NHMT - Neft gəlirləri NHMT -

Azərbaycanda fəaliyyət göstərən hasilat sənayesi şirkətləri və hökumət tərəfindən ödəniş və gəlirlər haqqında ictimaiyyətin məlumatlandırılması səviyyəsinin qiymətləndirilməsi

Azərbaycanda fəaliyyət göstərən hasilat sənayesi şirkətləri və hökumət tərəfindən ödəniş və gəlirlər haqqında ictimaiyyətin məlumatlandırılması səviyyəsinin qiymətləndirilməsi

 

Giriş

 

Tarix. 2003-cü il iyunun 17-də Londonda keçirilmiş MHŞT üzrə I beynəlxalq konfransda SOCAR-ın vitse-prezidenti İlham Əliyev Azərbaycan hökumətinin MHŞT-yə qoşulması qərarını və hasilat sənayesində şəffaflığın təmin olunmasına yönəldilmiş beynəlxalq səyləri dəstəklədiyini bəyan etmişdir. Azərbaycan MHŞT-nin tətbiqində pilot ölkə olmağı könüllü olaraq öz üzərinə götürmüşdür.

 

Çoxtərəfli Qrupun (ÇQ) hüquqi statusunun müəyyən olunması ilə bağlı Tövsiyə sənədi

Çoxtərəfli Qrupun (ÇQ) hüquqi statusunun müəyyən olunması ilə bağlı Tövsiyə sənədi

 

Azərbaycanda Mədən hasilatı sənayesində şəffaflıq təşəbbüsü üzrə mövcud olan sənədlər, o cümlədən  “Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsünün Azərbaycan Respublikasında tətbiqinə dair qarşılıqlı anlaşma haqqında” Memorandumu və ona əlavələr, eləcə də “Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsünün Azərbaycanda tətbiqinə dair Çoxtərəfli Qrupun təşkili və fəaliyyəti haqqında  Razılaşma sənədləri MHŞT yeni standartlarına[1] uyğun deyildir. Hazırda MHŞT üzvü olan ölkələrin bir çoxunda yeni standartların tətbiqi istiqamətində fəaliyyətlər həyata keçirilir. Bu ölkələrin bir qismi MHŞT-ya dair tələbləri mövcud qanunvericilik aktlarında, o cümlədən informasiya əldə edilməsi ilə bağlı qanunvericilikdə, mineral ehtiyatlar və onlardan istifadəni tənzimləyən qanunvericilik aktlarında və ətraf mühitə  dair qanunvericilik aktlarında əks etdirirlər. Bir neçə ölkədə[2] MHŞT haqqında ayrı qanun qəbul olunmuşdur. Bir qısım ölkələr isə MHŞT ilə bağlı razılaşma sənədlərində müvafiq dəyişikliklər etməklə yeni standartların tətbiqinə nail olmaq istəyirlər. Azərbaycan sonuncu ölkələrə aiddir, baxmayaraq ki, Qeyri-Hökumət Təşkilatlarının Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyasının sifarişi ilə hələ 2010-cü ildə “Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsü haqqında qanun layihəsi hazırlanmış və həmin layihə 2013-cü ildə yeni standartlara uyğunlaşdırılmışdır.

 

Təqdim edilən tövsiyələr  Azərbaycanda mədən sənayesində şəffaflığın təmin olunmasına, ictimaiyyətin hasilat sənayesindən əldə edilən gəlirlərə dair müfəssəl məlumatlar əldə etməsinə, mədən hasilatının ətraf sosial və ekoloji mühitə təsirlərinə dair məlumatların əldə edilməsinə, eləcə də bu gəlirlərin xərclənməsi ilə bağlı məlumatlara çıxışı üçün qanunvericiliyin təkmilləşdirilməsinə istiqamətlənmişdir.

 

Azərbaycan Respublikasının Baş Naziri cənab Artur Rasi-zadəyə

Azərbaycan Respublikasının Baş Naziri cənab Artur Rasi-zadəyə

 

Hörmətli cənab Baş Nazir,

"Ətraf mühitə dair informasiya almaq haqqında" Azərbaycan Respublikasının Qanununda əlavə və dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Qanununa əlavə olunması üçün təklif olunan maddələr

"Ətraf mühitə dair informasiya almaq haqqında" Azərbaycan Respublikasının Qanununda əlavə və dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Qanununa əlavə olunması üçün təklif olunan maddələr

 

1.0.3. Ətraf mühitə dair informasiya registri – dövlət və yerli özünüidarəetmə orqanları, təbiətdən istifadə edən subyektlər tərəfindən ətraf mühitin vəziyyəti və ona təsir edən amillər haqqında yaradılan, saxlanılan və mütəmadi olaraq yeniləşdirilən sistemləşdirilmiş məlumatların məcmusudur.

 

10.1. Müvafiq dövlət və yerli özünüidarəetmə orqanları, onların sahə strukturları, təbiətdən istifadə edən subyektlər səlahiyyətlərinə və fəaliyyət dairələrinə aid məsələlər üzrə ətraf mühitə dair informasiya registri aparmalı, həmçinin öz səlahiyyətləri daxilində onu almaq hüququ olan subyektləri bu informasiya ilə təmin etməlidirlər.

 

Azərbaycanın hasilat sənayesində fəaliyyət göstərən şirkətlərin sosialyönümlü layihələri

Azərbaycanın hasilat sənayesində fəaliyyət göstərən şirkətlərin sosialyönümlü layihələri

Araşdırılan istiqamət: MSŞT-yə qoşulan şirkətlərin sosial xərcləri və bu sahədə şəffaflığın təmini

İstifadə edilən resurslar: Şirkətlərin 2013-cü il üzrə illik maliyyə hesabatı, illik fəaliyyət hesabatı və Davamlı inkişaf hesabatları

Əhatə olunan müddət: 2013-cü il

Araşdırıcılar: Mirvari Qəhramanlı və İlham Şaban

Bakı, 2015