NHMK –nin sədri M.Qəhrəmanlıya «BOS ŞELF» şirkətində əmək xəsarət almış İbrahimov Müqdət Əlövsət oğlu Barədə Məlumat.
İbrahimov Müqdət Əlövsət oğlu :
Ünvan: Sahil qəsəbəsi, Bakı prospekti ev 64 mənzil 29.
«BOS ŞELF» şirkəti ilə 01.02.2002-ci ildə əmək müqaviləsi bağlamışdır.Müqavilə müddətsiz bağlanılıb.
25.03.2005-ci ildə «BOS ŞELF»Şirkətində əmək funksiyalarını yerinə yetirərkən əmək xəsarəti alıb.Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin nəzdində dövlət Əmək Müvəttişliyinin nümayindəsi tərəfindən Təhqiqat Aktı tərtib edilib.Hadisənin istehsalatda olmasına baxmayaraq AR Nazirlər Kabinetinin 28.02.2000-ci il tarixli 27 saylı Qərarında göstərilən qaydada istehsalat zədəsi Barədə İ.Z. Aktının Bir nüsxəsi ona təqdim edilmir. « BOS ŞELF» Şirkəti xüsusən də kadrlar üzrə menecer Asif Bədəlov tərəfindən hadisə gizlədilməyə cəhd edilir və tibb orqanlarının( Şirkətə xidmətə tibb müəssəsi tərəfindən) köməyi ilə müvafiq sənədlərin verilməsində və
TSEK-ə göndərilmədə süründürməçilik hallarına yol verilir.
Qanunla nəzərdə tutulan qaydada « MC» tibb şirkəti tərəfindən 6 ay müddətinə xəstəılik vərəqi verilib.
Diaqnoz: Sağ Baldır sümüyünün sınığı.Şirkət tərəfindən xəstəlik vərəqləri qəbul edilmir, bədbaxt hadisə baş verdikdən əvvəlki 2 aylıq əmək haqqı miqdarında, 3000 000 manatdan yuxarı orta aylıq əmək haqqı ödənilmir, daha az miqdarda əmək haqqı ödənilir, guya işcinin işə cıxması Barədə saxta iş günləri yazılır. Bədbəxt hadisə baş verdikdən sonra bu hadisə ilə əlaqədar sığorta pulunu və müalicəsi ilə əlaqədar cəkdiyi əlavə xərc Şirkət tərəfindən ona ödənilməyib.
2005-ci ilin sentyabr ayında Nefcilərin hüquqlarının Müdafiə Komitəsinə ona kömək Barədə müraciət etmişdir.Komitənin yardımı ilə Dövlət Əmək Müfəttişliyi tərəfindən ona bildirilmişdir ki, onun barəsində İ.Z Aktı tərtib edilmişdir. « MC» tibb müəssisəsində düzgün olmayan müalicə nəticəsində onun ayaq sümükləri hələdə sağalmamış, gözlə görünəcək açıq-aşkar şişlər vardır.Xəstə çəliklərlə çətin vəziyyətdə hərəkət edir.Hal- hazırda « MC»-da onun TSEK-ə göndərilməsi məsələsinə baxılır.
«BOS ŞELF» Şirkətinin məsul işcisi Asif Bədəlov tərəfindən işə cıxmayacağı təqdirdə işdən azad olunacağı Barədə ona hədə-qorxu gəlinir.
İbrahimov Əlövsət NHMK-dən onun əmək haqqının düzgün ödənilməsi ,İ.Z. Aktının alınması TSEK-ə göndərilməsi, sığorta pulunun və cəkdiyi Əlavə xərclərin ödənilməsi Barədə ona hüquqi yardım göstərilməsini və məhkəmədə hüquqlarının qorunmasını xahiş edib.
Neftcilərin Hüquqlarının
Müdafiə Komitəsinin hüquqşunası.
«BOS ŞELF» şirkətində əmək xəsarəti almış İbrahimov Müqdət Əlövsət oğlu barədə məlumat
MÜƏLLİF:
Mirvari Qəhrəmanlı
At:
29 sentyabr 15