Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatı
 

| en |  

 
Bu gün: 24 İyul 2014, Cümə axşamı
Sual: Müəssisələrdə iş yerlərinin attestasiyası 5 ildə 1 dəfədən az olmayaraq  keçirilməlidir! Bəs konkret nə vaxt keçirilməlidir? Müəssisə işə  başlayanda keçirməlidir, yoxsa 5 il müddətində ürəyi istəyəndə? Xahiş  edirəm konkret müddəti deyin və əsaslandırın harda yazılıb. Təşəkkür edirəm. (Elşən Tağıyev)
Sual: Müəssisələrdə iş yerlərinin attestasiyası 5 ildə 1 dəfədən az olmayaraq  keçirilməlidir! Bəs konkret nə vaxt keçirilməlidir? Müəssisə işə  başlayanda keçirməlidir, yoxsa 5 il müddətində ürəyi istəyəndə? Xahiş  edirəm konkret müddəti deyin və əsaslandırın harda yazılıb. Təşəkkür edirəm. (Elşən Tağıyev)
Sualı Azər Quliyev cavablandırır
Cavab: Müəssisələrdə iş yerlərinin attestasiyası, onun məqsədi və keçirilməsi  AR Əmək Məcəlləsi və AR Nazirlər Kabinetinin  2000-ci il 6 mart tarixli, 38 saylı Qərarı ilə təsdiq edilmiş "İş yerlərinin attestasiyasının keçirilməsi Qaydaları" ilə tənzimlənir. Əmək Məcəlləsinin 64-cü maddəsinə əsasən:

1. Bu maddənin ikinci hissəsində nəzərdə tutulan məqsədlə əmək şəraitindən asılı olmayaraq işəgötürən müvafiq normativ hüquqi aktla müəyyən edilmiş qaydada iş yerlərinin attestasiyasının keçirilməsini təmin etməlidir.

2. İşəgötürən müvafiq iş yerlərində əməyin mühafizəsi tədbirlərinin təmin olunmasını və ya istehsal sanitariyasının, gigiyenasının vəziyyətini müəyyən etmək və yaxşılaşdırmaq məqsədi ilə, habelə əmək məhsuldarlığının və işin səmərəliliyinin artırılması, əməyin təşkilində ən mütərəqqi üsulların, o cümlədən yeni texnikanın və ya texnologiyanın tətbiqi zamanı iş yerlərinin attestasiyasını keçirməlidir. Bu məqsədlə həmkarlar ittifaqları təşkilatının nümayəndələrindən, əməyin mühafizəsi xidmətlərinin və əməyin təşkili üzrə peşəkar mütəxəssislərdən ibarət iş yerlərinin attestasiyası komissiyası yaradılır.

3. İş yerlərinin attestasiyasının keçirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilən normativ hüquqi aktla tənzimlənir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin  2000-ci il 6 mart tarixli, 38 saylı Qərarı ilə təsdiq edilmiş "İş yerlərinin attestasiyasının keçirilməsi Qaydaları"na əsəsən bu Qaydalar iş yerlərinin attestasiyasının keçirilməsində mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq respublika ərazisində yerləşən bütün müəssisə və təşkilatlar üçün əsasdır və iş yerlərinin attestasiyasının məqsədlərini, onun keçirilməsi və müəssisələrdə attestasiyanın nəticələrinin istifadəsi və rəsmiləşdirilməsi qaydalarını müəyyən edir.

Bu Qaydalara uyğun keçirilən əmək şəraiti üzrə iş yerlərinin attestasiyasının nəticələri aşağıdakı məqsədlərlə istifadə olunur: qüvvədə olan normativ hüquqi sənədlərə uyğun olaraq əmək şəraiti və mühafizəsi üzrə tədbirlərin planlaşdırılması və həyata keçirilməsi; qanunvericilikdə nəzərdə tutulmuş qaydada əmək şəraiti təhlükəli və zərərli olan işlərdə və ağır işlərdə məşğul olan işçilərə güzəştlərin və kompensasiyaların verilməsinin əsaslandırılması; peşə xəstəliyi şübhəsi altında, peşə xəstəliyinin diapazonunun təyin olunması, eyni zamanda, mübahisələrin məhkəmə yolu ilə həll olunması, xəstəliyin peşə ilə bağlılığı məsələsinin həlli; işçilərin sağlamlığını və həyatını bilavasitə təhlükə altına qoyan sexin, sahənin, istehsalat avadanlıqlarının istismarının dayandırılması və texnologiyanın dəyişdirilməsi məsələsinə baxılması;işçilərin əmək şəraiti ilə bağlı məsələlərin əmək müqaviləsinə (kontrakta) daxil edilməsi;iş yerlərində işçilərin əmək şəraiti ilə tanış edilməsi; əməyin mühafizəsi haqqında qanunvericiliyin pozulması ilə əlaqədar olaraq təqsirkar vəzifəli şəxslərə inzibati-iqtisadi sanksiyaların tətbiq edilməsi.

Attestasiyanın keçirilməsi müddəti 5 ildə bir dəfədən az olmayaraq (ilikn attestasiya müəssisə fəaliyyətə başladığı vaxtdan), əməyin xarakterinin və şəraitinin dəyişməsindən asılı olaraq müəssisənin özü tərəfindən müəyyən olunur. İstehsal avadanlıqlarının yeniləri ilə əvəz edilməsi, texnoloji proseslərin dəyişdirilməsi, kollektiv mühafizə vasitələrinin yenidən qurulması ilə əlaqədar, habelə, Dövlət Əmək Müfəttişliyinin əmək şəraiti üzrə iş yerlərinin attestasiyasını keçirdiyi zaman aşkar olunmuş pozuntuların aradan qaldırılması məqsədi ilə iş yerləri attestasiyadan keçirilməlidir.əhlükəli və zərərli istehsal amillərinin parametrlərinin ölçülməsini, əmək proseslərinin ağırlıq və gərginlik göstəricilərinin müəyyən olunmasını müəssisənin laboratoriyası həyata keçirir. Bunun üçün müəssisədə lazımi texniki vasitələr və normativ sorğu bazası olmadıqda dövlət sanitar-epidemioloji nəzarət mərkəzinin, Dövlət Əmək Müfəttişliyinin laboratoriyaları və bu sahədə göstərilən ölçülərin aparılması hüququna malik olan digər laboratoriyalar cəlb olunurlar. İş yerlərinin zədə təhlükəsizliyinin qiymətləndirilməsi müəssisələr tərəfindən müstəqil həyata keçirilir.

Əmək şəraiti üzrə iş yerlərinin attestasiyasına hazırlıq bütün iş yerlərinin siyahısının tutulmasından və instrumental qiymətlənməyə aid olan istehsalat mühitinin təhlükəli və zərərli amillərinin, onların parametrlərinin faktiki dəyərləndirilməsi məqsədi ilə aşkara çıxarılmasından ibarətdir.  Əmək şəraiti üzrə iş yerləri attestasiyasının keçirilməsi və təşkili məqsədi ilə müəssisədə əmr verilir, ona müvafiq olaraq müəssisədə, lazım gəldikdə onun struktur bölmələrində, attestasiya komissiyası yaradılır. Attestasiya komissiyasının sədri komissiyanın tərkibi və əmək şəraiti üzrə iş yerlərinin attestasiyasına aid sənədləşməni aparan, onların saxlanılmasına və tərtib edilməsinə cavabdeh şəxs təyin olunur, eyni zamanda əmək şəraiti üzrə iş yerləri attestasiyasına aid işlərin qrafiki və müddəti müəyyən olunur. Müəssisənin attestasiya komissiyasının tərkibinə həmkarlar ittifaqları təşkilatının nümayəndələri, müəssisənin əməyin mühafizəsi xidmətlərinin və əməyin təşkili üzrə peşəkar mütəxəssislər daxil edilir. Attestasiya komissiyası: bütün mərhələlərdə işin aparılmasına nəzarəti və metodiki rəhbərliyi həyata keçirir; iş yerlərinin attestasiyasının keçirilməsi üçün lazımi normativ sorğu bazanı tərtib edir və onun öyrənilməsini təşkil edir; müəssisənin iş yerlərində yerinə yetirilən işlərin xüsusiyyətləri və əmək şəraiti üzrə oxşarlığını göstərməklə tam siyahısını tərtib edir; müəssisədə istehsalat zədələnməsinin səbəblərinin təhlili əsasında daha təhlükəli sahələri, işləri və avadanlıqları aşkara çıxarır; texnoloji prosesin xüsusiyyətləri, avadanlıqların tərkibi, istifadə olunan xammalın və materialların, əmək prosesinin ağırlığının və gərginliyinin, təhlükəli və zərərli istehsalat amillərinin əvvəllər aparılmış ölçülərinin nəticələri, işçilərin əmək şəraitinə aid şikayətlərini nəzərə alaraq qiymətləndirilən hər bir iş yerində əmək prosesinin ağırlıq və gərginlik göstәricilәrinin, istehsalat mühitinin təhlükəli və zərərli amillərinin siyahısını tərtib edir; əmək şəraiti üzrə iş yerləri attestasiyasının nəticələrinin işlənməsini avtomatlaşdırmaq üçün iş yerlərinə, sahələrə, sexlərə, istehsalatlara kodlar verilir; iş yerlərini attestasiya edir və gələcəkdə istifadəsi üçün qərar verir; əmək şəraitinin yaxşılaşdırılması və sağlamlaşdırılması üçün təkliflər hazırlayır. İş yerlərinin attestasiyası zamanı cihazların və avadanlıqların zədə təhlükəsizliyi və əmək şəraiti qiymətləndirilir. Bununla yanaşı, işçilərin fərdi və kollektiv mühafizə vasitələri ilə təmin olunması, eyni zamanda bu vasitələrin səmərəliliyi nəzərə alınır. Hər bir iş yeri üçün (və yaxud görülən işlərin xüsusiyyətləri və əmək şəraitinin oxşarlığı üzrə qrup iş yerlərinə) əmək şəraiti üzrə iş yerinin attestasiya xəritəsi tərtib edilir.

  Əmək şəraiti üzrə iş yerlərinin attestasiyasının nəticələri üzrə aşağıdakılar doldurulur: iş yerlərinin attestasiyası və onların iş şəraiti, bu şəraitdə çalışan işçilərin sayı və onların fərdi mühafizə vasitələri ilə təmin edilməsi haqqında məlumatları əks etdirən iş yerlərinin və onların əmək şəraiti üzrə attestasiya edilməsinin nəticə cədvəli; müəssisə üzrə bütövlükdə və struktur bölmələr üzrə ayrılıqda iş yerlərinin sayının, əmək şəraitinin siniflər üzrə bölünməsi ilə attestasiya aparılan iş yerlərinin sayının, attestasiya aparılan iş yerlərində məşğul olan işçilərin sayının, onların fərdi mühafizə vasitələri ilə təmin edilməsi haqqında məlumatın göstərilməsi ilə iş yerlərinin və onların əmək şəraiti üzrə attestasiyasının nəticələrinin toplu siyahısı. Müəssisənin attestasiya komissiyasının işinin nəticələri əmək şəraiti üzrə iş yerlərinin attestasiya protokolu ilə rəsmiləşdirilir. Protokola əlavə edilməlidir: əmək şəraiti üzrə iş yerlərinin attestasiya pasportu; bölmələrdə əmək şəraiti üzrə attestasiyasının və iş yerlərinin siyahısı; müəssisədə iş yerlərinin və əmək şəraiti üzrə attestasiya nəticələrinin toplu siyahısı;müəssisədə əmək şəraitinin yaxşılaşdırılması və sağlamlaşdırılması üzrə tədbirlər planı.

 

1 ... 63 64 65 ... 486 A

 

Balidə Açıq Hökümət Tərəfdaşlığı  üzrə Regional Konfrans işinə başlayıb
Mayın 6-da İndoneziyanın  Bali şəhərində  “İnovativ açıqlıq: daha yaxşı vətəndaş iştirakçılığına impuls” mövzusunda  Açıq Hökümət Tərəfdaşlığı  (AHT) üzrə Asiya-Sakit okean höfzəsi  Regional  konfransı  başlayıb. Konfrasda dünyanın 43 ölkəsindən 200-dən çox hökümət, özəl bölmə və vətəndaş cəmiyyəti nümayəndələri iştirak edir.  Azərbaycanı bu konfransda Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının (NHMT) rəhbəri Mirvari Qəhrəmanlı  və İqtisadi Tədqiqatlar Mərkəzinin  (İTM) İdarə heyətinin üzvü Qubad İbadoğlu təmsil edir.  

[mündəricat]

SUAL-CAVAB
Sual: Öz ərizəsi ilə əmək müqaviləsinə xitam verən işçiyə 5 aylıqorta əmək haqqı məbləğində müavinat verilir. Bu müavinatdan vergi və ya başqa birtutulma olurmu ?
Cavab:  Vergi Məcəlləsinə əsasən  Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə ödənilən müavinətlər istisna olmaqla, dövlət müavinətləri, əvəzsiz dövlət köçürmələri, dövlət pensiyaları, dövlət təqaüdləri, işçilərin sayının və ştatların ixtisar edilməsi ilə əlaqədar olaraq əmək müqaviləsinə xitam verildikdə işçilərə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə müvafiq ödənilən təminatlar, habelə Azərbaycan Respublikasının qanunları və müvafiq icra hakimiyyəti orqanlarının qərarları əsasında dövlət büdcəsinin vəsaiti hesabına fərdi birdəfəlik ödəmələr və ya maddi yardımlar gəlir vergisindən azaddır.

[mündəricat]

TƏRƏFDAŞLAR
Новая страница 1
CEE BANK WATCH
Open Society Institute - Assistance Foundation Oxfam Novib

International NGO forum on Asian Development Bank

British Embassy in Azerbaijan    Finland Embassy

KOORDİNATLARIMIZ

Ünvan: Bakı, AZE1060, Kamil Balakişiyev küç. 15/6
Tel/Faks: (994 12)  520 34 59
E-mail: mirvari.gahramanli@gmail.com

 

Powered by TusiSoft© 2004, 2007 TSW_3.1.3
Sorğunun yerinə yetirilmə müddəti (mk.san.):0.005526