
18 iyun 2007-ci il
Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatına(NHMT)İB daxil olan ərizələrin araşdırılması zamanı məlum oldu ki,,Azərbaycan Respublikasında həyata keçirilən neft layihələrində iştirak edən bəzi xarici şirkətlər və ya onların nümayəndəlikləri ölkədə qanunsuz əmək miqrasiyası fəaliyyətləri ilə məşğul olurlar.Belə ki,onlar Azərbaycanlı işçiləri Rusiya Federasiyasına, Qazaxstan Respublikasına və digər dövlətlərə işləməyə göndərərkən «Əmək Miqrasiyası haqqında» qanunun müvafiq bəndlərini yerinə yetirmirlər.Belə ki:
• Azərbaycan Respublikasının «Əmək Miqrasiyası haqqında» qanuna əsasən xarici ölkəyə əmək fəaliyyəti ilə məşğul olmağa qöndərilən yerli işçiləri onları göndərən müəssisə, təşkilat və digər hüquqi şəxslər tərəfindən müvafiq icra hakimiyyəti orqanının (Göstərilən halda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyin) miqrasiya Xidmətində qeydə aldırmağa borcludur.
• Şirkətlərin nizamnamələrində, bu fəaliyyətlə məşğul olmaları qeyd olunmalı və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydə alınmalıdır.
• Xarici şirkətlər, bu sahədə fəaliyyət qöstərmələri üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyindən xüsusi lisenziya almalıdırlar.
• Xarici ölkələrə işləməyə aparılan işçilər onları qöndərən xarici şirkətlər tərəfindən həmin ölkədə fəaliyyət göstərən Azərbaycan Respublikasının səfirliklərində və ya konsulluqlarında qeydə alınmalıdırlar.
Neftçilərin Hüquqların Müdafiə Təşkilatına daxil olan müraciətlərin araşdırması qöstərir ki, bu sahədə daha çox qanunsuz əmək miqrasiyası fəaliyyəti ilə məşğul olan xarici şirkətlər aşagıdakilardır:
1. « SVİFT Encinirinq»LTD
2. « Baku Oyl Servis» (BOS)
3. «BENVİLLE CORPARATİON»
4. «Cape İndustrial Servises» (CAPE)
5. «Netvok Encinirinq», (yerli Şirkət kimi qeydə alınıb)
Qanunsuz əmək miqrasiyası ilə məşğul olarkən şirkətlər öz fəaliyyətləri zamanı işçilərin hüquqlarının pozulması hallarına da yol verirlər:
• Əməkçi miqrantlarla əksər hallarda əmək müqaviləsi bağlanmır.
• Əmək müqaviləsi Azərbaycanda bağlansa da AR – nin Əmək Məcəlləsinə üyğun tərtib olunmur.
• Bir çox hallarda işçilərlə eyni işə görə iki bəzi hallarda isə üç müxtəlif tipli əmək müqaviləsi bağlanır(göndərən şirkət ,