NHMT - Neft gəlirlərinin istifadəsi üzrə layihələrin monitorinqi və nəticələrin ictimai müzakirəsi” layihəsi

Neft gəlirlərinin istifadəsi üzrə layihələrin monitorinqi və nəticələrin ictimai müzakirəsi” layihəsi

“Neft gəlirlərinin istifadəsi üzrə layihələrin monitorinqi və nəticələrin ictimai müzakirəsi” layihəsi

 

YEKUN HESABAT

 

Hesabatın müəllifləri: Mirvari Qəhrəmanlı, Zöhrab İsmayılov, Zamin Hacıyev

 

Bakı – 2007

 

 

MÜNDƏRİCAT 

 

1. İcraçı təşkilatlar haqqında məlumat 3

2. İcra xülasəsi 4

3. Giriş 11

4. ARDNŞ-nin Müalicə Diaqnostika Mərkəzlərinin tikintisi layihələrinin monitorinqi üzrə nəticələr 13

5. ARDNF-dən “Samur-Abşeron” suvarma kanalının yenidənqurulmasına ayrılmış vəsaitlərin monitorinqi üzrə nəticələr 23

5.1. ARDNF-ə ünvanlanmış suallar, əldə olunmuş məlumatlar və nəticələr 23

5.2. ARDNF-in vəsaiti hesabına maliyyələşdirilən “Taxtakörpü” su anbarının tikintisi layihəsinin monitorinqi üzrə nəticələr 26

5.3. “Taxtakörpü su anbarının Su Elektrik Stansiyası ilə birlikdə tikintisi” layihəsinə ayrılmış vəsaitlərin strukturu 37

6. İctimai müzakirələr 38

6.1. ARDNŞ-nin MDM layihələrinin monitorinqi üzrə nəticələrin ictimai müzakirəsi 38

6.2. ARDNF-dən maliyyələşdirilən “Taxtakörpü” su anbarının tikintisi layihəsinin monitorinqi üzrə nəticələrin ictimai müzakirəsi 42

7.Yekun qənaətlər və təkliflər 46

7.1. Müalicə Diaqnostika Mərkəzlərinin tikintisi layihəsinin monitorinqi üzrə qənaətlər və tövsiyyələr 46

7.2.“Taxtakörpü” su anbarının tikintisi layihəsinin monitorinqi üzrə qənaətlər və tövsiyyələr 47

8. Layihə üzrə əldə edilmiş nəticələr 48

9. Əlavələr 49

9.1.Neft gəlirləri hesabına reallaşan layihələrin monitorinqi üzrə Metodologiya 49

9.2. Gəncə regional MDM-in müşahidəsi 54

9.3. Qazax rayon MDM-in müşahidəsi 55

9.4. “Taxtakörpü” Su Anbarının tikintisinin müşahidəsi 56

9.5. “Taxtakörpü” Su Anbarının tikikintisi ilə əlaqədar Dəvəçi rayon Üzumlü kənd sakinlərinin hüquqlarının müdafiəsi ilə bağlı mətbut konfransının press-relizi 58

9.6. ARDNŞ-nin MDM layihələrinin monitorinqi üzrə nəticələrin ictimai müzakirəsində Monitorinq Qrupunun təqdimatı 60

10. Təşəkkürlər 63

11. Qısaltmalar 64

 

 

1. İCRAÇI TƏŞKİLATLAR HAQQINDA MƏLUMAT 

 

1.1. Neftçilərin Hüquqularını Müdafiə Təşkilatı

Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı İctimai Birliyi (NHMT) 1996-cı ildən fəaliyyət göstərir.

Təşkilatın fəaliyyət istiqamətləri aşağıdakılardır:

  • § Neftçilər arasında peşəkar birliklərin yaradılması və insan haqlarının müdafiəsi üzrə maarifləndirmə işinin aparılması;
  • § Neftçilərin hüquqlarının müdafiəsi;
  • § Beynəlxalq maliyyə qurumlarının Azərbaycandakı fəaliyyətinin izlənməsi;
  • § Beynəlxalq maliyyə qurumları tərəfindən kreditləşdirilən layıhələrin icrasına ictimai nəzarətin təşkili;
  • § Neft gəlirlərinin istifadəsinə və neft-qaz şirkətlərinin fəaliyyətinə ictimai nəzarətin təşkili;
  • § Koorrupsiyaya qarşı mübarizənin təşkili;

NHMT “Mədən Sənayesində Şəffaflığın Artırılması” QHT koalisiyasının, Azərbaycan Hüquq Müdafiə Təşkilatları Konfederasiyasının, CİVİCUS beynəlxalq təşkilatının, Asiya İnkişaf Bankının fəaliyyətinə nəzarət edən Beynəlxalq QHT Forumunun üzvüdür. Eyni zamanda təşkilat “Bank Watch”un Azərbaycan üzrə tərəfdaşıdır. NHMT, ACİ-YF-in “Neft əməliyyatları aparılan ərazilərdə vətəndaş nəzarətinin təşkili” Proqramının iştirakçısı və bu proqram üzrə ACİ-YF-in əsas tərəfdaşlarından biridir.

.

Ünvan: Şəmsi Bədəlbəyli 38, Bakı, Azərbaycan, AZ 1007, Tel.: +994 124943376 Fax: +994 124941458 E-mail: gmirvari@azeronline.com

 

1.2. Azad İqtisadiyyata Yardım Mərkəzi

Azad İqtisadiyyata Yardım (Mərkəzi) Ictimai Birliyi (AİYM) 2004-cü ilin yanvarında təsis edilib, 2006-cı ilin mayında Ədliyyə Nazirliyində dövlət qeydiyyatından keçib. İctimai Birliyin məqsədi ictimai vəsaitlərin şəffaf, səmərəli istifadə edilməsi və iqtisadiyyatın liberallaşması naminə ictimai təşəbbüsləri birləşdirməkdir. Təşkilatın fəaliyyət istiqamətləri aşağıdakılardan ibarətdir:

  • § Büdcə vəsaitlərinin və neft gəlirlərinin istifadəsinə ictimai nəzarəti həyata keçirmək;
  • § Dövlət investisiya layihələrinin və sosial-iqtisadi proqramların təhlilini və monitorinqini aparmaq;
  • § İqtisadiyyatın liberallaşmasına, antiinhisar siyasətinin həyata keçirilməsinə və özəl sektorun inkişafına və iqtisadi hüquqların qorunmasına yardım göstərmək;
  • § Yerli özünüidarətmə institutlarının inkişafına yardım göstəmək;
  • § Müasir iqtisadi təhslilin təbliği və tətbiqinə yardımçı olmaq.

AİYM, hazırda ölkənin üçüncü sektorunda mühüm rol oynayan iki QHT birliyinin üzvüdür. Bunlardan biri Milli Büdcə Qrupu, digəri Mədən Sənayesində Şəffaflığın Artırılması üzrə QHT koalisiyasıdır.

 

Ünvan: Cəfər Cabbarlı 44, Kaspian Plaza, 3-cü bina, 9-cu mərtəbə, Bakı,

Azərbaycan, AZ 1065

Tel/Fax: +994 12 4970845, +994 12 4970846

E-mail: free.economy@gmail.com

 

2. İCRA XÜLASƏSİ 

Bu hesabat “Oxfam Novip” Təşkilatının maliyyə dəstəyi ilə Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının və Azad İqtisadiyyata Yardım Mərkəzinin həyata keçirdiyi “Neft gəlirlərinin istifadəsi üzrə layihələrin monitorinqi və nəticələrin ictimai müzakirəsi” layihəsi üzrə görülmüş işləri əks etdirir. Bu layihənin həyata keçirilməsində məqsəd Azərbaycanın neft gəlirlərinin nə dərəcədə şəffaf və səmərəli istifadə olunduğunu aydınlaşdırmaq və ictimaiyyətin diqqətini bu sahədəki problemlərə yönəltmək idi. Bu məqsədə çatmaq üçün aşağıdakı vəzifələr qarşıya qoyulmuşdu: 

  • § Neft gəlirlərinin istifadəsinin monitorinqi üzrə metodologiyanın hazırlanması;
  • § Neft gəlirlərinin istifadəsi üzrə iki istiqamətdə (ARDNF-nin vəsaiti hesabina həyata keçirilən “Samur-Abşeron” suvarma kanalının yenidənqurulması və ARDNŞ-nin vəsaiti hesabına reallaşdırılan Müalicə Diaqnostika mərkəzlərinin tikitisi layihələri) monitorinqinin aparılması;
  • § Monitorinqin nəticələri ilə bağlı ictimai müzakirələrin təşkil edilməsi;
  • § Neft gəlirlərinin istifadəsi sahəsində şəffaflığın artırılması üzrə təkliflərin hazırlanması.

 

2.1. Layihənin icrası barədə məlumat 

“Neft gəlirlərinin istifadəsi üzrə layihələrin monitorinqi və nəticələrin ictimai müzakirəsi” layihəsi 1 oktyabr 2006 – 30 iyun 2007-ci il tarixlərini əhatə edən dövrdə həyata keçirilib və layihə üzrə aşağıdakı işlər görülüb:

  • § Neft gəlirləri hesabına reallaşan layihələrin monitorinqi üzrə Metodologiya hazırlanıb;
  • § Neft gəlirlərinin istifadəsi üzrə monitorinqi nəzərdə tutulan layihələr barədə sənədlər və ilkin məlumatlar toplanıb.
  • § Monitorinq Qrupu təşkil edilib və onlara təlim keçilib;
  • § ARDNF, ARDNŞ və “Melorasiya və Su Təsərrüfatı” SC-yə İnformasiya Sorğuları göndərilib;
  • § ARDNŞ-də və “Melorasiya və Su Təsərrüfatı” SC-də monitorinq edilən layihələr üzrə məsul şəxslər və işçi qruplarla görüşlər keçirilib;
  • § Layihələrin həyata keçirildiyi ərazilərdə müşahidə aparmaq üçün səfərlər edilib;
  • § Layihələrin həyata keçirilməsi prosesi müşahidə edilib;
  • § “Samur-Abşeron suvarma kanalının yenidənqurulması” layihəsi çərçivəsində inşa edilən “Taxtakörpü su anbarı” layihəsinin ətraf icmalara təsiri öyrənilib;
  • § Su anbarının tikintisinin altına düşən Güləmli və Qarabağlar icmaları sakinləri nin hüquqularının müdafiəsi məqsədilə mətbuat konfransı keçirilib;
  • § Hər bir monitorinq məsələsi üzrə İlkin Hesabat hazırlanıb.
  • § İlkin hesabatlar əldə edilmiş məsələlər üzrə izahat veilməsi üçün monitorinq edilən tərəfə təqdim edilib;
  • § İctimai müzakirələr keçirilib;
  • § Əldə olunmuş nəticələr və ictimai müzakirələr üzrə məlumatlar mətbuatda yerləşdirilib.
  • § Monorinq nəticəsində aşkar edilmiş problemlərin həlli üçün tövsiyyələr hazırlanıb
  • § Monitorinq edilən tərəflərin ilkin hesabata rəsmi münasibət bildirməsinə nail olunub;
  • § Yekun Hesabat hazırlanıb, azərbaycan və ingilis dillərində nəşr etdirilib.
  • § Yekun hesabat monitorinq edilən tərəflərə, ictimaiyyətə və maraqlı tərəflərə təqdim edilib.

 

2.2. Metodologiya 

Layihə çərçivəsində hazırlanmış metodologiya (Bax: Əlavə 9.1, səh. 49) “Neft gəlirlərinin istifadəsi üzrə layihələrin monitorinqi və nəticələrin ictimai müzakirəsi” layihəsi üzrə həyata keçiriləcək işləri nəzərə almaqla hazırlanıb. Bu mеtоdolоgiyа layihə üzrə aparılacaq monitorinqin yolları və üsullarını özündə əks etdirir. Monitorinqin hazırlanması zamanı “Revenue Watch” İnstitutunun, Mərkəzi Avropa Universitetinin Siyasi Araşdırmalar Mərkəzi və Beynəlxalq Büdcə Layihəsinin birgə nəşr etdiyi “Büdcələrin və neft-qaz sənayesi gəlirlərinin monitorinqi üzrə” rəhbərlikdən, Beynəlxalq Büdcə Layihəsinin monitorinq üzrə treninq materiallarından, eləcə də layihədə iştirak edən QHT-lərin monitorinq üzrə əvvəllər hazırladıqları metodik göstərişlərdən və təcrübələrindən istifadə olunub.

 

2.3. Monitorinq Qrupunun təşkili və onlara verilmiş təlim

Monitorinq Qrupu üzvləri icraçı təşkilatlar arasında aparılmış məsləhətləşmələr əsasında seçilib. Qrupa irriqasiya sistemlərinin tikintisi üzrə mütəxəssis (Oqtay Səlimov) və NHMT-nin əvvəlki monitorinq layihələrində təcrübəsi olan Zamin Hacıyev və Mətanət Язизова daxil edilib. Monitorinq Qrupuna layihənin eksperti rəhbərlik edib.

Təlim prosesinə daha çox QHT təmsilçisi cəlb edilib. Burada məqsəd daha çox Vətəndaş Cəmiyyəti nümayəndəsinin “Neft gəlirlərinin istifadəsinin monitorinqi” üzrə bilik əldə etməsi olub.

İlk olaraq Monitorinq Qrupuna neft gəlirləri hesabına həyata keçirilən layihələr, həmçinin “Neft gəlirlərinin istifadəsi üzrə layihələrin monitorinqi və nəticələrin ictimai müzakirəsi” layihəsi çərçivəsində monitorinq ediləcək fəaliyyətlər barədə məlumat verilib. Sonra Monitorinq Qrupu üzvlərinə “Monitorinqin əsasları” və “Neft gəlirləri hesabına maliyyələşən layihələrin monitorinqi” mövzuları üzrə təlim keçilib. Birinci mövzu üzrə təlimi Əmək Hüquqlarının Müdafiə Liqasının rəhbəri Sahib Məmmədov, ikinci mövzu üzrə təlimi isə layihənin eksperti Zöhrab İsmayılov keçib.

 

2.4. İnformasiya sorğuları 

Layihə çərçivəsində ARDNF-ə 1, ARDNŞ-yə 3, Melorasiya və Su Təsərrüfatı SC-yə 2 informasiya sorğusu gondərilib. İnformasiya Sorğuları “İnformasiya əldə etmək azadlığı haqqında” Qanuna (30 sentyabr 2005-ci il tarixli) əsasən hazırlanıb. İnformasiya Sorğusuna daxil edilmiş suallar Metodologiyaya uyğun olaraq monitorinq edilən məsələləri əhatə edib.

Layihə üzrə monitorinq subyektlərinə göndərilmiş sorğular əsasən cavablandırılıb. Bu isə layihənin uğurla reallaşdırılmasında müsbət rol oynayıb.

 

2.5. Regiona səfərlər

Layihə çərçivəsində regiona 6 səfər reallaşdırılıb. Bu səfərlər Gəncə şəhərini, Qazax rayon mərkəzini və Dəvəçi rayonunu əhatə edib. Səfərlərdə 4 nəfər, ekspert və MQ üzvləri iştirak ediblər. Səfərlərin hər biri 3 gün çəkib. Beləliklə də layihə çərçivəsində səfərlərin ümumi sayı 56 adam*gün təşkil edib.

Səfərlər əvvəlcədən monitorinq edilən tərəflə razılaşdırılıb. Monitorinq subyektləri neft gəlirləri hesabına həyata keçirilən layihələr üzrə görülən işlərin müşahidəsini aparmaq üçün MQ-yə şərait yaradıblar. Həmçinin, pordatçı təşkilatların menecerləri MQ-nin suallarına əsasən cavab veriblər.

 

2.6. Monitorinq nəticəsində aşkar edilmiş məsələlər

2.6.1. ARDNŞ-nin Müalicə Diaqnostika Mərkəzlərinin tikintisi layihələrinin monitorinqi nəticəsində aşkar edilmiş məsələlər

  • § MDM-lərin inşası üçün dislokasiya hazırlanarkən Dağlıq Şirvan iqtisadi rayonu nəzərə alınmayıb;
  • § MDM-lərin tikintisi üçün nəzərdə tutulmuş vəsaitlərin həcmi artırılıb. Ancaq bu son hədd deyil, ayrılmış vəsaitlərin artacağı gözlənilir;
  • § ARDNŞ, MDM layihələrinin Texniki İqtisadi Əsaslandırma sənədləri üzrə məlumat təqdim etməyib, sonradan layihələr üzrə TİƏ-nin ümumiyyətlə mövcud oldağı müəyyənləşib;
  • § Naxçlvan MR-də fəaliyyətə başlamış MDM-in inşasına sərf olunmuş vəsaitlər barədə ictimaiyyətə məlumat verilməyib;
  • § Monitorinq obyekti kimi seçilmiş Qazax MDM layihəsi üzrə 2006-cı ildə sərf edilmiş maliyyə vəsaiti üzrə məlumat MQ-yə təqdim edilməyib;
  • § Ayrı-ayrı MDM layihələrinin smeta dəyəri və xərclərin strukturu barədə ictimaiyyətə məlumat verilmir;
  • § Layihənin icrası zamanı podratçıların bir qismi dəyişdirilib;
  • § ARDNŞ podratçıları müəyyən edərkən “Dövlət satınalmaları haqqında” qanunun (27 dekabr 2001-ci il tarixli № 245 - II Q) tələbləri pozulub;
  • § Ayrı-ayrı layihlər üzrə xərclərin strukturu həm bir-biri ilə, həm də MDM layihələri üzrə yekun xərclərin strukturundan kəskin fərqlənir;
  • § MDM-lərin tibbi avadanlıqlarla təmin olunması üzrə podratçı və uyğun müqavilə ilə bağlı məlumatlar ictimaiyyətə təqdim edilməyib;
  • § ARDNŞ sosial investisiyaları artırsa da, həmin sosial obyektlərin gələcək istismar xərcləri üzrə planlaşma aparmır;
  • § Tikinti sahələrində texniki-təhlükəsizlik qaydalarına tam əməl edilmir;
  • § Tikintidə çalışan işçilərin əksəriyyəti əmək müqaviləsi olmadan layihələrə cəlb edilib.

 

2.6.2. ARDNF-in vəsaiti hesabına inşa olunan Taxtakörpü Su Anbarının tikintisi layihəsinin monitorinqi nəticəsində aşkar edilmiş məsələlər

  • § ARDNF-in, fondan maliyyələşən layihələr üzrə vəsaitlərin təyinatı üzrə və səmərəli istifadəsinə nəzarət mexanizmləri yetərli deyil;
  • § “Melorasiya və Su Təsərrüfatı” ASC podrat müqavilələri üzrə xərclərin strukturu barədə ictimaiyyətə məlumat vermir;
  • § Su anbarının altına düşən yaşayış məntəqələrində mülkiyyətçilərə kompensasiyalar hesablanarkən indiki bazar qiymətləri və mülkiyyətçilərin köçürmədən sonrakı taleyi nəzərə alınmayıb;
  • § Mülkiyyətçılərə hesablanmış və ödənmiş kompensasiyaların həcmində uyğunsuzluq var, mülkiyyətçilər arasında ayrıseçkiliyə və korrupsiyaya yol verilib;
  • § Üzümlü kəndi sakinlərinin mülkiyyət hüquqları pozulub. Onların mülkləri üçün ədalətsiz kompensasiya hesablanıb. Mülkiyyətçilərlə razılaşma olmadan onların adlarına kompensasiya hesabları açılıb və pul vəsaiti köçürülüb.
  • § Qarabağlar kəndində 31 ailə olsa da yeni qəsəbədə 70 ev tikilib və bu evlərin tikintisi bazar qiymətlərindən baha başa gəlib.
  • § Layihə üzrə ayrılmış vəsaitlərin istifadəsi üzrə qanun pozuntusu baş verib. Belə ki, 2006-cı ilin sonunda layihə üzrə 3242.7 min manat istifadə edilməmiş qalsa da, həmin vəsait Dövlət Xəzinədarlığına qaytarılmayıb və 2007-ci ilin əvvəlində xərclənib. Eyni zamanda ASC-nin ARDNF-ə verdiyi hesabatlarda, eləcə də
  • Monitorinq Qrupuna təqdim etdiyi yazılı məlumatda 2006-cı ildə layihə üzrə ayrılmış vəsaitin tam xərcləndiyi göstərilib. Qalıq vəsaitlərin isə təyinatı dəyişdirilib.

 

2.7. İctimai müzakirələr

Layihə çərçivəsində 2 dəfə ictimai müzakirə keçirilib. İctimai müzakirələrdən birincisi ARDNŞ-nin Müalicə Diaqnostika Mərkəzlərinin tikintisi layihəsinin monitorinqi üzrə nəticələrin, ikincisi isə ARDNF-in vəasiti hesabına inşa olunan “Taxtakörpü” su anbarının tikintisi layihəsinin monitorinqi üzrə nəticələrin müzakirəsinə həsr olunub. İctimai müzakirərələrdə monitorinq subyektlərinin səlahiyyətli nümayəndələri, aidiyyatlı hökumət qurumlarının təmsilçiləri, QHT rəhbərləri, müstəqil ekspertlər, beynəlxalq maliyyə qurumlarının və KİV-lərin nümayəndələri iştirak ediblər. İctimai müzakirələrdə Monitorinq Qrupu monitorinqin yekunları barədə təqdimatla çıxış ediblər. İctimai müzakirələrdə ARDNŞ və “Melorasiya və Su Təsərrüfatı” ASC-nin monitorinq edilmiş layihələr üzrə məsul şəxsləri çıxış ediblər və nəticələrə münasibətlərini bildiriblər, habelə monitorinq tapıntıları üzrə izahat veriblər.

Müzakirələrdə ekspertlər də çıxış ediblər, monotorinq tapıntılarına münasibətlərini bildiriblər və təkliflər irəli sürüblər. İctimai müzakirələrdə səslənmiş obyektiv düzəlişlər və dəyərli təklifələr Yekun Hesabatda nəzərə alınıb.

 

2.8. İctimai əlaqələr

Bu layihə həyata keçirilərkən görülən işlərlə bağlı ictimaiyyətə vaxtaşırı məlumatlar verilib. Mesajlar ictimaiyyətə daha çox KİV vasitəsilə çatdırılıb. Layihənin koordinatoru və eksperti neft gəlirlərinin xərcənməsində şəffaflığın vəziyyəti ilə bağlı “Azadlıq” radiosunda dəfələrlə çıxış edib ictimaiyyətə məlumatlar veriblər. Hər biri 45 dəqiqə davam edən və ölkənin bütün regionlarında yayımlanan verilişlər sual-cavab və polemika xarakterli olub.

“Taxtakörpü” Su Anbarının tikintisi layihəsinin monitorinqi zamanı hüquqları pozulmuş mülkiyyətçilərin müdafiəsi üçün mətbuat konfransı keçirilib (Bax: Əlavə 9.5, səh. 58).

Layihə üzrə aparılmış monitororinqin nəticələri ödənişli əsaslarla “Təzadlar” qəzetində və “Korrupsiya və Cəmiyyət” jurnalında dərc edilib.

Bundan başqa mesajların yayılmasında internetin imkanlarından istifadə edilib, həmçinin Yekun Hesabat azərbaycan və ingilis dillərinə nəşr edilərək, monitorinq subyektlərinə, dövlət qurumlarına, beynəlxalq maliyyə institutlarına, maraqlı tərəflərə və aparıcı KİV-lərə çatdırılıb.

 

2.9. Yekun qənaətlər və təkliflər

2.9.1. Müalicə Diaqnostika Mərkəzlərinin tikintisi layihəsinin monitorinqi üzrə qənaətlər

  • § Monitorinq prosesində ARDNŞ layihəni həyata keçirən QHT-lərlə əməkdaşlıq istiqamətində real addımlar atıb və bununla Vətəndaş Cəmiyyəti ilə əməkdaşlıqda maraqlı olduğunu nümayiş etdirib;
  • § ARDNŞ Sosial İnvestisiya Proqramı olmadan genişmiqyaslı sosial layihələr həyata keçirir. Müalicə Diaqnostika Mərkəzlərinin tikintisi əvvəlcədən layihələşdirilməyib və ayrı-ayrı layihələr üzrə Texniki-İqtisadi Əsaslandırma hazırlanmayıb;
  • § ARDNŞ Müalicə Diaqnostika Mərkəzlərinin tikintisi layihələrini reallaşdırarkən, podratçıların seçimi prosesində ”Dövlət satınalmaları haqqında” Qanunun (27 dekabr 2001-ci il № 245 - II Q), "Dövlət satınalmaları haqqında" Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanın (29 yanvar 2002-ci il, № 668) tələblərini pozaraq tender keçirməyib;
  • § Şirkətin bütün fəaliyəti üzrə olduğu kimi, sosial layihələrin həyata keçirilməsi prosesində də şəffaflığın təmin edilməsi üçün ictimai əlaqələr mexanizmləri effektiv işləmir;
  • § Şirkətin hesabatlılıq üzrə fəaliyyəti yetərli sayıla bilməz. Belə ki, ARDNŞ öz fəaliyyəti barədə yalnız illik hesabatlar açıqlayır. Bununla belə, bu hesabatda şirkətin sosial fəaliyyəti barədə səthi və ümumi məlumatlar yer alıb.

 

Təkliflər:

  • § ARDNŞ-nin hazırda 2007-ci il üçün nəzərdə tutduğu Sosial İnvestisiyalar Proqramı üzrə beynəlxalxalq qurumlar və Vətəndaş Cəmiyyəti ilə müzakirələr təşkil edilməsi məqsədəuyğundur;
  • § Şirkət öz fəaliyyətində şəffaflığı artırmaq üçün səmərəli İctimaiyyətlə Əlaqələr mexanizmləri yaratmaq barədə tədbirlər görsün;
  • § Şirkət öz internet səhifəsindəki “Sosial sahə” bölməsini zənginləşdirmək barədə tədbirlər görsün. Şirkətin həyata keçirdiyi sosial layihələrlə bağlı ətraflı məlumatları bu bölmədə yerləşdirmək imkanı vardır;
  • § ARDNŞ sosial layihələri həyata keçirərkən podratçı və subpodratçıların seçimi və satınalmalarla əlaqədar məsələlərdə qanunvericiliyin tələblərinə əməl olunması üçün tədbirlər görsün;
  • § Şirkət öz saytında başqa mənbələrin məlumatlarını, habelə şirkətin vəzifəli şəxslərinin çıxışlarını yerləşdirərkən, burada yer alan faktları və rəqəmləri dəqiqləşdirsin;

 

2.9.2. “Taxtakörpü” su anbarının tikintisi layihəsinin monitorinqi üzrə qənaətlər

  • § ARDNF, fondun vəsaitləri hesabına həyata keçirilən layihələrin həyata keçirilməsində şəffaflığın artırılmasında və bu sahədə Vətəndaş Cəmiyyəti ilə əməkdaşlıqda maraqlıdır;
  • § ARDNF-in, fonddan maliyyələşən layihələr üzrə vəsaitlərin təyinatı üzrə və səmərəli istifadəsinə nəzarət mexanizmləri yetərli deyil. ARDNF bu vəsaitlərin səmərəli istifadəsi üzrə məsuliyyətin yalnız layihələr üzrə məsul dövlət qurumlarının üzərinə atılması siyasətini yürüdür;
  • § “Melorasiya və Su Təsərrüfatı” ASC, ARDNF-in vəsaitləri hesabına həyata keçirdiyi layihənın monitorinqinə şərait yaratmaqla Vətəndaş Cəmiyyəti ilə əməkdaşlıqda maraqlı olduğunu nümayiş etdirib;
  • § ASC öz fəaliyyəti və həyata keçirdiyi layihələr üzrə ictimaiyyətə dövrü hesabatlar açıqlamır;
  • § ASC-nin həyata keçirdiyi layihələr üzrə məlumatları və hesabatları ictimailəşdirmək üçün effektiv ictimai əlaqələr mexanizmləri yoxdur. ASC-nin internet səhifəsinin açılışı monitorinq dövrünün sonlarına təsadüf edir. İlkin müşahidələr göstərir ki, saytdakı resurslar olduqca az və səthi məlumatlardan ibarətdir;
  • § Su anbarının altına düşən yaşayış məntəqələrində mülkiyyətçilərın evlərinin, həyatyanı sahələrinin və pay torpaqlarının alınması prosesində insan haqları və mülkiyyət hüquqları kobud şəkildə pozulub və korrupsiya hallarına yol verilib;
  • § Layihə üzrə ayrılmış vəsaitlərin istifadəsi üzrə qanun pozuntusu və xərclərin təyinatının dəyişdirilməsi halları baş verib.

 

Təkliflər:

  • § ARDNF-in, onun vəsaitləri hesabına maliyyələşən layihələrin şəffaf və səmərəli həyata keçirilməsi, vəsaitlərin təyinatına uyğun xərclənməsinə nəzarət mexanizmlərinin gücləndirilməsinə ehtiyac var;
  • § “Melorasiya və Su Təsərrüfatı” ASC öz fəaliyyəti və həyata keçirdiyi layihələr ictimaiyyət üçün dövrü hesabatların açıqlanması üzrə təbdirlər görsün;
  • § ASC effektiv ictimai əlaqələr mexanizmi yaratmaq üçün tədbirlər görsün;
  • § ASC internet səhifəsində resurların artırılması barədə fəaliyyətini artırsın. Səhmdar Cəmiyyət “İnformasiya azadlığı haqqında” qanuna uyğun olaraq ictimaiyyətə açıqlanması tələb olunan məlumatların saytda yer almasına diqqət yetirsin;
  • § ASC layihələr həyata keçirərkən insan haqlarının qorunması məsələsinə diqqəti artırsın. Səhmdar Cəmiyyət nəzərə almalıdır ki, Azərbaycan insan hüquqları, o cümlədən mülkiyyət hüquqları Konstitusiya və Beynəlxalq konvensiyalarla qorunur;
  • § ASC Güləmli qalmaqalına görə məsuliyyət daşıyan əməkdaşlarının cəzalandırılması üzrə tədbirlər görsün;
  • § ASC layihə üzrə 2006-cı ilin sonunda xərclənməmiş vəsaitlərin hansı əsasla 2007-ci ilin əvvəlində xərclədiyini, həmçinin bu vəsaitlərin hansı əsasla təyinatının dəyişdiyi barədə qanunvericiliklə əsaslandırılmış izahat versin.

 

2.10. Layihə üzrə əldə edilmiş nəticələr

“Neft gəlirlərinin istifadəsi üzrə layihələrin monitorinqi və nəticələrin ictimai müzakirəsi” layihəsinin həyata keçirilməsi ilə aşağıdakı nəticələr əldə edilib:

  • § Bu layihə çərçivəsində “Neft gəlirləri hesabına reallaşan layihələrin monitorinqi üzrə Metodologiya” hazırlanıb ki, bu, həm icraçı, həm də başqa QHT-lərin analoji layihələrində istifadə oluna bilər;
  • § Həyata keçirilmiş layihə nəticəsində “Neft gəlirləri hesabına həyata keçirilən layihələrin monitorinqi” üzrə daha bir təcrübə yaranıb və hazırda bu təcrübə genişlənməkdədir (AİYM-in büdcə investisiyalarının monitorinqi layihəsini buna misal gətirmək olar);
  • § Bu layihə çərçivəsində təşkil edilmiş Monitorinq üzrə təlimlər nəticəsində peşəkar qrup yaranıb ki, qrupa daxil olan şəxslər partnyorların, eləcə də başqa QHT-lərin gələcək layihələrdə də iştirak edə biləcəklər;
  • § Partnyorlar layihəni həyata keçirərkən dövlət qurumları ilə anlaşmaya, əməkdaşlığa və dialoqa nail olublar ki, bu da Monitorinq nəticəsində obyektiv və real məlumatlara əsaslanan tapıntıların ortaya çıxmasında yardımçı olub. Eyni zamanda monitorinq subyektlərin tapıntılara öz rəsmi münasibətlərini açıqlayıblar;
  • § Təşkil edilmiş ictimai müzakirələrdə monitorinq subyektlərinin və nüfuzlu ekspertlərin, habelə maraqlı tərəflərin iştirakı səmərəli dialoqun aparılmasına, monitorinq subyektlərinin həyata keçirdiyi layihələr üzrə əlavə məlumatlar açıqlamasına gətirib çıxarıb;
  • § Layihənin icrası prosesində KİV-lə əməkdaşlıq, İctimai Müzakirələrdə KİV-in iştirakının təmin edilməsi, habelə monitorinqin nəticələrinin KİV-də yerləşdirilməsi neft gəlirlərinin necə istifadə olunduğu barədə məlumatların ictimaiyyətə çatdırılmasına yardımçı olub;
  • § Layihə üzrə fəaliyyətin nəticəsində ARDNŞ ilk dəfə olaraq 2006-cı il üzrə İllik Hesabatında sosial investisiyaların funksional strukturunu açıqlayıb (Hesabat 2007-ci ilin iyul ayında açıqlanıb);
  • § Layihə üzrə fəaliyyətin nəticəsində “Melorasiya və Su Təsərrüfatı” ASC özünün internet resurslarını yaradıb (www.stm.gov.az saytının açılması 2007-ci ilin iyul ayına təsadüf edir);
  • § Layihə üzrə fəaliyyətin nəticəsində su anbarının tikintisinin altına düşən evlərin və torpaq sahələrinin yenidən qiymətləndirilməsi üzrə hökumət səviyyəsində qərar qəbul edilib. Hazırda qiymətləndirmə prosesi gedir və mülkiyyətçilərə veriləcək kompensasiyaların əhəmiyyətli dərəcədə artırılması gözlənilir;

 

3. GİRİŞ

 

2005-ci ildən başlayaraq Azərbaycan böyük neft gəlirləri əldə etməyə başlayıb. Hazırda ölkənin neft gəlirləri dövlət büdcəsində, ARDNF-də və ARDNŞ-də toplanır. 2006-cı ildə Azərbaycan cəmi 4279.4 mln. manat neft gəliri əldə edib ki, bunun 2287.5 mln. manatı xarici neft şirkətlərinin mənfəət vergisi və ARDNŞ-nin dövlət büdcəsinə ödənişləri, 897.6 mln. manatı ARDNF-in gəlirləri, 1094.3 mln. manatı isə ARDNŞ-nin xalis mənfəəti olub. Ölkənin neft gəlirləri elə bu mənbələr üzrə də istifadə edilir. 2006-cı ildə əldə edilmiş neft gəlirləri tamamilə istifadə edilib.

2006-cı ildə ARDNŞ əldə etdiyi gəlirlər hesabına 285 mln. manat investisiya qoyuluşu həyata keçirib ki, bunun da 27.9 mln. manatı sosial investisiya layihələrinə (o cümlədən, 16.8 mln manat səhiyyə layihələrinə) sərf edilib. ARDNF-in əldə etdiyi gəlirlərin 585 mln. manatı dövlət büdcəsinə transfert edilib, qalan vəsait isə sosial və infrastruktur layihələrinə yönəldilib.

2006-cı ildə neft gəlirlərinin əksər hissəsi sosial və infrastruktur layihələrinə, habelə dövlət-hakimiyyət orqanlarının inzibati binalarının və başqa obyektlərinin təmirinə sərf edilib. Bu layihələrin isə hansısa maddi mənfəətindən danşmaq mümkün deyil. Sosial və infrastruktur layihələrinin yalnız sosial səmərəsindən söz açmaq olar. Bununla belə, bu layihələr başa çatdıqdan sonra onların dövlət qurumları tərəfindən saxlanması nəzərdə tutulur ki, bu da böyük xərclər tələb edəcək.

Azərbaycan hökumətinin “Neft və qaz gəlirlərinin idarə olunması üzrə uzunmüddətli strategiya”sı mövcuddur. Bu sənəd 27 sentyabr 2004-ci il tarixli 128 №-li prezident fərmanı ilə təsdiq edilib. Strategiyaya əsasən neft və qaz gəlirlərinin aşağıdakı istiqamətlərə sərf edilməsi nəzərdə tutulur:

  • § iqtisadiyyatın qeyri-neft sektorunun, regionların, kiçik və orta sahibkarlığın inkişafı;
  • § infrastruktur sahələrin geniş miqyaslı inkişafı:
  • § yoxsulluğun azaldılması üzrə tədbirlərin həyata keçirilməsi və digər sosial problemlərin həlli;
  • § iqtisadiyyatın intellektual və texnoloji bazasının səviyyəsinin yüksəldilməsinin stimullaşdırılması;
  • § "insan kapitalı"nın inkişafı (yüksək ixtisaslı kadrların hazırlanması (o cümlədən xarici ölkələrdə), kadrların professionallıq səviyyəsinin artırılması);
  • § ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi;
  • § azad edilmiş ərazilərin yenidən qurulması və məcburi köçkünlərin doğma yurdlarına qaytarılması ilə bağlı tədbirlərin həyata keçirilməsi.

Artıq üçüncü ildir ki, sözügedən strategiya qəbul edilsə də, onun proqram əsasları hazırlanmayıb və hazırda hökumətin gündəliyində belə bir məsələ durmur. Məlum strategiya Azərbaycanın neft və qaz gəlirlərinin istifadəsi üzrə məqsədləri və prioritetləri müəyyən edir. Lakin bunun davamı ola biləcək proqramların nəzərdə tutulmaması neft gəlirlərinin pərakəndə, sistemsiz və bir çox hallarda isə səmərəsiz istifadə olunmasına gətirib çıxarmaqdadır. Məsələn, hazırda bir tərəfdən dövlət büdcəsi hesabına, digər tərəfdən isə ARDNŞ hesabına səhiyyə ocaqları, məktəblər və idman kompleksləri tikilir. Dövlət büdcəsindən bu istiqamətə sərf olunan vəsaitlər xətti nazirlikərin təşəbbüsü ilə müəyyən mənada əsaslandırılır. Ancaq ARDNŞ-nin bu istiqamətdəki fəaliyyəti hansısa sosial tələbatlarla əsaslandırılmır.

Neft gəilrlərinin istifadəsi prosesində başqa bir ciddi problem layihələrin maddi cəhətdən yüksək qiymətləndirilməsi, bir çox hallarda isə icra prosesində layihələrin yenidən bahalaşdırılmasıdır. Bir sıra layihələr isə (məsələn, yol infrastrukturu layihələri) sadəcə olaraq illərlə uzanır və onların nə dayandırılması, nə də sona çatması mümkün görünür. Eyni zamanda layihələrin icraçılarının seçilməsi və icra prosesində dövlət satınalmalarının tələbləri tez-tez pozulur. Həmçinin, bir çox hallarda layihələri məsul dövlət qurumunun rəhbərliyinə yaxın olan özəl şirkətlər həyata keçirir. Dünya təcrübəsinə görə, infrastruktur layihələrinə ayrılan vəsaitlərin 20-25% korrupsiyaya uğrayır. Ümumi təəssüratlar Azərbaycanda bu fazin daha çox olduğunu ehtimal etməyə əsas verir.

“Neft gəlirlərinin istifadəsi üzrə layihələrin monitorinqi və nəticələrin ictimai müzakirəsi” layihəsində neft gəlirləri hesabına həyata keçirilən bir sosial və bir infrastruktur layihəsi monitorinq edilib. Bunlardan birincisi, ARDNŞ-nin 10 regionda inşa etdiyi Müalicə Diaqnoasika Mərkəzlərinin tikintisi layihələri, digər layihə isə “Melorasiya və Su Təsərrüfatı” ASC-nin, ARDNF-in vəsaiti hesabına inşa etdiyi “Taxtakörpü” Su Anbarıdır. Birinci layihənin maliyyə tutumu 60 mln. manat, ikincisi layihənin smeta dəyəri isə 277 mln. manatdır. Bununla belə hər iki layihənin bahalaşması real görünür. ARDNŞ-nin layihələrinin nə qədər bahalaşması hələ bəlli olmasa da, ASC-nin layihəsinin ARDNF-ə azı 305 mln. manata başa gələcəyi gözlənilir.

 

4. ARDNŞ-nin MÜALİCƏ DİAQNOSTİKA MƏRKƏZLƏRİNİN TİKİNTİSİ LAYİHƏLƏRİNİN MONİTORİNQİ ÜZRƏ NƏTİCƏLƏR

Monitorinq sualları

Şirkətin cavabları

Müşahidələr və əldə olunmuş əlavə məlumatlar

Tapıntılar

Şirkətin qeydləri

1) ARDNŞ-nin 10 bölgədə Müalicə Diaqnostika Mərkəzlərinin tikintisi üçün dislokasiya hansı qurum tərəfindən müəyyənləşib? Xahiş edirik, bunu müəyyən edən sərəncam, əmr, qərar və sair normativ sənəd barədə məlumat verəsiniz.

Bölgələrdə Müalicə Diaqnostika Mərkəzlərinin tikintisi üçün dislokasiya Prezident Aparatı və Dövlət Neft Şirkəti tərəfindən müəyyənləşdirlib. Layihələr, Regionların Sosial İqtisadi İnkişaf Proqramına uyğun olaraq regionlarda səhiyyədə olan mövcud problemlərin aradan qaldırılması məqsədini daşıyır.

Şirkət dislokasiyanı müəyyən edən sərəncam, əmr, qərar və sair normativ sənəd barədə məlumat təqdim etməyib.

Razılaşma əsasında MDM-lərin tkintisi üçün Lənkaran, Naxçıvan, Əli Bayramlı, Qazax, Gəncə, Bərdə, Zaqatala, Qəbələ və Quba bölgələri seçilib. Eyni zamanda Siyəzəndə vaxtıilə tikilmiş tibb mərkəzi yenidən qurulub. Beləliklə də, bu dislokasiyaya uyğun olaraq, Gəncə-Qazax, Şəki-Zaqatala, Aran və Quba-Qusar iqtisadi rayonlarına iki, Naxçıvan və Lənkaran-Astara iqtisadi rayonlarına isə bir MDM düşür. Dağlıq Şirvan iqtisadi rayonuna daxil olan rayonların heç birində MDM tikintisi nəzərdə tutulmayıb.

MDM-lərin inşaası üçün dislokasiya hazırlanarkən Dağlıq Şirvan iqtisadi rayonu nəzərə alınmayıb.

MDM-lər ARDNŞ-nin 134/Mİ nömrəli 10.03.2006-ci il tarixli məktubuna əsasən tikilir. ARDNŞ-nin 16/ƏT-224 Mİ nömrəli 28.02.2007-ci il tarixli məktubu isə Yevlax rayon 235 çarpayılıq xəstəxana (4 mərtəbəli 12000 kb m), Göyçay (4 mərtəbəli 7000 kv m), Şamaxı (3 mərtəbəli 4000 kv m), Cəlilabad (3 mərtəbəli 4000 kv m) rayonlarında MDM və Füzuli rayonunda (2 mərtəbəli 3000 kv m) tibb mərkəzinin tikintisi Sosial İnkişaf İdarəsinə həvalə edilib. Hazırda yeni MDM-lərin layihə-smeta sənədləri hazırlanır.

2) 2004-cü ildə ARDNŞ-dən ictimaiyyətə açıqlanan məlumatlara görə, müalicə diaqnostika mərkəzlərinin inşası üçün 50 mln. dollar məbləğində vəsait tələb olunurdu.

Müalicə Diaqnostika Mərkəzlərinin tikintisi üçün ARDNŞ tərəfindən 59 498,2 min manat ayrılması nəzərdə tutulur.

Monitorinq Qrupuna verilmiş məlumatlara görə, artıq təhvil verilmiş Lənkaran MDM-in inşasına 6,911 mln. manat sərf edilib. 13 aprel 2006-cı il tarixdə www.socar.gov.az saytında yerləşdirilmiş məlumata görə (“Azərtac”), Zaqatala MDM şirkətə 13 mln. dollara (təxminən 11,44 mln. manat) başa gələcək. Məlumatda bunun 10 mln. dollarının tkinti-quraşdırma işlərinə, 3 mln. dolları isə tibbi

MDM-lərin tikintisi üçün nəzərdə tutulmuş vəsaitlərin həcmi artırılıb. Ancaq bu son hədd deyil, ayrılmış vəsaitlərin artacağı gözlənilir.

Məlumat üçün qeyd edirik ki, Zaqatala MDM-in 7.5 mln manata başa gəlməsi nəzərdə tutulur. Bunun 5.38 mln. manatı tikinti-quraşdırma işlərinə, 2.2 mln. manatı isə tibbi avadanlıqların alınmasına sərf olunacaq. Əlavə xəstəxana, MDM və

Hazırda layihələrin qiymətində hər hansı bir dəyişiklik baş veribmi?

avadanlıqların qurulmasına sərf ediləcəyi bildirilir. İnternet saytındakı bu məlumatda isə səhvə yol verilib. Bu rəqəmlərin Zaqatala MDM-ə heç bir aidiyyatı yoxdur.

Monitorinq Qrupu Gəncə şəhər MDM-də olarkən, podratçı şirkətin (“Qaraçay” şirkəti) nümayəndəsi M.U. tikinti-quraşdırma işləri üçün ARDNŞ ilə 4,5 mln. manatlıq müqavilənin imzalandığını bildirib. Eyni zamanda tikinti dövründə materialların qiymətlərinin bahalaşması nəticəsində müqavilə qiymətinin 6 mln. manatadək artırılmasının müzakirə edildiyi qeyd olunub. 

Qazax MDM üzrə tikinti işlərinin həyata keçirilməsi üçün 3,8 mln. manatlıq müqavilə bağlanıb. Podratçı şirkətin (“Sosial Tikinti – M” MMC) nümayəndəsi M.H. bu layihənin də bahalaşacağını istisna etməyib. Buna səbəb kimi tikinti materiallarının qiymətinin qalxması göstərilir. Bundan əlavə, elektrik, havalandırma, isitmə, sanitar qovşaq, siqnalizasiya və rabitə sistemlərinin qurulması üçün ayrıca müqavilə bağlanıb. Bu layihə üzrə elektrik, siqnalizasiya və rabitə sistemini «Qafqazenerqоservis», ventilyasiya, isitmə və soyutma sistemlərini, eləcə də sanitar qоvşağını «RK inşaat» şirkəti qurur. “RK inşaat” şirkətinin nümayəndəsinin bildirdiyinə görə, onların gördüyü işə görə 600-700 min manat tələb olunacaq.

Şirkətin saytında dəqiqləşdirilməmiş məlumat yer alıb.

tibb məntəqəsinin (5 ədəd) tikintisi ilə əlaqədar olaraq xərclərin artması gözlənilir.

3) Ayrı-ayrılıqda hər bir layihənin reallaşdırma müddəti

Müalicə diaqnostika mərkəzlərinin tikintisinin 2007-ci ildə başa

Monitorinqin aparıldığı dövrdə MDM-lərdə tikinti-quraşdırma işləri normal davam edib. Tikinti prosesində müəyyən dövrlərdə

Tikinti işləri qrafikə uyğun davam edib və vaxtında

Tikintisi nəzərdə tutulan əlavə səhiyyə obyektlərinin layihə-smeta sənədləri tam

barədə məlumat verməyinizi xahiş edərdik.

çatdırılması nəzərdə tutulur. Ayrı-ayrılıqda layihələrin reallaşma müddəti aşağıdakı kimidir:

- Lənkaran MDM – 2006-cı ilin iyun ayında istismara verilib;

- Əli Bayramlı şəhər MDM – 2007-ci ilin ikinci yarısında istismara verilməsi nəzərdə tutulur;

- Qazax MDM - 2007-ci ilin birinci yarısında istismara verilməsi nəzərdə tutulur;

- Gəncə regional MDM - 2007-ci ilin ikinci yarısında istismara verilməsi nəzərdə tutulur;

- Bərdə MDM - 2007-ci ilin ikinci yarısında istismara verilməsi nəzərdə tutulur;

- Zaqatala MDM - 2007-ci ilin birinci yarısında istismara verilməsi nəzərdə tutulur;

- Qəbələ MDM - 2007-ci ilin ikinci yarısında istismara verilməsi nəzərdə tutulur;

- Quba MDM - 2007-ci ilin ikinci yarısında

gecikmələr olub. Bu podratçı şirkətlərin dəyişdirilməsi, eləcəc də tikinti materiallarının təminatı ilə bağlı olub. Bununla belə, podratçı şirkətlər gecikmələri aradan qaldıra biliblər. Müəyyən kənarlaşmalar istisna olmaqla, MDM-lərin şirkətin qeyd etdiyi müddətlərdə təhvil veriməsi gözlənilir. Şirkətin Sosial İnkişaf İdarəsinin məsul şəxsləri tikinti prosesinin qrafikə uyğun getməsini müntəzəm olaraq yoxlayırlar. Və buna uyğun olaraq maliyyə vəsaitləri aylıq tranşlarla ayrılır.

tamamlanması gözlənilir.

hazır olduqdan sonra tikinti qrafiki razılaşdırılacaq.

istismara verilməsi nəzərdə tutulur;

4) Layihələrin Texniki İqtisadi Əsaslandırması hansı qurum tərəfindən hazırlanıb?

Şirkət bu suala cavab verməyib

Motironq Qrupu Gəncə və Qazax MDM-lərdə olarkən podratçı şirkətlərin nümayəndələri TİƏ-nin mövcud olduğunu və ARDNŞ tərəfindən hazırlandığını bildirsələr də, bu sənədlə bağlı məlumat verilməyib.

Monitorinq aparılan MDM-lərin hər ikisinin layihəsini isə “Atilla KM” şirkəti hazırlayıb.

ARDNŞ, MDM layihələrinin Texniki İqtisadi Əsaslandırm sənədləri üzrə məlumat təqdim etməyib

Regionlarda tikilən səhiyyə obyektləri istismara verildikdən sonra onların əhaliyə pulsuz xidmət göstərməsi nəzərdə tutulub.

5) Layihələrin həyata keçirilməsi başlanandan 2006-cı ilin oktyabrın əvvəlinədək diaqnostika mərkəzlərinin tikintisi üçün ARDNŞ-dən nə qədər vəsait xərclənib?

Layihələrin həyata keçirilməsinə başlanılan müddətdən 2006-cı ilin oktyabrın əvvəlinədək MDM-ləırin tikintisinə 10 734,9 min AZN vəsait xərclənib.

Şirkət tələb olunan məlumatı yalnız 8 MDM üzrə təqdim edib.

Bundan əlavə, 2006-cı ildə Naxçıvan şəhərində də ARDNŞ-nin vəsaiti hesabına inşa edilmiş MDM istifadəyə verilib. Lakin bu layihəyə sərf edilmiş vəsaitin həcmi barədə ictimaiyyətə məlumat verilmir. Bu vəsait ARDNŞ-dən MR hökumətinə ayrılıb və MDM-in inşasını MR hökuməti həyata keçirib.

Naxçlvan MR-də fəaliyyətə başlamış MDM-in inşasına sərf olunmuş vəsaitlər barədə ictimaiyyətə məlumat verilməyib.

 

6) Bu müddət ərzində layihələrdə nəzərdə tutulan işlərin hansı həcmi görülüb?

Layihələrin həyata keçirilməsinə başlanılan müddətdən 2006-cı ilin oktyabrın əvvəlinədək nəzərdə tutulan işlərin təxminən 18%-i yerinə yetirilib

Əgər şirkətin təqdim etdiyi 2006-cı ilin oktyabrın əvvəlinə sərf olunmuş vəsaiti ümumi sərf ediləcək vəsaitin həcminə bölsək, təqdim olunan 18% göstəricisi alınacaq. Bu isə əslində qeyd olunan dövr üçün işlərin icrasını deyil, ayrılmış vəsaitlərin istifadəsinin səviyyəsini ifadə edir.

Şirkət qeyd olunmuş sual üzrə səthi və ümumi məlumat təqdim təqdim edib. Ayrı-ayrı layıhələr üzrə icra məlumatları təqdim edilməyib.

01.01.2007-ci ilə cəmi 13291.2 min manat kapital qoyuluşu yerinə yetirilib.

 

2007-ci ilin yanvar-may aylarında bu sahəyə 7386.3 min manat yönəldilib.

7) Layihələrin reallaşdırılması məqsədilə 2006-cı il üçün nə qədər vəsait ayrılıb və nə qədər vəsaitin xərclənəcəyi

MDM-lərin tikintisi üçün 2006-cı ildə 20597,1 min AZN vəsaitin ayrılması planlaşdırılıb və ilin sonunadək 2006-cı il üçün ayrılmış vəsaitin təqribən

Şirkətdən tələb olunan məlumat təqdim edilib (Müsbət hal).

 

Gəncə MDM-in tikinti-quraşdırma işlərinin həyata keçirən “Qaraçay” şirkəti 2006-cı ildə görülən işlərə görə 1 777,6 mln. manat vəsait

Monitorinq obyekti kimi seçilmiş Qazax MDM layihəsi üzrə 2006-cı ildə sərf edilmiş maliyyə vəsaiti üzrə

2007-ci ildə cəmi 29 mln. manat kapital qoyuluşu nəzərdə tutulur.

gözlənilir?

15000 min AZN-i xərclənəcəkdir.

alıb.

Qazax MDM üzrə analoji məlumatı əldə etmək mümkün olmayıb.

məlumat MQ-yə təqdim edilməyib

8) Layihələrin reallaşması üçün 2007-ci ildə nə qədər vəsaitin ayrılacağı proqnozlaşdırılır?

MDM-lərin tikintisinin başa çatdırılması üçün 2007-ci ildə 42024,4 min AZN vəsaitin ayrılması proqnozlaşdırılır.

Şirkət tələb olunan məlumatı təqdim edib.

Müsbət hal

 

9) Reallaşdırılan hər bir layihə üzrə aşağıdakı məlumatları təqdim etməyinizi xahiş edirik

a) Smeta dəyəri nə qədərdir?

b) Smeta dəyərində tikinti-quraşdırma işlərinə ayrılmış vəsaitlərin həcmi nə qədər təşkil edir?

c) Tibbi avadanlıqların alınması üçün vəsaitlərin həcmi nə qədərdir?

Reallaşdırılan hər bir layihə üzrə göstəricilər aşağıdakı kimidir:

- Lənkaran MDM-in əsas korpusu 4 mərtəbəli, ümumi sahəsi 4701 m2-dir;

- Əli Bayramlı MDM-in əsas korpusu 4 mərtəbəli, ümumi sahəsi 3900 m2-dir;

- Qazax MDM-in əsas korpusu 3 mərtəbəli, ümumi sahəsi 5470 m2-dir;

- Gəncə MDM-in əsas korpusu 4 mərtəbəli, ümumi sahəsi 7500 m2-dir;

- Bərdə MDM-in əsas korpusu 4 mərtəbəli, ümumi sahəsi 6940 m2-dir;

- Zaqatala MDM-in əsas korpusu 4 mərtəbəli, ümumi sahəsi 5880 m2-dir;

- Qəbələ MDM-in əsas korpusu 4 mərtəbəli, ümumi sahəsi 5610 m2-dir;

- Quba MDM-in əsas

Şirkət bu sual üzrə gərək olan cavabı verməyib. ARDNŞ Sosial İnkişaf İdarəsinin rəis müavini Q.M. bunu belə izah edib ki, qiymətlərin dəyişməsi ehtimalını nəzərə alaraq idarə konkret rəqəmləri təqdim etməkdən ehtiyat edir.

Tikintisi başa çatmış Lənkaran MDM-i, Monitorinq Qrupunun müşahidə apardığı Gəncə və Qazax MDM-ləri, eləcə də tikintisi davam edən Zaqatala MDM üzrə smeta dəyəri və tikinti-quraşdırma işlərinə sərf olunan vəsaitlərin həcmi barədə məlumatlar əldə edilsə də, digər layiələrin dəyəri barədə məlumatları əldə etmək mümkün olmayıb.

Ayrı-ayrı MDM layihələrinin smeta dəyəri və xərclərin strukturu barədə ictimaiyyətə məlumat verilmir

Lənkaran MDM

a) Smeta dəyəri – 4368.7 min manat,

o cümlədən, tikinti-quraşdırma işləri 3685.6 min manat;

Əli Bayramlı MDM

a) SD – 3632 min manat,

o cümlədən,

TQİ - 3100 min manat

Qazax MDM

a) SD – 5007.4 min manat,

o cümlədən,

TQİ – 4279.7 min manat

Gəncə MDM

a) SD – 6868.8 min manat,

o cümlədən,

TQİ – 5880 min manat

Bərdə MDM

a) SD – 6355.2 min manat,

o cümlədən,

TQİ – 5440 min manat,

Zaqatala MDM

a) SD – 5382 min manat,

o cümlədən,

korpusu 3 mərtəbəli, ümumi sahəsi 5740 m2-dir.

Bundan əlavə hər kompleksdə yeməkxana, qazanxana, çamaşırxana, anbar, su rezervuarları, transformatorların quraşdırılması, DQA, morq və sair tikililər nəzərdə tutulur.

TQİ – 4610 min manat

Qəbələ MDM 

a) SD – 5142 min manat,

o cümlədən,

TQİ – 4400 min manat

Quba MDM

a) SD – 4842 min manat,

o cümlədən,

TQİ – 4100 min manat

 

10) Xahish edirik, tikinti işlərini həyata keçirən podratçıların və subpodratçıların siyahısını təqdim edəsiniz.

1.Lənkaran MDM – “EMBA WOOD” MMC

2.Əli Bayramlı şəhər MDM – “A+A” Şirkətlər Qrupu

3.Qazax MDM - ”Sosial tikinti” ASC, “Sosial tikinti - M” MMC

4.Gəncə regional MDM - ”Qaraçay” şirkəti

5.Bərdə MDM - ”Qaraçay” şirkəti

6.Zaqatala MDM – “İnşaat avroservis” MMC

7.Qəbələ MDM – “Şinkar” inşaat firması 

8.”ZQAN constration” MMC

Layihələrin icrası prosesində podratçı şirkətlərin bir qismi dəyişdirilib.

Gəncə MDM-in inşasını əvvəl iki şirkət (həmin şirkətin adını dəqiqləşdirmək mümkün olmayıb - MQ) başlayıb. Həmin şirkətlər MDM-in hasarını çəkiblər və bünövrənin qoyulması üçün hazırlıq işləri görüblər. Sonra həmin şirkətlər prosesdən uzaqlaşdırıblar. 2006-cı ili may ayrından “Qaraçay” şirkəti podrat işlərinə başlayıb.

Qazax MDM-in tikintisini “EMBA WOOD” MMC başlayıb. Sonradan bu layihə ”Sosial tikinti” ASC və “Sosial tikinti - M” MMC-yə verilib. Tkinti-quraşdırma işlərinin icra edən şirkətlərinin “qohum” olduğu onların adlarından da bəllidir. Bununla belə monitorinq prosesində bu işləri əsasən bir şirkətin “Sosialtikinti-M” MMC-nin həyata keçirdiyi məlum oldu. Şirkətin nümayəndəsi M.H. bildirdiyinə görə, tikintidə daimi 55-60 nəfər işçi çalışır. Elə MMC-nin də cəmi bu qədər işçisi var və onlar yalnız bu tikintidə

Layihənin icrası zamanı podratçıların bir qismi dəyişdirilib

 

Şirkətin saytında dəqiqləşdirilməmiş məlumat yer alıb.

 

çalışırlar. M.H. ASC-nin tikintidə nə qədər işçisinin çalışdığını barədə məlumat verə bilmədi.

Şirkətin Sosial İnqkişaf İdarəsinin 07 fevral 2007-ci il tarixli rəsmi arayışında Zaqatala MDM-in inşası üzrə podratçının “İnşaat Avroservis” MMC olduğu bildirilir. 13 aprel 2006-cı il tarixdə www.socar.gov.az saytında yerləşdirilmiş məlumata görə isə bu layihəni “Rabitə-İnşaat” ASC-nin icra etdiyi bildirilir.

Bununla belə, internet saytındakı bu məlumat təsdiqini tapmayıb. Belə ki, “Rabitə-İnşaat” şirkəti Balakəndə ARDNŞ-nin sifarişi ilə inşa edilən mərkəzi xəstəxanannın tikintisi üzrə podratçıdır.

11) ARDNŞ layihənin podratçısı və subpodratçılarını hansı əsaslarla seçib (tender, sərəncam, qərar və s.)?

Tikintini həyata keçirən podratçılar texniki və maliyyə imkanlarına görə seçilib.

Layihələrin dəyəri 50 min manatdan yuxarı olduğundan, ARDNŞ-nin apardığı seçim üsulu "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə 29 yanvar 2002-ci il tarixli (№ 668) prezident fərmanının 2-ci bölməsinin 1-ci hissəsi ilə ziddiyyət təşkil edir.

ARDNŞ podratçıları müəyyən edərkən “Dövlət satınalmaları haqqında” qanunun (27 dekabr 2001-ci il tarixli № 245 - II Q) tələbləri pozulub

 

12) Əgər seçim tender əsasında aparılıbsa, xahiş edirik detalları açıqlayasınız.

Seçim tender əsasında aparılmayıb.

Şərhə ehtiyac yoxdur

Qanunvericilik pozulub

 

13) Layihə üzrə

MDM-lərin tikintisi üzrə

Şirkət yalnız 3 göstərici üzrə xərclərin

Ayrı-ayrı layihlər

 

nəzərdə tutulan vəsaitin umumi həcmində aşağıdakı xərc maddələrinin payı nə qədərdir?

a) Mal-material xərcləri

b) Əməyin ödənişi və əmək haqqına üstəlik

c) Nəqliyyat xərcləri

d) Enerji xərcləri

e) Maşın və avadanlıqların alınması və ya icarəsi

f) Başqa xərclər (mümkündürsə, sadalayın)

h) Tibbi avadanlıqların alınması və quraşdırılması

nəzərdə tutulan vəsaitlərin ümumi həcmində mal-material xərcləri təqribən 60%, əmək haqqı təqribən 15%, digər xərclər 25% təşkil edib.

strukturunu təqdim edib. Beləliklə də, şirkətin təqdim etdiyi məlumata əsasən, MDM layihələri üzrə ayrılmış vəsaitlərin 35 698,92 mln. manatı (60%) mal-material xərclərinə, 8 924,73 mln. manatı (15%) əmək haqqına, 14 874,55 mln. manatı (25%) isə digər xərclərə sərf olunmaqdadır. Bununla belə Gəncə və Qazax MDM-lərini inşa edən şirkətlərin nümayəndələrinin xərclərin strukturu ilə bağlı təqdim etdiyi məlumatlar bundan fərqlənir. “Qaraçay” şirkətinin nümayənədəsi M.U. məlumatına görə, Gəncə MDM layihəsi üzrə mal material xərcləri 60%, əməkhaqqı xərcləri 30-32%, digər xərclər üçün isə 8-10% sərf olunacaq. “Sosial tikinti M” MMC-nin nümayəndəsi M.H. məlumatına görə isə, Qazax MDM layihəsi üzrə xərclərin 70-80%-ni mal-material, 20-30%-ni isə əməkhaqları təşkil edir.

üzrə xərclərin strukturu həm bir-biri ilə, həm də MDM layihələri üzrə yekun xərclərin strukturundan kəskin fərqlənir.

14) Xahiş edirik ki, tibbi avadanlıqların alınması və quraşdırılması üzrə podratçı şirkətlərin adı və uyğun müqavilənin detalları barədə məlumat verəsizniz.

MDM-lərdə “Siemens” tibbi avadanlıqların quraşdırılması nəzərdə tutulur.

Şirkət tələb olunan məlumat üzrə cavab verməyib və yalnız tibbi avadanlıqların istehsalçısının adını təqdim edib.

MDM-lərin tibbi avadanlıqlarla təmin olunması üzrə podratçı və uyğun müqavilə ilə bağlı məlumatlar ictimaiyyətə təqdim edilməyib. 

MDM-lərdə tibbi avadanlıqların alınması və quraşdırılması ilə “Simens” və “Frezenius” şirkətləri məşğul olur

15) Xahiş edirik ki, istifadəyə verilmiş müalicə-diaqnostika mərkəzləri üzrə alınmış tibbi

1.Kompüter tomoqrafı

2.Rentgen aparatı

3.Əməliyyat üçün C-duqa rentgen

4.EKQ

Şirkət tələb olunan məlumatı təqdim edib.

Müsbət hal

 

ləvazimatın siyahısını təqdim edəsiniz.

5.USM

6.Laborotoriya analizatorları – 10 ədəd

11.Kardiamonitorlar

12.Narkoz aparatları

13.Fizioterapeya aparatları

14.Əməliyyat otaqları üçün avadanlıqlar

15.LOR və göz üçün avadanlıqlar

16) Müvafiq icra strukturunun balansına verilənədək MDM-lərin saxlanmasına sərf olunan və yaxud sərf olunacaq vəsaitin həcmi barədə məlumat verməyinizi xahiş edirik.

Lənkaran MDM istismara verilib və ARDNŞ-nin balansına daxil edilib. Digər komplekslərdə tikinti-quraşdırma işləri davam edir.

Layihələrin icrasına başlanarkən, MDM-lərin yerli icra strukturlarının balansına verilməsi gözlənilirdi. Sonradan, hökumət səhiyyə sektorunun aşağı səviyyədə maliyyə ilə təmin olunduğunu nəzərə alaraq, MDM-lərin ARDNŞ-nin balansına daxil edilməsinə razılıq verib. Hazırda inşa olunan MDM-lərin də gələcəkdə ARDNŞ-nin balansına daxil ediləcəyi gözlənilir. Bu isə şirkətin xərclərinin artmasına gətirib çıxaracaq.

Şirkət tələb olunan məlumat üzrə səthi cavab verib. Müşahidələr göstərir ki, şirkət sosial investisiyaları artırsa da, gələcəkdə həmin sosial obyektlərin istismar xərcləri üzrə planlaşma aparmır. Bu isə sosial layihələrin proqramsız həyata keçirilməsi ilə bağlıdır.

ARDNŞ-nin hazırda sosial investisiya proqramı hazırladığı barədə məlumatlar var. Bu proqramın 2008-2010-cu illəri əhatə edəcəyi gözlənilir.

ARDNŞ sosial investisiyaları artırsa da, gələcəkdə həmin sosial obyektlərin ictismar xərcləri üzrə planlaşma aparmır.

Naxçıvan MDM Muxtar Respublikanın Səhiyyə Nazirliyinin balansına verilib.

Lənkaran MDM üzrə 2007-ci ildə 1465604 manat saxlanma xərcləri ARDNŞ tərəfindən təsdiq edilib.

17) Tkinti sahəsində çalışan işçilərin texniki təhlükəsizliyinin təmin

“Qaraşay” şirkətinin (Gəncə MDM) və “Sosial tikinti - M” MMC-nin

Gəncə MDM-də işçilərin texniki təhlükəsizlik üzrə məlumatlandırıldığı barədə xüsusi jurnal mövcud olsa da, həmin jurnalda işçilərin bu

Tikinti sahələrində texniki-təhlükəsizlik

 

 

edilməsi və üçün hansı işlər görülür? (Sual podratçı şirkətlərə yönəlib)

(Qazax MDM) nümayəndələri işçilərin texniki təhlükəsizlik qaydaları ilə tanış edildiyini və onların xüsusi forma və qoruyucu dəbilqələrlə təmin edildiyini bildiriblər (Cavablar podratçı şirkətlərə aiiddir)

məlumatlarla tanış olduğunu təsdiq edən imzaları yox idi. Eyni zamanda tikinti sahəsində işçilərin yalnız bir qismi xüsusi forma və dəbilqə geyinmişdilər.

Qazax MDM-də işçilərin texniki təhlükəsizlik qaydaları üzrə məlumatlandırılmasına dair hər hansı sənəd təqdim edilmədi. Tikinti sahəsində işçilərin yalnız bir qismi xüsusi forma geyinmişdilər.

qaydalarına tam əməl edilmir.

18) Tikinti sahəsində çalışan işçilərlə əmək müqavilələləri bağlanıbmı? (Sual podratçı şirkətlərə yönəlib)

“Qaraşay” şirkətinin (Gəncə MDM) və “Sosial tikinti - M” MMC-nin (Qazax MDM) nümayəndələri işçilərin əmək müqaviləsi əsasında işlədiklərini bildiriblər. (Cavablar podratçı şirkətlərə aiiddir)

Monitorinq zamanı məlum olub ki, həm Gəncə MDM-i, həm də Qazax MDM-i inşa edən şirkətlərin işçilərinin əksəriyyəti əmək müqaviləsi olmadan çalışırlar. Bu, işçilərlə söhbət zamanı aşkar oldu. Bəzi işçilərlə müqavilə bağlansa da, müqavilənin bir surəti həmin işçilərə təqdim edilməyib.

Tikintidə çalışan işçilərin əksəriyyəti əmək müqavıləsi olmadan layihəlrə cəlb edilib.

 

5. ARDNF-dən “SAMUR-ABŞERON” SUVARMA KANALININ YENİDƏNQURULMASINA AYRILMIŞ VƏSAİTLƏRİN MONOTORİNQİ ÜZRƏ NƏTİCƏLƏR

 

5.1. ARDNF-ə ÜNVANLANMIŞ SUALLAR, ƏLDƏ OLUNMUŞ MƏLUMATLAR VƏ NƏTİCƏLƏR 

Monitorinq sualları

ARDNF-in cavabları

Əldə olunmuş əlavə məlumatlar

Tapıntılar

ARDNF-in qeydləri

1.Samur-Abşeron suvarma kanalının yenidənqurulmasına ARDNF-dən vəsait hansı sərəncam və ya qərar əsasında ayrılıb?

Samur-Abşeron suvarma kanalının yenidənqurulması layihəsinin ARDNF tərəfindən maliyyələşdirilməsi 28 dekabr 2005 il tarixli 346 saylı prezident fərmanı ilə təsdiq edilmiş 2006 -ci ilin büdcəsinə uyğun həyata kemirilir. 2006-cı ildə bu məqsədlə ARDNF büdcəsindən 37,0 mln.manat vəsait ayrılıb.28.12.2006 il tarixli fərmanı 2007-ci il üçün ayrılmış vəsaitin miqdarı 76,9 mln.manat.

ARDNF tələb olunan məlumatı təqdim edib

   

2.Samur-Abşeron suvarma kanalının yenidənqurulması layihəsinə ARDNF-dən ayrılmış vəsaitləri hansı qurumlar idarə edir?

Nazirlər Kabinetinin 24 fevral 2006 il taixli 42s saylı sərəncamına əsasən layihənin idarə edilməsi və sifarişçi funksiyalarının icrası “Melorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinə həvalə edilib.

ARDNF tələb olunan məlumatı təqdim edib

   

3.ARDNF layihənin podratçısı və subpdoratçıları haqqqında və onların nəyin əsaasında (tender, sərəncam qərar və s) seçdiyi barədə hansı informasiyaya malikdir? 

Layihə çərçivəsində işlərin aparılması üçün podratçı və subpodratçı təşkilatlar «Dövlət satınalmaları haqqında» qanuna uyğun olaraq sifarişçi təşkilatın təşkil etdiyi tender əsasında müsabiqə yolu ilə seçilib

 

 

ARDNF tələb olunan məlumatı təqdim edib

   

4.Layihənin dəyərinin hansı hissəsinin ARDNF maliyyələşdirir.

ARDNF tərəfindən layihənin tərkib hissəsi olan Dəvəçi rayonundan Abşeron rayonuna qədər Samur-Abşeron suvarma kanalının yenidənqurulması, habelə “Taxtakörpü” su anbarının tikintisi maliyyələşdirir.

ARDNF-in vəsaiti hesabına “Taxtakörpü su anbarının Su Elektrik Stansiyası ilə birgə tikintisi” layihəsi maliyyələşdirilir. Bu layihənin dəyəri 277 mln. manat həcmində proqnozlaşdırılır. Bu məbləğə su elektirik stansiyasının avadanlıqlarının alınması və quraşdırılması məbləği daxil deyildir. “Taxtakörpü-Ceyranbatan” kanalının tikintisi layihəsi işlənmək ərəfəsindədir. Layihə sənədlərinin işlənməsi ARDNF-dən “Melorasiya və Su Təsərrüfatı” ASC-yə ayrılmış vəsait çərçivəsində aparılır.

   

5.2006-cı ilin 9 ayında layihənin maliyyələşdirilməsi üçün ARDNF-dən nə qədər vəsait ayrılıb?

2006-cı ilin 9 ayı ərzində layihə üçün faktiki olarq 11 mln. manat ayrılıb, ilin sonuna qədər isə büdcədə nəzərdə tutulmuş vəsaitin tam istifadəsi proqnozlaşdırılır.

ARDNF tələb olunan məlumatı təqdim edib

   

6.2007-ci ildə layihəyə nə qədər vəsaitiin ayırılacağı proqnozlaşdırılır?

2007-ci ildə 76,9 mln.manat vəsaitin ayrılması prqonzlaşdırılır.

ARDNF tələb olunan məlumatı təqdim edib

   

7.ARDNF tərəfindən ayırılan maliyyə vəsaitlərin istifadəsinə fondun hansısa bir nəzarət mexanizmi varmı?

ARDNF-in vəsaiti hesabına layihələrin maliyyələşdirilməsi yalnız sifarişçi təşkilatlar tərəfindən tam əsaslandırılmış maliyyə sənədləri təqdim edildikdən sonra bu sifarişçi təşkilatların dövlət xəzinədarlığındakı hesabına köçürülməsi yolu ilə həyata

ARDNF-in qoyulan sualına cavabına əsaslansaq, fondun vəsaiti hesabına maliyyələşən layihələrə ayrılmış vəsaitlərin səmərəli istifadəsinə görə sifarişçi təşkilatlar məsuliyyət daşıyırlar. Bununla belə,

ARDNF-in, fondan maliyyələşən layihələr üzrə vəsaitlərin təyinatı üzrə və smərəli istifadəsinə nəzarət mexanizmləri yetərli deyil.

 

keçirilir və bu sifarişçi təşkilatlar həmin vəsaitlərin səmərəli istifadəsi üzrə birbaşa məsuliyyət daşıyırlar.

ARDNF-in fəaliyyətindəki şəffaflığın təmin edilməsi məsələsi fondun fəaliyyətinin mühüm istiqamətini təşkil edir və yarandığı vaxtdan etibarən ARDNF tərəfindən maliyyələşdirilən layihələr, o cümlədən sorğunuzda adı çəkilən layihəyə ayrılmış vəsaitlər barədə məlumatlar fondun saytında mütamadi olaraq yerləşdirilir.

ARDNF, maliyyələşdirdiyi layihələr üzrə vəsaitlərin səmərəli istifadəsində məsuliyyətdən kənarda qala biməz. Fondun, maliyyələşdirdiyi layihələrə sərf olunan vəsaitlər üzrə şəffaflığın təmin edilməsi istiqamətindəki səyləri müsbət qiymətləndirilməlidir. Bununla belə, ARDNF-in saytında, fondan maliyyələşdirilən layihələrə sərf olunan vəsaitlər üzrə məlumatlar ümumi xarakter daşıyır. Halbuki, fondun həmin layihələr üzrə xərclərin detallı strukturu barədə məlumatları saytda yerləşdirmək inkanı var.

5.2. ARDNF-in VƏSAİTİ HESABINA MALİYYƏLƏŞDİRİLƏN “TAXTAKÖRPÜ” SU ANBARININ TİKİNTİSİ LAYİHƏSİNİN MONİTORİNQİ ÜZRƏ NƏTİCƏLƏR

Monitorinq sualları

Melorasiya və Su Təsrrüfatı ASC-nin cavabları

Müşahidələr və əldə olunmuş əlavə məlumatlar

Tapıntılar

ASC-nin qeydləri

1.Samur-Abşeron suvarma kanalının yenidənqurulması layihəsinin Texniki-İqtisadi Əsaslandırması hansı qurum tərəfindən hazırlanıb?

Layihənin uzunmüddətli strategiyasi və Texniki İqtisadi Əsaslandırması 2004-cü ildə Yaponiyanın “NIPPON KOEI” və Azərbaycanın layihə şirkətləri tərəfəndən hazırlanıb. TİƏ-nin hazırlanması Dünya Bankının qrantı hesabına maliyyələşdirilib.

ASC tələb olunan məlumatı təqdim edib

   

2.Layihə üzrə texniki məsləhətçi şirkət baradə məlumat verməyini xahiş edirik.

Layihə üzrə tüxniki məsləhətçi Türkiyənin «Təməlsu» şirkətidir. Bu şirkət beynəlxalq tender əsasında seçilib. ASC ilə “Təməlsu” şirkəti arasında 18 oktyabr 2005-ci il müqaviləsinə əsasən “Taxtakörpü” su anbarının Su Elektrik stansiyası ilə birlikdə tikintisi” layihəsi və tender sənədləri hazırlanıb.

ASC tələb olunan məlumatı təqdim edib

   

3.”Taxtakörpü” su anbarı layihəsi üzrə tikinti və yenidənqurma işlərini hansı qurum həyata keçirir?

“Taxtakörpü” su anbarının ümumu sututumu 268 mln. m3, faydalı həcmi isə 219 mln. m3-dir. Su anbarının nüvə tipli torpaq bəndinin hündürlüyü 124 m, uzunluğu isə 1010 m nəzərdə tutulur. Su anbarının aşağı bəndində gücü 25 MVt olan Su Elektrik Stansiyasının tikilməsi

ASC tələb olunan məlumatı təqdim edib

   

nəzərdə tutulur.

Layihənin podratçıları «Azərkörpü» (lider), «Azərenerjitikintiquraşdırma», «Azərtikinti» səhmdar cəmiyyətləri və “Təməlsu” şirkətinin daxil olduğu konsorsiumdur.

4.Icraçı şirkət hansı əsasla seçilib (tender,qərar və s.)?

Podratçı konsorsium açıq tender əsasında seçilib.

ASC tələb olunan məlumatı təqdim edib

   

5.Əgər icraçı qurum tender əsasında seçilibsə bu barədə güniş məlumat verməyinizi xahiş edirik.

“Taxtakörpü” su anbarının Su Elektrik Stansiyası ilə birlikdə tkintisi” layihəsi üzrə işlərin satınalınması 8 sentyabr 2006-cı il tarixdə keçirilmiş açıq tender proseduru əsasında müəyyənləşib. Tenderdə 4 iddiaçı iştirak edib. Bunlar “Azərkörpü” ASC-nin daxil olduğu konsorsium, “KİSKA Tech” SC, Türkiyənin “Turan Xəzinədaroğlu” şirkəti və “Körpü-Bina-Tikinti” MMC-dir. İqtisadi inkişaf və maliyyə nazirliklərinin və Satınalmalar üzrə Dövlət Agentliyinin və ictimaiyyətin nümayəndələrinin iştirakı ilə şəffaf şəkildə keçirilmiş tenderin qalibi “Azərkörpü” ASC-nin lider olduğu konsorsium tenderin qalibi olub.

ASC tələb olunan məlumatı təqdim edib

   

6.Laihənin ümumi dəyəri nə qədərdir?

“Taxtakörpü” su anbarının Su Elektrik Stansiyası ilə birlikdə tikintisi” layihəsi üzrə işlərin müqavilə dəyəri ƏDV ilə birlikdə 277 mln. manat təşkil edir.

ASC tələb olunan məlumatı təqdim edib

   

7.Layihənin reallaşdırlma müddəti nə qədərdir?

Layihənin 2010-cu ildə başa çatdırılması nəzərdə tutulur

Monitorinq Qrupu tikinti sahəsində olarkən, “Azərkörpü” ASC-in layihə rəhbəri, Türkiyəli mütəxəssis Hakan Ünalanla görüşüb. H.Ünalanın məlumatına görə, tikinti üçün yеni 59 ədəd "Mеrsеdes-Mаn" mаrkаlı

özübоşаldаn, 9 еkskаvаtоr, 8 buldоzеr аlınıb.

Bundan başqa daha 50 ədəd də "Mеrsеdеs-Mаn" özüboşaldanının alınması planlaşdırılır. Tikinti ərazisində istifadə edilən bütün tехnikа "Аzərkörpü"yə məхsusdur.

2006-cı ilin оktyаbrındаn ərаziyə

yоllаr çəkilib, bаzа yаrаdılıb. 2007-ci ilin yаnvаrındаn bəndin təməlinin qаzılmаsı işləri bаşlаnıb. Lаyihənin müqаvilə üzrə tаmаmlаnmа vахtı 1 оktyаbr 2010-cu

ildir.

Hazırda yаrаrsız tоrpаq tikinti ərazisindən

Çıхаrılır və bəndin təməlinin hazırlanması işləri gedir. Fеvrаlın оrtаsındаn sutkаlıq iş sistеminə kеçilib. Təməlqаzmа işləri bu ilin аvqustundа bitməlidir. Bəndin su

Su anbarında torpaq işləri normal davam edir

 

burахmаmаsı üçün gil qаtı istifаdə оlunаcаq. Hаzırdа mütəхəssislər ətrаf ərаzilərdə yаrаrlı gil еhtiyаtı оlаn sаhə ахtаrır. 

Vəsаitin хərclənməsinə 2007-ci ildən bаşlаnıb. Yаnvаr-fеvrаl аylаrı ərzində təxminən 4 milyоn mаnаt хərclənib.

Mаrtın sоnunа 1300 min kubmеtr tоrpаq qаzılıb. Tikintidə 306 nəfər çаlışır. hələ 500-600 nəfərin də işə cəlb еdilməsi nəzərdə tutulur. Işçilər ölkənin müхtəlif bölgələrindəndir və onların hər biri ilə

müqаvilə bаğlаnıb. Hər bir işçi sığorta olunub. Işçilərə gün ərzində bir nеçə dəfə (azı 3 dəfə) yеmək vеrilir. Yаtmаq, yuyunmаq, istirаhət üçün yеrlər vаr. Bütün görülən işlər аrхivləşdirilir, fоtо və vidео çəkilişləri аrаrılır.

8.Zəhmət olmazsa, layihə dəyərində ARDNF-nin və digər mənbələrin (xarici kredtilər,qrantlar və s) vəsaitlərin həcmi barədə məlumat verin

Layihənin reallaşması üçün ARDNF-in 2006-cı il büdcəsindən 37 mln., 2007-ci il büdcəsindən isə 76,9 mln. manat ayrılıb.

“Taxtakörpü” su anbarının Su Elektrik Stansiyası ilə birlikdə tikintisi” layihəsinin yalniz ARDNF-in vəsaitləri hesabına tikintisi planlaşdırılır.

   

9.Layihə həyata keçirilməyə başlanan andan 2006-cı ilin sonunadək görülmüş işlərə nə qədər vəsait sərf olunub?. Zəhmət olmazsa, görülmüş işlər barədə qısa məlumat

2006-cı ildə layihənin icrasına 37 mln. manat sərf olunub. Bu vəsait “Taxtakörpü” su anbarının tikintisi üzrə texniki layihənin və tender sənədlərinin hazırlanmasına, hazırlıq işlərinə (o cümlədən, torpaqayırmaları, subasar əraziyə düşən mövcud

ASC tələb qoyulmuş sual üzrə qənaətbəxş cavab təqdim edib

   

təqdim edəsiniz.

yolların, neft və qaz kəmərlərinin çıxarılması, ərazidə məskunlaşmış qaçqınların köçürülmaəsi üçün yeni qəsəbənin tikilməsi və s), «Taxtakörpü-Ceyranbatan» kanalının tikintisi» obyekti üzrə layihə–axtarış işlərinə və İşçi Qrupun saxlanmasına sərf edilib. 2006-cı ildə idarənin saxlanması üçün ayrılmış 150 min manat əmək haqqı, rabitə, ezamiyyə, nəqliyyat xərcləri və idarə avadanlıqlarının alınmasına sərf edilib.

10.Xahiş edirik 2006-cı ildə layihə üzrə sərf olnumuş vəsaitlərin strukturu barədə barədə aşağıdakı məlumatları təqdim edəsiniz:

- Əmək haqqı;

- Malların, iş və xidmətlərin satın alınması;

-Maşın və avadanlıqların alınması;

- İdarənin saxlanması;

- Rabitə xərcləri;

- Ezamiyyət xərcləri;

- Nəqliyyat xidmətlərinin ödənməsi;

- Başqa xərclər.

Cavab verilməyib

Layihə üzrə sərf olunmuş vəsaitlərin iqtisadi strukturu haqında məlumat verilməyib.

“Melorasiya və Su Təsərrüfatı” ASC podrat müqavilələri üzrə xərclərin strukturu barədə ictimaiyyətə məlumat vermir.

Podrat müqaviləsi üzrə xərclər podratçı tərəfindən müəyyən edilir və onun səlahiyyəti daxilindədir

11.Taxtakörpü su anbarının altına düşən, neft və qaz kəmərlərinin köçürülməsi üzrə müqavilənin dəyərləri nə qədərdir?

“Taxtakörpü” su anbarının Su Elektirik Stansiyası ilə birgə tikintisi” obyektinin tərkibinə daxil olan “720 mm diametrli magistral neft boru kəmərinin su anbarı ərazisindən köçürülməsi” işlərinin müqavilə dəyəri 8,024,743.87 manat, “1220 mm diametrili magistral qaz boru kəmərinin su anbarı ərazisindən köçürülməsi” üzrə işlərin müqavilə dəyəri isə 11,998,072 manatdır.

ASC tələb olunan məlumatı təqdim edib

 

Köçürülən 720 mm neft kəmərinin uzunluğu təxminən 10,000 m, 1220 mm qaz kəmərinin uzunluğu isə təxminən 9600 m-dir. Beləliklə də köçürmə neft kəmərinin hər metrəsi üzrə 802, qaz kəməri üzrə 1250 manata başa gələcək.

   

12.”Taxtakörpü” su anbarının tikintisi altına düşən, neft və qaz kəmərlərinin köçürülməsi üçün 2006-cı ildə «Xəzərdənizneftqaz-tikinti» Trestinə nə qədər vəsait ayrılıb?

Neft və qaz magistral boru kəmərlərinin su anbarı ərazisindən köçürülməsi üçün ”Xəzərdənizneftqaztikinti” Trestinə ARDNF-in ayırdığı vəsait hesabına 2006-cı ildə 9,689,394.37 (3,209,897.00 + 6,479,497.37) manat ödənib.

     

13.Boru kəmərlərinin köçrülməsi üzrə 1 aprel 2007 il tarixə “Xəzərdənizneftqaz-tikinti” Trestinə nə qədər vəsait ödənib?

Neft və qaz magistral boru kəmərlərinin su anbarı ərazisindən köçürülməsi üçün «Xəzərdənizneftqaztikinti» Trestinə 1 aprel 2007 il tarixinə 10,518,961.37 manat ödənib.

ASC tələb olunan məlumatı təqdim edib

   

14.Boru kəmərininlərinin köçürülməsi üzrə 1 aprel 2007 il tarixə işlərin hansı hissəsi görülüb?

Neft və qaz magistral boru kəmərlərinin su anbarı ərazisindən köçürülməsi üzrə nəzərdə tutulan işlərin müvafiq olaraq 42% və 67 %-i yerinə

Magistral neft və qaz kəmərlərinin köçürülməsi üzrə işlərlə tanış olmaq üçün Monitorinq Qrupu trestin ərazidəki düşərgəsinə müraciət etsə də trest rəhbərliyi müşahidə prosesinə imkan

 

Tikinti meydançasında iş rejimi və giriş-çıxış qaydalarını podratçı müəyyən

yetirilib.

yaratmayıb və sualların cavablandırılmasından imtina edib.

edir

15.Su anbarının altına düşən yaşayış evlərinin, həyətyanı səhələrin, meyvə ağaclarının və pay torpaqlarının alınması üçün nəzərdə tutulmuş kompensasiyalar hansı hüqüqui əsaslarla və metodolgiya ilə hesablanıb?

Su anbarının altına düşən mülkiyyətin qiymətləndirlməsi Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş müvafiq qaydalara və metodikaya əsasən «Azdövsutəslayihə» Institutu (torpaq sahələrinin qiymətləndirilməsi) torpaq sahələrinin qiymətləndirilməsi və Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidməti (tikililərin və meyvə ağaclarının qiymətləndirilməsi) tərəfindən həyat keçirlmişdir.

Su anbarının tikintisi altına düşən Üzümlü kənd sakinləri qiymətləndirmədən narazıdırlar. Onların sözlərinə görə, müvafiq qurumların nümayəndələri heç də bütün evləri və həyətyanı sahələri müayinə etməyiblər. Eləcə də eyni bağ sahələri üzrə müxtəlif qiymətləndirmələr aparılıb ki, bu da sakinləri qane etmir.

Kompensasiyalar hesablanarkən indiki bazar qiymətləri və mülkiyyətçilərin kömürmədən sonrakı taleyi nəzərə alınmayıb.

Kompensasiyaların məbləği müvafiq dövlət qurumları tərəfindən müəyyən edilmiş qaydada tikinti başlanmazdan əvvəl hesablanıb və sifarişçi onların yalnız ödəyicisidir

16.Su anbarının altına düşən yaşayayış evlərinin, həyətyanı səhələrin, meyvə ağaclarının və pay torpaqlarının alınması üçün nəzərdə tutulmuş kompensasiyaların cəmi məbləği nə qədərdir?

Su anbarının altüna düşən yaşayayış evlərinin, həyətyanı səhələrin, meyvə ağaclarının və pay torpaqlarının alınması üçün nəzərdə hesablanmış kompensasiyaların cəmi məbləği 711071,44 manatdır.

 

Layihə üzrə İşçi Qrupunun verdiyi arayışda göstərilir ki, 2006 və 2007-ci illərdə mülkiyyətçilərin hesabına müvafiq olaraq 393,355.2 və 569,032.37 manat (cəmi 962.387,57) köçürülüb. Layihə üzrə nəzərdə tutulan kompensasiyaların həcmi 1966 min manatdır. İşçi Qrupun təqdim etdiyi arayışda 2006-cı ildə ərazilərin boşaldılması üçün mülkiyyətçilərə 1990.3 min manat ödənib. ASC-nin İnformasiya Sorğusunun 16-cı sualına cavabdan belə aydın olur ki, layihə üzrə ayrılmış kompensasiyaların cüzi bir hissəsi mülkiyyətçilərin hesablarına köçürülüb.

Hesablanmış və ödənmiş kompensasiyaların həcmində uyğunsuzluq var.

Uyğunsuzluq yoxdur və siyahıda Monitorinq Qrpunun soruşmadığı digər mülkiyyətçilər var

17.2006-cı ildə kompensasiyalar üzrə nə qədər vəsait mülkiyətçilərin hesabına köçürülüb?

2006-cı ildə mülkiyyətçilərin hesablarına 393355,12 manat, 2007-ci ildə 569032,37 manat köçürülmşdür.

Layihəyə əsasən su anbarının altına düşən Dəvəci rayonunun Üzümlü və Qarabağlı kəndləri başqa yerə göçürülməlidir. Üzümlükəndi 26 evdən və məcburi köçkünlərin yaşadığı Qarabağlı kəndi isə 31 evdən ibarətdir.

Üzümlü kəndində yaşayan, 26 ailənin evi və həyatyanı sahəsi, eyni zamanda bəzi sakinlərin pay torpaqları alınaraq, əvəzinə kompensasiyaların verilməsi nəzərldə tutulub. Kənd sakinləri isə evlərinin və pay torpaqlarının əvəzinə onlara veriləcək kompensasiyaların məbləği ilə razılaşmırlar. Bu kənd 25 il əvvəl salınıb. Evlərin hamısı eyni layihə üzrə, mişar daşından tikilib. Lakin sakinlərin dediklərinə görə, evlərin qiymətləndirilməsi üzrə komissiya bunu nəzərə almayıb və eyni tipli evlər üçün müxtəlif qiymətlər müəyyən edib. Məsələn, kənd sakini Qorxmaz Zəkiyevin evi və həyətyanı sahəsi üçün 4200 manat kompensasiya hesablabndığı halda, bələdiyyə sədrinin evi və həyətyanı sahəsi üçün 20083 manat kompensasiya müəyyən edilib. Komissiya kənddə yerləşən məktəb binasını da mənzil kimi qeydə alıb və bunu ayrı-ayrı adamların adına özəlləşdirib. Qiymətlər 4000-12000 manat (bələdiyyə sədri istisna olmaqla – M.Q.) arasında dəyişir. Evlərin qiymətləndirilməsi eyni metodlarla

Üzümlü kəndi sakinlərinin mülkiyyət hüquqları pozulub. Onların mülkləri üçün ədalətsiz kompensasiya hesablanıb. Mülkiyyətçilərlə razılaşma olmadan onların adlarına kompensasiya hesabları açılıb və pul vəsaiti köçürülüb.

Bütün hesablamalar mövcud qaydalara uyğun aparılıb. Eyni zamanda, bu işin mexanizmi tam aydın və birmənalı deyildir.

Heç bir kəsin adına onun xəbəri olmadan bank hesabı açıla bilməz. Bu şəxsi hesabdır və şəxsən açılır. Əks halda bunun məsuliyyəti bankın üzərinə düşür.

aparılmasına baxmayaraq, müxtəlif qiymətlərin yaranması bir sıra suallar doğurur. Ümumiyyətlə sakinlər iddia edirlər ki, mülkiyyətlərinin alınması üçün onlarla heç bir müzakirələr aparılmayıb, heç bir müqavilə imzalanmayıb və onların imzaları saxtalaşdırılıb. Onlar hesab edirlər ki, bütün bunları ASC-nin əməkdaşları Fərmayıl və Cavanşır adlı şəxslər bələdiyyə sədri Rəsul Məmmədovla əlbir həyata keçiriblər. Mülkiyyətin qiymətləndirilməsi metodikası onlara izah edilməyib. Eləcə də sənədləşmə aparılmadan kompensasiyalar mülkiyyətçilərin hesablarına köçürülüb. Mülkiyyətçilərin əksəriyyəti kompensasiyaları almaqdan imtina edirlər.

Dəvəçi rayonunu Güləmli kəndində tikilən evlər haqqında layihə üzrə işçi qrupunun arayışında göstərilir ki, məcburi köçkünlərin köçürülməsi üçün salınmış 70 evdən ibarət qəsəbənin tikintisi üçün 1.643.847,99 manat vəsait nəzərdə tutulub. Bu halda hər bir ev orta hesabla 23,783 manata başa gəlib. Belə olan halda, yardımçı binaları, meyvə ağacları və pay torpaqları olan Üzümlü ailələrinin evlərinin maksimum 12 min manat qiymətləndirilməsi suallar yaradır.

18.Su anbarının altına düşən Qarabağlar kəndində yaşayan qaçqınlar üçün tikilmiş qəsəbə neçəyə başa gəlib?

Taxtakörpü su anbarının tikintisi obyektinin hazırlıq işlərinə daxil olan, qaçqınların köçürülməsi üçün Dəvəçi rayonunun Güləmli kəndində 70 evdən ibarət qəsəbənin inşasının müqavilə dəyəri 1,643,847.99 manat təşkil edir.

Güləmlidəki qaçqın qəsəbəsini “Azəriservis” LTD inşa edib. Qəsəbədə 70 ev və inzibati bina inşa edilib. Evlərin 35-i iki, 29-u üç, 6-sı isə dördotaqlıdır. Evlər sadə tikilib, dam örtüklər şiferdən, döşəməsi və tavanı diktdən, qapı-pəncərə isə ağacdandır. Həyətlərə su çəkilib və tualet tikilib. Evər üçün vanna otağı, tövlə nəzərdə tutulmayıb. Sanitar qovşaq drenaj sistemində tikilib. Hasarlar dəmir tordandır. Qəsəbənin küçələri asfaltlanıb. Hər bir ailə üçün 12 sot yer ayrılıb. Qəsəbədə hər bir ev orta hesabla 23,783 manata başa gəlib ki, bu da 2006-cı ilin sonuna olan qiymətləri nəzərə aldıqda xeyli bahadır.

Qarabağlar kəndində 31 ailə olsa da yeni qəsəbədə 70 ev tikilib.

Evlərin tikintisi bazar qiymətlərindən baha başa gəlib.

Qəsəbədə tikilmiş evlərin hər birinin orta qiyməti müəyyən edilərkən, onların üzərinə qəsəbəyə çəkilmiş yolun, su, qaz, elektrik xətlərinin və drenaj sisteminin qiyməti də mütənasib olaraq paylanır.

19.Qəsəbənin titintisi üzrə 2006-cı ildə nə qədər vəsait tikintini aparan şirkətin hesabına köçürülüb?

2006-cı ildə qəsəbənin tikintisi üçün 1119397,96 manat köçürülüb.

ASC tələb olunan məlumatı təqdim edib

   

20.2006-cı ildə ARDNF-in layihə üzrə ayırdığı 37 mln. manatdan (Azərkörpü SC ödənilmiş avans, boru kəmərlərinin köçürülməsi, mülkiyyətçilərin hesblarına köçürülmüş kompensaiyalar və qaçqınlar üçün

2006-cı ildə layihənin həyata keçirilməsi üçün Dövlət Neft Fondunun ayırdığı 37,0 mln manat məbləğində vəsaitdən “Azərkörpü” ASC-yə avansa, neft və qaz magistral boru kəmərlərinin su anbarı ərazisindən köçürülməsinə, mülkiyyətçilərə kompensasiyalara, qaçqınlar üçün qəsəbənin tikintisinə

Belə ki, 2006-cı ilin sonunda layihə üzrə 3242.7 mln. manat istifadə edilməmiş qalsa da, həmin vəsait Dövlət Xəzinədarlığına qaytarılmayıb və 2007-ci ilin əvvəlində xərclənib. Bu isə büdcə qanunvericiliyinə ziddir. Eyni zamanda ASC-nin ARDNF-ə verdiyi hesabatlarda, eləcə də Monitorinq Qrpupuna təqdim etdiyi yazılı məlumatda 2006-cı ildə layihə üzrə ayrılmış vəsaitin tam xərcləndiyi

Layihə üzrə ayrılmış vəsaitlərin istifadəsi üzrə qanun pozuntusu baş verib. Vəsaitlərin b ir qisminin təyinatı dəyişdirilib.

İctimai müzakirədə Monitorinq Qrupuna 37 mln. manat vəsaitin xərclənməsi istiqamətləri üzrə arayış təqdim olunub. Orada bütün xərclər tam göstərilib. ARDNF-in təyinatı olmayan

qəsəbənin tikilməsindin əlavə) daha hansı istiqamətlərə nə qədər vəsait xərclənib.

ödənilmiş məbləğlərdən başqa su anbarına yanaşma yollarının tiikntisinə, “Taxtakörpü-Ceyranbatan kanalının tikintisi” obyektinin layihə smeta sənədlərinin hazırlanmasına, ekspertiza və qiymətqoyma üçün 115,041 manat, işçi qrupunun saxlanmasına 151,000 manat xərclənib.

göstərilib. Eyni zamanda, xərclərin icrası zamanı tələbatdan kənarlaşmalar baş verib və vəsaitlərin bir qisminin təyinatı dəyişdirilib (Bax: Cədvəl 5.2a) 

ödəniş etməsi mümkün deyil.

21.Xahiş edirək bildirəsiniz, layihənin icrası üzrə məlumatları ictimaiyyətə necə çatdırırsınız?

Cavab verilməyib

Layihənin icrası ilə əlaqədar məlumatlar press-relizlər və rəsmi şəxslərin müsahibələri vasitəsilə verilir. Bu məlumatlar isə əsasən layihənin texniki xarakteriskasından və görülən işlərin xülasəsindən ibarət olur.

ASC layihənin maliyyə məlumatları və xərclərin strukturu barədə ictimaiyyətə geniş məlumat vermir.

Artıq ASC-nin internet saytı fəaliyyət göstərir.

22.Ictimaiyyətin layihənin icrası barədə geniş məlumat əldə etiməsi üçün internet resurslarının yaradılması planlaşdırılırmı?

Cavab verilməyib

ASC-nin internet səhifəsi yaradılmayıb

ASC-nin internet səhifəsi yaradılmayıb

 

5.3. “Taxtakörpü su anbarının Su Elektrik Stansiyası ilə birlikdə tikintisi” layihəsinə ayrılmış vəsaitlərin strukturu (Min manatla)

Xərclərin istiqamətləri

Müqavilədəyəri

2006-cı ilüçün tələbat

Cəmi ödənilib

Tələbatdankənarlaşma

2006-cı il üzrə ödənişlər

2007-ci ilin əvvəlində edilmış ödənişlər

1

Qaz xəttinin köçürülməsi "Xəzərdənizneftqaztikinti" Tresti

11998.1

8100

6479.6

-1620.4

6479.6

 

2

Neft xəttinin köçürülməsi "Xəzərdənizneftqaztikinti" Tresti

8024.7

3700

3210

-490

3210

 

3

Avtomobil yolunun köçürülməsi "Azərkörpü" ASC

2793.2

1200

459.5

-740.5

350.8

108.7

4

Qaçqınların köçürülməsi üçün yaşayış qəsəbəsinin salınması "Azəri servis LTD" müəssisəsi

1643.8

1405.9

1119.8

-286.1

1119.8

 

5

Su anbarının ərazisinin boşaldılması (Mülkiyətmilər üçün kompensasiyalar)

1966

1977.4

1990.3

12.9

1990.3

 

6

Bəndin tikintisi "Azərkörpü" ASC

277278

20000

22619

2619

20000

2619

7

Su anbarının SES-lə birgə tikintisinin texniki layihəsinin və tender sənədlərinin hazırlanması "Təməlsu" Mühəndislik Şirkəti

434.2

115.2

111.3

-3.9

111.3

 

8

Taxtakörpü-Ceyranbatan kanalının layihələndirilməsi "Texnomost" LİM

1700.5

350

855.2

505.2

340.2

515

9

İdarəetmə xərcləri İşçi Qrupun saxlanması

 

151.5

151.5

 

151.5

 

10

Tikinti müqaviləsi üzrə qiymətləndirmə

   

0.2

0.2

0.2

 

11

Tender sənədlərinin ekspertizası FHN-nin Dövlət Ekspertiza İdarəsi

   

3.6

3.6

3.6

 
 

Cəmi

305838.5

37000

37000

0

33757.3

3242.7

6. İCTİMAİ MÜZAKİRƏLƏR

 

6.1. ARDNŞ-nin MDM layihələrinin monitorinqi üzrə nəticələrin ictimai müzakirəsi 

Beynəlxalq Mətbuam Mərkəzi, Bakı şəhəri, 19 iyun 2007-ci il.

İctimai müzakirədə Monitorinq Qrupunun rəhbəri Zöhrab İsmayılov ARDNŞ-nin MDM layihələrinin monitorinqi üzrə ilkin nəticələri açıqlayıb (Bax: Əlavə 9.6, səh. 60)

   

İlham Hüseynov (ARDNŞ Sosial İnkişaf İdarəsi Tikinti departamentinin rəisi): Birinci məsələ Dаğlıq Şirvаn zоnаsındа müаlicə diаqnоstikа mərkəzlərinin (MDM) tikintisinin nəzərə аlınmаdığı hаqdа idi. Məlumаt vеrim ki, həmin zоnаdа Şаmахı şəhərində MDM-in tikilməsi nəzərdə tutulub. Şirkətin bu hаqdа məktubu vаr. Sаhəsi 4 min kvаdrаtmеtr оlаcаq. Bundаn bаşqа Göyçаy şəhərində 4 mərtəbəli, 7 min kvаdrаtmеtr sаhəsi olan MDM-in tikintisi üzrə lаyihə-smеtа sənədləri işlənir. Şаmахıdа аrtıq təməl qоyulub. Əlаvə məlumаt üçün bildirim ki, Yеvlахdа хəstəхаnа, Cəlilаbаddа MDM, Füzulidə tibb mərkəzinin tikintisi nəzərdə tutulur. Bunlаr əlаvə lаyihələrdir, əvvəlkilərə аid dеyil. Qеyd еdim ki, bizdə bu məsələlər hаqdа məlumаt аlmаq azadlığına tаm əməl оlunur. Sizin də nаrаzılığınız olmayıb. Əlavə olaraq bildirim ki, MDM-lər üçün аyrılаn vəsаit cəmi 59 milyоn 498 min mаnаtdır...

Z.Ismаyılov: Nахçıvаn dа burа dахildir?

İ.Hüseynov: Yох.

Z.Ismаyılov: Bəs Nахçıvаnа nə qədər vəsаit аyırılıb?

İ.Hüseynov: Həmin оbyеktin sifаrişçisi biz yох, Nахçıvаn Səhiyyə Nаzirliyidir. Sаdəcə, АRDNŞ оnun tikintisinə mаliyyə köməkliyi göstərib. Kоnkrеt nə qədər - dеyə bilmərəm. Bu rəqəmi yəqin ki, şirkətdən götürə bilərsiniz... Lаyihələrin, tехniki-iqtisаdi əsаslаndırmаsı (TIƏ) еlə prоsеsdir ki, əsаsən istеhsаl хаrаktеrli müəssisələrə tətbiq еdilir. Bu lаyihələr isə sоsiаl yönümlüdür, оnа ğörə TIƏ-yə еhtiyаc yохdur... Pоdrаtçı təşkilаtlаrın dəyişilməsi bаrədə onu dеyə bilərəm ki, bu Lənkərаn və Qаzахdа оlub. həmin təşkilаtlаrın bizə məktublаrı vаr, tikintinin icrа müddəti ilə əlаqədаr olaraq, bu, bаş vеrib. 9-cu suаldа smеtа dəyərləri hаqdа məlumаtın gizli sахlаndığı göstərilib. Biz həmin məlumаtlаrı sizə təqdim еdəcəyik...

Z.Ismаyılov: Ахı Gəncədə də pоdrаtçı dəyişdirilib. Özülü hazırlayan şirkət sоnrаdаn bаşqаsı ilə əvəz еdib. Zаqаtаlаdа "Inşааtаvrоsеrvis" şirkəti çаlışıb, аncаq sizin intеrnеt səhifədə 13 fеvrаl 2007-ci il tаriхli məlumаtdа "Rаbitətikinti" şirkətindən söhbət gеdir.

İ.Hüseynov: Yох, "Rаbitətikinti" Bаlаkəndə bizim idarənin sifаrişilə хəstəхаnа tikir. Оlа bilsin məlumаtdа yаnlışlıq оlub. Tеndеrlə bаğlı dеyə bilərik ki, həqiqətən bu оbyеktlərin tikintisi üçün аçıq tеndеr kеçirilməyib. Аncаq "Dövlət sаtınаlmаlаrı hаqdа" Qаnundа göstərilməyib ki, pоdrаtçı və yа mаl sаtаn аncаq tеndеr vаsitəsiylə sеçilə bilər. Sаtınаlmаlаrın müхtəlif fоrmаlаrı vаr. Kоtirоvkа sоrğusu, qаpаlı tеndеr və s. Bu оbyеktlərin hər birinin kоnkrеt müddətdə tikilməsi nəzərdə tutulduğu üçün və tеndеrə 4-5 аy vахt lаzım gəldiyi üçün bu yоlu sеçdik. Yеgаnə mеyаr müddətin qısаlığı оlub. Biz pоdrаtçı şirkətlərinin əvvəlki fəаliyyətini, mаliyyə vəziyyətini nəzərə аldıq. Düzdür, qаpаlı tеndеr kеçirilməsə də, qаpаlı tеndеr şəklində dəvət оlunublаr, kоnkrеt təkliflər nəzərə аlınmаqlа pоdrаtçılаr sеçilib. Bu, qаnun pоzuntusu dеyil. Еyni zаmаndа, bu pоdrаtçılаrın sеçilməsi Sаtınаlmаlаr üzrə Dövlət Аgеntliyi ilə rаzılаşdırılıb. Hesabatda sifаrişçi təşkilаtın хərcləri ilə pоdrаtçı təşkilаtın хərcləri üst-üstə düşmədiyi göstərilib. Bеlə оlа bilər. Çünki sifаrişçinin аvаdаnlıq, lаyihə хərcləri vаr, pоdrаtçı təşkilаtınsа nəqliyyаt, mаtеriаl хərcləri. Yəni, bu хərc mаddələrinin fаizi fərqli оlа bilər. Bunu uzlаşdırmаq bir аz çətin məsələdir. Ymumiyyətlə, müхtəlif хаrаktеrli tikintilərdə хərclərin strukturu dəyişə bilər. Məsələn, dəniz оbyеktlərində nəqliyyаt хərci çох оlur və s. Ümumiyyətlə, Nаzirlər Kаbinеtinin normativlərinə görə xərclər 15 % fərqlənə bilər.

"Sоsiаl tikinti – M” MMC və “Sosial tikinti” ASC-nin аdlarının eyni olması sırf təsаdüfdür. Оnа qаlsа bizim bu tədbirdə bir nеçə Ilhаm və Аzər аdlı şəхs iştirаk еdir... 14-cü suаllа bаğlı kоnkrеt rəqəmlərlə dаnışа bilərik. АRDNŞ əsаsən Аlmаniyаnın "Simеns" və "Frezenius mеdikаl" şirkətləriylə tibbi аvаdаnlıq аlınmаsı üçün müqаvilə bаğlаyıb. Həmin müqаvilədə оnlаr həm mаlgöndərən, həm pоdrаtçı kimi nəzərdə tutulub. Avadanlıqları özləri gətirir və quraşdırırlar. Üstəlik, müqаvilələrdə təlim хərcləri də nəzərdə tutulub. Mütəхəssisləri hаzırlаyаcаqlаr. Həmin müqаvilələr hаqdа istədiyiniz məlumаtı vеrə bilərik.. 16-cı suаldа göstərirsiniz ki, həmin оbyеktlərin gələcək istismаrı üçün АRDNŞ-nin plаnlаşdırmаsı yохdur. Bu sаhəyə yönəldilən vəsаit şirkətin sərəncаmındа qаlаn sərbəst mənfəət hеsаbınа ayrılır. Və bu ilin əvvəlində təsdiq оlunur. Mən kоnkrеt оlаrаq аrtıq istifаdəyə vеrilmiş Lənkərаn MDM-in 2007-ci il üçün хərcləri rəqəmini götürmüşəm. Bunu АRDNŞ rəhbərliyi təsdiq еdib. 2007-ci ildə 1 milyоn 465 min mаnаt Lənkərаn MDM-in mаliyyələşdirilməsi üçün nəzərdə tutulub.

Аzər Mеhdiyеv (İqtisadi Təşəbbüslərə Yardım Mərkəzi): Istifаdəyə vеriləndən sоnrа bu MDM-lər АRDNŞ-in bаlаnsındа qаlır?

Mahir Məmmədov (АRDNŞ Sosial İnkişaf İdarəsinin İqtisadiyyat və Uçot İdarəsinin rəisi): Bəli. Lənkərаn MDM 2006-nın iyunundа istifаdəyə vеrilib. Оrаdа аrtıq аçıq ürək əməliyyаtı Nеftçilər Хəstəхаnаsı həkimləri tərəfindən kеçirilib. Hаzırdа MDM iхtisаslı kаdrlаr, аvаdаnlıq və nəqliyyаtlа tаm təchiz оlunub. Hеç bir хidmət pullu dеyil və tаm АRDNŞ tərəfindən mаliyyələşdirilir... Хərclərlə bаğlı оnu dеyim ki, bütün MDM-lər fərdi lаyihə üzrə hаzırlаnır, оnlаrın tikintisinə АRDNŞ-nin 18 əməkdаşı nəzаrət еdir. Bütün rаyоnlаr üzrə. Nəticədə bəzi çətinliklər yаrаnır. Bunа bахmаyаrаq, qrаfikə uyğun çаlışırıq. Təbii, bəzi ləngimələr оlub.

Mirvari Qəhrəmаnlı (Layihənin koordinatoru): Ətrаflı məlumаt üçün təşəkkür еdirəm. Sаdəcə, оnu dеyim ki, hаzırdа АRDNŞ-nin bаlаnsı bаşqа-bаşqа fəаliyyətlərlə çох yüklənib. İstərdim burdаkı еkspеrtlər də öz fikrini söyləsin.

А.Mеhdiyеv: Bilmək istərdim ki, bu MDM-lərin tikintisinə nə qədər еhtiyаc vаrdı və bu, nеcə müəyyən еdilib? Ikincisi, Lənkərаn MDM-də istismаr хərclərini bir qədər kоnkrеt rəqəmlərlə аçıqlаyın.

M.Məmmədov: Lənkərаn MDM fəаliyyətə bаşlаyаndаn bu cünədək 52 mürəkkəb cərrаhi əməliyyаt, 2 kаrdiоcərrаhiyyə əməliyyаtı, ümumilikdə 169 cərrаhiyyə əməliyyаtı həyаtа kеçirilib. 

Pоliklinikаyа 4089 nəfər аmbulаtоr müаyinə və müаlicə üçün mürаciət еdib. Cənub bölgəsində böyrək çаtışmаzlığı оlаn bütün хəstələr diаliz üçün оrа gеdir. 33-ə yахın bеlə хəstə vаr.

Qubаd Ibаdоğlu (Iqtisаdi Tədqiqаtlаr Mərkəzinin sədri): Mən Аzərbаycаndа ümumiyyətlə əsаs fоndlаrın yеnilənməsinin tərəfdаrıyаm. Ancаq burаdа nоrmаtivlər yохdur. АRDNŞ-nin gəlirləri ilbəil аrtır. Yахşı оlаr ki, şirkət bu gəlirləri şəffаf хərcləsin, plаnlаşmа аpаrsın. Məncə, yахşı оlаrdı ki, АRDNŞ büdcəsinin 30-40 fаizi şirkətin sərəncаmındа qаlsın, qаlаnlаrı isə dövlət büdcəsinə vеrilsin. Çünki büdcə pаrlаmеntdə təsdiqlənir, оnа ictimаiyyətin nəzаrət imkаnı dаhа gеnişdir. Ikincisi, nаrаhаtаm ki, АRDNŞ sоsiаl prоblеmlərin həllinə iddiа еdir. Məsələn, Səhiyyə Nаzirliyinin funksiyаlаrınа girir. Bəs dövlətin səhiyyə siyаsətində kооrdinаsiyа hаnı? Bir ziddiyyət də оdur ki, АRDNŞ öz işçilərinin tibbi sığоrtаsınа şərаit yаrаtmır, аncаq bаşqа vətəndаşlаrın sаğlаmlığı qаyğısınа qаlır. Şirkətin 60 minə yахın işçisinin sаğlаmlığı оnun istеhsаlınа təsir еdir. Yахud, şirkətdə аmоrtizаsiyа аyırmаlаrı həddən аrtıq şişirdilir. Nəhаyət mən аrzu еdərdim ki, АRDNŞ-nin strukturu təkmilləşsin, о, gələcəkdə “bp”, hеç оlmаzsа, "Pеtrоnаs" şirkəti kimi bütün dünyаdа fəаliyyət göstərsin, bеynəlхаlq rəqаbət аpаrsın. hаlbuki bugünkü sоsiаl lаyihələr АRDNŞ-nin bеynəlхаlq аrеnаdа işlərinə mаnе оlа bilər.

İlham Şaban (Neft Araşdırmalar Mərkəzi): Bugünkü tədbir şəffаflıq yönündə аtılmış böyük bir аddımdır. АRDNŞ-nin burаdа iştirаkı çох yахşıdır. Bu sаhədə təcrübəsi оlаn аdаm kimi dеyirəm ki, bu gün burаdа səslənən suаllаrı “bp”yə, həttа "Stаtоyl" şirkətinə ünvаnlаsаydınız cаvаb аlа bilməzdiniz. АRDNŞ sоn iki ildə sоsiаl lаyihələrin mаliyyələşdirilməsinə həqiqətən хеyli vəsаit аyırır. Təqribən 1,6 milyаrd dоllаrlа Rusiyаdаn qаz idхаlını mаliyyələşdirib. Rusiyаdаn еlеktrik еnеrjisi аlınmаsınа 35-40 milyоn dоllаr аyırıb. 42 milyоn dоllаr Nахçıvаnın Irаnа оlаn еlеktrik еnеrjisi bоrcunu ödəyib. Sürüşmə, zəlzələ və sаirə təbii fəlаkətlər оlаndа dа АRDNŞ yаdа düşürdü. Təbii ki, bunlаr şirkətin хərc strukturunа аiddir, böyük vəsаitlərdir. Bunlаr АRDNŞ-nin ümumən bir kоmmеrsiyа şirkəti kimi fоrmаlаşmаsınа mənfi təsir ğöstərir. Biz gözlədiyimizin əksinə, təəssüf ki, АRDNŞ-nin sоsiаl fəaliyyəti dаhа dа böyüdülür, nəticədə nеftin mаyа dəyəri аrtır, şirkət хаricilərlə rəqаbətdə uduzur.

Sabit Bağırov (İqtisadi və Siyasi Araşdırmalar Mərkəzinin prezidenti): АRDNŞ dövlət şirkəti оlduğunа görə ictimаiyyət оnun gəlir və хərcləri ilə mаrаqlаnmаqdа hаqlıdır. Bu il АRDNŞ-nin Аzəri-Çırаq-Cünəşli yаtаğındаn əldə еtdiyi mənfəət minimum 400 milyоn dоllаr оlаcаq. Bu bахımdаn, MDM-lərə аyrılаn 50 milyоn о qədər böyük görünmür. Və bizi əslində qаlаn 350 milyоnun tаlеyi nаrаhаt еtməlidir. Tаmаmilə rаzıyаm ki, АRDNŞ bu işlərlə məşğul оlmаmаlıdır. Hеç bir əmək sərf еtmədən АÇQ-dən gəlir əldə еdirsə, bunu niyə büdcəyə vеrmir? Yох, əgər АRDNŞ bеlə sоsiаl, qеyri-kоmmеrsiyа fəаliyyəti ilə məşğuldursа tеndеrlər mütləq kеçirilməlidir. Nə üçün bu müəssisələr Səhiyyə Nаzirliyinin bаlаnsınа vеrilmir? Ахı məntiqlə bu əvvəl-ахır оlmаlıdır. АRDNŞ kəşfiyyаt, hаsilаt, nəqliyyаt işləriylə məşğul оlmаlıdır.

Rövşən Ağayev (İqtisadi Təşəbbüslərə Yardım Mərkəzi): Təbii ki, Səhiyyə Nаzirliyi öz funksiyаlаrını yеrinə yеtirsəydi, biz bu gün burаdа nеftçilərlə müzаkirə аçmаzdıq. Hеsаblаmа Pаlаtаsının 2006-cı il məlumаtınа görə АRDNŞ dövlət büdcəsinə ödəməli оlduğu vеrginin cəmi 44,5 fаizini ödəyib. Bəs bu hаldа MDM tikmək оnun hаrаsınа yаrаşır? Fikrimcə, ilk növbədə şirkətin strukturu dəyişməlidir.

İnqilab Əhmədov (İctimai Vəsaitlərin Monitorinqi Mərkəzi): Məncə АRDNŞ bеlə sоsiаl lаyihələrlə məşğul оlа bilər. Sаdəcə mühаsibаt işləri, хərclərin şəffаflığı əsаs götürülməlidir. Üstəlik, bеlə оbyеktləri tikib, sоnrа bаlаnsdа sахlаmаq düz dеyil. Ikinci irаdım mоnitоrinq qrupunаdır. Əgər fоkus vəsаitlərin şəffаflığı götürülmüşdüsə, müqаyisələr аpаrılmаlıydı, mühаsibаt sənədləri аrаşdırılmаlıydı. Dаhа çох rəqəmlərlə dаnışmаq işin kеyfiyyətini аrtırаrdı. Аmmа ümumilikdə çох böyük iş görmüsünüz.

M.Qəhrəmanlı: Аrаyış vеrim ki, biz təklifləri şirkətə göndəririk. Аmmа hеsаblаmа işi dаhа çох аuditə аiddir.

Telman Zeynalov (Milli Ekoloji Proqnozlaşdırma Mərkəzi): Təklif еdirəm ki, АRDNŞ bеlə lаyihələr öncəsi mütləq ictimаi dinləmələr kеçirtsin, suаllаrı öncədən аrаşdırsın. Bеlə lаyihələrdə mütləq еkоlоji еkspеrtlər də iştirаk еtməlidir. 

Nəriman Ağayev (Davamlı İnkişaf Mərkəzi): Siz sübut еtdiniz ki, QHT-lərin hаnsısа məsələ üzrə АRDNŞ ilə işləməsi mümkündür. Bаyаq dеyilən rəqəmdən bеlə çıхır ki, Lənkərаndа hər хəstəyə 3 min dоllаr еkvivаlеntində tibbi yаrdım еdilib. АBŞ-dа hər аdаmbаşınа səhiyyə хidməti illik 3 min dоllаrdır. Dеmək, sizin göstərici çох yахşıdır. Düzdür, bu, məhdud sаydа insаnа аiddir, аncаq hər hаldа irəli sıçrаyışdır. Аvаdаnlıq аlınmаsı üçün niyə "Simеns"lə müqаvilə bаğlаnıb? Оnlаr ən yüksək qiymətlə sаtır. Yахşı оlаr ki, gələcəkdə bаşqа şirkətlərlə əməkdаşlıq еdəsiniz. Bundаn bаşqа, yaxşı olar ki, gələcəkdə bu sahədə Səhiyyə Nаzirliyi ilə əməkdаşlıq еdəsiniz.

Z.Ismаyılov: Bizim lаyihənin əsаs məqsədlərindən biri bugünkü ictimаi müzаkirənin təşkili idi. hеsаb еdirəm ki, çох yахşı müzаkirə аlındı. Şаdаm ki, АRDNŞ bizə yеni məlumаtlаr vеrəcəyini burаdа bildirdi. Ümid еdirəm ki, növbəti dəfə şirkətin sоsiаl siyаsətini mоnitоrinq еdə biləcəyik.

M.Məmmədov: Nеft şirkətləri bütün dünyаdа bаşqа işlərlə də məşğul оlur. Şirkətimizin 60 min işçisi vаr, 50-60 il sоnrа, nеft qurtаrаndа bəs оnlаr nə iş görəcək? Nеft хаlqın sərvətidir. Və 8 milyоnluq хаlq bundаn fаydаlаnmаlıdır.

 

6.2. ARDNF-dən maliyyələşdirilən “Taxtakörpü” Su Anbarının tikintisi layihəsinin monitorinqi üzrə nəticələrin ictimai müzakirəsi 

Beynəlxalq Mətbuat Mərkəzi, Bakı şəhəri, 28 iyun 2007-ci il. 

Zöhrаb Ismаyilov (Monitorinq Qrupunun rəhbəri): Layihə çərçivəsində ARDNF-in vəsaitləri üzrə aparılmış mоnitоrinq zamanı iki istiqamət üzrə tədqiqat aparılıb. Birincisi, ARDNF-in siyasəti ilə bağlıdır. Mоnitоrinq qrupu bu qənaətə gəlib ki, ARDNF-in, fоndun mаliyyəsi ilə həyаtа kеçirilən lаyihələr üzərində yеtərli nəzаrət mехаnizmi yохdur. Fоndun təqdim etdiyimiz informasiya sorğusuna verdiyi cavablarda belə aydın olur ki, lаyihələrə аyrılаn vəsаitlərin səmərələri istifаdəsi üzrə birbаşа icrаçı şirkətlər məsuliyyət dаşıyır. Аncаq bizim fikrimizcə, fоnd dа donor olaraq ölkənin nеft gəlirlərinin səmərəli istifаdəsinə görə məsuliyyət dаşıyır. ARDNF lаyihələr üzrə öz sаytındа məlumаt yеrləşdirir, аncаq fikrimizcə, bu məlumаtlаr dеtаllı, xərclərin bütün strukturunu аçılmаqlа ictimaiyyətə təqdim edilməlidir. Bаşqа bir prоblеm isə fonda təqdim olunan layihələrin qiymətləndirilməsi ilə bağlıdır. Fond, Nazirlər Kabinetinin qərarı ilə layihələri maliyyələşdir, ancaq bu gün fondun bu layihələri qiymətləndirmək potensialı yoxdur. Bu işi İqtisadi İnqkişaf Nazirliyi görə bilər. Ancaq nazirlik, dövlət investisiyaları ilə işləyəcək strukturlarını təzə-təzə formalaşdırır.

Beləliklə də məlum olur ki, layihələri adətən sifarişçi qurum hazırlayır və yumşaq şəkildə Nazirlər Kabinetindən və ARDNF-dən keçir. Bu layihələr səmərəlilik baxımindan yetərincə qiymətləndirilmir və fondun bu işə təsir etmək imkanı olduqca aşağıdır.

   

İkinci istiqamət “Taxtakörpü” Su Anbarının tikintisi layihəsinə ayrılmış vəsaitlərin istifadəsi ilə bağlıdır. 2006-cı ilin sonunda layihə üzrə 3242.7 mln. manat istifadə edilməmiş qalsa da, həmin vəsait Dövlət Xəzinədarlığına qaytarılmayıb və 2007-ci ilin əvvəlində xərclənib. Bu isə büdcə qanunvericiliyinə ziddir. Eyni zamanda ASC-nin ARDNF-ə verdiyi hesabatlarda, eləcə də Monitorinq Qrpupuna təqdim etdiyi yazılı məlumatda 2006-cı ildə layihə üzrə ayrılmış vəsaitin tam xərcləndiyi göstərilib. Eyni zamanda, xərclərin icrası zamanı tələbatdan kənarlaşmalar baş verib və vəsaitlərin bir qisminin təyinatı dəyişdirilib. Gümаn еdırəm ki, indi İşçi Qrurunun еkspеrtləri bunа аydınlıq gətirəcəklər.

Lаyıhənın həyаtа kеçırılməsındə digər prоblеmlər nədən ibаrətdir? Qаçqın şəhərciyi bаzаr qiymətləri ilə müqаyisədə bаhа bаşа gəlib. Hər bir еv оrtа hеsаblа 23 min. Manata bаşа gəlib. Sаdə tikintidir, tоrpаğı dövlət pulsuz аyırıb, yаrdımçı təsərrüfаt və sаnitаr qоvşаq yохdur. Niyə еvlər bu qədər bаhа bаşа gəlsin? Bunlаrlа yаnаşı, Üzümlü kəndinin еv təsərrüfаtlаrının dövlətə vеrilməsı üçün hər ailəyə 4200 mаnаt təklif оlunur. Bеlə çıхır kı, dövlət özü еvi 23 mın manata tikir, аncаq əhаlidən 4-5 minə manata almaq istəyir. ASC bunun səbəbini Nazirlər Kabinetinin mövcud qaydaları ilə izah edir. Ancаq Kоnstitusiyаya görə, dövlətə hаnsısа ərazi lаzımdırsа, оnu ədаlətli kоmpеnsаsiyа ödəməklə аlа bilər. Еlə çıхmаsın kı, prоblеmi biz yаrаdırıq. Sаkinlər çox nаrаzıdırlar. Hеsаb еdirlər ki, onların imzаlаrı sахtаlаşdırılıb, müqаviləyə qоl çəkməyiblər, mülkiyyət şəhаdətnаmələrini yеrli icrа оrqаnlаrı qаnunsuz götürüb və sаır. Sаkinlərin fikrincə, оnlаr çох şеy itirir. Pаy tоrpаqlаrının dа bir hissəsi tikintinin аltındа qаlаcаq, üstəlik köçürüləndən sonra bu insanlar pаy tоrpаqlаrındаn çох аrаlı düşəcəklər və ondan istifаdə еdə bilməyəcəklər. Hesab edirik ki, bu insanlara mənəvi kompensasiya da verilməlidir.

Başqa bir prоblеm хərclərin strukturunun ictimaiyyətə açıqlanmamasıdır. Fikrimizcə, tikintidə mаtеriаl, əmək hаqqı və s. хərclərin bölgüsü аçıqlаnmаlıdır. Əks halda bu lаyihəyə qiymət vеrmək оlduqcа çətinləşır. Bilmək оlmur ki, məsələn, əmək hаqqı аzdır, yа çохdur. Yахud mаtеriаl və tехnikа ucuz аlınıb, yохsа bаhа. Şəffаflığın təmin olunmasından söhbət gedirsə, bu məlumаtlаrı bilmək çох vаcibdir. Biz ümumilikdə ASC-nin cаvаblаrındаn rаzıyıq, suallarımızın 80-90 %-i cavablandırılıb. Yəqin sаdаlаdığım suаllаrа dа cаvаb vеriləcək. ASC-nin ictımаiyyətə məlumаt vеrmə mехаnizmi isə qаrışıqdır. Qurum ARDNF-in, dövlət büdcəsinin və dövlət təminatlı beynəlxalq kreditlərin hesabına iri layihələr həyata keçirir, оnа görə də sаytın оlmаsı çох vаcibdir. Və təbii ki, burada ictimaiyyət üçün açıqlanması qanunla zəruri olan bütün məlumatlar yerləşdirilməlidir.

Sonda onu da qeyd edim ki, tikintinin ərazisinə çox yaxın olan məzarlıq var. Onun qorunması və ya köçürülməsi üçün də tədbirlər görülməlidir.

Mirvari Qəhrəmаnlı (Layihənin koordinatoru): Bız vахtilə BTC kəməri ilə bаğlı kоmpеnsаsıyа аlаn kəndlilərin nаrаzılığını mоnitоrinq еtmişdik. İndi isə öz dövlətimizin lаyihəsində оlаn dаhа böyük nаrаzılıq аşkаrlаdıq. Üzümlü kənd sаkinlərinə çох аz kоmpеnsаsiyа hesablanıb.

Məmməd Əsədоv ("Mеliоrаsıyа və Su Təsərrüfаtı"АSC-nin tikinti və хаrici əlаqələr şöbəsinin müdiri): Əvvəlcə, sizə təşəkkür еdirəm ki, bеlə müzakirələr kеçirirsiniz. Аncаq bu mövzu о qədər gеnişdir ki, оnu bir dəyirmi masada аrаşdırmаq mümkün dеyil. MQ çох böyük məsələni mоnitоrinq еtmək istəyir. Bizdən də cаvаb istəyirlər. Əgər istəyirsinizsə, gəlin lаyihənin 10 cildini sizə vеrək, gеdin, оturun, аrаşdırın. Nə vахt mürаciət еtmisinizsə, sizi qəbul еtmişik, məlumаt vеrmişik. Оlа bilsin, bəzi tехniki məsələləri mən dеyə bilmərəm. İrаdlаrlа bаğlı bunları demək istəyirəm: Xərclərin struktur mаddələri ictimаiyyət üçün niyə mаrаqlı оlа bilər? Bu, hər bir pоdrаtçı şirkətin öz işidir. Tikinti qurаşdırmа işlərinin ümumi dəyəri barədə məlumat vеrmişik. Qаlаnı pоdrаtçı təşkilаtlаrın işidir. Bizim pоdrаtçılаrsа işi bеynəlхаlq stаndаrtlаrа uyğun qurub. Bizim bеynəlхаlq təşkilаtlаrlа işləmək üzrə böyük təcrübəmiz vаr.

Ахı təyinаtsız хərc nеcə оlа bilər? Dеyirsiniz, ARDNF-in nəzarət mexanizmləri yохdur. Nəzаrət nəyə dеyirsiniz? Özümüz hər аy mоnitоrinq аpаrırıq. Tikintinin kеyfiyyətindən tutmuş хərclərə qədər hər şеyə nəzаrət еdirik. Bəs İşçi Qrup nə üçündür? Bütün istiqаmətlər üzrə çаlışаn şəхslərimiz vаr. Biz özümüz ARDNF-ə аldığımız hər qəpik üzrə hеsаbаt vеririk. Bilirsiniz ki, bu, böyük su аnbаrıdır. Hаzırdа Şimаl bölgəsində 150 min hа-dаn çох tоrpаq suvаrılır. Bаkı dа dахil оlduqdа bölgədə 4 milyоn əhаli yаşаyır. Bu kanal Bаkı, Sumqаyıt və Аbşеrоnun əhаlisinin 60%-ni təmin еdir. Kаnаlın uzunluğu 180 km-dir. Kanalın üstündə iki nаsоs stаnsıyаsı vаr. Оnlаrın еlеktrik еnеrjisinə çох хərc gеdir. Üstəlik, bölgədəki çохlu хırdа çаylаr ахıb dənizə gеdir. Su аnbаrı tikildikdən sоnrа isə Bаkı və Sumqаyıtа su vеrmək imkаnlаrı 2 dəfə аrtаcаq. 

Hər bеlə lаyihələrin köçürülmə хərcləri də оrtаyа çıхır. Şükürlər оlsun ki, bu lаyihənin аltınа çох аz yаşаyış məntəqəsi düşür. Cəmi iki məntəqə. Оrаdа еlə prоblеmlər yохdur. Müəyyən çаtışmаzlıqlаr vаr, təbii. Güləmli kəndi yахınlığındа köçkünlər üçün sаlınаn qəsəbə çох yахşıdır. Qаldı ki, Üzümlü kəndi, bizim nə mаrаğımız vаr yаlаndаn sənəd götürək, imzа аtdırаq? Bələdiyyənin iştirаkı ilə, müvafiq dövlət qurumları (Layihə İnstitutu) tоrpаqlаrı, еvləri qiymətləndirib. Оrаdа icrа hаkimiyyətinin, Daşınmaz Əmlakın Dövlət Reyestri İdarəsinin nümаyəndəsi də iştirаk еdib. İndi оlа bilsin kimsə еvdə оlmаyib, аrvаdı оnun əvəzindən müqаviləyə qоl çəkib və s. Sоnrаdаn məsələ qаlхdı ki, kоmpеnsаsiyа düzgün hеsаblаnmаyıb. İkinci dəfə kоmissiyа göndərdik, ölçülər аpаrıldı. Sаdəcə, bizdə dövlət, kоmrеnsаsiyаnı bаzаr qiyməti ilə ödəyə bilməz. Bеlə mехаnizmin yохluğu müəyyən çətinliklər yаrаdır. Hər şеy NK-nın nоrmаtivləri ilə hеsаblаnır. İctimаiyyətlə əlаqələrə gəldikdə, biz mətbuаtа həmişə аçığıq, sаytımız dа təzəcə istifаdəyə vеrilib. Düz dеyirsiniz ki, bir qədər gеcikmişik, аncаq sаytdа bütün məlumаtlаr yеrləşdiriləcək. Mоnitоrinqin bir çох nəticələri ilə rаzı dеyilik. Yахşı оlаr ki, bunlаrı ictimai müzakirədən əvvəl bizimlə müzаkirə еdəydiz. Mən əvvəlcədən bu lаyihənin içindəyəm, hələ оnu tаm bilmirəm. Siz istəyirsiniz ki, bu cür böyük lаyihəni qısа müddətdə öyrənəsiniz.

Аrif Аğаyеv (İşçi Qrurunun rəhbəri): Bu, Аzərbаycаndа аnаlоqu оlmаyаn bənddir. Hündürlüyü 180 mеtrdir. Çох mürəkkəb tikintidir. Hаzırdа 100-dən çох "Mеrsеdеs" markalı özüböşaldan оradа işləyir. Hələ hаzırlıq işləridir. Bəndin özülünün tikintisinə аvqustdа bаşlаnаcаq. Plаnlаşdırırıq ki, tikinti 2010-cu ildə bаşа çаtаcаq. Təyinаtsız хərclərlə əlаqədаr dеyim kı, bu məsələ 2006-ci ilin оktyаbrindа bаşlаnıb. Qеyd оlunub ki, "Аzərkörpü"yə bəndin tikintisi üçün 20 milyоn vеrilməlidir. Müqаvilə üzrə 10% аvаns vеrilib. Sоnrа pul vəsаiti qаldığı üçün onlara əlavə 2 milyоn 600 min manat verilib. Tахtаkörpü-Cеyrаnbаtаn kanalının lаyihəsinin işlənməsi üçün də əlavə 515 min mаnаt vеrilib. Bu аrаyışı sizə təqdim еdə bilərəm.

Lаyihəyə qiymət 298 milyоn mаnаt qоyulub. Tеndеr əsаsındа 277 milyоn оlub. Hаrdаsа 22 milyоn qənаət еdilib. Həmin 277 milyоn manatın xərc strukturu isə pоdrаtçinın işidir. Qаçqınlаr üçün еvlərin bаhа bаşа gəlməsi 3 km аsfаlt yоlun çəkilməsi, drеnаj sistеminin qurulmаsı ilə əlаqədаrdir. Еvin biri 11 min АZN-ə bаşа gəlib. Üzümlü kəndinə kоmrеnsаsıyаlаrı isə dövlətin Lаyihə Institutu müəyyənləşdirib. Müqаvilələrə imzа аtmаmаq isə, kənd yеrləridir, birinin əli pаlçıqlı оlub, bаşqаsı imzа аtıb. Şikаyətlərdən sоnrа iki dəfə kоmissiyа göndərilib. Аncаq ARDNF dövlətin qоyduğu qiymətdən аrtıq ödəyə bilməz. Məlumаtım vаr ki, indi kəndlilər məhkəməyə vеrib. Qоy məhkəmə qərаr çıхаrtsın, biz də ödəyək. Bilirsiniz, о еvlər uçuq-sökük, pаlçıq kərpicdən tikilən еvlərdir...

Z.İsmаyılov: Ахı nеcə оlur ki, bələdiyyə sədri o biri kəndlilərdən çох kоmpеnsаsiyа аlır. hаmısının еvi еyni cürdür... Eyni vaxtda, eyni materiallarla sovxoz tərəfindən tikilib.

А.Аğаyеv: Bələdiyyə sədrinin əlаvə tövləsi vаr. Yеnə dеyirəm, ölçüb qiymət qоymаğı başqa qurum edib, bizlik dеyil.

Z.İsmayılov: ARDNF-in nümayəndəsi bu məsələrə münasibət bildirmək istəyirmi?

Müşfiq Bayramov (ARDNF): Hеç bir fikrim yохdur.

Sadıx Həsənov ("Еkоlаyf" İctimai Biriliyi): Bu lаyihədə еkоlоji təsir qiymətləndirilibmi?

M.Əsədоv: Bəli, еkоlоgiyаyа dаir еkspеrtizа аrаrılıb. Çаlışmışıq ki, еkоlоgiyаyа təsir minimum оlsun.

Tеlmаn Zеynаlоv: Bu cür nəhəng lаyihənin хərclərinin strukturu illər üzrə аçıqlаnsа yахşı оlаr. Səhv оndаdır ki, bu cür lаyihələrin еkоlоji qiymətləndirmə sənədi hаzırlаnаrkən ictimаi dinləmələr оlmаyib. Mütəхəssislər cəlb оlunub, qiymətləndirməliydi. Əsаs məqsəd vətəndаşlаrın hüquqlаrını qоrumаq оlmаlıydı.

Sаbir Bаğırоv: Dünyа təcrübəsinə görə tikinti qurаşdırmа işlərındə hаrdаsа 20-25 fаiz mənimsənilir. Bu çох böyük lаyihədir, ölkəmiz üçün çох önəmlidir. Yахşı оlаr ki, bu mənimsəmə riskləri аzаldılsın. Fikrimcə, bu risklər üzrə nаzirliyin еlə öz işçiləri ilə tədqiqat аpаrılsа yахşı оlаrdı. Çünki 20-25% götürsək, bu lаyihələrdə hаrdаsа 60 milyоn mаnаt mənimsənilə bilər.

Nailə Bağırova (BBC radiosu): Mənim bir sualım var. MQ-dа mеliоrаsiyа işini bilən mütəхəssislər vаrdımı?

Z.Ismаyılov: Bəlı. Оqtаy Səlimov. O uzun müddət bu sistemdə çalığıb, irriqasiya sistemlərinin tikintisi üzrə tanınmış mütəxəssislərdən biridir.

M.Əsədоv: Bu müzаkirələr çох səmərəlidir. Sizə təşəkkür еdirəm və gələcək əməkdаşliğа hаzırıq.

 

7.YEKUN QƏNAƏTLƏR VƏ TƏKLİFLƏR

 

7.1. Müalicə Diaqnostika Mərkəzlərinin tikintisi layihəsinin monitorinqi üzrə qənaətlər və tövsiyyələr

Qənaətlər:

  • § Monitorinq prosesində ARDNŞ layihəni həyata keçirən QHT-lərlə əməkdaşlıq istiqamətində real addımlar atıb və bununla Vətəndaş Cəmiyyəti ilə əməkdaşlıqda maraqlı olduğunu nümayiş etdirib;
  • § ARDNŞ Sosial İnvestisiya Proqramı olmadan genişmiqyaslı sosial layihələr həyata keçirir. Müalicə Diaqnostika Mərkəzlərinin tikintisi əvvəlcədən layihələşdirilməyib və ayrı-ayrı layihələr üzrə Texniki-İqtisadi Əsaslandırma hazırlanmayıb;
  • § ARDNŞ Müalicə Diaqnostika Mərkəzlərinin tikintisi layihələrini reallaşdırarkən, podratçıların seçimi prosesində ”Dövlət satınalmaları haqqında” Qanunun (27 dekabr 2001-ci il № 245 - II Q), "Dövlət satınalmaları haqqında" Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanın (29 yanvar 2002-ci il, № 668) tələblərini pozaraq tender keçirməyib;
  • § Şirkətin bütün fəaliyəti üzrə olduğu kimi, sosial layihələrin həyata keçirilməsi prosesində də şəffaflığın təmin edilməsi üçün ictimai əlaqələr mexanizmləri effektiv işləmir;
  • § Şirkətin hesabatlılıq üzrə fəaliyyəti yetərli sayıla bilməz. Belə ki, ARDNŞ öz fəaliyyəti barədə yalnız illik hesabatlar açıqlayır. Bununla belə, bu hesabatda şirkətin sosial fəaliyyəti barədə səthi və ümumi məlumatlar yer alıb.

Təkliflər:

  • § ARDNŞ-nin hazırda 2007-ci il üçün nəzərdə tutduğu Sosial İnvestisiyalar Proqramı üzrə beynəlxalxalq qurumlar və Vətəndaş Cəmiyyəti ilə müzakirələr təşkil edilməsi məqsədəuyğundur;
  • § Şirkət öz fəaliyyətində şəffaflığı artırmaq üçün səmərəli İctimaiyyətlə Əlaqələr mexanizmləri yaratmaq barədə tədbirlər görsün;
  • § Şirkət öz internet səhifəsindəki “Sosial sahə” bölməsini zənginləşdirmək barədə tədbirlər görsün. Şirkətin həyata keçirdiyi sosial layihələrlə bağlı ətraflı məlumatları bu bölmədə yerləşdirmək imkanı vardır;
  • § ARDNŞ sosial layihələri həyata keçirərkən podratçı və subpodratçıların seçimi və satınalmalarla əlaqədar məsələlərdə qanunvericiliyin tələblərinə əməl olunması üçün tədbirlər görsün;
  • § Şirkət öz saytında başqa mənbələrin məlumatlarını, habelə şirkətin vəzifəli şəxslərinin çıxışlarını yerləşdirərkən, burada yer alan faktları və rəqəmləri dəqiqləşdirsin;

 

7.2. “Taxtakörpü” su anbarının tikintisi layihəsinin monitorinqi üzrə qənaətlər və tövsiyyələr

Qənaətlər:

  • § ARDNF, fondun vəsaitləri hesabına həyata keçirilən layihələrin həyata keçirilməsində şəffaflığın artırılmasında və bu sahədə Vətəndaş Cəmiyyəti ilə əməkdaşlıqda maraqlıdır;
  • § ARDNF-in, fonddan maliyyələşən layihələr üzrə vəsaitlərin təyinatı üzrə və səmərəli istifadəsinə nəzarət mexanizmləri yetərli deyil. ARDNF bu vəsaitlərin səmərəli istifadəsi üzrə məsuliyyətin yalnız layihələr üzrə məsul dövlət qurumlarının üzərinə atılması siyasətini yürüdür;
  • § “Melorasiya və Su Təsərrüfatı” ASC, ARDNF-in vəsaitləri hesabına həyata keçirdiyi layihənın monitorinqinə şərait yaratmaqla Vətəndaş Cəmiyyəti ilə əməkdaşlıqda maraqlı olduğunu nümayiş etdirib;
  • § ASC öz fəaliyyəti və həyata keçirdiyi layihələr üzrə ictimaiyyətə dövrü hesabatlar açıqlamır;
  • § ASC-nin həyata keçirdiyi layihələr üzrə məlumatları və hesabatları ictimailəşdirmək üçün effektiv ictimai əlaqələr mexanizmləri yoxdur. ASC-nin internet səhifəsinin açılışı monitorinq dövrünün sonlarına təsadüf edir. İlkin müşahidələr göstərir ki, saytdakı resurslar olduqca az və səthi məlumatlardan ibarətdir;
  • § Su anbarının altına düşən yaşayış məntəqələrində mülkiyyətçilərın evlərinin, həyatyanı sahələrinin və pay torpaqlarının alınması prosesində insan haqları və mülkiyyət hüquqları kobud şəkildə pozulub və korrupsiya hallarına yol verilib;
  • § Layihə üzrə ayrılmış vəsaitlərin istifadəsi üzrə qanun pozuntusu və xərclərin təyinatının dəyişdirilməsi halları baş verib.

 

Təkliflər:

  • § ARDNF-in, onun vəsaitləri hesabına maliyyələşən layihələrin şəffaf və səmərəli həyata keçirilməsi, vəsaitlərin təyinatına uyğun xərclənməsinə nəzarət mexanizmlərinin gücləndirilməsinə ehtiyac var;
  • § “Melorasiya və Su Təsərrüfatı” ASC öz fəaliyyəti və həyata keçirdiyi layihələr ictimaiyyət üçün dövrü hesabatların açıqlanması üzrə təbdirlər görsün;
  • § ASC effektiv ictimai əlaqələr mexanizmi yaratmaq üçün tədbirlər görsün;
  • § ASC internet səhifəsində resurların artırılması barədə fəaliyyətini artırsın. Səhmdar Cəmiyyət “İnformasiya azadlığı haqqında” qanuna uyğun olaraq ictimaiyyətə açıqlanması tələb olunan məlumatların saytda yer almasına diqqət yetirsin;
  • § ASC layihələr həyata keçirərkən insan haqlarının qorunması məsələsinə diqqəti artırsın. Səhmdar Cəmiyyət nəzərə almalıdır ki, Azərbaycan insan hüquqları, o cümlədən mülkiyyət hüquqları Konstitusiya və Beynəlxalq konvensiyalarla qorunur;
  • § ASC Güləmli qalmaqalına görə məsuliyyət daşıyan əməkdaşlarının cəzalandırılması üzrə tədbirlər görsün;
  • § ASC layihə üzrə 2006-cı ilin sonunda xərclənməmiş vəsaitlərin hansı əsasla 2007-ci ilin əvvəlində xərclədiyini, həmçinin bu vəsaitlərin hansı əsasla təyinatının dəyişdiyi barədə qanunvericiliklə əsaslandırılmış izahat versin.

 

8. LAYİHƏ ÜZRƏ ƏLDƏ EDİLMİŞ NƏTİCƏLƏR

 

“Neft gəlirlərinin istifadəsi üzrə layihələrin monitorinqi və nəticələrin ictimai müzakirəsi” layihəsinin həyata keçirilməsi ilə aşağıdakı nəticələr əldə edilib:

  • § Bu layihə çərçivəsində “Neft gəlirləri hesabına reallaşan layihələrin monitorinqi üzrə Metodologiya” hazırlanıb ki, bu, həm icraçı, həm də başqa QHT-lərin analoji layihələrində istifadə oluna bilər;
  • § Həyata keçirilmiş layihə nəticəsində “Neft gəlirləri hesabına həyata keçirilən layihələrin monitorinqi” üzrə daha bir təcrübə yaranıb və hazırda bu təcrübə genişlənməkdədir (AİYM-in büdcə investisiyalarının monitorinqi layihəsini buna misal gətirmək olar);
  • § Bu layihə çərçivəsində təşkil edilmiş Monitorinq üzrə təlimlər nəticəsində peşəkar qrup yaranıb ki, qrupa daxil olan şəxslər partnyorların, eləcə də başqa QHT-lərin gələcək layihələrdə də iştirak edə biləcəklər;
  • § Partnyorlar layihəni həyata keçirərkən dövlət qurumları ilə anlaşmaya, əməkdaşlığa və dialoqa nail olublar ki, bu da Monitorinq nəticəsində obyektiv və real məlumatlara əsaslanan tapıntıların ortaya çıxmasında yardımçı olub. Eyni zamanda monitorinq subyektlərin tapıntılara öz rəsmi münasibətlərini açıqlayıblar;
  • § Təşkil edilmiş ictimai müzakirələrdə monitorinq subyektlərinin və nüfuzlu ekspertlərin, habelə maraqlı tərəflərin iştirakı səmərəli dialoqun aparılmasına, monitorinq subyektlərinin həyata keçirdiyi layihələr üzrə əlavə məlumatlar açıqlamasına gətirib çıxarıb;
  • § Layihənin icrası prosesində KİV-lə əməkdaşlıq, İctimai Müzakirələrdə KİV-in iştirakının təmin edilməsi, habelə monitorinqin nəticələrinin KİV-də yerləşdirilməsi neft gəlirlərinin necə istifadə olunduğu barədə məlumatların ictimaiyyətə çatdırılmasına yardımçı olub;
  • § Layihə üzrə fəaliyyətin nəticəsində ARDNŞ ilk dəfə olaraq 2006-cı il üzrə İllik Hesabatında sosial investisiyaların funksional strukturunu açıqlayıb (Hesabat 2007-ci ilin iyul ayında açıqlanıb);
  • § Layihə üzrə fəaliyyətin nəticəsində “Melorasiya və Su Təsərrüfatı” ASC özünün internet resurslarını yaradıb (www.stm.gov.az saytının açılması 2007-ci ilin iyul ayına təsadüf edir);
  • § Layihə üzrə fəaliyyətin nəticəsində su anbarının tikintisinin altına düşən evlərin və torpaq sahələrinin yenidən qiymətləndirilməsi üzrə hökumət səviyyəsində qərar qəbul edilib. Hazırda qiymətləndirmə prosesi gedir və mülkiyyətçilərə veriləcək kompensasiyaların əhəmiyyətli dərəcədə artırılması gözlənilir.

 

9. ƏLAVƏLƏR

 

9.1.Neft gəlirləri hesabına reallaşan layihələrin monitorinqi üzrə Metodologiya

Müəllif: Zöhrab İsmayılov, Azad Iqtisadiyyata Yardım Mərkəzi

Bu metodologiya Neftçilərin Hüquqlatını Müdafiə Təşkilatı və Azad İqtisadiyyata Yardım Ictimai Birliyinin “OxfamNovib” Təşkilatının maliyyə dəsətyi ilə həyata keçirdiyi “Neft gəlirlərinin istifadəsi üzrə layihələrin monitorinqi və nəticələrin ictimai müzakirəsi” layihəsi çərçivəsində hazırlanıb. Lаyihədə АRDNF tərəfindən mааliyyələşən “Sаmur-Аbşеrоn suvarma каnаlının yеnidən qurulmаsı” və АRDNŞ hеsаbınа mаliyyələşən “Regionlarda Müalicə Diaqnostika Mərкəzlərinin tiкintisi” layihələrinə sərf оlunаn vəsаitlərin nə dərəcədə şəffaf və səmərəli istifadə olunmasının аydınlаşdırılmаsı nəzərdə tutulur. Bu mеtоdolоgiyа layihə üzrə aparılacaq monitorinqin yolları və üsullarını özündə əks etdirir. Monitorinqin hazırlanması zamanı “Revenue Watch” İnstitutunun, Mərkəzi Avropa Universitetinin Siyasi Araşdırmalar Mərkəzi və Beynəlxalq Büdcə Layihəsinin birgə nəşr etdiyi “Büdcələrin və neft-qaz sənayesi gəlirlərinin monitorinqi üzrə” rəhbərlikdən, Beynəlxalq Büdcə Layihəsinin monitorinq üzrə treninq materiallarından, eləcə də layihədə iştirak edən QHT-lərin monitorinq üzrə təcrübələrindən istifadə olunub.

Mеtоdolоgiyаdа mоnitоrinqin mərhələləri, göstəriciləri, istifadə edilən üsullar, məlumatların və müşahidələrin qeydiyyat formaları əks olunub.

 

1. Monitorinqə hazırlıq

Hazırlıq mərhələsinə monitorinqin planlaşdırılması, resursların səfərbər olunması və layihə iştirakçılarının bu metodologiya ilə tanışlığı daxildir.

Monitorinq aşağıdakı kateqoriyalar üzrə aparılacaq:

1.Layihələrin təhlili;

2.İnformasiya sorğuları;

3.Dövlət qurumlarının internet resursları;

4.Layihələrin icrasının vizual müşahidəsi;

5.KİV və internet saytları (köməkçi kateqoriya).

Monitorinq planı aşağıdakı mərhələləri əhatə edir:

1.Monitorinq subyekti olan lаyhələrin öyrənilməsi;

2.Informasiya sorğularının hazırlanması və göndərilməsi

3.Monitorinq qrupunun təşкili;

4.Mоnitоrinq qrupu üzvlərinə təlim verilməsi;

5.Visual müşahidə üçün layihələrin icra olunduğu yerlərə səfərlər;

6.Məlumatların və layihələrin icrası ilə əlаqədаr sənədlərin normativ sənədlərlə uyğunluğunun, şəffaflıq və vəsaitlərin təyinatına uyğun xərclənməsi ilə bağlı problemlərinin təhlili və ümumiləşdirilməsi;

8.Yekun hesabatın hazırlanması və ictimai müzakirələrin təşkili.

 

2. Məlumatların toplanması və sənədlərin əldə edilməsi 

2.1.Neft gəlirləri hesabına reallaşan layihələr üzrə məlumatların toplanması.

2.1.1.Layihələrin detalları barədə məlumatların toplanması;

2.1.2.Dövlət Neft Fonduna, Dövlət Neft Şirkətinə və layihələri icra edən digər qurumlara informasiya sorğularına paralel olaraq məlumatların internet resursları, KİV və başqa mənbələrdən toplanması

2.1.3.İnformasiya sorğusu nəticəsində əldə edilmiş və müstəqil olaraq toplanmış məlumatların müqayisəli şəkildə cədvəllərə toplanması.

2.2.Neft gəlirləri və onların xərclənməsi üzrə qanunvericilik, proqram, sərəncam və qərarların öyrənilməsi.

2.2.1.Neft gəlirlərindən uzunmüddətli istifadəsi üzrə strategiyanın, regionların inkişaf proqramının, 2007-2010-cu illər üçün Dövlət Investisiya Proqramının öyrənilməsi

2.2.2. Dövlət investisiya layıhələri üzrə normativ tələblərin öyrənilməsi

2.2.3.Neft gəlirləri hesabına həyata keçirilən Samur-Abşeron suvarma kanalının yenidənqurulması və 10 regionda Müalicə Diaqnostika Mərkəzlərinin inşası layihələrinin məqsədlərinin bu sənədlərə uyğunluğunun təhlili.

2.3.Neft gəlirləri hesabına həyata keçirilən layıhələr üzrə hesabatların təhlili.

2.3.1. Neft gəlirləri hesabına həyata keçirilən layıhələr üzrə illik və rüblük hesabatların əldə edilməsi;

2.3.2.Hesabatlarda əks olunmuş məlumatlarla layihədəki məlumatların müqayisəli cədvəllərdə yerləşdirilməsi

 

3. Monitorinq qrupunun təşkili və monitorinqə hazırlanması. 

3.1.Monotorinq qrupu üzvlərinin seçilməsi

3.1.1.Monitorinq qrupunun üzvləri bundan əvvəl ictimai vəsaitlərin və Bеynəlхаlq Mаliyyə Qurumlаrının mааliyyələşdirdiyi lаyihələrə аyrılmış кrеditlərin istifadəsinin monitorinqi ilə bağlı layihələrdə iştirak etmiş şəxslər arasından seçilir.

3.1.2.Monitorinq qrupunun üzvləri seçilərkən onların ixtisası, vətəndaş cəmiyyətinin həyаtа кеçirdiyi layihələrdəki bilik və bacarıqları nəzərə alınır. 

3.2.Monitorinq qrupu üzvlərinə seminar-treninqin keçilməsi

3.2.1.Monitorinq qrupu üzvlərinə seminar-treninqi peşəkar trenerlər təlim keçiir

3.2.2.Təlim materialları aşagıdakı mövzuları əhatə edir:

- Monitorinqi aparılacaq layihələr barədə məlumatlandırma;

- Monitorinqin yolları və üsulları;

- Investisiya layihələri və xərclərin istifadəsinin monitorinqi;

 

4. Monitorinq obyektlərinə səfərlər

4.1. Regionlara səfərlər zamanı qarşı tərəfin məlumatlandırılması arzuolunandır. Müşahidələr aparılarkən monitorinqin subyektlərinin nümayəndələrinin iştirakına çalışmaq vacibdir. Bu ortaya çıxan sualların yerindəcə araşdırılmasına və monitorinqin nəticələrinin şübhə altına alınmaması üçün vacibdir. Bununla belə qarşı tərəf əməkdaşlıqdan imtina edirsə və müşahidə prosesinə mane olursa və prosesə müdaxilə edirsə, səfərlər barədə monitorinq subyektlərinin məlumatlandırılmasına ehtiyac yoxdur.

4.2. Monitorinq qrupu səfərlərdə əvvəlcədən müəyyənləşdirilmiş məsələlərin araşdırılması üçün getməlidirlər. Onlar ilk növbədə məlumat qeyd forması üzrə məsələləri araşdırmağa çalışmalıdırlar;

4.3. Layihələrin keyfiyyət standartları üzrə araşdırmaları aparmaq üçün Monitorinq Qrupuna ixtisaslı mütəxəssis yardım göstərir.

4.4. Monitorinq qrupu üzvləri hər bir məsələni yerindəcə qeydə almalıdırlar.

4.5. Monitorinq qrupu üzvləri səfərlərdə layihəni icra edən qurumların əməkdaşları, işçiləri və ətrafda yaşayan sakinlərlə ünsiyyət qurmağa çalışmalı, konfliktlərdən çəkinməlidirlər.

 

5. Monitorinqin göstəriciləri

5.1.Neft gəlirləri hesabına reallaşan layihələr üzrə məlumatlar.

5.1.1.Dövlət Neft Fonduna, Meliorasiya və Su Təsərrufatı ASC-yə və ARDNŞ-yə Informasiya Sorğunun göndərilməsi. Informasiya Sorğusunda aşağıdakı göstəricilər üzrə məlumatların təqdim edilməsi xahiş edilir:

- Layihənin Texniki-Iqtisadi Əsaslandırması;

- Layihənin dəyəri;

- Layihə dəyərində ARDNF və ya ARDNŞ vəsaitinin həcmi;

- Digər mənbələr (xarici kreditlər, qrantlar və s. vəsaitlər);

- Layihə üzrə cari ildə ARDNF və ya ARDNŞ ayrılmış vəsaitiin həcmi;

- Digər mənbələrdən cari il üzrə ayırmalar;

- Layihələr üzrə xərclərin strukturu;

- Tender haqqında məlumat;

- Icraçı şirkətlər haqqında məlumatlar;

- Layihə üzrə işlərin hansı mərhələdə oldugu barədə məlumatları.

5.1.2.Layihələr üzrə xərclərin iqtisadi strukturu üzrə aşağıdakı məlumatlar tələb olunur;

- Əmək haqqı;

- Əmək haqqına üstəlik;

- Malların (iş və xidmətlərin) satın alınması;

- Maşın və avadanlıqların alınması;

- Adminstrativ xərclər (Idarənin saxlanması);

- Rabitə xərcləri;

- Ezamiyyət xərcləri;

- Nəqliyyat xidmətlərinin ödənməsi;

- Başqa xərclər (təfərrüatları ilə birgə)

5.2.Adı çəkilən qurumların Informasiya Sorğusuna cavab verməməsi və ya dolğun cavab verməməsi ehtimalını nəzərə alaraq paralel olaraq toplanan məlumatlar;

5.3.Internet resurslarının, KİV-in və İA-ların məlumatları.

5.4.Layihələr üzrə maraqlı tərəflərlərin (Beynəlxalq maliyyə qurumları, kreditorlar) hesabatlarında əks olunmuş məlumatlar.

 

6. Monitorinqdə istifadə edilən üsullar 

Layihələrin monitorinqı zamanı aşağıdakı üsullardan istifadə edilir:

- İnformasiya sorğusu;

- Təhlil;

- İctimai rəy sorğusu;

- Müşahidə;

- Müsahibə;

- Fotoçəkiliş;

- Ölçmə;

 

7. Nəticələrin təhlili və ümumiləşdirilməsi 

7.1.Əldə olunmuş məlumatlar əsasında hər bir layihə üzrə maliyyə axınının təsvir edilməsi.

7.1.1.Layihələr üzrə maliyyə axını təsvir edilir və iştitakçı qurumlar müəyyənləşdirilir.

7.1.2.Layihələr üzrə xərclərin təşkilati strukturu hazırlanır, iştirakçı qurumlar üzrə sərf olunan vəsaitlərin həcmi müəyyənləşdirilir.

7.1.3.Xərclərin iqtisadi strukturu layihələrin TIƏ və informasiya sorğusu nəticəsində əldə edilmiş məlumatlar əsasında aparılır.

7.1.4.Xərclərin iqtisadi strukturu əsasən 5.1.2 maddəsi üzrə aparılır və layihənin xüsusiyyətindən asılı olaraq müəyyən dəyişikliklər ola bilər.

7.2.Xərclərin strukturunda əks olunmuş məlumatların monitorinqin nəticələri ilə müqayisə edilməsi.

7.2.1.Xərclərin strukturunda əks olunmuş göstəricilər monitorinq nəticəsində əldə olunmuş məlumatlarla tutuşdurulur.

7.2.2.Xərclərin strukturunda əks olunmuş göstəricilər real bazar qiymətləri ilə tutuşdurulur. Bu halda malların, işlərin və xidmətlərin qiymətinə xüsusi önəm verilir.

7.3.Nəticlərin ümumiləşdirilməsi və sistemləşdirilməsi.

7.3.1.Monitorinqin nəticələri kateqoriyalar üzrə ümumiləşdirilir.

7.3.2.Nəticələr sadə, geniş ictimaiyyətin başa düşəcəyi formaya salınır. Umumiləşdirmə zamanı cədvəllərdən də istifadə edilir.

 

8. Yekun hesabatın hazırlanması 

8.1.Yekun hesabat xüsusi formada hazırlanaır. Hesabatda qrant layihəsi barədə məlumatlardan tutmuş əldə olunmuş məlumatlaradək detallar öz əksini tapır.

8.2.Yekun hesabatın layihəsi ilk növbədə monitorinqin subyektlərinə təqdim edilir. Əgər monitotinq edilən tərəfin hesabatla bağlı hər hansı iradları və ya tövsiyyələri olsa, bunun müzakirəsi mümkündür. Müzakirə zamanı əldə edilmiş razılaşmalar əsasında Yekun Hesabata dəyişikliklər mümkündür.

8.3.Yekun Hesabat Azərbaycan və ingilis dillərində nəşr olunur, maraqlı tərəflərə və ictimaiyyətə təqdim edilir, internet resurslarında yerləşdirilir və ictimai müzakirələrə çıxarılır.

 

Əlavə 9.1.1

Neft gəlirləri hesabına həyata keçirilən layihələr üzrə maliyyə məlumatların Qeydiyyat Forması

 

Layihənin adı__________________________________________________________________

 

 

Göstəricilər

Mln. AZN 

Əlavə qeyd 

1

Layihənin dəyəri

Ayırmalar

   

2

Layihə dəyərində ARDNF və ya ARDNŞ vəsaitinin həcmi

   

3

Digər mənbələr (xarici kreditlər, qrantlar və s. vəsaitlər)

   

4

Layihə üzrə cari ildə ARDNF və ya ARDNŞ ayrılmış vəsaitiin həcmi 

   

5

Digər mənbələrdən cari il üzrə

 

 

6

Xərclərin strukturu

   
 

1.

   
 

2.

   
 

3.

   
 

4.

   
 

5.

   
 

...

   

 

Əlavə 9.1.2 

Neft gəlirləri hesabına həyata keçirilən layihələr üzrə müşahidələrin Qeydiyyat Forması

 

Layihənin adı ___________________________________________________________________

 

Müşahidənin aparıldığı yer ________________________________________________________

 

Tarix __________________ MQ üzvünün adı və soyadı _________________________________

 

Sıra

№-si 

Ərazi

Müşahidələr

Əlavə qeyd 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

9.2. Gəncə regional MDM-in müşаhidəsi

     

 

9.3. Qazax rayon MDM-in müşahidəsi

     

 

9.4. “Taxtakörpü” Su Anbarının tikintisinin müşahidəsi

     

 

9.4.1. Güləmlidə məcburi köçkünlər üçün inşa edilmiş qəsəbə 

 

 

9.4.2. Böyük layihənin kölgəsində problemlərlə üzləşmiş Üzümlü kəndi

  

 

9.5. “Taxtakörpü” Su Anbarının tikikintisi ilə əlaqədar Dəvəçi rayon Üzumlü kənd sakinlərinin hüquqlarının müdafiəsi ilə bağlı mətbut konfransının press-relizi

 

Bakı şəhəri, Beynəlxalq Mətbuat Mərkəzi, 26 аprеl 2007-ci il

   

 

Nеftçilərin Hüquqlаrını Müdаfiə Təşkilаtı və Аzаd Iqtisаdiyyаta Yardım Mərkəzi АRDNF-dən mаliyyələşən “Taxtakörpü” Su Anbarının tikintisi layihəsinin mоnitоrinqini аpаrаrkən tikintinin altına düşən Üzümlü kəndinin sаkinləri mоnitоrinq qrupunа ərizə ilə mürаciət еdiblər.

Ərizələri аrаşdırılаrkən məlum оlub ki, “Tахtаkörpü” Su Anbаrının tikilməsi ilə əlаqədаr Üzümlü kənd sakinlərinin köçürülməsi zаmаnı оnlаrа dəyimiş ziyаn ədalətli hеsаblаnmаyıb və mülkiyyətçilər bununlа əlаqədаr 10-dan çox dövlət və hakimiyyət orqanına müraciət ediblər.

Mülkiyyətçilərin mürаciət еtdikləri qurumlаrdаn biri də “Mеliоrаsiyа və Su Təsərrüfаtı” ASC-dir. Şikаyətçilər 10 аprеl 2006-si il tаriхdə ASC-nin sədri Əhməd Əhmədzаdəyə mürаciət еdərək bildiriblər ki, köçürülmə ilə əlаqədаr оnlаrа məхsus еvlərə və pаy tоrpаqlаrınа qоyulаn qiymətlər olduqca azdır (4.000-12.000 mаnаt аrаsındа) və bu pullа Dəvəçi rаyоn ərаzisində еv və tоrpаq sаhəsi аlmаq qеyri-mümkündür. Şikаyətlərinə sаvаb аlmаyаn ərizəçilər 13 fеvrаl 2007 tаriхində yenidən ASC-yə müraciət ediblər. Bu dəfə şikаyətçiləri ASC-nin sədr müavini Rəsul Pаşаyеv qəbul еdib. Qəbulda məlum olub ki, mülkiyyətçilər hеç bir sənədə qоl çəkmədikləri hаldа оnlаrın imzаlаrı ilə bəzi sənədlər mövcuddur. Ərizəçilərin iştirаkı ilə аrаşdırmа аpаrılаrkən məlum оlub ki, şikаyətçilərin əvəzinə çəkilmiş qоllаr sахtаdır və оnlаrа məхsus dеyil (Rəsul Paşаyеv şikаyətçilərə əlаvə kаğızа qоl çəkdirib və imzаlаrı tutuşdurub).

Bununlа əlаqədаr sаkinlər, Аzərbаycаnın baş prokuroru Zаkir Qаrаlоvа şikаyət məktubu ünvаnlаyıblаr. 

Qeyd edək ki, mülkiyyətçilərə məхsus оlаn pаy tоrpаqlаrınа aid dövlət aktları 2006-cı ildə bələdiyyə tərəfindən yığılıb ki, müqavilələrin hazırlanmasında istifadə ediləcək. Sonra isə sakinlərin tələblərinə baxmayaraq geri qaytarılmayıb.

Mülkiyyətçilərə hesablanmış kompensasiyalar isə bazar qiymətləri ilə müqayisədə olduqca azdır. Bu pullarla Dəvəçi rаyоnundа ev almaq mümkün deyil. Hаzırdа rаyоn ərаzisində еvlərin qiyməti 35-40 min manatdır, tоrpаğın bir sоtu isə 600-700 mаnаta satılır.

Tоrpаqlar kənd əhаlisindən gеri аlınаrkən Аzərbаycаn Tоrpаq Məsəlləsinin 70.2 və 71.3 mаddələri pоzulub.

 

9.6. ARDNŞ-nin MDM layihələrinin monitorinqi üzrə nəticələrin ictimai müzakirəsində Monitorinq Qrupunun təqdimatı 

ARDNŞ-nin MDM layihələrinin monitorinqi üzrə NƏTİCƏLƏR Zöhrab İsmayılov, Monitorinq Qrupunun rəhbəri Bakı–19 iyun 2007-ci ilSual 1.ARDNŞ-nin 10 bölgədəMüalicə Diaqnostika Mərkəzlərinin tikintisi üçün dislokasiya hansıqurum tərəfindən müəyyənləşib? Nəticə:MDM-lərin inşasıüçün dislokasiya hazırlanarkən Dağlıq Şirvan iqtisadi rayonu nəzərə alınmayıbSual 2.2004-cüildəARDNŞ-dən ictimaiyyətə açıqlanan məlumatlara görə, müalicə diaqnostika mərkəzlərinin inşasıüçün 50 mln. dollar məbləğindəvəsait tələb olunurdu. Hazırda layihələrin qiymətindəhər hansıbir dəyişiklik başveribmi? Nəticə:MDM-lərin tikintisi üçün nəzərdətutulmuşvəsaitlər artıb. Ancaq bu son hədd deyil, ayrılmış vəsaitlərin artacağıgözlənilir.Sual 3.Ayrı-ayrılıqda hər bir layihənin reallaşdırma müddəti barədəməlumat verməyinizi xahişedərdik. Nəticə:Tikinti işləri qrafikəuyğun davam edib vəvaxtında tamamlanmasıgözlənilir.Sual 4.Layihələrin Texniki İqtisadi Əsaslandırmasıhansıqurum tərəfindən hazırlanıb? Nəticə:ARDNŞ, MDM layihələrinin Texniki İqtisadi Əsaslandırm sənədləri üzrəməlumat təqdim etməyibSual 5.Layihələrin həyata keçirilməsi başlanandan 2006-cıilin oktyabrın əvvəlinədək diaqnostika mərkəzlərinin tikintisi üçün ARDNŞ-dən nəqədər vəsait xərclənib? Nəticə:Naxçlvan MR-dəfəaliyyətə başlamışMDM-in inşasına sərf olunmuşvəsaitlər barədəictimaiyyətə məlumat verilməyib.

 

Sual 6. Layihələrin həyata keçirilməsi başlanandan 2006-cıilin oktyabrın əvvəlinədək layihələrdənəzərdətutulan işlərin hansıhəcmi görülüb?

Nəticə:Şirkət qeyd olunmuşsual üzrəsəthi vəümumi məlumat təqdim edib. Ayrı-ayrılayıhələr üzrə icra məlumatlarıtəqdim edilməyib.

Sual 7. Layihələrin reallaşdırılmasıməqsədilə 2006-cıil üçün nəqədər vəsait ayrılıb vənə qədər vəsaitin xərclənəcəyi gözlənilir?

Nəticə: Monitorinq obyekti kimi seçilmişQazax MDM layihəsi üzrə 2006-cı ildə sərf edilmiş maliyyə vəsaiti üzrə məlumat MQ-yə təqdim edilməyib

Sual 8. Layihələrin reallaşması üçün 2007-ci ildə nə qədər vəsaitin ayrılacağı proqnozlaşdırılır?

Nəticə: Şirkət tələb olunan məlumatıtəqdim edib

Sual 9. Reallaşdırılan hər bir layihə üzrə aşağıdakı məlumatları təqdim etməyinizi xahiş edirik

a) Smeta dəyəri nəqədərdir?

b) Smeta dəyərindətikinti-quraşdırma işlərinə ayrılmışvəsaitlərin həcmi nəqədər təşkil edir?

c) Tibbi avadanlıqların alınması üçün vəsaitlərin həcmi nəqədərdir?

Nəticə:Ayrı-ayrıMDM layihələrinin smeta dəyəri vəxərclərin strukturu barədəictimaiyyətəməlumat verilmirSual 10.Xahish edirik, tikinti işlərini həyata keçirən podratçıların vəsubpodratçıların siyahısınıtəqdim

Nəticə: Layihənin icrasızamanı podratçıların bir qismi dəyişdirilib

Sual 11.ARDNŞlayihənin podratçısıvə subpodratçılarınıhansıəsaslatla seçib (tender, sərəncam, qərar vəsair)?

Nəticə: ARDNŞpodratçıları müəyyən edərkən “Dövlət satınalmalarıhaqqında”qanunun (27 dekabr 2001-ci il tarixli №245 -II Q) tələbləri pozulub

Sual 12. Əgər seçim tender əsasında aparılıbsa, xahişedirik detallarıaçıqlayasınız

Nəticə: Qanunvericilik pozulub

Sual 13. Layihə üzrə nəzərdə tutulan vəsaitin ümumi həcmində aşağıdakı xərc maddələrinin payı nə qədərdir?

Nəticə: Ayrı-ayrı layihələr üzrə xərclərin strukturu həm bir-biri ilə, həm də MDM layihələri üzrə yekun xərclərin strukturundan kəskin fərqlənir.

 

Sual 14. Xahiş edirik ki, tibbi avadanlıqların alınmasıvəquraşdırılmasıüzrəpodratçı şirkətlərin adıvəuyğun müqavilənin detalları barədəməlumat verəsizniz.

Nəticə: MDM-lərin tibbi avadanlıqlarla təmin olunmasıüzrəpodratçıvə uyğun müqaviləiləbağlıməlumatlar ictimaiyyətətəqdim edilməyib.

Sual 15. Xahiş edirik ki, istifadəyə verilmiş müalicə-diaqnostika mərkəzləri üzrə alınmış tibbi ləvazimatın siyahısınıtəqdim edəsiniz.

Nəticə: Şirkət tələb olunan məlumatıtəqdim edib.Sual 16.Müvafiq icra strukturunun balansına verilənədək MDM-lərin saxlanmasına sərf olunan vəyaxud sərf olunacaq vəsaitin həcmi barədəməlumat verməyinizi xahişedirik.

Nəticə: ARDNŞ sosial investisiyaları artırsa da, gələcəkdəhəmin sosial obyektlərin istismar xərcləri üzrə planlaşma aparmır.

Sual 17. Tikinti sahəsindəçalışan işçilərin texniki təhlükəsizliyinin təmin edilməsi və üçün hansıişlər görülür? (Sual podratçı şirkətlərə yönəlib)

Nəticə: Tikinti sahələrindətexniki təhlükəsizlik qaydalarına tam əməl edilmir.

Sual 18. Tikinti sahəsindəçalışan işçilərlə əmək müqavilələri bağlanıbmı? (Sual podratçı şirkətlərə yönəlib)

Nəticə: Tikintidə çalışan işçilərin əksəriyyəti əmək müqavıləsi olmadan layihələrə cəlb edilib.

10. TƏŞƏKKÜRLƏR

 

Layihənin həyata keçirilməsi zamanı göstərdikləri yardıma görə aşagıdakı qurumlara və şəxslərə təşəkkürürümüz bildiririk:

 

1. “Oxfam Novib” Təşkilatı.

2. Əmək Hüquqları Müdafiə Liqasının rəhbəri Sahib Məmmədova

3. ARDNF-in İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəhbəri Könül Xəlilova.

4.ARDNŞ-nin sosial məsələlər üzrə vitse-prezidenti Mikayıl İsmayılov.

5. ARDNŞ-nin Sosial İnkişaf İdarəsinin rəisi Qorxmaz Hüseynov və rəis müavini Qiymət Mehtiyev..

6. Melorasiya və Su Təsərrüfatı ASC-nin rəhbərliyinə və tikinti və xarici əlaqələr şöbəsinin müdiri Məmməd Əsədov.

7. Melorasiya və Su Təsərrüfatı ASC-nin “Taxtakörpü” layihəsi üzrə İşçi Qrupunun rəhbəri Arif Agayev və qrupun üzvü Aftandil İsgəndərov..

8. “Qaraçay” tikinti şirkətinin meneceri Mehman Umudov.

9. ”Sosial Tikinti - M” MMC-nin meneceri Müşfiq Hüseynov.

10. “Azərkörpü” ASC-nin “Taxtakörpü” sahəsində çalışan meneceri Hakan Ünalan və sahə rəisi Akif Məmmədov.

 

11. QISALTMALAR 

ASC – Açıq Səhmdar Cəmiyyəti

ARDNF – Azərbaycan Respublikası Dövlət Neft Fondu

ARDNŞ - Azərbaycan Respublikası Dövlət Neft Şirkəti

MDM – Müalicə Diaqnostika Mərkəzi

MQ – Mnitorinq Qrupu

SD – Smeta dəyəri

SES – Su Elektrik Stansiyası

TQİ – Tikinti quraşdırma işləri