Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatı
 

| en |  

 
Bu gün: 19 May 2012, Şənbə
.:. Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatı .:.
Xüsusi mülkiyyətə əsaslanan Yeni iqtisadi münasibətlərin formalaşmısı, Azərbaycanda iri neft layihələrinin reallaşmağa başlaması , Azərbaycanın neft sektorunda kütləvi surətdə insan hüquqlarının pozulması halları müşayət olunurdu. Mövcud Həmkarlar İttifaqları, yeni şəraitə uyğunlaşmayaraq işçi hüquqlarının qorunmasında passivlik göstərməyə başladı.
İri neft şirkətləri ilə bağlanmış müqavilələr haqqında ictimayəətin heç bir məlumatı yox idi. Bu sənədlər ilə tanış olmaq həddindən artıq çətitn idi və bu müqavilələrin əksəriyyəti Azərbaycan üçün ağır iqtisadi şərtlər daxilində bağlanmışdı. Bununla əlaqədar  bir qrup neftçi 1996-cı ildə Azərbaycanın neft sənayesində insan hüquqlarının qorunması və neft layihələrinə ictimai nəzarət məqsədilə Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı(NHMT İB)İctimai Birliyini təsis etdi. daha geniş...

İnsan hüquqlari müdafiəsi
2010-2011-ci illərdə Azərbaycanda əhalinin mülkiyyət hüququ ilə bağlı  vəziyyətin  qiymətləndirilməsi
Təqdim olunan hesabat Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı İctimai Birliyi tərəfindən Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun maliyyə dəstəyi ilə hazırlanmışdır.  Hesabat 2010-2011-ci illərdə əhalinin mülkiyyət hüququ ilə bağlı masaüstü tədqiqatın nəticələrinə əsaslanır.  Layihə komandası hesabatın hazırlanmasında göstərdikləri köməyə, o cümlədən təqdim etdikləri məlumat və hesabatlara görə İslam,Demokratiya və İnsan hüquqları İB-nə , “Kür” Vətəndaş Cəmiyyəti Qərargahına,Sülh və Demokratiya İnstituna, Demokratiyaya Yardım İctimai Birliyinə, ekspertlər  Kazım Salmanova, Azər Quliyevə. və Sədaqət Qəmbərovaya öz minnətdarlığını bildirir
Azərbaycanın neft sektorunda insan hüquqlarının vəziyyəti HESABAT
NHMT yalnız öz üzvlərinin hüquqlarını deyil,təşkilata müraciət edən hər bir şəxsin  hüquqlarını müdafiə edir. Əvvəlcə fəaliyyətə yalnız ölkənin neft sektorunda insan hüquqlarının qorunması ilə məşğul olan təşkilat fəaliyyəti müddətində qazandığı təcrübə və öyrənilmiş dərslər nəticəsində sonralar fəaliyyət dairəsini genişləndirərək daha yeni fəaliyyətləri də öz strateqiyasına daxil etdi. NHMT yalnız öz üzvlərinin, neft sahəsində çalışan işçilərin deyil, təşkilata müraciət edən hər bir şəxsin əmək, iqtisadi, mülki və sosial hüquqlarını müdafiə edir.
SAKİNLƏR ''OĞUZ-QƏBƏLƏ-BAKI''-dan KOMPENSASİYA ALA BİLMİRLƏR (+Video)
Paytaxtın içməli suya olan tələbatını ödəmək üçün çəkilən Oğuz-Qəbələ-Bakı su kəmərinin açılışından 1 ilə yaxın müddət keçsə də, hələ də görülən işlər, çəkilən xərclərlə bağlı şəffaf açıqlamalar verilmir, əhalinin dövlət qurumlarından, layihənin icraçılarından şikayət və narazılıqları azalmır. Belə ki, layihənin əhatə etdiyi rayonlarda çox sayda vətəndaş kəmərin çəkilişi zamanı mülkiyyət hüquqları pozulduğu, torpaqlarını itirdikləri halda kompensasiya ala bilmədiklərindən narazıdırlar.

BMQ fəaliyyətinin monitorinqi
Beynəlxalq kreditlər hesabına reallaşdırılan layihələrin ətraf sosial mühitə təsiri. Monitorinq hesabatı (Yanvar, 2012)
Beynəlxalq Maliyyə İnstituları tərəfindən ayrılan kreditlərə ictimai nəzarətin təşkili. QHT –lər üçün vəsait 
Dünya ölkələri arasında iqtisadi, maliyyə və sosial münasibətlər inkişaf etməkdədir.Xüsusilə İkinci Dünya Müharibəsindən sonra dünyada bloklaşmalar ortaya çıxmış, beynəlxalq münasibətlər sürətlənmiş və beynəlxalq maliyyə təşkilatları qurulmağa başlamışdır.Bundan sonra inkişaf etməkdə olan ölkələrin inkişafının maliyyələşdirilməsini saxlaya bilmək üçün xarici borc və xarici yardım təşkilatları meydana çıxmışdır.
Yod zavodunun yenidənqurma layihəsinin monitorinqinin nəticələri
Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının nümayəndəsi Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB)icraçı direktorlarının 20011-ci il 19-20 mayda Astanada keçirilmiş illik yığıncağında iştirak etmişdir.Yığıncaqda NHMT nümayəndəsi “Azəryod zavodunun ətraf sosial mühitə təsiri “ barədə çıxış etmişdir.

Neft gəlirləri
Neft gəlirlərinin xərclənməsində şəffaflığın təmini (Yanvar 2012-cu il)
Müstəqil monitorinq hesabatı
Oğuz-Qəbələ-Bakı: Sorğunun nəticələri üzrə hesabat
Azərbaycanda neft gəlirləri hesabına reallaşdırılan Oğuz-Qəbələ-Bakı (OQB) su kəmərinin istifadəyə verilməsindən sonra Bakı şəhərində və bu kəmərin   keçdiyi ərazilərdə   yaşayan  əhalinin içməli su ilə təminat səviyyəsinin və verilən suyun keyfiyyətinin öyrənilməsi məqsədi ilə keçirilmiş sorğunun nəticələri üzrə hesabat
Bülleten: Neft pulları – hara və necə xərclənir (Oktyabr 2011)
1) Buzovnadakı ayaqyolu və yaxud neft gəlirləri hesabına hakim ailənin“xeyriyyəçilik” fəaliyyəti 2) Dövlət Neft Şirkəti əhaliyə satdığı hər min kubmetr qazdan ən azı 35manat mənfəət götürür. 3) Neft Fondu: neft gəlirlərinin xərclənməsi üzərində şəffaflığı təmin edən, yoxsa onların mənimsənilməsini pərdələyən qurum. 4) Səudiyyə Krallığı və neftli-qazlı Azərbaycan. Hansının gələcəyi daha   perspektivlidir?

Korrupsiya ilə mübarizə
"Şəffaflığın artırılması və korrupsiyaya qarşı (2007-2011 illər)" və Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planının yerinə yetirilməsinin müstəqil monitorinqi hesabatı
Bu hesabat   Black Sea Trust(B/S/T)  maliyyə dəstəyi ilə həyata keçirilən    Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə  üzrə Milli Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlərin icra olunma  səviyyəsini öyrənmək  və bu tədbirlərin Milli Strategiyada nəzərdə tutulmuş prinsiplərə uyğunluğunun qiymətləndirilməsi”  layihəsi çərçivəsində monitorinq fəaliyyətinin nəticəsi olaraq hazırlanmışdır
Bülleten №12: Korrupsiya ilə mübarizədə mətbuatın rolu (avqust   2008-ci il)
1) Nazirin bəyənmədiyi tikililərə milyonlar xərjlənir-Son üç ildə OİK-lərin tikintisi üçün dövlət büdjəsindən 100 milyon manatdan çox vəsait ayrılıb... 2) Pullu yol -Bakı-Rusiya sərhədi yolu necə oldu ki, 4 dəfəyədək bahalaşdı?  3) Cahangir Əliyev həmkarlarını müdafiəsiz qoyub 4) Heydər Babayevə qurulmuş tələ-Daxili işlər nazirinin oğlu "mavi" olan müavini kimdir? 5) "Bakılifttəmir" Birliyində "yorğan davası" 6) Cahangir Əliyev niyə fəhlələrə həmkarlıq etmir? 7) Evsökən prokuror 8) "Yol polisi məndən 30 manat alıb heç bir sənəd vermədi" 9) Azərbaycan Beynəlxalq Universitetində özbaşınalığın həddi 10) Yeni mənzillər niyə baha satılırmış
Bülleten №11: Korrupsiya ilə mübarizədə mətbuatın rolu (İyul    2008-ci il)
1) Nazirin bəyənmədiyi tikililərə milyonlar xərjlənir-Son üç ildə OİK-lərin tikintisi üçün dövlət büdjəsindən 100 milyon manatdan çox vəsait ayrılıb... 2) Pullu yol -Bakı-Rusiya sərhədi yolu necə oldu ki, 4 dəfəyədək bahalaşdı? ... 3) "Azneft"in baş direktoru "Neft Daşları"nı pis vəziyyətə qoyub... 4). H.Babayevin isçisinin qohumu hakimin qərarından razı qaldı ... 5)Korrupsionerlər yaxşı ki,Ermənistanda hərbi baza tikmirlər... 6) Nəqliyyatdakı maxenasiyalar aşkarlana da bilər, aşkarlanmaya da... 7) Qızıl yol-Əzizbəyov –Aeroport yolunun sirri sirri ilk dəfə bizdə... 8) ”Azərsu”da əjdaha var-Sizə əjdaha lazımdır?

 

SUAL-CAVAB
Sual: Salam, sualım belədir: Müəssisəmiz bir neçə aydır gəlir əldə etmir, işəgötürən bu səbəblə  əlaqədar işçilərin əmək haqqlarının 50 % azaldılmasına əmr verib, bu qanun cəhətdən düzgündürmü?  Sonradan müəssisə gəlir qazansa, əmək haqqları yenə əvvəlki səviyyəsinə qaldırılmalıdırmı? Təşəkkürlər  (Əli Qarayev)
Cavab: Xeyr, əmək qanunvericiliyinin tələblərinə uyğun deyil, hər bir işəgötürənən işçi ilə bağladığı və Əmək Müqaviləsində nəzərdə tutulan əmək haqqını işçiyə ödəməyə borcludur.

TƏRƏFDAŞLAR
Новая страница 1
CEE BANK WATCH
Open Society Institute - Assistance Foundation Oxfam Novib

International NGO forum on Asian Development Bank

British Embassy in Azerbaijan    Finland Embassy

KOORDİNATLARIMIZ

Ünvan: Bakı, AZE1060, Kamil Balakişiyev küç. 15/6
Tel/Faks: (994 12)  520 34 59
E-mail: mirvari.gahramanli@gmail.com

 

Powered by TusiSoft© 2004, 2007 TSW_3.1.3
Sorğunun yerinə yetirilmə müddəti (mk.san.):0.007091