
Son bir neçə ildə neft ixracından əldə edilən iri gəlirlərin Azərbaycana daxil olması və müxtəlif sahələrə yönəldilməsi nəinki ölkəmizdə, həm də onun hüdudlarında kənarda maraqla izlənilir və şərh edilir. Bunu xüsusən xarici mətbuat səhifələrinə nəzər salanda demək olur. Xarici mətbuat neft pullarınnı xərclənməsi kimi həssas bir məsələyə kifayət qədər diqqət ayırır.
Qərb mediasının diqqətindən Bakının öz namizədliyini 2016-cı ilin yay olimpiya oyunlarına sahiblik etmək üçün irəli sürməsi yayınmayıb. Məlum olduğu kimi, hazırda Bakı Rio de Janeyro,Tokyo, Madrid, Praqa, Doha və Cikago ilə birlikdə 2016-cı ilin oyunlarını qəbul etmək uqrunda mübarizəyə baş qoşub. Adı çəkilkən şəhərlərdən sonunçunu təmsil edən Amerikanın “The Chicago Tribune” qəzeti rəqib Bakının olimpiya şanslarına həsr edilmiş geniş məqalə dərc edib.
Qəzetin əməkdaşı Aleks Rodriges Azərbaycanın gənclər və idman naziri Azad Rəhimovla söhbətində olimpiadanı Bakıda keçirmək ideyasının necə yarandığı ilə marqalanır ve məlum olur ki, bu ideya prezident İlham Əliyevə məxsusdur. Məqalədə deyilir :
“ Bakıda keçirilən güləş üzrə dünya çempionatını izləyən prezident İlham Əliyev yanında oturan nazirə deyib: “Niyə biz 2016-cı il olimpiya oyunlarını Bakıda keçirmək üçün müraciət etməyək?“. Və bundan sonra olimpiya ideyası öz təstiqini tapır. Lakin “The Chicago Tribune” Bakının iddiasana bir qədər skeptik yanaşır. Amerika nəşri yazır ki “ Bakıda ciddi infrastruktir çatışmazlıqları hökm sürür, Azərbaycan paytaxtı dünyanın ən çirkli şəhərləri arasındadır. Lakin Əliyevin komandası bütün bu problemləri neftin hesabına aradan qaldıracaqlarına arxayındır. Rəsmilər deyirlər ki, neft gəlirləri hesabına stadionlardan tutmuş yeni yollara və otellərə qədər bütün zəruri infrastruktur qurulacaq.
Hökümt üzvləri deyiblər ki,