NHMT - KORRUPSİYA

KORRUPSİYA

Neftçilərin Hüquqlarını müdafiuə komitəsi 1996-cı ildə yaranıb.Komitə Azərbaycanın neft sektorunda insan hüquqlarını müdafiyə edir,korrupsiya və rüşvətə qarşı mübarizə aparır,Azərbaycanda həyata keçirilən neft layihələrinə ictimai nəzarət edir,monitorinqlər keçirir və.s NHMK 1997-ci ildən etibarən Azərbaycanın neft sektorunda baş verən korrupsiya ilə bağlı müxtəlif vaxtlarda mətbuatda faktlar açıqlamış ictimaiyyətin diqqətini bu sahəyə cəlb etmişdir.Lakin korrupsiyada maraqlı Azərbaycan hakimiyyəti bu barədə hələlik bir ölçü götürməyə çalışmır.Mətbuatda gedən açıqlamalar neft oğurluğu,verğidən yayınma,tikinti və təchizatda baş verən korrupsiya ilə əlaqədar olub.Məhz korrusiya nəticəsində yüz minlərlə insanın haqqı tapdalanı.Korrupsiya dənizdə ekoloji cəhətdən çirklənmə,iş sahəsində insan ölümü,ağır iş şəraiti,aşağı əmək haqqlarına səbəb olur.Neft sənayesində olan korrupsiya nəticəsində cəlirin əsas hissəsi büdcəyə daxil olmadığından büdcədə maaliyyə çətinliyi yaranır.Büdcədə olan maliyyə çətinliyin bəhanə edən hakimiyyət neft fondundan müxtəlif ödəmələrə əl atırlar,çoxlu sayda kreditlər götürürlər.Bu isə milyonlarla insanın hüququnun tapdalanması deməkdir.19 sentyabrda komitə korrupsiya ilə əlaqədar daha bir mətbuat konfransı keçirtdi.Şelflayihətikinti İstehsalat Birliyinin bir neçə sexi ni BP şirkəti(indiki Dərin özüllər zavodu) ABƏŞ Faza 1 layihəsi çərçivəsində tikinti quraşdırma sahəsi kimi icarəyə ğötürmüşdür.İcarədən alınan pullar istehsalatın yenidən qurulmasına və inkişafına xərclənməli idi.Lakin zavod rəhbərliü əldə olunan vəsaiti başqa sahələrə yönəltməklə pulun müəyyən hissəsini mənimsədilər.Rəhbərliyin əlaqədə olduğu podratcı özəl təşkilatlar dolayısı ilə onun özünə,yaxud rəhbər işçilərdən birinə mənsub olur.AJ QREDE şirkətinin sifarişi ilə yüz min dollarlıq torpaq işləri görüldü.Lakin sənəd tərtib olunmadı.Ona ğörə ki pul nəqd verilmişdi və ora sərf olunan material ucuz və keyfiyyətsiz material olub.Nəticədə otuz min dollaradək pul cibə gedib və vergi ödənilməyib İldırım MMC zavodda təmir işləri apararkən yalnız qapıvə pəncərələrin dəyişməsi nəticəsindəon min dollaradək pul mənimsəmişlər .Belə ki Şirkətdə vəzifəli şəxslərdən birinə mənsub olan bu müəssisə şişirdilmiş rəqəmlərlə kalkulyasiyatərtib etmiş,nəticədə pul zavodun hesabından başqa hesaba daxil olub mənimsənilmişdir. May 2002-ci ildə altı yüz min dollarlıq liman tipli kran təzə kran adı ilə zavoda gətirilmiş,lakin kranın təmiri hələ də başa çatmayıb.Krana əlavə yüz min dollaradək əlavə xərc çəkilmişdir.Daxil olan məlumata əsasən iki yüz min dollaradək mənimsəmə olub Mirvari Qəhramanlı-komitə rəhbəri.