NHMT - Aktual NHMT -

AMEC şəffaf şirkətdir?!

Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı İctimai Birliyi(NHMT İB) “AMEC” şirkətinin dünyada işgüzar nüfuzunun müəyyənləşdirilməsi istiqamətində xarici kütləvi informasiya vasitələrinin monitorinqini keçirmişdi və həmin monitorinqin nəticələri heç də ürəkaçan olmamışdı. Yəni, mətbuatdan görünür ki,“AMEC” şirkəti yetəri qədər korrupsiyaya bulaşmış bir şirkətdir və dünyanın bir çox ölkəsində dəfələrlə cinayət məsuliyyətinə cəlb olunmuşdur.

 

 

1. ABŞ-da qeydiyyata alınan “AMEC” şirkətinin dələduzluq əməliyyatları

 

Xarici şirkətdən 345 milyonluq ziyan?

Azərbaycan Respublikasında fəaliyyət göstərən “AMEC Services Limited” şirkətinin ölkə büdcəsinə vurduğu 345 milyon dollar zərər haqqında hazırlanmış bu yazı, təşkilatımız tərəfindən şirkətin fəaliyyəti ilə əlaqədar aparılan məhkəmə proseslərinin monitorinqi zamanı əldə olunan informasiya əsasında hazırlanmışdır.

Təşkilatimızın ekspertləri tərəfindən, Günəşli yatağında 10-cu platformada baş vermiş qəza ilə bağlı hazırlayıb ictimaiyyətə təqdim etdiyimiz qiymətləndirməyə dünən(11.03.16) ARDNŞ-dən cavab aldıq

Ümumiyyətlə QHT sorğularına həmişə etinasız münasibət bəsləyən ARDNŞ-dən bu qiymətləndirməyə cavab sənədinin hazırlanması təqdirə layiqdir. Amma onu da qeyd edim ki, ARDNŞ təbii ki, yenə də yerli QHT-yə cavab verməzdi(bunu təcrübə göstərir), sadəcə buna səbəb bizim hesabatın ofisi Londonda yerləşən beynəlxalq “Biznes və İnsan Haqları Resurs Mərkəzi”nin saytında yerləşdirilməsi və bu mərkəzin şirkətə yazdığı məktub idi.

İxtisarlar, qeyri qanuni işdən azad olunmalar! Səbəb nədir?

İxtisarlar, qeyri qanuni işdən azad olunmalar! Səbəb nədir?

 

1. Qanunvericilik sahəsində

 

1.1. Əmək qanunvericiliyini pozmaqla işçiləri işdən azad edən İşəgötürənlərin, qanun pozuntularına yol verməsi məhkəmə qərarları ilə sübut olunsa belə, İşəgötürənlərin AR Əmək Məcəlləsi, AR İXM-si və AR CM-si ilə nəzərdə tutulan qaydada: intizam, maddi, inzibati və cinayət məsuliyyətlərinə cəlb olunmamaları.

 

04.12.2015-ci tarixdə Günəşli yatağının 10 saylı Dərin Dəniz Özülündə (DDÖ) qəza nəticəsində həlak olmuş işçilər barəsində məlumat

 

04.12.2015-ci tarixdə Günəşli yatağının 10 saylı Dərin Dəniz Özülündə (DDÖ) qəza nəticəsində həlak olmuş işçilər barəsində məlumat