Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatı
 

| en |  

 
Bu gün: 18 Aprel 2014, Cümə
Otuz üçüncü fəsil. Əməyin mühafizəsi normaları, qaydaları və prinsipləri
Otuz üçüncü fəsil. Əməyin mühafizəsi normaları, qaydaları və prinsipləri
IX bölmə. Əməyin mühafizəsi

Maddə 207. Əməyin mühafizəsi normalarını və qaydalarını müəyyən edən qanunvericilik

1. İşçilərin təhlükəsiz və sağlam şəraitdə işləmək hüququ vardır.

2. Əməyin mühafizəsi normaları və qaydaları bu Məcəllə ilə, səlahiyyətləri çərçivəsində müvafiq icra hakimiyyəti orqanlarının qəbul etdiyi normativ hüquqi aktlarla, habelə Azərbaycan Respublikasının qoşulduğu və ya tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə müəyyən edilir.

3. Əməyin mühafizəsi üzrə normativ hüquqi aktların tələbləri, əməyin mühafizəsi normaları, standartları, qaydaları əmək münasibətlərinin tərəfləri və digər fiziki və hüquqi şəxslər üçün məcburidir.

Maddə 208. Əməyin mühafizəsi normaları və qaydaları tətbiq edilən iş yerləri

Bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş əməyin mühafizəsi normaları və qaydaları hökmən:

işçilərin; istehsalat təcrübəsi keçən tələbə və şagirdlərin; müəssisələrdə işə cəlb edilən hərbi qulluqçuların; məhkəmə hökmlərinin icrası yerlərində işləyən məhkumların; təbii fəlakətin nəticələrinin aradan qaldırılmasına, habelə hərbi və fövqəladə vəziyyət rejimində işlərin görülməsinə cəlb edilən şəxslərin çalışdıqları bütün iş yerlərində tətbiq edilməlidir.

Maddə 209. Əməyin mühafizəsinin əsas prinsipləri

Dövlət hakimiyyəti orqanları, mülkiyyətçilər, işəgötürənlər və işçilər tərəfindən əməyin mühafizəsinin təmin olunması əsasən aşağıdakı prinsiplərlə həyata keçirilir:

  • dövlət hakimiyyəti orqanlarının, mülkiyyətçilərin, işəgötürənlərin və işçilərin əmək şəraitinin və əməyin mühafizəsinin yaxşılaşdırılmasına, istehsal qəzalarının, xəsarətlərinin, zədələrinin və peşə xəstəliklərinin qarşısının alınmasına yönəldilmiş fəaliyyət birliyi;
  • işçinin həyatının və sağlamlığının müəssisənin istehsal fəaliyyətinin nəticələrindən üstün tutulması;
  • əməyin mühafizəsi sahəsində fəaliyyətin iqtisadi və sosial siyasətin digər istiqamətləri ilə, habelə ətraf mühitin mühafizəsi sahəsində fəaliyyətlə əlaqələndirilməsi;
  • mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün müəssisələr üçün əməyin mühafizəsi sahəsində vahid tələblərin müəyyən edilməsi;
  • əməyin mühafizəsi tələblərinin bütün müəssisələrdə yerinə yetirilməsinə müstəqil və səmərəli nəzarətin həyata keçirilməsi;
  • əməyin mühafizəsi sahəsində ümumbəşəri elmi-texniki tərəqqidən, qabaqcıl təcrübədən geniş istifadə edən, habelə təhlükəsizlik texnikası və texnologiyasını, əməyin səmərəli mühafizə vasitələrini hazırlayan və tətbiq edən işəgötürənlərin müvafiq qaydada və vasitələrlə həvəsləndirilməsi;
  • müəssisələrdə əməyin yüksək mühafizəsi şəraitinin yaradılmasına yönəldilmiş vergi siyasətinin aparılması;
  • əməyin mühafizəsinin maliyyələşdirilməsində dövlətin iştirakı; əməyin mühafizəsi normalarının müntəzəm olaraq təkmilləşdirilməsi;
  • işçilərin xüsusi geyim və ayaqqabı, digər fərdi mühafizə vasitələri ilə, müalicəvi-profilaktik yeməklə və digər vasitələrlə pulsuz təmin edilməsi;
  • təhsil müəssisələrində əməyin mühafizəsi üzrə mütəxəssislərin hazırlanması; istehsalatda baş vermiş hər bir bədbəxt hadisənin hökmən təhqiq edilməsi, uçota alınması, təhlil edilməsi və bunun əsasında istehsalat xəsarətlərinin, zədələrinin və peşə xəstəliklərinin vəziyyəti barədə işçilərə dürüst məlumatların verilməsi;
  • istehsalatda bədbəxt hadisələrdən zərər çəkmiş və ya peşə xəstəliklərinə tutulmuş işçilərin mənafelərinin sosial, maddi və mənəvi müdafiəsi;
  • həmkarlar ittifaqlarının, müəssisələrin və ayrı-ayrı fiziki, hüquqi şəxslərin əməyin mühafizəsini təmin etməyə yönəldilmiş fəaliyyətinə hərtərəfli yardım olunması;
  • əməyin mühafizəsi sahəsində beynəlxalq əməkdaşlıq münasibətlərinin genişləndirilməsi.

Maddə 210. Əməyin mühafizəsi məsələlərinin həllində ictimai birliklərin iştirakı

İşəgötürənlər, işçilər, habelə ayrı-ayrı fiziki şəxslər əməyin mühafizəsi problemlərini həll etmək üçün birləşərək ictimai birliklər haqqında qanunvericiliyə müvafiq olaraq fəaliyyət göstərən ictimai birliklər yarada bilərlər.Dövlət hakimiyyəti orqanları, habelə işəgötürənlər bu ictimai birliklərə hərtərəfli kömək göstərməli və əməyin mühafizəsinin təmin edilməsi barədə normativ hüquqi aktları qəbul edərkən onların təkliflərini və tövsiyələrini nəzərə almalıdırlar.

1 ... 32 33 34 ... 51 A

 

[mündəricat]

SUAL-CAVAB
Sual: Öz ərizəsi ilə əmək müqaviləsinə xitam verən işçiyə 5 aylıqorta əmək haqqı məbləğində müavinat verilir. Bu müavinatdan vergi və ya başqa birtutulma olurmu ?
Cavab:  Vergi Məcəlləsinə əsasən  Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə ödənilən müavinətlər istisna olmaqla, dövlət müavinətləri, əvəzsiz dövlət köçürmələri, dövlət pensiyaları, dövlət təqaüdləri, işçilərin sayının və ştatların ixtisar edilməsi ilə əlaqədar olaraq əmək müqaviləsinə xitam verildikdə işçilərə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə müvafiq ödənilən təminatlar, habelə Azərbaycan Respublikasının qanunları və müvafiq icra hakimiyyəti orqanlarının qərarları əsasında dövlət büdcəsinin vəsaiti hesabına fərdi birdəfəlik ödəmələr və ya maddi yardımlar gəlir vergisindən azaddır.

[mündəricat]

TƏRƏFDAŞLAR
Новая страница 1
CEE BANK WATCH
Open Society Institute - Assistance Foundation Oxfam Novib

International NGO forum on Asian Development Bank

British Embassy in Azerbaijan    Finland Embassy

KOORDİNATLARIMIZ

Ünvan: Bakı, AZE1060, Kamil Balakişiyev küç. 15/6
Tel/Faks: (994 12)  520 34 59
E-mail: mirvari.gahramanli@gmail.com

 

Powered by TusiSoft© 2004, 2007 TSW_3.1.3
Sorğunun yerinə yetirilmə müddəti (mk.san.):0.017847