NHMT - Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı İctimai Birliyinin 2010-cu il ərzindəki fəaliyyəti üzrə HESABAT

Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı İctimai Birliyinin 2010-cu il ərzindəki fəaliyyəti üzrə HESABAT

Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı İctimai Birliyinin 2010-cu il ərzindəki fəaliyyəti üzrə HESABAT

Bakı, Yanvar 2011-ci il

 

Aksiya

NHMT İB hesab edir ki, bu hakimlər neftçilərə münasibətdə Azərbaycan qanunlarını ən çox pozan məhkəmə hakimldəridir.

Təşkilat öz hesabatında ölkənin neft sektorunda insan hüquqlarını pozulmasında müqəssir hesab olunan məsul şəxslərin fotolarını da yerləşdirmişdir!

 

Mündəricat

1.Təşkilat haqqında məlumat

2.Təşkilatın 2010-cu ildə reallaşdırdığı layihələr

3. Azərbaycanın neft sektorunda insan hüquqlarının vəziyyəti:

3.1. İşçilərin əmək qanunvericiliyi ilə nəzərdə tutulan əsas hüquqlarının pozulma səbəbləri

3.2. İşəgötürənlər tərəfindən Azərbaycan Əmək məcəlləsinin bir çox maddələri müntəzəm olaraq pozur,lakin təəssüflər olsun ki,bu hüquqpozmalara görə onlar məsuliyyətdən kənarda qalırlar

3.3. Xarici neft şirkətlərində işçi hüquqları

3.4. ARDNŞ-də işçi hüquqları

3.5. ARDNŞ-də və xarici neft şirkətlərində əməyim mühafizəsi və texniki təhlükəsizlik qaydaları

3.6. ARDNŞ-nin fəaliyyətinin ətraf mühitə təsiri

3.7. ARDNŞ-də və xarici neft şirkətlərində İşçilərin sığortası

3.7. ARDNŞ-də və xarici neft şirkətlərində işçilərin sığortası

3.8. ARDNŞ və Xarici şirkətlərdə Dövlət dilinə münasibət

3.9. ARDNŞ-nin təhlükəsizlik xidməti

3.10. ARDNŞ tərəfindən “İnformasiya əlldə etmək haqqında qanunun” pozulması

3.11. İşçilərin əmək hüquqlarnını qorunmasına dövlət nəzarəti

3.12. Həmkarlar İttifaqları Təşkilatları

3.13. Qeyri Hökumət Təşkilatları

3.14. Məhkəmələr

4. Neft Layihələrinin təsirinə məruz qalan ərazilərdə insanların hüquqları

4.1. ARDNŞ tərəfindən vətəndaşların mülkiyyət hüquqlarının pozulması:

4.2. Neft pulları hesabına maliyyələşən layihələrin təsirinə məruz qalan ərazidə yaşayan insanların hüquqları

5. Beynəlxalq kreditlər hesabına maliyyələşən layihələrin təsirinə məruz qalan ərazilərdəki insanların hüquqları

 

NHMT İB apardığı məhkəmə monitorinqlərinin  nəticələri əasında gəldiyi rəy:

Bu hakimlər neftçilərə münasibətdə Azərbaycan qanunlarını ən çox pozan məhkəmə hakimləridir

 

Ali Məhkəmənin hakimi ALLAHVERDİYEV QƏHRƏMAN ƏLİ OĞLU tərəfindən:  

 Azərbaycan Respublikasının Konstitutsiyasının 149-cu maddəsinin 7-ci bəndi,

 Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 16-cı maddəsi,

 Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 43-cü maddəsi,

 Azərbaycan Respublikasının Əmək Məcəlləsinin, 45.5-ci maddəsi,

 Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 317-ci maddəsi

Azərbaycan Respublikasının MPM –nin 217-ci maddəsi

Azərbaycan Respublikasının Normativ Hüquqi aktlar haqqında qanununun 41-43 maddəsi pozulmuşdur

 

Bakı Apellyasya məhkəməsini hakimi Səmədov Tofiq Səməd oğlu – hakim tərəfindən:

  Azərbaycan Respublikasının Konstitutsiyasının 149-cu maddəsinin 7-ci bəndi,

 Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 16-cı maddəsi,

 Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 43-cü maddəsi,

 Azərbaycan Respublikasının Əmək Məcəlləsinin, 45.5-ci maddəsi,

 Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 317-ci maddəsi

Azərbaycan Respublikasının MPM –nin 217-ci maddəsi

Azərbaycan Respublikasının Normativ Hüquqi aktlar haqqında qanununun 41-43 maddəsi pozulmuşdur

 

Yasamal rayon məhkəməsinin hakim İsmayılov Tahir Abdulrəhim oğlu tərəfindən:

 Azərbaycan Respublikasının Əmək məcəlləsinin 3.1 maddəsi

 Azərbaycan Respublikasının Əmək məcəlləsinin 43.3maddəsi

 Azərbaycan Respublikasının Əmək məcəlləsinin 63.2. maddəsi

 AR Mülki Məcəlləsinin 152.1-ci-ci maddəsi

AR Mülki Məcəlləsinin 157,8-ci maddəsi

Azərbaycan Respublikasının MPM –nin 47.2 maddəsi

Azərbaycan Respublikasının MPM –nin 210 maddəsi

Azərbaycan Respublikasının MPM –nin215 maddəsi pozulmuşdur

 

1. Təşkilat həqqında məlumat

Azərbaycanda iri neft layihələrinin reallaşmağa başlaması , Azərbaycanın neft sektorunda  kütləvi surətdə insan hüquqlarının pozulması halları ilə müşayət olunurdu.   Mövcud  Həmkarlar İttifaqları isə işçi hüquqlarının qorunmasında passivlik göstərməyə başladı və tamamilə işəgötürənin qeyri-rəsmi strukturuna çevrildi.

Bununla əlaqədar  Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) idarə və müəssisələrində müxtəlif vəzifələrdə(mühəndis,fəhlə,vəs.)çalışan bir qrup neftçi rəsmi Həmkarlar İttifaqıTəşkilatlarının(HİT) tutduğu mövqeyə və bunun nəticəsində yaranmış problemlərə cavab və reaksiya verdilər. Nəticədə 3 sentyabr 1996-cı ildə  Azərbaycanın neft sənayesində  insan hüquqlarının qorunması məqsədilə Neftçilərin Hüquqlarını Müdafiə  Təşkilatı(NHMT İB)İctimai Birliyi təsis edildi. Təşkilat 1996-cı ildə təsis olunmasına baxmayaraq dövlət qeydiyyatına 2006-cı ildə alınmışdır. NHMT İB yarandığı gündən  öz fəaliyyətini işçi hüqüqlarının qorunmasına, neft şirkətlərinin fəaliyyətlərinin ətraf  sosial mühitə təsirlərinin qiymətləndirilməsinə  , eləcədə neft hasilatı və satışından daxil olan vəsaitlərdən şəffaf,ədalətli və səmərəli sərf olunmasına yönəldərək bunula əlaqədar əlaqədar layihələr reallaşdırmış,  neft sənayesində korrupsiya hallırının aşkar edilməsi və ona qarşı mübarizə aparılmasında fəal iştirak etmişdir. (veb sayt: www.nhmt-az.org)

NHMT yalnız öz üzvlərinin hüquqlarını deyil,təşkilata müraciət edən hər bir şəxsin  hüquqlarını müdafiə edir. Əvvəlcə fəaliyyətə yalnız ölkənin neft sektorunda insan hüquqlarının qorunması ilə məşğul olan təşkilat fəaliyyəti müddətində qazandığı təcrübə və öyrənilmiş dərslər   nəticəsində sonralar fəaliyyət dairəsini genişləndirərək daha  yeni fəaliyyətləri də öz strateqiyasına daxil etdi.

 

Təşkilatın missiyası:

- İnsan hüquqlarına hörmət,hesabatlı hökumət

- Təşkilatın şüarı:Hər bir kəsin hüququ var

 

NHMT İB saytında aşağıdakı sənədlərlə tanış olmaq olar:

Əxlaq kodeksi http://www.nhmt-az.org/ts_general/azl/layihe/prj1-17.htm

Gender siyasəti http://www.nhmt-az.org/ts_general/azl/layihe/prj1-15.htm

Gender strategiyasına http://www.nhmt-az.org/ts_general/azl/layihe/prj1-16.htm

 

Təşkilatın fəaliyyət istiqamətləri:

1. Neft sənayesində işçi huquqlarının qorunması və bu hüquqların təlimi

2. İri miqyaslı layihələr, o cümlədən Beynəlxalq Maaliyyə  İnstitutları tərəfindən maaliyyələşən  layihələrə ictimai nəzarət və  monitorinqlərin aparılması

3. Ölkədə korrupsiyaya qarşı mübarizə proqramının həyata keçirilməsində fəaliyyət

4. Beynəlxalq Maaliyyə Qurumlarının Azərbaycandakı fəaliyyətlərinin monitorinqi

5. Neft gəlirlərinin xərclənməsində şəffaflığın təmin olunması sahəsində fəaliyyət

 

NHMT Azərbaycan “Mədən  sənayesində şəffaflığın artırılması” QHT koalisiyasının, “Korrupsiyaya qarşı mübarizə üzrə QHT-lərin məlumat və əməkdaşlıq şəbəkəsi “nin,Azərbaycan Hüquq Müdafiə Təşkilatları Federasiyasının, CIVICUS beynəlxalq təşkilatının, Asiya İnkişaf Bankının fəaliyyəti üzərində ictimai nəzarət edən Beynəlxalq QHT Forumunun üzvü və BANK WATCH-ın tərəfdaş təşkilatıdır.

 

2. Təşkilatın 2010-cu ildə reallaşdırdığı layihələr

2010-cu ildə NHMT İB aşağıdakı layihələri reallaşdırmışdır.

2.1.1 İctimai vəsaitlərin xərclənməsində şəffaflığın təmini; Maliyyə dəstəyi: Oxfam Novib. Layihə davam edir.

Layihənin 2010-cu il üzrə hesabatı  mart ayında ictimaiyyətə təqdim ediləcək.Bu layihə 2006-cı ildən Oxfam  Novib təşkilatının maliyyə dəstəyi ilə reallaşdırılır.Bununla əlaqədar bütün informasiyalarla(bülletenlər,pres-relizlər,məqalələr, müxtəlif illərin hesabatları və s) təşkilatın saytının(http://www.nhmt-az.org/ts_general/azl/index.php;) “aktual “və “Neft gəlirlərinin şəffaflığı”bölmələrində tanış ola bilərsiniz.

2. 2. BMİ-nın və onların maliyyələşdirdiyi layihələrin monitorinqi; Maliyyə dəstəyi : BankWatch.

Dünya Bankı və Asiya İnkişaf Bankı tərəfindən ayrılmış kredit hesabına reallaşdırılan Ələt-Astara yolunun yenidən qurulması  və Avropa Yenidənqurma və İnkişaf Bankının krediti hesabına  reallaşdırılan Azəri-Yod layihəsinin ətraf sosial mühitə təsiri üzrə NHMT tərəfindən monitorinqlar aparılmışdır.Monitorinqlərin nəticələrinə  əsasən təklif və tövsiyyələr hazırlanmışdır. Hazırlanmış təklif və tövsiyyələrin vəkilliyini etmək üçün təşkilat nümayəndələri Dünya Bankının və AYİB icraçı direktorlarının illik yığıncaqlarında  iştirak ediblər.(Təqdimat materialları ilə aşağıdakı linkdə tanış ola bilərsiniz).Nəticədə hər iki layihəyə ayrılmış vəsait  NHMT- tərəfindən qaldırılmış problemlər öz həllini tapanadək müvəqqəti olaraq dayandırılıb

Daha geniş aşağıdakı linklərdə tanış olmaq olar:

http://www.nhmt-az.org/ts_general/azl/layihe/prj5-6.htm

2.3. Korrupsiyaya qarşı mübarizə üzrə Milii Strategiyanın monitorinqi(Maliyyə dəstəyi BST fondu)

Layihə 1 dekabr 2009-cu ildə başlayıb,1 dekabr 2010-cu ildə sona çatmışdır.Layihə çərçivəsində aparılmış monitorinqin nəticələrinə əsasən təklif və tövsiyyələr hazırlanmışdır. Layihə üzrə yekun hesabatı QHT-na,ölkəmizdə fəaliyyət göstərən diplomatik korpuslara ,beynəlxalq təşkilatlara və Korrupsiyaya Qarşı Mübarizə Komissiyasına təqdim edilmişdir.

Hesabatın tam mətni ilə aşağıdakı linklərdə tanış olmaq olar.

http://www.nhmt-az.org/ts_general/azl/layihe/prj3-8.htm

 

3. Azərbaycanın neft sektorunda insan hüquqlarının vəziyyəti

Hesabat  təşkilata daxil olan  müraciət, şikayət ərizələri, təşkilat kordinatorlarının verdiyi məlumat, informasiya sorğularına verilmiş cavablar əsasında hazırlanmışdır.

2010-ci il ərzində  Azərbaycan  Respublikasının neft sənayesində çalışan işçilər bir çox sahələrdə əmək, iqtisadi və sosial hüquqlarının bərpası ilə əlaqədar NHMT-nə müraciət etmiş və müxtəlif hüquqi yardımlar almışlar. Bu müddətdə  təşkilatın ofisində işçilərə hüquqi məsləhətlər verilmiş, müəssisə və dövlət orqnlarına müraciətlər edilmiş, məhkəməyə iddialar hazırlanmış, telefon,təşkilatın veb-saytı vasitəsi ilə və şifahi izahatlarla  1000 nəfərə yaxın işçiyə sosial, iqtisadi və əmək hüquqlarının bərpası ilə əlaqədar hüquqi  yardımlar göstərilmişdir. 2009-cu ildə 22 559 nəfər işdən azad olunmuş,13 574 nəfər qəbul olunmuşdur.Bu ilki təqritbi hesablamalara görə bu rəqəm demək olar ki,azalmayıb,əksinə artıb

Bu sahədə işçilərin əsas şikayətlrəri aşağıdaqkı sahələrdə olmuşdur:

  • Əmək Müqavilələrinə qanunsuz olaraq xitam verilməsi
  •  Əmək Müqavilələlərinə xitam verilərkən işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməməsi və ya ümumiyyətlə verilməməsi
  •  Əmək xəsarətinin gizlədilməsi , qeydə alınmaması və müvafiq ödənclərin verilməməsi
  • İşçilərin bədbəxt hadisələrdən və peşə xəstəliklərindən icbari sığortalanmaması və ya sığortalandığı halda bu müqavilələrin gizlədilməsi və müvafiq ödənişlərin aparılmaması
  • İkili mühasibatlığın aparılması. İşçilərə rəsmi olaraq az, faktiki olaraq isə daha çox əmək haqqı ödənilməsi və vergidən yayınma
  • Normadan artıq, gecə puluna görə, dəniz və susuzluq əmsalına görə əmək haqqının əmək qanunvericiliyi ilə nəzərdə tutulan qaydada ödənilməməsi
  • Təqaüd yaşına çatmış işçilərin məcburi yolla işdən azad olunması
  • İşçilərin Neftçilər xəstəxanasından təqdim olunmuş arayış vasitəsilə qer-qanunu işdən azad olunması

 

3.1. İşçilərin əmək qanunvericiliyi ilə nəzərdə tutulan əsas hüquqlarının pozulma səbəbləri  

 İşəgötürənlə işçi arasında əmək müqavilsinə xitam verilməsi barədə mübahisələrin yaranmasının aşağıda göstərilən bir neçə əsas səbəbləri vardır:

  • İşçilərin əmək qanunvericiliyində nəzərdə tutulan hüquqlarını bilməməsi və ya kifayət qədər bilməməsi
  • Aidiyyat üzrə orqanların, təşkilatların, radio, televiziya, qəzet  və digər kütləvi informasiya vasitələrinin kifayət qədər maarifləndirmə işlərini aparmaması;
  • İşəgötürənlərin və onun  sahə üzrə məsul şəxslərinin əmək qanunvericiliyinin kifayət qədər bilməməsi
  • İşəgötürənlərin, tutduğu vəzifələrindən sui-istifadəsi
  • Məsul vəzifəli şəxslər tərəfindən öz rəhbərlərinə(xüsusə də xarici şirkətlərdə;) işçilərlə əmək müqaviləsinə xitam verilməsi qaydaları və şərtləri, onların hüquq və təminatları barədə qanuni izahatların düzgün verilməməsi
  • Əmək müqavilsinə xitam verilərkən işəgötürənlərin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 77-ci (əmək müqavilsinə xitam verilərkən işçilərin təminatları) və 84-cü (əmək müqaviləsinə xitam verilməsi barədə əmrlərin məzmunu) maddəsinin tələblərinə əməl etməməsi

 

3.2. İşəgötürənlər tərəfindən Azərbaycan Əmək məcəlləsinin bir çox maddələri   müntəzəm olaraq pozur,lakin təəssüflər olsun ki,bu hüquqpozmalara görə onlar məsuliyyətdən kənarda qalırlar:

Maddə 310. Bu Məcəllə ilə müəyyən olunmuş hüquqları pozmağa görə məsuliyyət

İstər işçilər, istər işəgötürənlər, istərsə də başqa fiziki şəxslər bu Məcəllə ilə və əmək qanunvericiliyi sisteminə daxil olan digər normativ hüquqi aktlarla müəyyən olunmuş hüquqları pozmağa, onları hər hansı şərtlə və ya qaydada məhdudlaşdırmağa, habelə bu hüquqlardan sui-istifadə etməyə, əmək müqaviləsi ilə müəyyən edilmiş öhdəlikləri, vəzifə funksiyasını yerinə yetirməməyə görə qanunvericiliklə müəyyən edilmiş qaydada maddi, intizam, inzibati və cinayət məsuliyyəti daşıyırlar.

Maddə 311.Əmək qanunvericiliyini pozmağa görə intizam məsuliyyəti

İşçi və ya işəgötürən əmək müqaviləsi ilə müəyyən edilmiş öhdəliklərini, əmək funksiyasını, habelə bu Məcəllənin və əmək qanunvericiliyi sisteminə daxil olan digər normativ hüquqi aktın tələblərini pozaraq biri digərinin hüquqlarına və qanunla qorunan mənafelərinə müəyyən ziyan vurarsa, bu Məcəllənin 186-cı maddəsində nəzərdə tutulmuş intizam məsuliyyətinə cəlb edilir.

Maddə 312.Əmək qanunvericiliyini pozmağa görə inzibati məsuliyyət

Əmək qanunvericiliyini pozan işçi, işəgötürən və digər fiziki şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hallarda və müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilirlər.  

Maddə 313. Əmək qanunvericiliyini pozmağa görə cinayət məsuliyyətiİctimai təhlükəli əməlləri ilə qanunvericiliklə müəyyən edilmiş əməyin mühafizəsi qaydalarını və ya işçilərin, işəgötürənlərin hüquqlarını və qanuni mənafelərini və ya bu Məcəllənin tələblərini hər hansı formada kobud şəkildə pozan şəxslər Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş hallarda və müəyyən edilmiş qaydada cinayət məsuliyyətinə cəlb edilirlər.

 

ARDNŞ-in azalan nefti

 

ARDNŞ-nin Neftin, qazın hasilatı və nəqli üzrə vitse-prezident Rəhman Qurbanov bu sahə üzrə məsuliyyət daşıyır  

İllər

Hasilat mln.ton

İşçilərin sayı

1

2010

7,29

85000

2

2008

7,41

65028

3

2006

7,84

59091

4

2005

7,99

58996

5

2003

8,21

58610

 ARDNŞ-nin Azneft İB 2007-ci ildən başlayaraq dənizdə yeni neft  platformalarının və yeni istismar  quyularının qazılmasına 1 milyard manata qədər əsaslı kapital qoyub.Ancaq buna baxmayaraq neft  hasilatı azalmaqda davam edir. Bunun səbəbi isə Azneft İB-nin balansında olan neft yataqlarının (quruda və  dənizdə)HPBS(PSA)adı ilə qeyri-rəsmi özəlləşdirilib. Məs: oktyabr ayından fəaliyyətə başlamış Bahar Energy LTD-  Baghlan Group. 

 

 

 

İşçi  hüquqlarını pozulması daha çox müşahidə olunan müəssisələr.

 

ARDNŞ-də:                                                                           Xarici şirkətlərdə:                                                           

1. Azərneftyağ NEZ                                                               1. Kaspian Katerinq Servis

2. Azəriqaz İB-yi                                                                    2. Bahar Enerji Əməliyyat şirkəti

3. Balaxanıneft NQÇİ                                                            3. RGB (Riqblast)

4. Nərimanovneft NQÇİ                                                        4.  Kaspian BUE

5. Bibiheybətneft NQÇİ                                                        5. Kentz Kaspian Limited

 

 3.3. Xarici neft şirkətlərində   işçi  hüquqları

Xarici şirkətlər tərəfindən əmək qanunvericiliyi aşağıdakı sahələrdə daha çox pozulmuşdur:

1. Əmək Məcəlləsinin  44-cü maddəsi:Əmək müqaviləsi iki nüsxədən az olmayaraq tərtib olunur, tərəflərin imzası (möhürü) ilə təsdiq edilir və onun bir nüsxəsi işçidə, digər nüsxəsi isə işəgötürəndə saxlanılır. Təşkilata müraciət edən işçilərin əksəriyyəti bildirirlər ki, əmək müqaviləsinin bir nüsxəsi onlara verilmir. (Kafur Pas, Bos Şelf, “Kaspian  Katering     Servis”Asfen və sair).

2. Əmək Məcəlləsinin 83.2,  87.3,  172.4  və sair maddələri: əmək müqaviləsinə xitam verilməsi barədə əmrin surətinin, əmək kitabçasının və son haqq-hesabın əmək müqaviləsinə xitam verilərkən  sonuncu iş günü  işçiyə verilməməsi və ya ümumiyyətlə verilməməsi. .( Kafur Pas, Kentz  Kaspian    Limited”, “Kaspian  Katering     Servis).

5. Əmək Məcəlləsinin 16, 127, 240-246-cı maddələrinin pozulması – Əmək Məcəlləsi ilə qadınlara verilmiş hüquq və təminatlarının işəgötürənlər tərəfindən pozulması. (Kentz    Kaspian    Limited)

6. Əmək Məcəlləsinin  45 və 47 - ci  maddələrini pozub  işçilərlə bir və 2-3 ay müddətində  əmək müqaviləsinin bağlanması (RGB şirkəti, “Kaspian  Katering     Servis”,Asfen)

7. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 yanvar 2003-cü il tarixli 3 saylı və 2000-ci il tarixli 27 saylı qərarlarının pozulması.  Əmək xəsarəti aldığına görə İZ ( İstehsalat Aktı) aktı verilməsinə baxmayaraq müvafiq ödəmələrin aparılmaması. ( RGB şirkəti)

8. Əmək Məcəlləsinin 45 və 70-ci maddəsinin b) bəndinin tələblərinin  pozulması və qanunsuz ixtisarların aparılması.

9. İkili mühasibatlığın aparılması. İşçilərə rəsmi olaraq az, faktiki olaraq isə daha çox əmək haqqı ödənilməsi və vergidən yayınma  (Kaspian  Katering     Servis” Kafur Pas)

10. İnformasiya əldə etmək haqqında qanunun (maddə 9,maddə 24.1:maddə.29.1.24; maddə29.1.14 və maddə -15.5)və )və Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiyanın əsas prinsiplərinin  2-ci bəndini.( İnformasiya azadlığının təmin edilməsi -Əldə edilməsi qanunla məhdudlaşdırılan informasiyalar istisna olmaqla dövlət orqanları öz fəaliyyətləri barədə məlumatları ictimaiyyətə çatdırmalıdırlar. Dövlət orqanları şəxslərin, kütləvi informasiya vasitələrinin və vətəndaş cəmiyyəti institutlarının onların fəaliyyətləri barədə informasiya ala bilmələri üçün zəruri tədbirlər görürlər. )pozmulması Bununla əlaqədar NHMT  BP şirkətini informasiya sorğusuna cavab verilməməsinin qanunsuz hesab edilməsi, informasiyaya cavab vermək vəzifəsinin cavabdehin üzərinə qoyulması üçün iddia ərizəsi ilə Səbayer rayon məhkəməsinə müraciət etmişdir.

11. Xarici şirkətlərdə yerli işçilər üçün nəzərdə tutulmuş  “Yerli kadrlar üçün təlimat kitabçası” ictimaiyyətdən gizli saxlanılır.Məhz yerli işçilərlə  xarici işəgötürən arasındakı münasibət bu kitabla tənzimlənir.NHMT-nin dəfələrlə müraciətinə baxmayaraq bu kitab təşkilatın hüquşünasına təqdim edilməyib(BP və Stotoil Hydro)

 

“Bahar  Enerji”  Əməliyyat  Şirkəti. Bu şirkətin prezidenti  MUSTAFA ÇORBAÇIDIR

Bu şirkət ölkə qanunvericiliyini pozmaqda və  buna görə də  cəzasız qalması ilə xüsusi fərqlənir, Bu şirkət AƏM-nin bir çox maddələrini pozaraq 2000-dək işçi ilə qeyri-qanuni əmək müqaviləsi bağladı!!!

         27.04.2010 tarixində AR Milli Məclisi növbəti neftqaz  layihəsini təsdiq etmişdir. Bu müqavilə üzrə ARDNŞ –tərəfdaşı kimi Bahar Energy Ltd şirkəti çıxış edir. Bu şirkət  azad iqtisadi zona olan  Dubayda –Cəbəl Əli  (Birləşmiş Ərəb Əmirlikləri) qeydə alınmışdır. Bahar Energy Ltd şirkəti eyni zamanda müqavilənin idarə olunması uzrə operatordur.

         Laihənin xarici iştirakçısı eyni zamanda  Azərbaycan tərəfinə  laiyhənin təsdiq edilməsindən sonra  $2 mln, yataqda işlərə başlayarkən   $1mln, hsailatın 2008 ci il səviyyəsinə görə 1,5 dəfə artırılmasına görə isə  $2 mln. Bonus ödəməyi öhdəsinə götürmüşdür.  

           Qeyd etmək lazımdır ki, “Bahar” və “Qum-dəniz” dəniz yataqlarının işlənməsinə üzrə bağlanmış  HPB tipli müqavilə 2009-cu ilin dekabr ayında ARDNŞ (20%)  və Bahar Energy Ltd (80%) arasında bağlanmışdır.  Bahar Energy Ltd şirkətinin təsiiçiləri Baghlan Group, Greenfield İnternational və RAFI Oil. ofşor kompaniyalardır. Onlar Dubay_Cebel Əli azad iqtisadi zonasında qeydə alınmışdır.

        . ARDNŞ-nin “Qum adası” Neft və Qazçıxarma İdarəsinə məxsus olan neft sahələri 01 oktyabr 2010-cu il tarixdən bu Şirkətin idarəçiliyinə verilmişdir. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 30 sentyabr 2010-cu il tarixli, 124 saylı Əmri ilə “Azneft” İstehsalat Birliyinin “Qum adası” Neft və Qazçıxarma İdarəsi 01 oktyabr 2010-cu il tarixdən ləğv edilmiş və bu müəssisə yeni mülkiyyətçi kimi “Bahar  Enerji”   Əməliyyat  Şirkətinin idarəçiliyinə verilmişdir.Lakin şirkət fəaliyyətə aşağıdakı qanun pozuntuları ilə başlamışdır.

  • Əmək Məcəlləsinin 63-cü maddəsi işəgötürən tərəfindən pozulub. (. Əmək Məcəlləsinin 63-cü maddəsinə əsasən  Müəssisənin mülkiyyətçisi dəyişdikdə bu maddənin 2-ci hissəsində göstərilən işçilərdən başqa qalan bütün işçilərlə əvvəlki mülkiyyətçi arasında bağlanmış əmək müqavilələri və onların şərtləri yeni mülkiyyətçi tərəfindən qüvvədə saxlanılır).
  • Əmək Məcəlləsinin 45.4-cü maddəsi .Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olmasına baxmayaraq   işçilərlə məcburi surətdə 1 il müddətinə müddətli əmək müqaviləsi bağlanılıb. Bu müqaviləyə imza etməyən işçilərlə əmək müqaviləsi bağlanılmayıb. Məsələn: İntizam Şahverdiyev.
  • Neft sənayesində 30-40 il işləmiş və sınaq müddəti çoxdan bitmüş işçiləri təzyiq və qorxu içində saxlamaq məqsədi ilə onlarla 3 ay sınaq müddəti ilə müddətli əmək müqaviləsi bağlanılıb.
  • Əmək Məcəlləsinin 63-cü maddəsinin tələblərini pozaraq  əmək qabliyyətini müvəqqəti itirən işçilərən əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinəti ödəməkdən imtina edilib məsələn Baləmi İbrahimovla.
  • Əmək Məcəlləsinin 63-cü maddəsinin tələblərini pozaraq  analıq məzuniyyətində olan işçilərlə Əmək müqaviləsi bağlanılmayıb.
  • İşdən kənarlaşdırma barədə Əmək Məcəlləsinin 62-ci maddəsinin tələblərini pozaraq müddətli əmək müqaviləsinə imza etməyən işçilərlə əmək müqaviləsi bağlanılmayıb.  
  • AR Əmək Məcəlləsinin 43-cü maddəsinin 3-cü hissəsinin tələblərini pozaraq əmək müqaviləsi bağlayarkən bu Məcəllə ilə işçilər üçün müəyyən edilmiş hüquq və təminatların səviyyəsini qanunsuz yollarla məhdudlaşdırılıb..
  • AR Mülki Məcəlləsinin 152.1-ci-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçinin dəyişməsi ilə əlaqədar işçilərə qarşı qanunun bu tələbini də pozulub..
  • ARDNŞ-nin 30 sentyabr 2010-cu il tarixli, 124 saylı Əmrinin 3.7-ci maddəsinə əsasən ləğv etmə komissiyasına tapşırılmışdır: “Qum adası” Neft və Qazçıxarma İdarəsinin ləğvi ilə əlaqədar və Hasilatın Pay Bölgüsü haqqında Sazişin şərtlərinə uyğun olaraq işçilərin əmək münasibətlərinin Əməliyyat Şirkətində davam etdirilməsi üçün Azərbaycan Respublikasının Əmək Məcəlləsində  nəzərədə tutulmuş qaydada tədbirlər görsün. Lakin Əməliyyat Şirkəti tərəfindən ARDNŞ-nin bu Əmrinə də əməl edilməmişdir.
  • Hasilatın Pay Bölgüsü haqqında Sazişdə Bahar Enerji Əməliyyat şirkəti “Qum adası” Neft və Qazçıxarma İdarəsinin ləğvi ilə əlaqadar işçilərin işə qəbul edilməsi ilə əlaqədar üzərinə öhdəlik götürmüşdür. Lakin Əməliyyat Şirkəti tərəfindən Sazişin bu şərtlərinə də əməl edilməmişdir.
  • 2 nəfər işçi: İntizam Şahverdiyev və Baləmi İbrahimovun bu şirkətlə məhkəmə çəkişməsi davam edir.

 

3.4. ARDNŞ-də işçi hüquqları

 Xalik Məmmədov
 ARDNŞ-nin Kadr, Rejim və İnformasiya texnologiyaları üzrə vitse-prezident Cənab X.Məmədovun başçılıq etdiyi bu sahədə ciddi qanun pozuntuları  müşahidə edilib. Aşağıda qeyd olunmuş qanun pozuntuları nəticəsində ARDNŞ-nin idarə və müəssisələrində yüzlərlə insan işsiz qalmışdır. Bəs niyə  cənab X.Məmmədov cəzasız qalmışdır? 

 2010-cu ildə   neft sənayesində işçilərin ən çox hüquqlarının pozulması faktları ARDNŞ-də müşahidə olunmuşdur.Şirkət strukturuna daxil olan idarə və müəssisələrdə  qanunsuz yollarla əmək müqaviləsinə xitam verilməsi nəticəsində  minlərlə insan işsiz qalmışdır.  Şirkətin işəgötürənləri tərəfindən Azərbaycan Respublikasının  Əmək Məcəlləsinin:

45.4-cü maddəsini (Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır.)

 45.5-ci maddəsini(  müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir.)

-  Azərbaycan Respublikas Əmək Məcəlləsinin 47-ci maddəsini: (Əmək funksiyasının xüsusiyyətlərinə, onun icrasının şərtlərinə, müddətinə görə  işlərin (xidmətlərin) daimi xarakter daşımadığı hallarda əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər.) mütamadi olaraq pozurlar

 

Qeyd: Neft sənayesində fəaliyyət göstərən müəssisələrdə  isə əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda işçilərlə müddətli əmək müqaviləsi  bağlanılır. Eyni zamanda əmək müqaviləsi bağlanılarkən, həmçinin əmək münasibətlərinə xitam verilənədək bu Məcəllə ilə işçilər üçün müəyyən edilmiş hüquq və təminatların səviyyəsi azaldılır. Daimi xarakter daşıyan iş və xidmətlərdə müddətli əmək müqavilələrinin bağlanmasında əsas məqsəd işçiləri qorxu və təzyiq altında saxlamaq, onları öz hüquqlarını tələb etməyə imkan verməmək ( belə müqaviləyə imza etmiş işçi çox gözəl bilir ki, hər hansa bir qanuni hüququnu tələb etdiyi halda qısamüddətli əmək müqaviləsinin müddəti başa çatan kimi onunla yeni əmək müqaviləsi bağlanılmadan işdən azad olunacaq), heç bir problem olmadan və müavinatlar ödəmədən onlarla istədikləri vaxt əmək müqaviləsinə xitam verməkdir.

 

- Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-76, 77-80-cı maddələrini (əmək müqaviləsinə xitam verilməsi barədə əmrlərin qanunauyğun surətdə tərtib olunmaması, əmək kitabçasının və son haqq hesabın, təminatların ödənilməməsi, həmkarlar təşkilatının razılığının alınmaması)  

 

- Azərbaycan Respublikası Əmək Məcəlləsinin 225-ci maddəsini (həyat üçün yüksək təhlükə mənbəyi olan işlərdə çalışan işçilərin həyatını icbari sığortası )   

 

ARDNŞ-də hər bir işçidən hər ay üçün aylıq əmək haqqının 2 faizi məbləğində Silahlı Qüvvələr fonduna tutulmalar edilir. Bu tutulma işçilərin fərdi razılığı olmadan ümumi qaydada həyata keçirilir və məcburi xarakter daşıyır.

 

ARDNŞ-də bir çox hallarda işçilərin peşə və ya vəzifələrinin adları düzgün göstərmirlər ki, bu da bir çox hallarda problemlər yaradır. Məsələn, Təşkilata müraciət edən Nərimanneft NQÇİ-nin işçisi peşəsinin adı düzgün göstərilmədiyindən  onun güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququnda problemlər yaranıb.

 

ARDNŞ idarə və müəssisələrində çalışan və təqaüd yaşına çatmış işçilərin 95 faizi ilə əmək müqaviləsinə Azərbaycan Əmək Məcəlləsinin 16, 68 və 69-cu maddələrinin  tələbləri pozulmaqla xitam verilmişdir.   Təqaüd yaşına çatmış insanlar  “öz xahişləri ilə” ərizə yazmaqdan imtina etdikləri halda onlara mənəvi təyziq göstərilmişdir  Nəticədə bu hədə -qorxulara davam gətirməyən işçilər “öz xahişləri ilə” ərizə yazmaqla işdən getməyə məcbur olmuşlar. Təşkilat hesab edir ki, vətəndaşlar yaşına görə deyil, bilik və bacarığına, peşəkarlığına görə, əmək müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirməsinə görə işdə saxlanılmalı  və ya əmək müqaviləsinə qanunlnəzərdə tutulan qaydada xitam verilməlidir.  Təqaüdçülərin məcburi qaydada işdən azad olunması zamanı AƏM-nin 16 maddəsi(   “əmək münasibətlərində yaşına, həmçinin işçinin işgüzar keyfiyyətləri, peşəkarlıq səriştəsi, əməyinin nəticələri ilə bağlı olmayan digər amillərə görə işçilər arasında hər hansı ayrı-seçkiliyə yol verilməsi, həmin amillər zəminində bilavasitə və ya dolayısı ilə imtiyazların və güzəştlərin müəyyən edilməsi, habelə hüquqlarının məhdudlaşdırılması qəti qadağandır). Əmək Məcəlləsinin 43.3-cü madəsi(  “əmək müqaviləsi bağlanarkən, həmçinin əmək münasibətlərinə xitam verilənədək bu Məcəllə ilə işçilər üçün müəyyən edilmiş hüquq və təminatların səviyyəsi azaldıla bilməz”). 68-76-cı maddələri işəgötürən tərəfindən pozulmuşdur.

 

3.5. ARDNŞ-də və xarici neft şirkətlərində əməyim mühafizəsi və texniki təhlükəsizlik qaydaları.

 

3.5.1  İşçilərin  içməli su ilə təchizatı (ARDNŞ)

Sualtı neft və qaz kəmərlərinin  çəkilişi üzrə xüsusiləşmiş idarə və  kadrlara malik olan ARDNŞ bu vaxtadək  dəniz platformalarına (məsələn.Neft Daşları) sualtı su kəmərinin çəkilişini reallaşdırmayıb. Bu isə iri dəniz platformaları, əlahiddə dəniz özülləri və estakadalarında işləyən işçilərin su ilə təchizatında həm problemlər yaradır, həm onların sağlamlığı üçün təhlükə  mənbəyidir, həm də suyn gəmi vasitəsilə daşınması şirkət üçün baha başa gəlir. Uzun illərdir ki, adı  çəkilən qurğuları içməli su ilə təmin edən gəmilərin su çənləri, nə də həmin qurğularda olan su çənləri vaxtlı vaxtında təmizlənib dezinfeksiya edilmir, gəmi ilə gətirilən və qurgulardakı çənlərdəki suların tərkibi  xüsusi labaratoriya şəraitində yoxlanmır. Hal-hazırda istifadə olunan çənlər isə  artıq 30-40 ildir istifadə olunur. Bu da müxtəlif xəstəlik mənbələrinə çevrilməklə işçilərin sağlamlığına ciddi təsir edir.

Təşkilata daxil olan məlumata görə işəgötürənlər tərəfindən işçilərin “sağlamlığının qeydinə qalınması ilə əlaqədar “ağıllı” bir addım atılmışdır. Bəzi NQÇİ –lərə məxsus Dəniz özüllərinə  sex rəisləri tərəfindən iki-üç butulka xlorka verilib, bu qablardı olan xlorkanın su çənələrinə boşaldılması tapşırılmışdır.

 

3.5.2. Suyun  xlorlaşdırılması

Sanitar – qiqiyenik normativ  uçot aparılmadan içməli suyun xlorlaşdırılması   bu suyu qəbul edən insan orqanizmi üçün   fəsadlar törədə bilər. Suyun xlorlaşdırılması zamanı xlorlaşdırmanın əks göstərişi – halogen tərkibli birləşmə (HTB) – yaranır. HTB-nın insan orqanizminə əsas keçidi xlorlaşdırılmış suyun mədə - bağırsaq sisteminə düşməsindən sonra baş verir.

 

Ən qorxulu  nəticələr: 

- Nəfəs yollarının pataloji dəyişikliyi;

- Mədə-bağırsaq traktı və qalxanvari vəzin problemi;

- Əsas allerqenlərə yüksək allergiya həssaslığı; 

- İmmunitet sistemin ümumi zəifləməsi; 

- Müxtəlif stomatoloji problemlər;

- Bundan əlavə  xlorlaşdırılmış suyun həddən artıq qəbul edilməsi orqanizmin erkən qocalması, herontoloji prosesin sürətlənməsi də daxil olmaqla  genetik səviyyədə də problemlər yarada bilər.

 

Belə suyun işçilər tərəfindən istifadəsi onsuz da sağlam olmayan iş şəraitində işləyən işçilərin orqanizminə ciddi zərbə vurur

 

Vəzifə səlahiyyətindən istifadə edən sex rəisləri neftçıxarma oreratorlarını onlara aid olmayan və insan həyatı üçün təhlükəli olan işlərin yerinə yetirilməsinə məcbur edilir.

İşçilər vəzifə səlahiyyətlərinə aid olmayan işə cəlb edilir. İşçi bu işdən imtina etməyə cəhd  edərsə   işsiz qala bilər. Məs: İş yerini itirməkdən qorxan  neftçıxarma operatoruna insan həyatı üçün təhlükə mənbəyi olan, artıq istismar müddəti qurtarmış  özüldə ağır cəkili siyirtmələrin sökülməsi və əllə gəmiyə yüklənməsi tapşırılır.  Ağır çəkili yükü qaldıran fəhlə insan həyatı üçün olduqca təhlükəli olan bu özüldə bilmir öz həyatını qorusun, yoxsa ağır siyirtməni(50-80 kq) gəmiyə yükləsin.   Ağır avadanlıq qaldıran işçilərin çoxu onurğa yırtığından əzab çəkirlər.

 

3.5.3. İstirahət otaqları (ARDNŞ)

ARDNŞ-də istirahət otaqları sanitariya gigiyena normalarına cavab vermir. İstirahət otağı ilə yemək otağı eynidir. Növbədən çıxmış işçilər itirilmiş əmək qüvvələrini bərpa etmək üçün normal dincələ bilmir. Otaqlar müvafiq məişət  avdanlığı ilə təchiz olunmur. Əksər özüllərdə mövcud avadanlıqların çoxu işçilər tərəfindən alınır (İnventarlaşdırılma aparılsa faktlar öz təsdiqini tapa bilər). Bəzi idarə və müəssisələrə məxsus istehsalat sahələrində işçilər üçün sanitar qovşaqların olmaması yaxud da olduqca pis vəziyyətdə olması faktları da   müşahidə olunur .

 

3.5.4. İşçilərin nəqliyyatla təmin olunması (ARDNŞ)

İşçilərin iş yerinə aparılıb gətirilməsi zaman  üç növ nəqliyyəat vasitəsindən istifadə olunur:

1. Hava nəqliyyatı-vertalyotla. (bu  nəqliyyat vasitəsindən yalnız vəzifəli şəxslər istifadə edir)

Vertalyotlar olduqca köhnədir,(müxtəlif illərdə baş vermiş vertalyot qəzaları buna sübutdur) İnsanlara  vertallyota minməmişdən qabaq təhlükəsizliklə əlaqədar heç bir  təlimat verilmir, Uçuş zamanı sərnişinlər xilasedici vasitələrlə təmin olunmur. Dəniz mədənlərinin ərzaqla, bəzi hallarda avadanlıqlarla təmin olunmasında bu vertalyotlardan istifadə olunur, bu halda insanlar, ət, tərəvəz və qeyri məhsullarla  eyni vertalyotda yola salınır.

Dəniz nəqliyyatı:

Gəmilər köhnədir, hava küləkli və qasırğalı olanda işə gedə bilməyən neftçilərin sonradan dənizə yola salınmasında problemlər yaranır, işçilər vaxtlı vaxtında bir-birini əvəz edə bilmirlər. (bu gəmilərin işə çıxma vaxtı yoxlanılsa məlum olar ki  onlara hər gün iş günü kimi qeyd olunur, küləkli havada da, qasırğalıda da). Əlavə gəmiyə  və onların yol vərəsinin yoxlanmasına ehtiyac var. Gəmilərin sərnişinləri  üçün nəzərdə tutulmuş xilasedici vasitələrlə təminat aşağı səviyyədədir.

Quru nəqliyyat (avtobuslar)

Bu avtobusların əksəriyyəti 60-70 –ci illərdə alınmış avtobuslardır. İşçilər işə yerlərinə çatıınca çox əziyyət çəkirlər.

 Rəy: İşçilərin nəqliyyatla normal təmin olunması üçün nəqliyaat müəssisələri ARDNŞ tabeliyindən çıxarılmalı və bu sahədə  ixtisaslaşmış nəqliyyat qurumları ilə müqavilə  bağlanmalıdır.

3.5.5. İl ərzində təhlükəli iş şəraitinə görə Neft sektorunda  təşkilata məlum olan  10(on) ölüm hadisəsi olmuşdur (müqayisə üçün: 2009-cu ildə 6 ölüm hadisəsi olmuşdur);Bu ilin(2011-ci ilin) yanvar ayında isə 3(üç) ölüm hadisəsi olmuşdur.

 ARDNŞ-nin birinci vitse prezidenti Xoşbəxt Yusifzadə bu sahəyə məsuldur və aşağıdakı faktlara görə cavabdeh şəxsdir!!!

 Əmək Məcəlləsinin 215-ci maddəsinə əsasən əməyin mühafizəsi sahəsində müəssisənin mülkiyyətçisi və işəgötürəni işçilərin iş yerlərində əməyin mühafizəsi  normalarının və qaydalarının yerinə yetirilməsinə bilavasitə cavabdehdirlər  .Lakin çox təssüflər olsun ki,məhz qanunvericiliyin pozulması nəticəsində:-                   

 

       

İl ərzində təhlükəli iş şəraitinə görə ölkənin Neft sektorunda  təşkilata məlum olan  10 (müqayisə üçün: 2009-cu ildə 6 ölüm hadisəsi olmuşdur) ölüm hadisəsi olmuşdur;

 №

 Adı,soyadı

 İşlədiyi müəssisə

 1

 Alıyev İlqar

 Salyan Oyl Əməlıyyat şirkəti.

 2

 Əliyev Nurağa

 ARDNŞ. Nərimanneft  NQÇİ 

 3

 Qocayev Yunis

 ARDNŞ. Qum adası NQÇİ

 4

 Rzayev  İlyas

 ARDNŞ. Sosial İnkişaf İdarəsi.   

 5

 Babayev Üzeyir

 ARDNŞ. Sosial İnkişaf İdarəsi.

 6

 Talıbov Elbrus

 ARDNŞ.Sosial İnkişaf İdarəsi

 7

 Rzayev Nurəddin

 Azfen-Tekfen birgə müəssisəsi

 8

 Əhmədov Əli

 ARDNŞ. Bakı Neft Emalı Zavodu

 9

 Əhmədov Səbuhi

 ARDNŞ. Bakı Neft Emalı Zavodu.

 10

 Mənsimov Fizuli

 ARDNŞ

 

Əmək Xəsarəti almış işçilər

Əmək xəsarətinin qeydə alınması və müavinətlərin ödənilməsi ilə əlaqədar Təşkilata 15 şikayət daxil olmuşdur. Bu şikayətlərdən daha çox hüquqları pozulan aşağıdakı işçilər olmuşdur:

  • Şahmarov Sahib - RGB LTD şirkətində əmək xəsarəti alıb. Əmək xəsarətinin qeydə alınması və müavinətlərin ödənilməsi ilə əlaqədar  məhkəmə prosesi gedir.
  • Əliyev Şəmsəddin-KAFUR PAS şirkətində əmək xəsarəti alıb. Əmək xəsarətinin qeydə alınması və müavinətlərin ödənilməsi ilə əlaqədar  məhkəmə prosesi gedir.
  • Həsənov Akif - “Azərneftyağ” NEZ-da əmək xəsarəti alıb. Əmək xəsarəti rəsmi qeydə alınsada bu xəsarətlə əlaqədar müvafiq ödənişlər edilmir və işçi uzun illərdir ki, məhkəmə və dövlət orqanlarına müraciət edir.
  • Hüseynov Rafət - Qarasu Əməliyyat Şirkətində əmək xəsarəti alıb. Əmək xəsarəti ilə əlaqədar Qarasu Əməliyyat Şirkəti tərəfindən müvafiq ödəmələr aparılmır.
  • Piriyev Sətttar- RGB LTD şirkətində peşə xəstəliyinə tutulmasını iddia edir. RGB LTD şirkəti tərəfindən bu xəsarətin qeydə alınmasına müxtəlif yollarla mane olunur.
  • Asif İbrahimov- əmək xəsarətini RGB LTD şirkətində alıb. Bu iddia ərizəsi üzrə 4 məhkəmə prosesi keçirilib:

- Əmək xəsarəti məhkəmə qaydasında qeydə alınıb.

- Əmək xəsarəti ilə əlaqədar müavinətlər məhkəmə qaydasında ödənilb.

- Aylıq ödənci ödəmədiyinə görə şirkət rəhbərinin inzibati məsuliyyətə cəlb olunması barədə məhkəmə qərarı qəbul edilib.

- Aylıq ödənci ödəmədiyinə görə RGB LTD şirkətindən maddi ziyanın əvəzinin ödənilməsi barədə məhkəmə qərarı qəbul edilib.

  • Şükürov Səxavət  ARDNŞ-nin Sosial İnkişaf İdarəsində əmək xəsarəti alsada qeydə alınmayıb.Hal hazırda bu mülki işlə əlaqədar Avropa İnsan Haqqları Məhkəməsinə Şikayət edilib.

 

3.6. ARDNŞ-nin fəaliyyətinin ətraf mühitə təsiri

 Soltan Əliyev:

 Ekologiya üzrə vitse-prezident

 Cənab Soltan Əliyev ARDNŞ-də Ekologiya üzrə vitse-prezidentdir.Aşağıda qeyd olunan çatışmamazlıqlara(ARDNŞ tərəfindən ətraf mühitin çirklənməsi ) görə cənab  S.Əliyev  məsuliyyət daşıyır

 

 

ARDNŞ  strukturuna daxil olan müəssisə və təşkilatların (“Azneft” İB, Azneftyağ NEZ, Azneftyanacaq NEZ ) fəaliyyəti   ətraf mühitin çirklənməsinə də səbəb olur. Belə ki, Azneft İB –nin tabeliyində olan NQÇİ və qazma idarələrinin  neftçıxarma və qazma  avadanlıqları köhnə olduğu üçün neft sızmaları baş verir  və həm Xəzər biosferasına təsir edir, həm də Abşeron torpaqlarının  çirklənməsinə səbəb olur

Neftayırma zavodları isə yaşayış massivində yerləşdiyindən və istehsalat prosesləri zamanı havaya  zərərli  tullantılar atıldığından  ətrafda yaşayan əhalinin sağlamlığına ciddi ziyan dəyir .Ətraf mühitə dəymiş ziyan görə zavodların ərazisində  fəaliyyət göstərən və ARDNŞ-nə aid olmayan müxtəlif şirkətlər  (məsələn PELAX) də  məsuliyyət daşısalar da nədənsə onlar bu məsuliyyətdən kənarda qalırlar. Məhz ətraf mühitə dəyən ziyan nəticəsində zavodarətrafı  qəsəbələrdə (UPD, NZS) yaşayan əhali arasında xərçəng xəstəliyi artmışdır. Bu tullantıların verdiyi ziyan körpə uşaqlarda daha çox hiss olunur.6 iyul 2010-cu ildə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin apardığı monitorinqin nəticələrinə əsasən müəyyən edilmişdir ki,NO2(azot4-oksid)-nin miqdarı 1,4 dəfə artıqdır  Onu da qeyd etmək lazımdır ki, ARDNŞ-də Ekologiya idarəsi yaradılmış, quruda bir çox torpaqların təmizlənməsinə başlanmışdır. Bibiheybətneft ərazisində 100 ha-dək torpaq təmizlənmiş,  təhlükə mənbəyi olan  göllər qurudulmuşdur. Bunu müsbət hal kimi qeyd etmək olar. Lakin Xəzər biosferasınavə Abşeron torpaqlarına ciddi ziyan vuran  hələ sovetlər vaxtından qalmış köhnə neft  avadanlıqları yenisi ilə əvəz edilməsə bu sahəyə yönəldilmiş maliyə vəsaiti göyə sovrulmuş olur. Belə ki,ARDNŞ strukturlarına daxil olan ,quruda və dənizdə neft yataqlarının işlənməsini reallaşdıran Azneft İB tabeltytndəki NQÇİ-lər hasilat zamanı alınan lay sularının idarə olunmasında problemlər mövcuddur.Belə ki,quruda neft və qaz ilə birlikdə hasil olan lay suları mədən ərazilərinə axıdılaraq süni çirkab gölməçələrinə çevrilirlər. Bu çirkab gölməçələri ətraf qəsəbələrdə formalaşan məişət tullantı sularına qarışaraq Xəzər dənizinə axıdılır.

2009-2010-cu illər ərzində lay sularının ətraf ərazilərə axıdılmasına görə aşkar olunmuş faktlar üzrə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən müvafiq akt və protokollar tərtib olunmuş,”Azneft” İstehsalat Birliyinin neft və qazçıxarma idarələrinə 45 800(qırx beş min səkkiz yüz)manat,”Suraxanıoyl”Əməliyyat Şirkəti 10000(on min)manat məbləğində cərimə edilmiş,nöqsanların aradan qaldırılması üçün 10 məcburi göstəriş verilmişdir.

 ARDNŞ-nə məxsus neft qaz yataqlarında quyuların qazılması zamanı formalaşan qazma şlamlarının bəzi hallarda quyu ətrafı ərazilərə atılması faktları da müşahidə edilir.Belə faktlar Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən aşkar edilmiş və formalaşan qazma şlamlarını qanunvericiliyin tələblərinə görə idarə etmədiklərinə görə 2009-2010- cu illirdə;

ARDNŞ-nin Kompleks Qazma İşləri Trestinin Abşeron Qazma İşləri İdarəsi 2500(iki min beş yüz)manat,”Abşeron”Qazma Müştərək Müəssisəsi 8259(səkkiz min yüz əlli)manat,”Azəri Drillinq”Qazma Şirkəti 10000(on min)manat məbləğində cərimə olunmuş və nöqsanların aradan qaldırılması üçün 4 məcburi göstəriş verilmişdir.

 

3.7. ARDNŞ-də və xarici neft şirkətlərində işçilərin sığortası.

Əmək Məcəlləsinin 225-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada və şərtlərlə  həyat üçün yüksək təhlükə mənbəyi olan işlərdə çalışan işçilər   işəgötürənlər tərəfindən icbari şəxsi sığorta edilməlidirlər.

 

“İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən Azərbaycan Respublikasında fəaliyyət göstərən mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasının və ya xarici dövlətin qanunvericiliyinə uyğun olaraq yaradılmış hüquqi şəxs statusunda olan müəssisə, idarə və təşkilatlar, onların filial və nümayəndəlikləri; dövlət orqanları;  seçkili orqanlar; fərdi qaydada sahibkarlıq və əmək fəaliyyəti ilə məşğul olan fiziki şəxslər icbari sığorta müqaviləsi bağlamaq vəzifəsi daşıyırlar

 

NHMT İB-nin Azərbaycanın neft sektorunda «işçilərin əməyin mühafizəsi hüququnun həyata keçirilməsi  üçün olan təminatlarla» əlaqədar apardığı araşdırmalar,  göstərir ki, istər xarici, istərsə də yerli işəgötürənlər  xüsusi  təhlükəli şəraitdə işləyən   işçilərin bədbəxt hadisədən sığortalanması həyata keçirilmir.

 

Təşkilat  hesab edir ki, işçilərin icbari sığorta olunmaması   qanunvericiliklə onlara verilən hüquqlarının və təminatlarının pozulmasıdır. Yerli işçilərlə eyni vəzifə və peşədə işləyən əcnəbi işçilər işdə xəsarət alarkən yüksək təhlükə mənbəyi olan işlərdə çalışma səbəbinə və istehsalatda bədbəxt hadisələrdən və peşə xəstəliklərdən  icbari sığorta  olunmalarına görə 100 000 ABŞ dollarından çox olmaqla   sığorta pulu alırlar. Yerli işçilər isə belə hallarda sığorta pulu almırlar.  Təşkilat tərəfindən işçilərin bu sahədə olan hüquqlarını qorumaq məqsədi ilə ARDNŞ-yə, Dövlət Əmək Müfəttişliyinə və sair orqanlara müraciət edilmiş və məhkəmə orqanlarında işçilərin bu hüquqları qorunmuşdur.

 

ARDNŞ və xarici şirkətlərdə işçilrin bədbəxt hadisələrdən sığortalanması işlərini “Atəşgah” sığorta şirkəti həyata keçirir. Baxmayaraq ki, bu barədə sığorta müqavilələri bağlanılır, bu hadisələr baş verdikdə “Atəşgah” sığorta şirkəti müxtəlif bəhanələrlə bu ödənişi həyata keçirməkdən imtina edir. Məsələn: “RGB” şirkətinin işçisi Asif İbrahimovun bu hadisə ilə əlaqədar aylıq ödənclərini yalnız 1 il ödəmiş, sonradan bu ödənişləri aparmaqdan müxtəlif bəhanələrlə imtina etmişdir. Yalnız məhkəmə qəraları ilə bu ödənişlər hal hazırda məcburi qaydada yerinə yetirilir. “RGB” şirkətinin işçiləri  Asif Ibrahihomov, Sahib Şahmarov, Azfen-Tekfen birgə müəssisəsinin işçisi Rzayev Nurəddin,  Bakı Neft Emalı Zavodunun işçisi Əhmədov Səbuhi və sair                 

2003-cü ilə qədər olan qanunvericiliyə əsasən əmək xəsarəti almış, peşə xəstəliyinə tutulmuş və ya bu səbəbdən həlak olmuş işçilərə: birdəfəlik, aylıq və tibbi ödənişlər nəzərdə tutulmuşdur.Hal hazırki qanunvericiliyə əsasən bu ödənişlərdən yalnız aylıq və tibbi ödənişlər nəzərdə tutulub. Bu hal isə, eyni zamnda işçilərin müvafiq qaydada bədbəxt hadisələrdən sığortalanmaması- işçilərin bu hadisələr baş verdikdə həm birdəfəlik ödənc almaq və eyni zamanda sığorta pulunu almaqdan məhrum edir.

             

3.8. ARDNŞ və Xarici şirkətlərdə Dövlət dilinə münasibət.

 

Azərbaycan Respublikası Konstitusiyasının 21-ci maddəsi

Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. Azərbaycan Respublikası Azərbaycan dilinin inkişafını tə`min edir. Azərbaycan Respublikası əhalinin danışdığı başqa dillərin sərbəst işlədilməsini və inkişafını tə`min edir.

Dövlət dili haqqında Azərbaycan Respublikası Qanununun 17-ci maddəsi

Azərbaycan Respublikasının dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının, hüquqi şəxslərin, onların nümayəndəliklərinin və filiallarının, idarələrin adları Azərbaycan dilinin normalarına uyğun olaraq yazılır. Göstərilən təsisatların adını əks etdirən lövhələr, blanklar, möhürlər və kargüzarlıqla bağlı rəsmi xarakterli bütün digər ləvazimatlar dövlət dilində tərtib olunur.

Dövlət dili haqqında Azərbaycan Respublikası Qanununun 19-cu maddəsi

Dövlət dili haqqında Azərbaycan Respublikası qanununu pozan hüquqi, fiziki və vəzifəli şəxslər Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.

  • Mülkiyyət hüququ ilə ARDNŞ-yə məxsus olan yanacaq doldurma məntəqələri ingilis dilində olmaqla SOCAR adı ilə rəsmiləşdirilib.
  • ARDNŞ-nin vəsaiti və sponsorluğu ilə fəaliyyət göstərən “Neftçi” futbol komandasının avtomobillərində, geyimlərində, emblemlərində və sair ARDNŞ deyil, SOCAR yazılır.
  • ARDNŞ-yə məxsus nəqliyyat vasitələrində ARDNŞ deyil, SOCAR yazılır. Məsələn: “SOCAR, “Azneft” İB-yi:”  kimi tanınma yazıları.
  • ARDNŞ işçilərinin xidməti vəsiqələrində  ARDNŞ deyil, SOCAR yazılır.
  • ARDNŞ-nin Təhlükəsizlik İdarəsinə məxsus olan işçilərin geyimlərinin arxa hissəsində:  “SOCAR. Təhlükəsizlik İdarəsi” kimi tanınma yazıları
  • ARDNŞ-nin strukturuna daxil olan inzibati binalarda ARDNŞ deyil, SOCAR yazılır. Məsələn: Sosial İnkişaf İdarəsinin Təlim tədris Mərkəzi, İnformatika İdarəsi və sair
  • Bizə müraciət edən işçilərin bəziləri bir çox hallarda ARDNŞ və SOCAR-ı azərbaycan və ingilis dillərində olmaqla eyni şirkət kimi deyil, ayrı-ayrı müəssisələr hesab edirlər. Məsələn müraciət edən işçilər əvvəllər ARDNŞ-də işləyərkən əmək haqqlarının daha yüksək olduğunu, SOCAR-a keçdikdən sonra isə azaldığını bildidirirlər.
  • Xarici şirkətlərdə ingilis dilini bilməyən işçilərə qarşı dillə əlaqədar diskriminasiya hallarına yol verilir və azərbaycan dilli işçilər bilik və peşəkarlığından asılı olmayaraq işə qəbul edilmirlər.
  • Xarici şirkətlərdə əmək müqaviləsi istisna olunmaqla, kərküzarlıq və sənədləşmə işləri azərbaycan dilində deyil, ingilis dilində aparılır.
  • Xarici şirkətlərdə işləyən azərbaycanlı işçilər bu şirkətlərin ofis və iş sahələrində öz aralarında bir biri ilə azərbaycan dilində deyil, ingilis dilində danışırlar.

 

3.9. ARDNŞ- nin təhlükəsizlik xidməti

Respublikamızın neft sənayesi obyektlərinin etibarlı mühafizəsinin təmin edilməsi məqsədi ilə 23 dekabr 2005-ci il tarixdə ARDNŞ-nin nəzdində Təhlükəsizlik İdarəsi yaradılmış, dənizdə və quruda fəaliyyət göstərən mədənlərin, neft və qaz rezervuarlarının, digər obyektlərin mühafizəsi həmin idarəyə tapşırılmışdır. Bu idarənin 8000 nəfərdən çox işçisi var.

 ARDNŞ-nin vitse prezidenti cənab Xalik Məmədov.Bu idarənin fəaliyyətinə məsuldur.

Təşkilata edilən müraciətlər və araşdırmalar göstərir ki, ARDNŞ-nin bu İdarəsi öz fəaliyyətindən kənara çıxmaqla qanunsuz fəaliyyətlə məşğul olur:

  •  ARDNŞ tərəfindən neft sahələrində qanunsuz tikililərin sökülməsi ilə bağlı məhkəmə mübahisələrinin davam etməsinə baxmayaraq, bu gün də həmin tikililər  aparılır. Belə hallar  Bibiheybətneft NQÇİ,  Balaxanıneft NQÇİ, Binəqədi oyl Əməliyyat şirkəti və sair müəssisələrin ərazilərində  müşahidə olunub.
  •  Təhlükəsizlik İdarəsinin əməkdaşları hər bir zaman imkanlı adamların deyil, uzun illər növbədə durmaqla neft sahəsində çalışan, müəyyən yollarla tikintinin  aparılmasına razılıq alan neftçilərin, qaçqınların, məcburi köçkünlərin və digər aztəminatlı ailələrin evlərini sökürlər.
  •  Təhlükəsizlik İdarəsinin əməkdaşları polis orqanlarının funksiyalarını həyata keçirməklə, heç bir razılıq olmadan vətəndaşların şəxsi mülkiyyətlərinə daxil  olmaqla onları sorğu suala tuturlar.
  • Təhlükəsizlik İdarəsinin əməkdaşları məhkəmə orqanlarının və məhkəmə icraçılarının funksiyalarını həyata keçirməklə, məhkəmə qərarı və icra vərəqi olmadan vətəndaşların mülklərini və tikililərini sökürlər.
  • Təhlükəsizlik İdarəsinin əməkdaşları neft ərazisində imkanlı adamların villalar tikməsinə göz yumduqları halda, vətəndaşların qanuni mülklərində dam örtüyünün dəyişdirilməsinə, suvaq vurulmasına, boya işlərinin aparılması, kommunal şəraitlərinin yaxşılaşdırılması işlərinə qanunsuz olaraq müdaxilələr edirlər
  • ARDNŞ-nin Təhlükəsizlik Xidməti məsuliyyətsizliyi ucbatında Bibiheybətneft NQÇİ-də yetkinlik yaşına çatmamış uşaq neft buruğunda bədbəxt hadisə nəticəsində həlak olmuşdur.
  •  

Rəy: ARDNŞ-öz idarə və müəssisələrinin  təhlükəsizliyini təmin etmək üçün Təhlükəsizlik idarəsi yaratması düzgün hal hesab olunmur.Bunun üçün bu sahədə mütəxəsisləşmiş idarələrlə müqavilə bağlamaq hər cəhətdən əlverişli sayıla bilər.

 

3.10. ARDNŞ tərəfindən “İnformasiya əlldə etmək haqqında qanunun” pozulması

Ümumiyyətlə Mədən Sənayesində Şəffaflığın Artırılması prosesinə qoşulan  ARDNŞ demək olar ki ictimaiyyət üçün bağlıdır.ARDNŞ  tərəfindən mütamadi olaraq “İnformasiya əldə etmək haqqında qanunun”  (maddə 9,maddə 24.1:maddə.29.1.24; maddə29.1.14 və maddə -15.5) və Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiyanın əsas prinsiplərinin  2-ci bəndini.( İnformasiya azadlığının təmin edilməsi -Əldə edilməsi qanunla məhdudlaşdırılan informasiyalar istisna olmaqla dövlət orqanları öz fəaliyyətləri barədə məlumatları ictimaiyyətə çatdırmalıdırlar. Dövlət orqanları şəxslərin, kütləvi informasiya vasitələrinin və vətəndaş cəmiyyəti institutlarının onların fəaliyyətləri barədə informasiya ala bilmələri üçün zəruri tədbirlər görürlər. ) pozmuşdur

Bununla əlaqədar NHMT   ARDNŞ-ni informasiya sorğusuna cavab verilməməsinin qanunsuz hesab edilməsi, informasiyaya cavab vermək vəzifəsinin cavabdehin üzərinə qoyulması üçün iddia ərizəsi ilə Səbayer rayon məhkəməsinə müraciət etmişdir.Hal-hazırda proses Appelyasiya məhkəməsində davam edir.

 

3.11. İşçilərin əmək hüquqlarnını qorunmasına dövlət nəzarəti

Dövlət  Əmək  Müfəttişliyi - Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqandır və öz səlahiyyəti çərçivəsində əmək qanunvericiliyinin pozulmasında təqsirkar şəxslərdən yol verdikləri hüquq pozuntularının aradan qaldırılmasını tələb etmək, onları Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən olunmuş hallarda və qaydada inzibati məsuliyyətə cəlb etmək və digər məsuliyyətə cəlb olunması üçün müvafiq orqanlar qarşısında məsələ qaldırmaq hüququna malikdir. (AR Əmək Məcəlləsinin 15-ci maddəsi, AR Nazirlər Kabinetinin 2000-ci il 9 fevral tarixli, 20 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzdində Dövlət Əmək Müfəttişliyinin Əsasnaməsinin 9-cu maddəsi)

 

Qanunvericilikdə nəzərdə tutulan hallar istisna olmaqla müraciətə, qanunvericiliklə başqa müddət nəzərdə tutulmamışdırsa 1 ay müddətinədək, əlavə öyrənilməsi və yoxlanılması tələb edilməyən müraciətə ən geci 15 gün ərzində baxılmalıdır. (Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında Azərbaycan Respublikası Qanununun 7 və 10-cu maddələri)

 

Dövlət Əmək Müfəttişliyi  qanunvericiliyin bu göstərilən tələblərinə əməl etməmiş və ona müraciət etmiş işçilərin hüquqlarını müdafiə etməmişdir.     (  “Bahar  Enerji”   Əməliyyat  Şirkətinin işçiləri:  Şahverdiyev  İntizam və İbrahimov Baləmi, KAFUR PAS  şirkətinin işçisi Əliyev   Şəmsəddin, FRANKS  İnternational Middle East LTD şirkətinin işçisi Məmmədov Rasim, Kaspian    BUE    LTD   Şirkətinin işçisi Nəbiyev Təbriz, RGB şirkətinin işçisi Sahib Şahmarov, ARDNŞ-nin işçiləri Heydərova Elmira, Heydərov Xeyrulla, Qulamova Zərifə, Mehdiyev Rafiq və sair işçilərlə əlaqədar.) Dövlət Əmək Müfəttişliyi  işçilərin işəgötürənlər tərəfindən pozulmuş hüquqlarının bərpası ilə əlaqədar qanunla nəzərdə tutulan qaydada fəaliyyət göstərilməmişdir.  Belə ki,

  • İşçilərin müraciətlərinə 1-3 ay sonra cavab verilmişdir.
  • İşçilərin müraciətlərinə verilmiş cavablar bütün hallarda işçilərin əlehinə olmuşdur.
  • İşçilərin müraciətlərinə verilmiş cavablar ən yaxşı halda məhkəmə orqanlarına müraciət etmək kimi tövsiyyədən ibarət olmuşdur. Halbuki, bu Müfəttişlik işçinin müraciətini təmin etmək üçün qanunvericilikdə nəzərdə tutulan qaydada addımlar atmalı və ya qanunsuz olduğu halda əsaslandırılmış cavab verməlidir.
  • İşçilərin müraciətləri əsasında heç bir İşəgötürənin qərarı ləğv edilməmiş, İnzibati Xətalar Məcəlləsi ilə müəyyən olunmuş hallarda və qaydada inzibati məsuliyyətə cəlb edilməmişdir. Bu Müfəttişliyin fəaliyyəti onu təsdiq edir ki, neft sənayesində işəgötürənlərin verdikləri qərarlar bütün hallarda qanunidir.
  • Əmək qanunvericiliyinə dövlət nəzarətini həyata keçirən Dövlət Əmək Müfəttişliyinin      əksər hallarda işəgötürənlərin xeyrinə   qanunsuz qərarların qəbul etməsi faktı da işəgötürənlərin hüquqpozmalara yol vermələrinə əlavə stimul verir.
  • Əmək münasibətləri Əmək müqaviləsi ilə rəsmiləşdirilmədən fəaliyyət göstərən müəssisələr mövcuddur və Müfəttişlik bununla əlaqədar heç bir tədbir görmür. ( məs;KAFUR PAS )
  • AR Əmək Məcəlləsinin 217-ci və AR NK-nin 28.02.08-ci il tarixli 27 saylı qərarının 1.7-ci maddəsi kobud surətdə pozulur və  bədbəxt hadisələr işəgötürənlər tərəfindən, gizlədilərək Dövlət Əmək Müfəttişliyinə və digər orqanlara məlumat verilmir. Bu faktlar üzə çıxdıqda isə Dövlət Əmək Müfəttişliyi tərəfindən həmin müəssisə rəhbərlərinə qarşı heç bir tədbir görülmür.( KAFUR PAS, RGB)
  • NHMT ARDNŞ-də baş verən hüquqpozmaları(müəyyən faktlarla) ilə əlaqədar dəfələrlə Dövlət Əmək Müfəttişliyinə müraciət etsə də,bu qurum hansı “səbəblərdənsə” ARDNŞ- də baş verən qanunpozuntuları barədə heç bir tədbir görməyə cəsarət etməyib ,yaxud arzu etməyib.

 

Rəy:  Neftçilərin Hüquqları Müdafiə Təşkilatı hesab edir ki,Dövlət Əmək Müfəttişliyi əsasən öz funksiyalarını yerinə yetirə bilmədiyi və başqa orqanların fəaliyyətlərini təkrar etdiyi üçün: 

- Dövlət Əmək Müfəttişliyi bir struktur kimi ləğv edilməlidir.

- Bu sahəyə yönəldilmiş maliyyə vəsaiti  əmək xəsarəti almış işçilərin müavinətlərinin artırılmasına yönəldilməlidir.

- Bədbəxt hadisələrin təhqiqatını aparmaq isə bütünlüklə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə olunmalıdır.

 

3.12. Həmkarlar İttifaqları Təşkilatları

Əmək Məcəlləsinin 309-cu maddəsinə əsasən bu Məcəllənin tələblərinə əməl olunmasına ictimai nəzarət müvafiq həmkarlar ittifaqı orqanları tərəfindən həyata keçirməlidir. Lakin Azərbaycanın neft sənayesindəki müəssisələrin tərkibində yaradılan Həmkarlar Təşkilatı müstəqil fəaliyyət göstərmək imkanından məhrumdurlar və Neft və Qaz sənayəsi işçilərinin Respublika Həmkarlar Komitəsi Komitəsinin filialları kimi fəaliyyət göstərirlər. ARDNŞ- nın müəssisə və təşkilatlarında fəaliyyət göstərən həmkarlar təşkilatları işəgötürənlər tərəfindən Əmək Məcəlləsinin tələbləri kobud surətdə pozulduqda işçilərin əmək hüquqlarını əksər hallarda qoruya bilmilər.

 

Məs: ARDNŞ-nin Təhlükəsizlik Xidməti İdarəsi  Həmkarlar İttifaqı Təşkilatı işçilərin attestasiyasının keçirilməsində onların qanuni hüquqlarını qorumamış və əksinə qanunsuz rəylər verməklə təcrübəli və peşəkar işçilərin işdən azad olmasına yardımçı olmuşdur. Həmkarlar Təşkilatları heç bir araşdırma aparmadan, işçilərin hər hansı bir intizam xatası törədib - törətməməsindən asılı olmayaraq (ARƏM 80-cı maddə)   formal olaraq onlarla bağlanmış əmək müqaviləsinin xitam olunmasına razılıq verirlər və demək olar ki, bütün hallarda işəgötürənlərin qeyri-rəsmi strukturuna çevrilirlər,.(Məs; Balaxanıneft NQÇİ, Azərneftyağ NQÇİ və Azəriqaz İstehsalat Birliyi). 2010-cu il ərzində Neft və Qaz Sənayesi İşçiləri Respublika Həmkarlar İttifaqı Komitəsi və yerli təşkilatlar tərəfindən ARDNŞ-nin heç bir əmr və ya qərarına, əmək haqqının azaldılması və ya qanunsuz ixtisarların aparılmasına etiraz edilməmişdir. Halbuki, bu sahədə kifayət qədər əmək qanunvericiliyinin pozulması hallarına yol verilmişdir. Buna misal olaraq ARDNŞ-də təqaüd yaşına çatmış işçilərinin kütləvi surətdə işdən azad olunması zamanı Həmkarlar İttifaqı Komitəsinin fəaliyyətsizliyini misal göstərmək olar. (Balaxanıneft NQÇİ, “Azərneftyağ” zavodu ,Nərimanneft NQÇİ, Azəriqaz İB-də və sair). Bu işçilərin  bəzilərinin hüquqları məhkəmə vasitəsi ilə bərpa olunmuşdur. ARDNŞ rəhbərliyi tərəfindən Azərbaycan Respublikasının «Həmkarlar İttifaqı Haqqında» Qanunun 11–ci maddəsi mütamadi olaraq pozulur, yəni - müdüriyyətin təşəbbüsü ilə struktur bölməsinin ləğv edilməsi və iş yerlərinin ixtisarı zamanı Həmkarlar İttifaqı ən azı 3 ay qabaq xəbərdar edilməmiş və işçilərin mənafeylərinin qorunması barədə Həmkarlar İttifaqı ilə danışıqlar aparılmamışdır.

2005-2006-cı illərdə ölkədə fəaliyyət göstərən xarici neft şirkətlərində həmkarlar təşkilatlarının yaradılması üçün müəyyən canlanma hiss olusa da,bu hərəkat boğuldu. Hal-hazırda yalnız üç şirkətdə həmkarlar təşkilatı fəaliyyət göstərir.

Asfen, BOSS-Şelf JBP-nin təchizat bazası

Hasilatın Pay Bölgüsü Sazişində iştirak edən Xarici neft şirkətlərində isə iki səbəbdən həmkarlar təşkilatı yaratmaq mümkün deyil:

- İşçilər mövcud həmkarlar təşkilaına etibar etmir

- İşəgötürənlər şirkətlərdə  həmkarlar təşkilatının yaranmasının əleyhinədir və bu prosesi ciddi nəzarət altında saxlayırlar.

 

Rəy: Ölkədə hal-hazırda mövcud olan Həmkarlar Təşkilatları buraxılmalı,işçilər tərəfindən müstəqil həmkarlar təşkilatları yaradılmalıdır.

 

3.13. Qeyri hökumət təşkilatları

Qeyri hökumət təşkilatları tərəfindən bu sahədə ictimai nəzarət zəifdir.

 

3.14. Məhkəmələr

- Məhkəmə-Hüquq Şurası tərəfindən işçilərin hüquqlarının pozulması ilə nəticələnən Qətnamələr qəbul etmiş hakimlərin intizam məsuliyyətinə cəlb olunmaması da. ədalətsiz qətnamələrin artmasında böyük rol oynayır. Məhkəmələrdə baş verən pozuntularla əlaqədar NHMT Xətai rayon məhkəməsinin keçmiş hakim Bəhram Şükürovdan,Nəsimi rayon məhkəməsinin hakimi Tahir İsmayılovdan Məhkəmə Hüquq Şurasına şikayət məktubu ünvanlayıb

 

Rəy:  Məhkəmə hakimlərini bəziləri  əmək(,sosial-iqtisadi)qanuvericilikləri,başqa hüquq sahələrinə nisbətən  zəif bilirlər.Buna görə də hakimlərin bu sahədə olan bilik və bacarıqlarının artırılması üçün vaxtaşırı treninqlərin keçirilməsinə ciddi ehtiyac var.

 

2010-cu il ərzində NHMT tərəfindən edilən hüquqi yardım nəticəsində  70 nəfər iddia ərizəsi ilə məhkəməyə müraciət edib, 33 nəfər (Holliburtun) iddiadan imtina edib, 37 nəfərin iddiasına baxılıb.

 

1

İşə bərpa  və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi ilə əlaqədar İddialar:

  • Təmin olunub:
  • Qismən təmin edilib:
  • Təmin edilməyib: -

9 nəfər

 

5 nəfər

3 nəfər

1 nəfər

 

2

Əmək xəsarətinin qeydə alınması ilə əlaqədar İddialar:

  • Təmin olunub:- -
  • Təmin olunmayıb:

 

2 nəfər

--------

2 nəfər

3

Əmək xəsarəti ilə əlaqədar müavinətların ödənilməsi ilə əlaqədar İddialar::

  • Təmin olunub:-
  • Təmin olunmayıb:

 

4 nəfər

 

2 nəfər

2 nəfər

4

Əmək haqqının ödənilməsi ilə əlaqədar ilə əlaqədar İddialar::

  • Təmin olunub:
  • Təmin olunmayıb:

 

7  nəfər

5 nəfər

2 nəfər

5

Əmək haqqının ödənilməsi tələbi üzrə ilkin İddiadan

İmtina -  məhkəmə mərhələsində.

 

 

33 nəfər

6

Mülkiyyət hüququ ilə əlaqədar ilə əlaqədar İddialar:

  • Təmin olunub:
  • Təmin olunmayıb:- -
  • Davam edən:-

 

7 nəfər

1 nəfər

5 nəfər

1 nəfər

7

RGB şirkətinin Prezidenti Rod  Freyzerin inzibati məsuliyyətə cəlb edilməsi ilə əlaqədar İddia:

1 nəfər

8

Davam edən məhkəmə mübahisəsi ilə əlaqədar İddialar:

 

Azərbaycan  Respublikasının müxtəlif Məhkəmələrində:

İnsan Hüquqları üzrə Avropa Məhkəməsində: -

 

7 nəfər

 

5 nəfər

2 nəfər

 

 

Cəmi: -

 

37 nəfər

                                  

 

Qeyd: Həm hüquqi bilik və həm də maddi tərəfdən işəgötürəndən zəif olan və açıq-aşkar hüquqları pozulan işçi öz hüququnu qorumaq istədikdə, yalnız onun bu hüquqlarını pozan işəgötürənlə deyil, həm də bu mübahisədə bitərəf olmalı olan, yalnız əmək qanunvericiliyinə ictimai və dövlət nəzarətini, ədalət mühakiməsini həyata keçirməli olan orqanlarla: Həmkarlar İttifaqları Təşkilatları, Dövlət Əmək Müfəttişliyi, Məhkəmə hakimləri və sair orqanlarla üzbəüz qalır. Bu orqanlar isə əksər hallarda öz vəzifə və funksiyalarını unudaraq işəgötürənin təmsilçisi və maraqlarını qoruyan tərəf kimi çıxış edirlər.

 

4. Neft Layihələrinin təsirinə məruz qalan ərazilərdə insanların hüquqları

4.1. ARDNŞ tərəfindən vətəndaşların mülkiyyət hüquqlarının pozulması:

  • Vətəndaşlara qarşı “Özbaşına tikilmiş tikintinin sökülməsi, ərazinin böşaldılması və qanunsuz tikilidən çıxarılması barədə” İdda tələbləri barədə 2007-ci ildən başlayan məhkəmə mübahisələri 2010-cu ildə də davam etmişdir.
  • Bu müddətdə Binəqədi rayon məhkəməsində  “Binəqədi Oyl” Əməliyyat şirkətinin 1000-dən çox vətəndaşa qarşı qanunsuz iddia tələbi təmin olunmuşdur.
  • Bu müddətdə Sabunçu rayon məhkəməsində  Balaxanıneft NQÇİ-nin 1500-dən çox vətəndaşa qarşı qanunsuz iddia tələbi təmin olunmuşdur.
  • Bu müddətdə Səbail rayon məhkəməsində  Bibiheybətneft NQÇİ-nin 3000-dən çox vətəndaşa qarşı qanunsuz iddia tələbi təmin olunmuşdur. Ən azı 2000-nəfərə qarşı bu iddia tələblərinin verilməsi barədə sənədlər hazırlanır.
  • Bu İddia tələbləri qanunsuz olmaqla bərabər tələm-tələsik hazırlanır, əsas hallarda orda yaşayan bütün cavabdehlər deyil, yalnız ailə başçısı cavabdeh kimi mülki işə cəlb edilir.
  • Bu tikililərdə yaşayan vətəndaşların əsas hissəsini qaçqın və məcburi köçkünlər, uzun illər ARDNŞ-də mənzil növbəsinə dayanan və mənzil almayan  işçilər və aztəminatlı ailələrdir.
  • Qanunsuz hesab edilən bu tikililərdə yaşayan vətəndaşların bir çoxunun həmin yaşayış sahəsinə qeydiyyatı məhkəmə qərarları vasitəsi  ilə həyata keçirilmişdir.
  • Qanunsuz hesab edilən bu tikililərdə yaşayan vətəndaşların bir çoxunun həmin yaşayış sahəsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən bu mənzillər məhz özbaşına tikinti kimi dövlət qeydiyyatına almışdır və bu qərar qüvvədə olmaqla heç bir dövlət orqanı və ya məhkəmələr tərəfindən etibarsız hesab edilməməşdir. Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanunun 2.3-cü maddəsinə əsasən  daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq yalnız məhkəmə qaydasında etibarsız hesab edilə bilər. Lakin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Hesabatla dövlət qeydiyyatına alınmış bu qərar qüvvədə olmaqla heç bir dövlət orqanı və ya məhkəmələr tərəfindən etibarsız hesab edilməməşdir.
  • Qanunsuz hesab edilən bu tikililərdə yaşayan vətəndaşların bir çoxunun həmin torpaq sahəsinə mülkiyyət hüququ üçün əsas verən Rayon Bələdiyyələrinin Sərəncamları vardır.
  • Qanunsuz hesab edilən bu tikililərdə yaşayan vətəndaşların bir çoxunun həmin mənzillərə mülkiyyət hüququ üçün əsas verən Texniki Pasportları vardır.
  • Həmin torpaqlar dövlət mülkiyyətinə aid olan torpaqlardır və bu torpaqlar üzərində sahublik, sərəncam və istifadə hüquqları ARDNŞ-yə məxsus olsada, məhkəmədə iddiaçı kimi ARDNŞ deyil, buna səlahiyyəti olmayan İdarələr çıxış edir. Əsas:Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 24 yanvar tarixli, 844 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nizamnaməsinin 3.1  və 3.3-cü  maddəsi.
  • Bibiheybətneft ərazisində olan torpaq sahələri “Azneft” İB-nin Baş direktoru Y. Camalovun 09.02.1999-cu il tarixli, YC011/218 saylı məktubu, Bakı şəhər İcra Hakimiyyətinin başçısı R.Allahverdiyevin 29.07.1999-cu il tarixli, 67 saylı Sərəncamı və 26.09.2000-ci il tarixli, 910 saylı Sərancamı ilə təsdiq olunmuş Xəritəsinə əsasən mübahisə edilən torpaqlar bu Birliyin öz məktubu və xahişi əsasında “Azneft” İB-yindən geri alınaraq Bakı şəhər İcra Hakimiyyətinin Sərəncamı ilə Səbail Bələdiyyəsinə verilib. Səbail Bələdiyyəsin qərarı əsasında isə bu torpaq sahələri  vətəndaşlara verilib.
  • Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə 07 may 2010-cu il tarixində müşavirə keçirilmişdir. Müşavirədə Kür çayında suyun səviyyəsinin qalxması ilə bağlı baş verən təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması məsələləri müzakirə olunmuşdur. Müşavirədə  bu hadisə ilə yanaşı Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən ARDNŞ-nin ərazisində olan qanunsuz tikililərlə əlaqədar məsələyə də toxunulmuşdur. Azərbaycan Prezidenti İlham Əliyev bildirmişdir: Qanunsuz tikililərə gəldikdə, bir də demək istəyirəm ki, artıq mən giriş sözümdə bunu dedim, kimin bu işlərdə əli varsa, o şəxslər müəyyən edilməlidir və cəzalandırılmalıdır. Digər tərəfdən, bu gün köçürülməli olan evlərin sahiblərinə kompensasiya ödəməklə onlar oradan köçürülməlidirlər. O insanların böyük əksəriyyətinin heç bir günahı yoxdur.Onlar gedib yerli icra orqanlarından icazəni də, sərəncamı da alıblar. Bütün başqa qurumlardan - icazə verən qurumlardan da hər şey alıbdır, ev tikibdir. Düzdür, bəlkə də səhv edib, düz etməyib, orada ev tikmək olmaz. Yenə də deyirəm, yüksək gərginlikli xəttin altında ev tikən özünə qəsd edir, öz balasına qəsd edir. Bunu etmək olmaz, o xəstəlikdir, orada salamat adam qala bilməz. Özünə yazığı gəlmirsə, uşağına yazığı gəlsin. Relsin kənarında ev tikən fikirləşmir ki, onun balası relsdən gecə-gündüz ora-bura qaçıb keçir, onu qatar vura bilər. Əgər dövlət maraqları onu maraqlandırmırsa, heç olmasa onu fikirləşsin, öz övladını fikirləşsin. Ancaq yenə də deyirəm, onlarda da günah vardır. Amma ən böyük günah onlara o yerləri verən şəxslərdədir. Neft buruqlarının içində torpaq ayrılır ki, evlər tikilsin. Camaat da gedib orada - neftin içində ev tikib. Orada necə yaşamaq olar?! Bu, birbaşa xəstəlikdir. Orada həm radioaktiv maddələr, həm ağır metallar, həm reagentlər, həm yod, həm orada çıxan o tüstülər - bunlar birbaşa insanın sağlamlığına ziyandır. Bu icazəni verən bunu bilmirdimi? Bilirdi. Onu insanın sağlamlığı maraqlandırmır, ancaq öz cibi maraqlandırır. İndi Dövlət Neft Şirkəti tədbirlər görür ki, onları oradan köçürsün, onların öz xeyrinə görə, kompensasiya ödəməklə. Ölkə Prezidentinin bu göstərişinə məhkəmə və ARDNŞ tərəfindən əməl edilməmişdir.
  • AR  Mülki Məcəlləsinin 373-cü maddəsinə əsasən  “Ümumi iddia müddəti on il təşkil edir. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir”.  Vətəndaşların əksəriyyətin həmin ərazilərdə 1991-1994-cü ildən yaşamaqla məskunlaşıb. Bu faktlar rəsmi dövlət orqanlarının o cümlədən Bakı şəhər Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin Hesabatında, Rayon məhkəmələrinin Qərarlarında, Rayon Bələdiyyələrinin s Sərənacamlarında və sair   sənədlərdə öz əksini tapmışdır. Bu sənədlərə əsasən İddiaçı tərəfdən AR  Mülki Məcəlləsinin 373-cü maddəsində göstərilən müddət buraxıldığından bu iddia ərizələri təmin olunmamalıdır.
  • Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin  01 iyul 2004-cü il tarixli 298 saylı                                                                                                   "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında Sərəncamının 2-ci maddəsinə əsasən: “Azərbaycan Respublikasının aidiyyəti dövlət orqanlarının rəhbərlərinə tapşırılsın ki, məcburi köçkünlər öz doğma yurdlarına qayıdana, həmçinin müvəqqəti yaşamaq məqsədilə yeni qəsəbələrə və evlərə köçürülənədək mülkiyyətindən asılı olmayaraq 1992-1998-ci illərdə müvəqqəti məskunlaşdıqları ictimai binalardan, mənzillərdən, torpaq sahələrindən və digər obyektlərdən çıxarılması hallarına yol verməsinlər”.
  • Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramının icrası ilə əlaqədar Azərbaycan Respublikası nazirlər Kabinetinin 24.12.2004-cü il tarixli 200 saylı Qərarına əsasən “Məcburi köçkünlər öz doğma yurdlarına qayıdana, həmçinin müvəqqəti yaşamaq məqsədilə yeni qəsəbələrə və evlərə köçürülənədək mülkiyyətindən asılı olmayaraq 1992-1998-ci illərdə müvəqqəti məskunlaşdıqları ictimai binalardan, mənzillərdən, torpaq sahələrindən və digər obyektlərdən çıxarılması hallarına yol verilmir”.
  • AR Mülki Məcəlləsinin 179-cu maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 28 yanvar 2002-ci il tarixli Qərarına əsasən 2000-ci il sentyabrın 1-dən qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 179-cu maddəsində daşınmaz əmlaka mülkiyyət hüququnu əldəetmə müddəti müəyyən olunmuşdur. Mülki Məcəllənin 179.1-ci maddəsinə əsasən daşınmaz əmlakın mülkiyyətçisi olmayan, lakin on il ərzində ona öz əmlakı kimi vicdanla, açıq və fasiləsiz sahiblik edən fiziki və ya hüquqi şəxs bu əmlaka mülkiyyət hüququ əldə edir (əldəetmə müddəti).

 

Qeyd: Təşkilat tərəfindən İsmayılov Taryel İsmayıl oğlu və digər 5 nəfərin məhkəmədə hüquqlarının qorunmasına hüquqi yardım göstərilmiş və mülki işin monitorinqi keçirilmişdir.

Qeyd: Vətəndaşların dəfələrlə etdiyi müraciətlərə baxmayaraq Səbail rayonundan olan millət vəkili Fuad Muradov vətəndaşlara heç bir kömək göstərməmişdir.

 

4.2. Neft pulları hesabına maliyyələşən layihələrin təsirinə məruz qalan ərazidə yaşayan insanların hüquqları          

2010-cu ildə Təşkilat tərəfindən vətəndaşların mülkiyyət hüquqlarının qorunması sahəsidə vətəndaşlara hüquqi məsləhətlər verilmiş, məhkəmə və digər dövlət orqanlarında hüquqları qorunmuş, monitorinqlər aparılmışdır.

Bakı-Qəbələ-Qğuz su kəmərinin çəkiliş ilə əlaqədar “Azərsu” ASC tərəfindən vətəndaşların Azərbaycan Respublikası Konstitusiyasının 29- cu maddəsi, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157, 246-249-cu maddələri, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 aprel 2009-cu il tarixli 54 saylı Qərarı ilə təsdiq edilmiş «Dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın satınalma qiymətinin hesablanması Qaydası» və Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında Azərbaycan Respublikası Qanununda  aşağıda göstərilən hüquqları pozulmuşdur və bu tələblərə əməl edilməmişdir və nəticədə 3200 mülkiyyətçinin hüquqları aozulmuşdur.Belə ki,mülkiyyətçilərin kəmər alsına düşən torpaq sahələrinin əvəzinə heç bir ödəniş,yaxud həmintorpağın əvəzində başqa torpaq sahəsi verilməmişdir. Tikinti 2007-ci ildə başlayıb, 2008-ci ildə sona çatmalı idi. Ancaq su kəmərinin tikintisinin sifarişçisi olan Azərsu dekabr 2010-cu ildə su kəmərinin tikintisinin başa çatmasını elan etsə də hələ də torpaq mülkiyyətçilərin pozulmuş hüqüqlarının bərpası üçün heç bir tədbir görməyib.

Bununla əlaqədar:

Qəbələ Rayon Şamılı kəndə sakini Rəfiyev  Vidadi  Rəfi   oğlu tərəfindən “Azərsu” Açıq Səhmdar     Cəmiyyətinə, Turan Həzinadar oğlu İnşaat və Ticarət Şirkətinə və Qəbələ Rayon İcra Hakimiyyətinə  qarşı “Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsi ilə əlaqədar   dəymiş zərərin əvəzinin     ödənilməsi  barədə”    İddia Ərizəm üzrə mülki iş hal hazırda Bakı şəhər Yasamal  rayon Məhkəməsinin icraatındadır.

- Hacıqabul rayon Tağlı kənd sakini Zülfüqarov Telman həsənağa oğlunun “Azərsu” Açıq Səhmdar     Cəmiyyətinə və Turan Həzinadar oğlu İnşaat və Ticarət Şirkətinə qarşı “Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsi ilə əlaqədar   dəymiş zərərin əvəzinin     ödənilməsi  barədə”    İddia Ərizəsi üzrə mülki işin hal hazırda Bakı şəhər Yasamal  rayon Məhkəməsinə təqdim olunması üçün sənədlər hazırlanır.

Torpaq mülkiyyətçilərinin məhkəmədə müdafiəsi NHMT tərəfindən aparılır.Daha geniş informasiyanı aşağıdakı linkdən əldə edə bilərsiniz:

 http://www.nhmt-az.org/ts_general/azl/melumat/m-45.htm

 

5. Beynəlxalq kreditlər hesabına maliyyələşən layihələrin təsirinə məruz qalan ərazilərdəki insanların hüquqları

16 Dekabr 2008-ci ildə Dünya Bankı və Azərbaycan Respublikasının hökuməti 300 milyon dollarlıq   Ssuda Sazişi imzalayıb.Lakin layihənin reallaşdırılması,bir çox problemlərin yaranmasına səbəb olub.

Dünya Bankının maliyyəsi hesabına reallaşdırılan Ələt-Astara yolunun təsirinə məruz qalan Salyan rayonunun torpaq mülkiyyətçilərinin hüququ “Azəravtoyolservis” tərəfindən pozulub.

AR Mülki Məcəlləsi. 157-ci maddə - (Dövlət tələb etdikdə dövlət tərəfindən mülkiyyət yalnız qanunla icazə verilmiş hallarda yolların və digər kommunikasiya xətlərinin çəkilməsi, sərhəd zolağının müəyyən edilməsi və ya müdafiə əhəmiyyətli obyektlərin tikilməsi məqsədilə müvafiq dövlət orqanı tərəfindən və yalnız bazar dəyəri miqdarında qabaqcadan əvəzi ödənilməklə özgəninkiləşdirilə bilər)

 

AR Mülki Məcəlləsinin 246.3-cü    maddəsi(  Dövlət ehtiyacları üçün alınan torpaq sahələrinin satınalma qiyməti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanaraq   bildirişin göndərildiyi gündən sonra 80 təqvim günündən tez və 120 təqvim günündən gec olmayaraq mülkiyyətçiyə ödənilir.) 

AR Nazirlər Kabinetinin 4  aprel  2009-cu il tarixli 54 saylı Qərarı ilə təsdiq edilmiş «Dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın satınalma qiymətinin hesablanması Qaydası»nın 2.5-ci maddəsi - (Qərar qəbul edildikdən 3 təqvim günü müddətində Sifarişçi tərəfindən daşınmaz əmlakın mülkiyyətçisinə bu barədə yazılı bildiriş   göndərilir və satınalma qiymətinin hesablanması məqsədi ilə daşınmaz əmlakın qiymətləndirilməsi üzrə peşəkar fiziki və ya hüquqi şəxslər Qiymətləndirici cəlb edilir).

Azərbaycan Respublikası Konstitusiyasının 29- cu maddəsi-( dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər)

Sahə və digər polis orqanları vasitəsi ilə yerli sakinlərə təzyiq edilərək  hər hektara görə 1800 manat ödənilməsi barədə sənədə imza etməsi tələb olunur. 

Salyan rayon Marışlı kəndinin 50 nəfər mülkiyyətçisi adından qanunsuz olaraq Bələdiyyə işçisi Səmədov Şamil Qubad oğlunun adına Etibarnamə verilməsi barədə Siyahı tərtib olunmuşdur. Qeyd olunan Etibarnamə onu təsdiq etmək səlahiyyəti olmayan Marışlı kənd inzibati ərazi nümayəndəsi İ.S.Səfərov tərəfindən təsdiq olunub.

Əhaliyə daşınmaz əmlakla əlaqədar pulların ödənilməsi  hal hazırda qüvvədə olan AR Nazirlər Kabinetinin 4 aprel 2009-cu il tarixli 54 saylı Qərarı ilə təsdiq edilmiş «Dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın satınalma qiymətinin hesablanması Qaydası” ilə deyil, qüvvədən düşmüş AR Nazirlər Kabinetinin 1998-ci ilin normativ qiymətləri əsasında ödəmək təklif olunur.

Ətraflı məlumat:

http://www.nhmt-az.org/ts_general/azl/layihe/prj5-6.htm

 

NHMT İB rəhbəri: Mirvari Qəhrəmanlı

NHMT İB rəhbərinin hüquqi məsələlər üzrə müavini: Azər Quliyev