NHMT - Azərbaycanda həyata keçirilən neft layihələrində çalışan yerli işçilərinhüquqları pozulur .

Azərbaycanda həyata keçirilən neft layihələrində çalışan yerli işçilərinhüquqları pozulur .

Azərbaycanda həyata keçirilən neft layihələrində çalışan yerli işçilərinhüquqları pozulur. Belə ki layihələrdə çalışan hüquqlarının pozulmasının əsas səbəbləri Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin MakDermott Şirkətində baş vermiş tətillə əlaqədar xüsusi hesabatından çıxarış -Yerli işçilərə qarşı diskrinimasiya; -Əmək haqlarının aşağı olması - Xarici şirkətlərdə Azərbaycan qanunlarının təmin edilməməsi -Yerli işçilərin xarici işəgötürən tərəfindən təhqirlərə məruz qalması -Xaricdən qüvvəsinin gətirilməsi və bunun nəticəsində yerli işçilərin ixtisara salınması -Yeməkxanalarda ictimai nəzarətin olmaması - Yerli işçilərə iş yerlərində həmkarlar təşkilatının yaradılmasına maneçiliyin törədilməsi -Yerli işçilərin ərizə və şikayətlərinə baxılmaması və s. Əvvəllər baş vermiş işçi etirazlarının boğulması Komitə Azərbaycanda həyata keçirilən neft layihələri ürzə həyata keçirdiyi montorinqlər,tətqiqatlar nəticəsində tərtib etdiyi hesabatlarda, bu layihələrdə çalışan yerli işçilərin hüquqlarının kütləvi surətdə pozulması ,yerli işçilərlə əmək müqaviləsi bağlanarkən yerli qanunlara istinad edilməməsi ,yerli işçilərin xarici işəgötürən və başqa vəzifəli şəxslər tərəfindən təhqir vətəyziqlərə məruz qalması haqda dəfələrlə ictimayiyətə açıqlamalar vermiş ,bunların aradan qaldırılması üçün əlaqədar qurumlara müraciətlər etmişdir.Lakin təəsüflər olsun ki,bu qanun pozuntularına hes bir zaman reaksiya verilməmiş və xarici işəgötürənlər həmişə «haqlı çıxmışlar»Azərbaycan məhkəmələrini korrupsiyalaşmış olması,bəzi hakimlərin rüşvət götürməsi ,ölkədəki müvafiq qurumların bu problemlərə etinasızlığı,çox vaxt yerli işçilərin öz hüquqlarının bərpası uğrunda apardığı mübarizənin boğulmasına səbəb olub. Belə ki, hələ 2002-ci ili naprel ayınqda McDermott şirkət inin.. 100-dək işçisi öz hüquqlarının müdafiəsi məqsədilə Komitəyə müraciət etmiş,hüquqlarının bərpasının tələbi ilə işi dayandırmağa cəhd göstərmişdilər.Lakin işçilər susduruldular. 29. 02.2004-cü ildə BTC neft kəmərinin inşasını həyata keçirən CCİC şirkətinin Kürdəmir rayonu ərazisində yerləşən düşərgəsində 300-dək yerli işçi onlara qarşı edilən haqsızlığa etiraz əlaməti olaraq bir günlük tətil keçitdilər.CCİC şirkətinin rəhbərliyi tərəfindən düşərgəyə polis dəvət olundu.Fəal işçilərə qarşı təyziqlər edildi,işçilərin bir qismi işdən azad edildi,bir qismi isə müxtəlif iş sahələrinə göndərildi ki,sonradan onlar da ixtisara salındı. 03.12.2004 bir saat 10.12.04 tarixində isə Faza 1,2,3 layihələrində podratçı şirkət olan BOS-SHELF şirkətinin yerli işçiləri hüquqlarının bərpası tələbi ilə 5-ci, 6-cı sexlərdə və Paya sexində işi iki saat dayandırmışlar.İşçilərə təyziqlər olundu.Və nəhayət MsDERMOTT –dakı tətil Bu tətilin baş vermə səbəblərinin ən əsası yerli işçilərin ərizə və şikayətlərinə xarici işəgötürənin etinasız münasibəti olub.Belə ki işçilər dəyələrdə istər əməliyatçı BP şirkətinə ,istərsə dəMcDermott şirkətinin rəhbərliyinə yerli işçilər kütləvi surətdə müraciət ediblər,təəssüflər olsun ki,işçilər ərizələrinə(Ərizələrin surəti NHMK-dir) heç vaxt yazılı və şifahi cavab almayıblar.Bununla BP və podratçı şirkət öz öhdəliklərini-ərizə və şikayətlərə baxma mexanizmini kobud surətdə pozublar - McDERMOTT şirkətinin yerli işçiləri öz xarici işəgötürənlərinə növbəti dəfə- 16 noyabr tarixində müraciət ünvanladılar və müraciətdə göstərilən tələblərin yerinə yetirilməsi üçün bu dəfə bir həftə vaxt verdilər. Həmişəki kimi ərizələrinə heç bir cavab almayan ynrli işçilər -22 noyabrda işi saxladılar və bir günlük xəbərdaredici tətil elan etdilər. Yerli işçilərin problemlərinə daim etinasız münasibət bəsləyən rəhbərlik- «kim işləmək istəmirsə ərazini tərk edə bilər,azərbaycanda işsiz çoxdur»- cavabını verdi. Tətilin davam etdiriləcəyini görən rəhbərlik işçilərdən bir həftə vaxt istədi. İşçilərin müraciətində əsasən; -Azərbaycan qanunlarının şirkətdə tətbiqi; -Əmək haqqının minumum 20% artırılması; -Xaricdən dəvət olunan işçi qüvvəsinin sayının azaldılması; -İşçilərin tibbi və həyatı sığorta olunması; -Səhər və günorta çay və yaxud su içmək üçün vaxt ayrılması; -Nəqliyyatla təminatın yaxşılaşdırılması; - Yerli işçilərə verilən yeməyin keyfiyyətinə nəzarət Və.s Həftə ərzində şirkətdə Həmkarlar Təşkilatının yaradılması üçün təşəbbüs qruppu seçildi. 28 noyabrda rəhbərlik təşəbbüs qruppu ilə görüşdü və müzakirələr zamanı aydın oldu ki; -Rəhbərlik dekabr ayında əlavə iş saatları tətbiq etməklə əmək haqqını artmış hesab edir(şənbə və bazar günləri də işləmək şərtilə)yəni artıq iş saatlarının hesabına əmək haqqı 22% artmış hesab edilir -Dekabr ayında işçilərə bir aylıq əmək haqqı miqdarında mükafat verilir; -İndeksasiya ilə əlaqədar yanvar ayının birindən etibarən əmək haqlarının 12% illik artımı həyata keçiriləcək, - Əgər tətil davam edərsə yerli işçilər Azərbaycan qanunları ilə cəzalanacaqlar. Xarici işəgötürənin cavabı yerli işçiləri qane etmədiyindən noyabrın 28-də yerli işçilər yenidən tətilə başladı. 29 noyabrda tətilçilərə BOSS SHELF və PCH şirkətləri də qoşuldu . Tətilçilərin sayı 3000 nəfər çatdı. Layihə əməliyyatçısı BP Azərbaycan və MacDermatt şirkəti yerli işçilərin tələblərini qismən ödəməyə məcbur oldu. -Yerli işçilərin əmək haqqı dekabr ayından 20% qalxdı -Yerli işçilərin tibbi sıbortası üçün 21 dekabra qədər vaxt istənildi -Dekabr ayında işçilərə bir aylıq əmək haqqı miqdarında mükafat veriləcək Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin rəhbəri Mirvari Qəhramanlı