NHMT - Sual. Müddətli və müddətsiz əmək müqavilələrinin əmək qanunvericiliyi ilə tənzimlənməsi barədə məlumat verməyinizi xahiş edirəm. NHMT -

SUAL 3

Sual. Müddətli və müddətsiz əmək müqavilələrinin əmək qanunvericiliyi ilə tənzimlənməsi barədə məlumat verməyinizi xahiş edirəm.

Cavab: Əmək müqavilələrinin müddətli və ya müddətsiz bağlanması qaydaları Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə tənzimlənir. Bu Məcəllənin:

 

• 45.1 – ci maddəsinə əsasən: Əmək müqaviləsi qabaqcadan müddəti müəyyən edilmədən (müddəsiz) və ya 5 ilədək müddətə (müddətli ) bağlanıla bilər.

• 45.2 – ci maddəsinə əsasən əmək müqaviləsində onun hansı müddətdə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddəsiz bağlanmış hesab edilir.

• 45.3 – cü maddəsinə əsasən müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz.

• 45.4 – cü maddəsinə əsasən əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır.

• 47 – ci maddəsinə əsasən yalnız əmək funksiyasının xüsusiyyətlərinə , onun icraasının şərtlərinə, müddətinə görə işlərin (xidmətlərin) daimi xarakter daşımadığı hallarda əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər. Əmək qanunvericiliyinin bu tələblərin əsasən əmək funksiyalarının yerinə yetirilməsinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanılmalıdır. Yalnız, işlərin və ya xidmətlərin daimi olmaması və müvəqqəti xarakter daşdığı halları əvvəlcədən məlum olarsa, belə hallarda müddətli əmək müqaviləsi bağlanıla bilər. İşəgötürənlər, onların kadr üzrə mütəxəssisləri, hüquqşünasları və digər mütəxəssisləri Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45.4-cü maddəsini təhrif eməməli, iş axtaranların köməksiz vəziyyətindən sui istifadə etməməli və tərəflərin iradəsindən və ya qarşılıqlı razılığından asılı olmayaraq əmək funksiyalarının yerinə yetirilməsinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda əmək müqaviləsi mütləq qaydada müddəti müəyyən edilmədən bağlanılmalıdır.