NHMT - Aktual NHMT -

Daşa-divara xərclənən milyonlar

Dövlət orqanlarına məxsus inzibati binaların təmir-tikintisi üçün büdcədən nə qədər pul ayrılır? Azərbaycanın dövlət büdcəsi artdıqca büdcədən "investisiya layihələri" çərçivəsində təmir-tikinti işlərinə ayrılan vəsaitin həcmi də artır. Əgər 2006-cı ildə təxminən 3.6 milyard manatlıq dövlət büdcəsindən investisiya xərclərinə 611 milyon manat ayrılmışdısa, 2007-ci ildə bu göstərici 6.3 milyard manata qarşı 1.9 milyard manat olub. 8.5 milyard manata bərabər olan bu ilki büdcəmizdən isə dövlət investisiya xərclərinə 2.8 milyard manat ayrılıb. Bütövlükdə "investisiya layihələri" çərçivəsində ayrılan vəsaitlərin necə və hansı istiqamətlərə xərcləndiyi başqa bir yazının mövzusudur. Bu yazımızda isə büdcədən dövlət strukturlarının yerləşdiyi inzibati binaların təmiri, yenidən qurulması və inşası üçün ayrılan vəsitlərdən bəhs edəcəyik. *** İnzibati binaların təmir-tikintisinə 2008-ci ilin büdcəsinə daxil olan 2.8 milyard manatlıq investisiya xərclərindən nə qədər pay arlıdğı hələlik bəlli deyil. Bununla bağlı Hazirlər Kabinetinin aparmalı olduğu bölgü barədə hələ ki hər hansı məlumat yoxdur. Bu üzdən də yazımızı 2007 və ondan əvvəlki ilin göstəriciləri üzərində qurmağa məcburuq. 330 milyonluq təmir-tikinti işləri 2007-ci ilin büdcəsindən inzibati binaların təmir-tikintisinə ümumən 326 milyon manatdan artıq vəsait ayrılıb. Bu vəsaitin əhəmiyytli payına sahib olan dövlət strukturları isə Prezident Aparatının, Milli Məclisin və Hazirlər Kabinetinin işlər idarələri, Ali Məhkəmə, Milli Təhlükəsizlik, Daxili İşlər, Xarici İşlər, Fövqəladə Hallar, Müdafiə Sənayesi,

Neft pullarından istifadə: xarici təcrübə

Son bir neçə ildə neft ixracının yüksələn xətt üzrə inkişafı və neft gəlirlərinin sürətli artımı fonunda həmin gəlirlərin toplanması və məqsədyönlü xərclənməsinə dair xarici təcrübə Azərbaycan üçün daha aktual xarakter daşımaqdadır. Bu gün dünyda Azərbacan neft fonduna bənzər təxminən 35 fond var. Bu fondların əsas məqsədi iqtisadiyyatın və büdcənin neft gəlirlərindən asıllığını azaltmaqdan, neft gəlirlərinin bütün sahələr üzrə bərabər bölüşdürülməsi və inflayasiyanın iqtisadiyyata təzyiqini azltmaqdan ibarətdir. Bir neçə xarici təcrübəyə müraciət edək. Xəzərdəki nefti hasilatı üzrə iri əməliyyatlarda iştirak edən Norveç hazırda neftin ixracı üzrə dünyda 3-cü, Qərbi Avropada isə təbii qazın ən iri idxalçısıdır. Norveç neft fondu 1990-cı ildə təsis edilib. Rəsmi olaraq “Global” Dövlət Pensiya Fondu adlanan bu təsisatda hazırda 300 mlrd. dollardan çox vəsait toplanıb. Fondun idarəçiliyni Norges Bank adlanan Norveçin Mərkəzi Bankı həyata keçirir. Ölkə iqtisadiyyatını arzuolunmaz fəsadlardan qorumaq və Norveç milli valyutası olan kronu qəfil düşüş-enişlərdən sığortalamaq üçün fond daxili bazarda məhdud sərmayə siyasti yürüdür. Neft və qaz satışından əldə edilmiş maliyyənin bir qismi xarici səhm və istiqraz vərəqələrinə yatırılır. Bundan savayı Norveç höküməti neft gəlirlərini offşor fonda köçürür və həmin bu fonddan hər il dövlət büdcəsi defisitininin kompensasiyası üçün 4%-ə qədər vəsait götürmək olar. “2008-ci ilin büdcəsində xərcləri 4% səviyyəsində saxlamaq barədə BVF-in tövsiyyəsini nəzərə almışıq və qarşıdan gələn illər ərzində də, bu, güman ki, belə olacaq”,- deyə Norveçin maliyyə nazirinin müavini Geyr Akselsen bu yaxınlarda bəyan edib. Norveç höküməti bütün neft gəlirlərinin müxtəlif yönlü sosial proqramların maliyyələşdirməsinin əleyhinə çıxış edir. Bunun əvəzində hökümət neft pullarını iqtisadiyyatın qeyri-neft sektoruna aid layihələrə yönəldir. Neft və qaz ehiyatları tükənəndə məhz bu sektor ölkə əhalisinin maddi rifahanın yüksək səviyyədə qalmasını təmin etmiş olacaq. Son 10 il ərzində hökümət neft gəlirlərinin bir qismini əsasən 4 sektora yatırıb : agac, balıq, metallurgiya və maşınqayırma sənayəsinə. Hazırda bu sahələrin inkişaf templərinə görə Norveç Avropa qitəsində aparıcı yerlərdən birini tutur. Təəcüblü deyil ki, Norveçdə istehsal olunmuş ləziz balıq məhsulları və yaxud Norveç agaçından hazırlanmış mebel Avropa və Şimali Amerikadakı istehlakçılar arasında böyük təlabata malikdir. Beləliklə,