Mətbuat üçün açıqlama. 26 aprel 2007-ci il.
Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı İctimai Birliyi (NHMT İB) və Azad İqtisadiyyat Mərkəzi ARDNF-dan maliyyələşən Samur-Abşeron suvarma sisteminin yenidənqurulması layihəsinin monitorinqini apararkən Taxtakörpü su anbarının tikilməsi ilə əlaqədar köçürülməyi planlaşdırılan Üzümlü kəndinin (Qarabağlar) sakinləri monitorinq qrupuna ərizə ilə müraciət ediblər. Ərizə araşdırılarkən məlum oldu ki;
• Taxtakörpü su anbarının tikilməsi ilə əlaqədar Üzümlü kənd (Qarabağlar) əhalisinin koçürülməsi zamanı onlara dəyimiş ziyan düz hesablanmayıb və bununla əlaqədar onlar pozulmuş hüquqlarının bərpası ilə əlaqədar Respublikanın 10-dan yuxarı müxtəlif qurumlarına müraciət edib.
• Müraciət etdikləri qurumlardan biri də Meliorasiya və Su Təsərrüfatı Səhmdar Cəmiyyətidir. Şikayətçilər 10 aprel 2006-ci il tarixdə Meliorasiya və Su Təsərrüfatı Səhmdar Cəmiyyətin sədri cənab Əhməd Əhmədzadəyə müraciət edərək bildiriblər ki, köçürülmə ilə əlaqədar onlara məxsus evlərə və pay torpaqlarına qoyulan qiymət çox ədalətsizdir (4.000-12.000 manat arasında) və bu pula Dəvəçi rayon ərazisində ev və torpaq sahəsi almaq qeyri-mümkündür. Şikayətlərinə cavab almayan ərizəçilər 13 fevral 2007 tarixində Meliorasiya və Su Təsərrüfatı Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadənin qəbuluna ğediblər. Şikayətçiləri Səhmdar Cəmiyyətin rəis müavini Rəsul Paşaev qəbul edib. Qəbul vaxtı məlum olub ki, şikayətçilər heç bir sənədə qol çəkmədikləri halda onların imzaları ilə bəzi sənədlər mövcuddur. Ərizəçilərin iştirakı ilə araşdırma aparılarkən məlum olub ki, şikayətçilərin əvəzinə çəkilmiş qollar saxtadır və onlara məxsus deyil (R.PAşayev şikayətçilərə əlavə kağıza qol çəkdirib və imzaları tutuşdurub).
Bununla əlaqədar kənd sakinləri Azərbaycan Respublikasının Baş Prokuroru cənab Zakir
Qaralova da şikayət məktubu ünvanlayıblar.
• Kənd əhlinə məxsus olan pay torpaqlarına verilmiş torpaq aktı 2006-cı ildə bələdiyyələr tərəfindən yığılıb. Sakinlər ondan dövlət aktını tələb etdikdə aktların Torpaq Komitəsinin sədri Qərib Məmmədovda olduğu bildirilib.
• Kənd əhalisi ilə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti (AMST ASC) arasında bağlanmış alqı-satqı müqaviləsi yoxdur (kənd sakinləri heç bir müqaviləyə imza atmadıqlarını bildirirlər,12 nəfərə gecə şam işığında hansısa sənədə qol çəkdiriblər və izah olunub ki,həmin sənəddə yazılıb ki, onlar su anbarının tikintisinə etiraz etmirlər, sənəddə nə yazıldığını isə oxuya bilməyiblər, çünki latını bilmirlər)
• Köçürülməyə məruz qalan insanlara dəymiş ziyana görə verilmiş kompensasiya çox aşağıdır və bu pula Dəvəçi rayonunda yaşayış üçün ev, yaxud torpaq sahəsi almaq qeyr-mümkündür. Hal-hazırda bu rayon ərazisində evlərin qiyməti 35.000 - 40.000 manat arasında,










