Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatı
 

| en |  

 
Bu gün: 31 İyul 2014, Cümə axşamı
Sual: İşçinin əmək stajı hesablanarkən təhsil müddəti, əsgərlik xidməti staj kimi hesablanırmı, əgər hesablanırsa hansı hallarda? Əvvəlcədən təşəkkür edirəm. (A.Həsənova)
Sual: İşçinin əmək stajı hesablanarkən təhsil müddəti, əsgərlik xidməti staj kimi hesablanırmı, əgər hesablanırsa hansı hallarda? Əvvəlcədən təşəkkür edirəm. (A.Həsənova)
Sualı Azər Quliyev cavablandırır
Cavab: Əmək məzuniyyətinə hüquq verən əmək stajına: işçinin faktik işlədiyi vaxt və aşağıdakı dövrlər daxil edilir: iş yerinin və bu Məcəllədə nəzərdə tutulmuş hallarda əmək haqqının saxlanılması şərti ilə işçinin işdən ayrıldığı dövr; qanunsuz və əsassız işdən çıxarılmaqla, yaxud başqa işə keçirilməklə əlaqədar işə bərpa edilən işçilərin məcburi işburaxma dövrü; əmək qabiliyyətinin müvəqqəti itirildiyi dövr; təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində işdən (vəzifədən) azad edilmiş və ya kənarlaşdırılmış və müəyyən edilmiş qaydada tam bəraət almış işə (vəzifəyə) bərpa edilən şəxsin məcburi işburaxma dövrü və ya həbsdə olduğu dövr.

Əmək pensiyası hüququ verən staja: Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Sığortaolunanın sığorta stajına aşağıdakı müddətlər daxil edilir: işçinin işəgötürən tərəfindən hesablanmış əmək haqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən hər hansı işinin müddəti; yaradıcılıq ittifaqlarının və peşəkar birliklərin üzvlərinin yaradıcılıq fəaliyyətinə başladıqdan sonrakı dövr, 1991-ci il yanvarın 1-dən isə müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödədikləri müddət; müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında xidmət müddəti; müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanan I qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə 70 yaşına çatmış qocalara qulluq edilməsi müddəti;  işsizlik müavinətinin verildiyi müddət, yaxud işsizin yenidən peşə hazırlığı keçdiyi və ya təhsil aldığı müddət; əmək vəzifələrini yerinə yetirərkən xəsarət alıb şikəst olmuş və bu səbəbdən, eləcə də peşə xəstəliyi nəticəsində işləməyən I və II qrup əlillərin və ya 18 yaşınadək sağlamlıq imkanları məhdud şəxslərin yaşa görə pensiya hüququ çatanadək pensiyada olduqları müddət; zabit heyəti, gizir, miçman və müddətindən artıq qulluqda olan hərbi qulluqçuların arvadlarının öz ixtisası üzrə işə düzəlmək imkanı olmadığı yerlərdə ərləri ilə yaşadıqları müddət; şəxsin qanunsuz tutulma, həbsdə olma və cəzaçəkmə müddətləri, eləcə də qeyri-qanuni olaraq işdən (vəzifədən) kənarlaşdırılması ilə əlaqədar işləmədiyi müddət; əmək qabiliyyətinin müvəqqəti itirilməsi müddəti ərzində həm işəgötürənin vəsaiti, həm də məcburi dövlət sosial sığortası vəsaitləri hesabına müavinət alındığı müddət;mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq sahəsi olan şəxslərin həmin torpaq sahəsinə görə qanunvericiliklə müəyyən olunmuş qaydada məcburi dövlət sosial sığorta haqları ödədiyi müddət;  hərbi xidmət müddəti (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla).

1 ... 365 366 367 ... 486 A

 

Balidə Açıq Hökümət Tərəfdaşlığı  üzrə Regional Konfrans işinə başlayıb
Mayın 6-da İndoneziyanın  Bali şəhərində  “İnovativ açıqlıq: daha yaxşı vətəndaş iştirakçılığına impuls” mövzusunda  Açıq Hökümət Tərəfdaşlığı  (AHT) üzrə Asiya-Sakit okean höfzəsi  Regional  konfransı  başlayıb. Konfrasda dünyanın 43 ölkəsindən 200-dən çox hökümət, özəl bölmə və vətəndaş cəmiyyəti nümayəndələri iştirak edir.  Azərbaycanı bu konfransda Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının (NHMT) rəhbəri Mirvari Qəhrəmanlı  və İqtisadi Tədqiqatlar Mərkəzinin  (İTM) İdarə heyətinin üzvü Qubad İbadoğlu təmsil edir.  

[mündəricat]

SUAL-CAVAB
Sual: Öz ərizəsi ilə əmək müqaviləsinə xitam verən işçiyə 5 aylıqorta əmək haqqı məbləğində müavinat verilir. Bu müavinatdan vergi və ya başqa birtutulma olurmu ?
Cavab:  Vergi Məcəlləsinə əsasən  Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə ödənilən müavinətlər istisna olmaqla, dövlət müavinətləri, əvəzsiz dövlət köçürmələri, dövlət pensiyaları, dövlət təqaüdləri, işçilərin sayının və ştatların ixtisar edilməsi ilə əlaqədar olaraq əmək müqaviləsinə xitam verildikdə işçilərə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə müvafiq ödənilən təminatlar, habelə Azərbaycan Respublikasının qanunları və müvafiq icra hakimiyyəti orqanlarının qərarları əsasında dövlət büdcəsinin vəsaiti hesabına fərdi birdəfəlik ödəmələr və ya maddi yardımlar gəlir vergisindən azaddır.

[mündəricat]

TƏRƏFDAŞLAR
Новая страница 1
CEE BANK WATCH
Open Society Institute - Assistance Foundation Oxfam Novib

International NGO forum on Asian Development Bank

British Embassy in Azerbaijan    Finland Embassy

KOORDİNATLARIMIZ

Ünvan: Bakı, AZE1060, Kamil Balakişiyev küç. 15/6
Tel/Faks: (994 12)  520 34 59
E-mail: mirvari.gahramanli@gmail.com

 

Powered by TusiSoft© 2004, 2007 TSW_3.1.3
Sorğunun yerinə yetirilmə müddəti (mk.san.):0.014753