinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanılmalıdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45.4-cü maddəsinə əsasən belə hallarda əmək müqaviləsi müddətsiz bağlanmalıdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45.4-cü maddəsinə əsasən tərəflərin iradəsindən və ya qarşılıqlı razılığından asılı olmayaraq əmək funksiyalarının yerinə yetirilməsinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu belə hallarda əmək müqaviləsi mütləq qaydada müddəti müəyyən edilmədən bağlanılmalıdır. Yalnız Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsində göstərilən hallarda , yəni işlərin və ya xidmətlərin daimi xarakterə malik olmaması əvvəlcədən məlum olarsa , belə hallarda müddətli əmək müqaviləsi bağlanıla bilər. ARDNŞ-nin kadr üzrə mütəxəssisləri, hüquqşünasları və digər mütəxəssisləri Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45.4-cü maddəsini təhrif edərək, iş axtaranların köməksiz vəziyyətindən sui istifadə edir , tərəflərin iradəsindən və ya qarşılıqlı razılığından asılı olmayaraq əmək funksiyalarının yerinə yetirilməsinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğuna baxmayaraq işçilərlə müvəqqəti əmək müqaviləsi bağlayırlar. Məhz bunun nəticəsində də hər il yüzlərlə işçi öz iş yerini itirmiş olur. • Xüsusi təhlükəli şəraitdə işləyən neftçilərin həyatı sığorta problemləri Neftçilərin Hüquqlarını Mudafiə Təşkilatı(NHMT) İctimai Birliyinin Azərbaycanın neft sektorunda «işçilərin əməyin mühafizəsi hüququnun həyata keçirilməsi üçün olan təminatlarla» əlaqədar apardığı araşdırmalar , təşkilata Azərbaycanda həyata keçirilən neft layihələrini reallaşdıran xarici şirkətlərdə çalışan yerli işçilərdən və ARDNŞ-nin işçilərindən istehsalatda baş vermiş bədbəxt hadisələrlə əlaqədar daxil olan ərizə və şikayətlərin araşdırlması göstərir ki , istər xarici ,istərsə də yerli işəgötürənlər xüsusi təhlükəli şəraitdə işləyən işçilərin bədbəxt hadisədən sığortalanmasını həyata keçirilmir. ) Azərbaycan Respublikası Əmək Məcəlləsinin(ARƏM) 225-ci maddəsinə əsasən işəqötürənlər qanunvericiliklə müəyyən edilmiş qaydada və şərtlərlə həyat üçün yüksək təhlükə mənbəyi olan işlərdə çalışan işçilər işəgötürənlər tərəfindən mütləq icbari şəxsi sığorta edilməlidirlər Hesab edirik ki, işçilərin icbari sığorta olunmaması Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə onlara verilən hüquqlarının və təminatlarının pozulmasıdır Bir çox hallarda müəssisə rəhbərləri Əmək Məcəlləsinin 225.3 və 211-ci maddələrini əsas tutaraq yüksək təhlükə mənbəyi olan işçilərin siyahısının tərtib olunmadığını bəhanə edərək işçilərlə icbari sosial sığorta müqaviləsini bağlamaqdan imtina edirlər. Halbuki ARDNŞ-də və neft layihələrini reallaşdıran xarici şirkətlərdə mövcüd olan peşə və vəzifələrin yüksək təhlükə mənbəyi olan peşə və vəzifələrə aid olmasını Əmək Məcəlləsinin 225 və 211-ci maddələrində göstərilən siyahı olmadan da təyin etmək olar. Beləki, bu peşə və vəzifələrin yüksək təhlükə mənbəli peşə və vəzifələr olmasını AR-si Nazirlər Kabinetinin 92 , 175 saylı qərarları və s. digər Normativ hüquqi aktlar da təsdiq edir. Yuxarıda göstərilənləri əsas tutaraq Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı hesab edir ki. ARDNŞ-də və onun struktur bölmələrində,Azərbaycanda fəaliyyət göstərən bütün xarici neft şirkətlərində siyahının tərtib olunmamasını bəhanə edərək yüksək təhlükə mənbəyi olan işlərdə çalışan işçilərin , istehsalatda bədbəxt hadisələrdən və peşə xəstəliklərdən icbari sığorta olunmaması qanunsuzdur və işçilərin Əmək Məcəlləsi ilə göstərilən hüquqlarını və təminatlarını pozur. • İşçilərin içməli su ilə təchizatı(ARDNŞ-Azneft İB) : Ümumiyyətlə bu problemə yanaşma daha qlobal olmalıdır.Çünki,sualtı neft və qaz kəmərlərinin çəkilişi üzrə xüsusiləşmiş idarə və kadrlara malik olan ARDNŞ bu vaxtadək iri dəniz platformalarına(məs.Neft Daşları) sualtı su kəmərinin çəkilişini reallaşdırmayıb.Bu isə İri dəniz platformaları,əlahiddə dəniz özülləri və estakadalarında işləyən işçilərin su ilə təchizatında həm problemlər yaradır, onların sağlamlığı üçün təhlükə yaradır,həm də şirkət üçün baha başa gəlir.Uzun illərdir ki,adı çəkilən qurğuları içməli su ilə təmin edən gəmilərin su çənləri, nə də həmin qurğularda olan su çənləri vaxtlı vaxtında təmizlənib dizinfeksiya edilmir, gəmi ilə gətirilən və qurgulardakı çənlərdəki suların tərkibi xüsusi labaratoriya şəraitində yoxlanmır .Hal-hazırda istifadə olunan çənlər isə artıq 30-40 ildir istifadə olunur.Bu da müxtəlif xəstəlik mənbələrinə çevrilməklə işçilərin sağlamlığına təsir edir. • Xüsusi geyimlərlə təchizat(ARDNŞ-Azneft İB): .İşçilərin təchiz olduğu xüsusi geyimlər işlədikləri ağır iş şəraitinə uyğun deyil,keyfiyytsizdir.Tez sıradan çıxdığı üçün işçilər öz şəxsi paltar və ayaqqabılarından istifadə edir ,ki,bu da işçilərin sağlamlığına ciddi təsir göstərir. • İstirahət otaqları(ARDNŞ-Azneft İB): Sanitariya gigiyena normalarını cavab vermir.İstirahət otağı ilə yemək otağı eynidir.Növbədən çıxmış işçilər dincələ bilmir.Müvafiq məişət avdanlığı ilə təchiz olunmur.Əksər özüllərdə mövcud avadanlıqların çoxu işçilər tərəfindən alınır(İnventarlaşdırılma aparılsa faktlar öz təsdiqini tapa bilər). Bəzi idarə və müəssisələrə məxsus istehsalat sahələrində işçilər üçün sanitar qovşaqların olmaması yaxud da olduqca pis vəziyyətdə olması faktları da müşahidə olunur. • İşçilərin nəqliyyatla təmin olunması(ARDNŞ-Azneft İB) İşçilərin iş yerinə aparılıb gətirilməsi zaman üç növ nəqliyyəat vasitəsindən istifadə olunur : Hava nəqliyyatı-vertalyotla (bu nəqliyyat vasitəsindən yalnız vəzifəli şəxslər istifadə edir); Lakin bu halda : Vertalyotlar olduqca köhnədir; İnsanlara vertallyota minməmişdən qabaq təhlükəsizliklə əlaqədar heç bir təlimat verilmir; Uçuş zamanı sərnişinlər xilasedici vasitələrlə təmin olunmur Dəniz mədənlərinin ərzaqla bəzi hallarda avadanlıqlarla təmin olunmasında bu vertalyotlardan istifadə olunur,bu halda insanlar , ət,tərəvəz və qeyri məhsullar eyni vertalyotda yola salınır. Dəniz nəqliyyatı : Gəmilər köhnədir,hava küləkli və qasırğalı olanda işə gedə bilməyən neftçilərin sonradan dənizə yola salınmasında problemlər yaranır,işçilər vaxtlı vaxtında bir-birini əvəz edə bilmirlər(bu gəmilərin işə çıxma vaxtı yoxlanılsa məlum olar ki onlara hər gün iş günü kimi qeyd olunur,küləkli havada da,qasırğalıda da) Əlavə gəmiyə və onların yol vərəsinin yoxlanmasına ehtiyac var.Gəmilərin sərnişinləri üçün nəzərdə tutulmuş xilasedici vasitələrlə təminat aşağı səviyyədədir. Quru nəqliyyatı(avtobuslar) Bu avtobusların əksəriyyəti 60-70 –ci illərdə alınmış avtobuslardır.İşçilər işə yerlərinə çatıınca çox əziyyət çəkirlər. ARDNŞ-nin fəaliyyətinin ətraf mühitə təsiri ARDNŞ strukturuna daxil olan müəssisə və təşkilatların(Azneft İB,Azneftyağ NEZ ,Az neftyanacaqNEZ ) fəaliyyəti zamanı ətraf mühitin çirklənməsinə səbəb olur.Belə Ki,Azneft İB –nin tabeliyində olan NQÇİ və qazma idarələrinin neftçıxarma və qazma avadanlıqları köhnə olduğu üçün neft sızmaları baş verir və həm Xəzər biosferasına,həm də Apşeron torpaqlarına çirklənməsinə səbəb olur Neftayırma zavodları isə yaşayış massivində yerləşdiyindən və istehsalat prosesləri zamanı havaya zərərli tullantılar atıldığından ətrafda yaşayan əhalinin sağlamlığına ciddi ziyan dəyir .Ətraf mühitə dəymiş ziyan görə zavodların ərazisində fəaliyyət göstərən və ARDNŞ-nə aid olmayan müxtəlif şirkətlər( məs.PELAX) də məsuliyyət daşısalar da nədənsə onlar bu məsuliyyətdən kənarda qalırlar. Məhz ətraf mühitə dəyən ziyan nəticəsində zavodarətrafı qəsəbələrdə(UPD,NZS)yaşayan əhali arasında xərçəng xəstəliyi artmışdır. Bu tullantıların verdiyi ziyan körpə uşaqlarda daha çox hiss olunur. Onu da qeyd etmək lazımdır ki, ARDNŞ-də Ekologiya idarəsi yaradılmış, quruda bir çox torpaqların təmizlənməsinə başlanmışdır.Bibiheybətneft ərazisində 100 ha-dək torpaq təmizlənmiş,17 təhlükə mənbəyi olan göd qurudulmuşdur.Bunu müsbət hal kimi qeyd etmək olar.Lakin Xəzər biosferasınavə Apşeron torpaqlarına ciddi ziyan vuran hələ sovetlər vaxtından qalmış köhnə neft avadanlıqları yenisi ilə əvəz edilməsə bu sahəyə yönəldilmiş maliyə vəsaiti göyə sovrulmuş olur. Bundan əlavə Ekologiya idarəsi ilə yanaşı ARDNŞ tabeliyində müxtəlif təkrar şöbə və sexlər mövcud olsa da neftayırma zavodları ərazisində neft tullantıları çirklənmiş suyu təmizləmək üçün EKOL Qapalı Səhmdar Cəmiyyəti (Qeyd: hər iki zavoda bui şlə məşğul olan sex var).. də fəaliyyət göstərir və qurum tutumlardan və dəniz səthindən yığılan neft yenidən zavoda satılır ???? Ölüm hadisələri; Təşkilatın aldığı məlumata əsasən bu il ARDNŞ-də 7 ölüm hadisəsi olub: Azneft İB-nin Bulla NQÇİ- 1 nəfər Geofizika İB- 2 nəfər VertalYOt qəzası zamanı-2 nəfər Neft Daşları-2 nəfər Həmkarlar Təşkilatları Azərbaycan Əmək Məcəlləsinin 309-cu maddəsinə əsasən bu məcəllənin tələblərinə əməl olunmasına ictimai nəzarət müvafiq həmkarlar ittifaqı orqanları tərəfindən həyata keçirməlidir.Lakin Azərbaycanın neft sənayesindəki mövcud Həmkarlar Təşkilatı müstəqil bir qurum kimi fəaliyyət göstərmədiyindən ARDNŞ- nın müəssisə və təşkilatlarında işəgötürənlər tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin kobud surətdə pozularaq işçilərin əmək hüquqlarının pozulması ilə nəticələnir .Bəzən də bu təhkilatlar yaddan çixarırlar ki, onlar işçilərin əmək, iqtisadi və sosial huquqlarını qorulmalı olan və huquqların həyata keçirən orqandır. Bu təşkilatlar heç bir araşdırma aparmadan, işçilərin hər hansı bir intizam xatası törədib - törətməməsində asılı olmayaraq, bütün hallarda işəgötürənlərin yardımçı strukturuna çevrilirlər və formal olaraq onlarla bağlanmış Əmək müqaviləsinin xitam olunmasına razılıq verirlər. («Azərneftyanacaq» NEZ, Xəzərdənizqazmatikinti trestinin Avtonəqliyyat idarəsi. Və s.) Neft və Qaz sənayəsi işçilərinin Respublika Həmkarlar Komitəsi Komitənin üzvü olmayan və Həmkarlar Təşkilatı olmayan xarici şirkətə işçinin əlehinə olan arayiş verir –( Kentek Şirkəti - Elşən Gözəlov, Musayev Cavid.) Təşkilatın rəhbəri: Mirvari Qəhramanlı Təşkilat rəhbərinin huquqi məsələlər üzrə müavini: Azər Quliyev