NHMT - 2009-cu il üzrəAzərbaycanın neft sektorunda insan hüquqlarının vəziyyəti

2009-cu il üzrəAzərbaycanın neft sektorunda insan hüquqlarının vəziyyəti

2009-cu il üzrə Azərbaycanın neft sektorunda insan hüquqlarının vəziyyəti

 

Hesabat  təşkilata daxil olan  müraciət, şikayət ərizələri, təşkilat kordinatorlarının verdiyi məlumat, informasiya sorğularına verilmiş cavablar əsasında hazırlanmışdır

 

Təşkilat haqqında məlumat.

 

     Azərbaycanda iri neft layihələrinin reallaşmağa başlaması, Azərbaycanın neft sektorunda  kütləvi surətdə insan hüquqlarının pozulması halları ilə müşayət olunurdu.   Neft sənayesində mövcud  Həmkarlar İttifaqları isə işçi hüquqlarının qorunmasında passivlik göstərməyə başladı və tamamilə işəgötürənin qeyri-rəsmi strukturuna çevrildi.

 

     Bununla əlaqədar  Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ)   idarə və müəssisələrində müxtəlif vəzifələrdə (mühəndis, fəhlə, qulluqçu və sair )çalışan bir qrup neftçi rəsmi Həmkarlar İttifaqıTəşkilatlarının(HİT) tutduğu mövqeyə və bunun nəticəsində yaranmış problemlərə   cavab və reaksiya  verdilər. Nəticədə  3 sentyabr 1996-cı ildə  Azərbaycanın neft sənayesində  insan hüquqlarının qorunması  məqsədilə   Neftçilərin Hüquqlarını Müdafiə  Təşkilatı(NHMT İB)İctimai Birliyi  təsis edildi.  .Təşkilat 1996-cı ildə təsis olunmasına baxmayaraq dövlət qeydiyyatına 2006-cı ildə alınmışdır  NHMT İB  yarandığı gündən  öz fəaliyyətini  işçi hüqüqlarının qorunmasına, neft şirkətlərinin fəaliyyətlərinin ətraf  sosial mühitə təsirlərinin qiymətləndirilməsinə, eləcədə neft hasilatı və satışından daxil olan vəsaitlərdən şəffaf,ə dalətli və səmərəli sərf olunmasına yönəldərək bunula əlaqədar əlaqədar layihələr reallaşdırmış,  neft sənayesində korrupsiya hallırının   aşkar edilməsi   və  ona qarşı mübarizə aparılmasında fəal iştirak etmişdir. (veb sayt: www.nhmt-az.org)

    NHMT yalnız öz üzvlərinin hüquqlarını deyil, təşkilata müraciət edən hər bir şəxsin  hüquqlarını müdafiə edir. Əvvəlcə fəaliyyətə yalnız ölkənin neft sektorunda insan hüquqlarının qorunması ilə məşğul olan təşkilat fəaliyyəti müddətində qazandığı təcrübə və öyrənilmiş dərslər   nəticəsində sonralar fəaliyyət dairəsini genişləndirərək daha  yeni fəaliyyətləri də öz strateqiyasına daxil etdi.

NHMT əmək münasibətləri sahəsində yaranan problemlərin və boşluqların aradan qaldırılması, əmək  qanunvericiliyinin tədbiqi iləı əlaqədar Azərbaycan Respublikasının Milli Məclisinə, Azərbaycan Respublikası Əmək Və Əhalinin Sosial Müdafiə Nazirliyinə, Dövlət Əmək Müfəttişliyinə, Millət Vəkillərinə, ARDNŞ-yə, BP-yə və sair orqan və vəzifəli şəxslərə müraciət   və təkliflərlə çıxış edir.

Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı İctimai Birliyi (NHMT İB)  1996-cı ildən  neftçilərə əmək, iqtisadi və sosiaıl hüquqlar sahəsində   hüquqi yardımlar göstərir. Təşkilat   işçiləri marifləndirir, məhkəmə proseslərinin monitorinqini aparır, proses zamanı hakimlər tərəfindən edilən hüquq pozuntuları və baş verən korrupsiya halları haqqında ölkə və beynəlxalq  ictimaiyyətə və müvafiq dövlət qurumlarına açıqlamalar verir. Əmək hüquqları sahəsində hüquqi yardım və marifləndirmə içləri Təşkilatın ofisində, mətbuat və televiziya vasitəsi ilə, Təşkilatın internet saytında, telefon vasitəsi ilə, məhkəmə orqanlarında müdafiə və sair vasitələrlə həyata keçirilir. İnsan hüquqları, o cümlədən sosail-iqtisadi və əmək huquqlarına riayət olunması haqqında alternativ hesabatların hazırlanmasında iştiak edir. Bu sahəni tənzimləyən Azərbaycan Respublikasının Əmək Məcəlləsinə edilən bir çox əlavə və dəyişikliklər məhz Təşkilatın müxtəlif orqanlar qarşısında qaldırdığı təkliflər əsasında həyata keçirilmişdir.

2009-cu il ərzində  Azərbaycan  Respublikasının neft sənayesində çalışan işçilər bir çox sahələrdə öz əmək, iqtisadi və sosial hüquqlarının bərpası ilə əlaqədar NHMT-nə müraciət etmiş və müxtəlif hüquqi yardımlar almışlar. Bu müddətdə  təşkilatın ofisində işçilərə hüquqi məsləhətlər verilmiş, müəssisə və dövlət orqnlarına müraciətlər edilmiiş, məhkəməyə iddialar hazırlanmış, telefon vasitəsi ilə və şifahi izahatlarla 1520 nəfərə yaxın işçiyə (ARDNŞ, Kaspian Şpyard, RGB (Riqblast),  BUE Kaspian, EAST Helikopter, Kaspian Vireline, Binəqədi Oyl, Qarasu Əməliyyat şirkəti və s.) sosial, iqtisadi və əmək  hüquqlarının bərpası ilə əlaqədar hüquqi  yardımlar göstərilmişdir.

 

İşçilərin əmək qanunvericiliyi ilə nəzərdə tutulan əsas hüquqlarının pozulma səbəbləri və problemləri:

 

  • İşçilərin öz huquqlarını,  xüsusən də əmək hüquqlarını kifayət qədər bilməməsi;
  •  İşçilərin əmək hüquqları sahəsində  kifayət qədər marifləndirilməməsi;
  • Dövlət Əmək Müfəttişliyi və yerli məhkəmələr tərəfindən  ədalətli və qanuni qərarlar  qəbul olunmasına inamın az olması;
  • ARDNŞ və  neft sənayesində fəaliyyət göstərən xarici şirkətlər tərəfindən Əmək Məcəlləsinin 44.3 (əmək müqaviləsinin bir nüsxəsinin işçilərə verilməməsi), 45.4 və 47-ci (bütün işçilərlə müddətli əmək müqaviləsi bağlanılır), 240-246-cı (qadınların əmək hüququ və onun həyata keçirilməsində təminatlarının yerinə yetirilməməsi, güzəştlərin tədbiq olunmaması)  və sair maddələrinin pozulması və işəgötürənlər tərəfindən bu maddələrdə olan tələblərə əməl edilməməsi.  
  •  Əmək müqaviləsi bağlanılarkən işçilərin Əmək Məcəlləsində göstərilən hüquqlarının məhdudlaşdırılması. (Əmək Məcəlləsinin 43-cü maddəsi). 
  • Mənzil növbəsinə qəbul və mənzillə təmin olunma sahəsində işçilərin hüquqlarının pozulması.
  • Istirahət və bayram günlərində əmək haqqının ikiqat ödənilməməsi – (ARDNŞ)  
  • İstirahət və bayram günlərində işçilərin məcburi olaraq haqqı ödənilməyən iməcliklərə çağırılması -  
  • İşçilərin attestasiyasının keçirilməsində qərəzli olma.  
  • ARDNŞ-nin  29 aprel 2009-cu il tarixli 22/MQ-334Sq tarixli məktubu.(  təqribən 20.000-dək insan işsiz qalmışdır.)

   

Xarici neft şirkətlərində  insan hüquqlarını pozulması.

 

1. Əmək Məcəlləsinin  44-cü maddəsinin pozulması. Əmək müqaviləsi iki nüsxədən az olmayaraq tərtib olunur, tərəflərin imzası (möhürü) ilə təsdiq edilir və onun bir nüsxəsi işçidə, digər nüsxəsi isə işəgötürəndə saxlanılır. Təşkilata müraciət edən işçilərin əksəriyyəti bildirirlər ki, əmək müqaviləsinin bir nüsxəsi onlara verilmir. (Azneftyağ NEZ, Bibiheybətneft NQÇİ və s).

2. Əmək Məcəlləsinin 83.2,  87.3,  172.4  və sair maddələrinin və digər normativ  hüquqi aktların pozulması və əmək müqaviləsinə xitam verilməsi barədə əmrin surətinin, əmək kitabçasının və son haqq-hesabın əmək müqaviləsinə xitam verilərkən  sonuncu iş günü  işçiyə verilməməsi və ya ümumiyyətlə verilməməsi. Bu sənədlərin vaxtında  işçiyə verilməməsi  onları bir ay müddətində məhkəməyə müraciət etmə hüququndan məhrum edir (ARƏM maddə - 296) və işçilər üçün digər əlavə və süni problemlər yaradır.(Balaxanıneft NQÇİ, Neft daşları NQÇİ və s).

3. Əmək Məcəlləsinin 3-5,  42-53, 68-79,  80-88  və sair maddələrinin pozulması və işçilərlə əmək müqaviləsi  əvəzinə  (Əmək Məcəlləsinə uyğun),   mülkü hüquqi müqavilə olan podrat müqaviləsinin (Mülki Məcəlləyə uyğun) bağlanması və bununla da işəgötürənlərlə əmək münasibətlərində olan işçilərin  Əmək Məcəlləsində göstərilən hüquq və təminatlardan süni surətdə məhrum edilməsi  (Binəqədi Oyl, PCLvə sair).

4. Azərbaycan Respublikasının “Əmək Miqrasiyası haqqında Qanunun” pozulması:   İşçi miqrantların  qeydiyyata alınmaması. (Binəqədi Oyl, Kaspian Şpyard, EAST Helikopter və sair)

5. Əmək Məcəlləsinin 16, 127, 240-246-cı maddələrinin pozulması – Əmək Məcəlləsi ilə qadınlara verilmiş hüquq və təminatlarının işəgötürənlər tərəfindən pozulması. (EAST Helikopter, Kaspian Vireline servises, Statoil-Hudro və əksər digər xarici şirkətlər)

6.   ARƏM-in  45 və 47 - ci  maddələrini pozub  işçilərlə bir və 2 ay müddətində  əmək müqaviləsinin bağlanması (Kaspian Şpyard, KSA Deutaq və sair)

7. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 yanvar 2003-cü il tarixli 3 saylı qərarının pozulması.  Əmək xəsarəti aldığına görə İZ ( İstehsalat Aktı) aktı verilməsinə baxmayaraq işəgötürən tərəfindən müvafiq ödəmələrin aparılmaması. ( RGB şirkəti)

7. İşəgötürənlər tərəfindən (Kaspian Şpyard, Qarasu Əməliyyat şirkəti və sair) Əmək Məcəlləsinin 19, 309-cu maddələrinin və Həmkarlar İttifaqı haqqında AR Qanununun pozulması. (İşçilər arasında heç bir fərq qoyulmadan, işəgötürəndən qabaqcadan icazə alınmadan, sırf könüllülük prinsipləri əsasında həmkarlar ittifaqları təşkilatı yaradıla bilər. İşçilər əmək, sosial, iqtisadi hüquqlarını, qanuni mənafelərini müdafiə etmək üçün müvafiq həmkarlar ittifaqlarına daxil olub həmkarlar ittifaqlarının fəaliyyəti ilə məşğul ola bilərlər. İşçilərin və işəgötürənlərin əmək, sosial və iqtisadi hüquqlarının və qanuni mənafelərinin təmin olunmasına ictimai nəzarəti «Həmkarlar ittifaqları haqqında» Azərbaycan Respublikası Qanununda və bu Məcəllədə nəzərdə tutulmuş qaydada müvafiq həmkarlar ittifaqları orqanları, habelə işəgötürənlərin nümayəndəli orqanları tərəfindən həyata keçirilir

8. Əmək Məcəlləsinin 45 və 70-ci maddəsinin b) bəndinin tələblərinin  pozulması və qanunsuz ixtisarların aparılması: Binəqədi Oyl şirkəti, Qarasu Əməliyyat şirkəti, Kaspian BUE və sair

 

 ARDNŞ-də qanunsuz ixtisarların aparılması.

 

2009-cu ildə neft sənayesində işçilərin ən çox hüquqlarının pozulması ARDNŞ-də qanunsuz yollarla onlarla bağlanmış əmək müqaviləsinə xitam verilməsi olmuşdur. Bu şirkətdə işləyən və pensiya yaşına çatmış işçilərin 95 faizi ilə əmək müqaviləsinə Əmək Məcəlləsinin 16, 68 və 69-cu maddələrinin  tələbləri pozulmaqla xitam verilmişdir.   İşçilərin müraciətlərinə və Təşkilatın araşdırmasına əsasən müəyyən edilmişdir:  Əmək Məcəlləsində pensiya yaşına çatmış işçilərlə bu səbəbdən əmək müqaviləsinə xitam verilməsi əsası olmadığından ARDNŞ-nin idarə və təşkilatlarının rəhbərləri tərəfindən işçilərə “öz xahişləri ilə” Ərizə yazmaqla işdən getmək tələb olunur. Bu təkliflə razılaşmayan işçilərə qarşı: ştatlarının ixtisar olunacağı, tibbi yoxlamaya göndərilməklə işə yararsız olmaları barədə rəylərin alınacağı, attestasiyadan keçirilməklə işdən azad olunacaqları, işə buraxılmayacaqları, peşə və vəzifələrinin öhdəsindən gəlmədiklərinə görə və ya əmək intizamını pozma əsası ilə işdən azad olunacaqları və sair yollarla hədə qorxu gəlinmişdir. Nəticədə bu hədə -qorxulara davam gətirməyən işçilər “öz xahişləri ilə” Ərizə yazmaqla işdən getməyə məcbur olmuşlar. Təşkilat hesab edir ki, vətəndaşlar yaşına görə deyil, bilik və bacarığına, peşəkarlığına görə, əmək müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirməsinə görə işdə saxlanılmalı  və ya əmək müqaviləsinə qanunlnəzərdə tutulan qaydada xitam verilməlidir. Belə ki, Əmək Məcəlləsinin 16-cı madəsinə əsasən “əmək münasibətlərində yaşına, həmçinin işçinin işgüzar keyfiyyətləri, peşəkarlıq səriştəsi, əməyinin nəticələri ilə bağlı olmayan digər amillərə görə işçilər arasında hər hansı ayrı-seçkiliyə yol verilməsi, həmin amillər zəminində bilavasitə və ya dolayısı ilə imtiyazların və güzəştlərin müəyyən edilməsi, habelə hüquqlarının məhdudlaşdırılması qəti qadağandır. Əmək Məcəlləsinin 43.3-cü madəsinə əsasən “əmək müqaviləsi bağlanarkən, həmçinin əmək münasibətlərinə xitam verilənədək bu Məcəllə ilə işçilər üçün müəyyən edilmiş hüquq və təminatların səviyyəsi azaldıla bilməz”. Əmək Məcəlləsinin əmək müqaviləsinə xitam vermə qaydalarını tənzim edən 68-76-cı maddələrində isə işçilərlə əmək müqaviləsinə yaşa görə xitam verilməsi əsası nəzərdə tutulmamışdır. ARDNŞ-nin bu qanunsuz tələbinə əməl etməyən işçilər isə yuxarıda göstərilən qaydada işdən azad olundular. Məsələn:  “Azəriqaz” İstehsalat Birliyinin işçisi Xeyrulla Heydərov NHMT-nın köməyi ilə Xətai rayon məhkəməsinə müraciət etmiş və Xətai rayon məhkəməsinin qərarı ilə işə bərpa edilmişdir. İşçi ilə əmək müqaviləsinə xitam verilərkən «Azəriqaz” İB-yi Qaz Nəqli İdarəsinnin Ştat cədvəlləri əsas tutulmuşdur. Müəssisə tərəfindən məhkəməyə təqdim olunmuş Ştat cədvəllərinə əsasən:

-“Azəriqaz” İB-yi Qaz Nəqli İdarəsinnin Hacıqabul Xətti istismar xidmətində 01  yanvar  2009-cu il tarixinə işçilərin ümumi sayı - 91 nəfər, operatorların ümumi sayı - 68 nəfər, iddiaçının bilavasitı iş yeri olan Ağdaş-Şimal sahəsində operatorların sayı – 4 nəfər olmuşdur.

 -“Azəriqaz” İB-yi Qaz Nəqli İdarəsinnin Hacıqabul Xətti istismar xidmətində 01  sentyabr  2009-cu il tarixinə işçilərin ümumi sayı - 90 nəfər, operatorların ümumi sayı - 68 nəfər, iddiaçının bilavasitı iş yeri olan Ağdaş-Şimal sahəsində operatorların sayı – 4 nəfər olmuşdur.

-“Azəriqaz” İB-yi Qaz Nəqli İdarəsinnin Hacıqabul Xətti istismar xidmətində   19 noyabr 2009-cu il tarixinə işçilərin ümumi sayı - 90 nəfər, operatorların ümumi sayı - 66 nəfər, iddiaçının bilavasitı iş yeri olan Ağdaş-Şimal sahəsində operatorların sayı – 4 nəfər olmuşdur.

 Göründüyü kimi cavabdeh tərəfindən məhkəməyə təqdim olunan Ştat cədvəllərinə əsasən həm əmrdən əvvəl, həm də əmrdən sonra, yəni yeni Ştat cədvəlləri təsdiq olunduqdan sonra da  “Azəriqaz” İB-yi Qaz Nəqli İdarəsində ştatlar və cümlədən də operatorlar üçün nəzərdə tutulmuş ştatlar ixtisar olunmamışdır. (Belə  hallar ARDNŞ-nin bütün idarə və müəssisələrində  müşahidə olunur)

Beynəlxalq Əmək Təşkilatının Əmək və məşğulluq sahəsində ayrı-seçkilik haqqında 111 saylı Konvensiyana və AR Əmək Məcəlləsinin 16-cı maddəsinə əsasən əmək münasibətlərində yaşına  həmçinin işçinin işgüzar keyfiyyətləri, peşəkarlıq səriştəsi, əməyinin nəticələri ilə bağlı olmayan digər amillərə görə işçilər arasında hər hansı ayrı-seçkiliyə yol verilməsi,  həmin amillər zəminində bilavasitə və ya dolayısı ilə imtiyazların və güzəştlərin müəyyən edilməsi, habelə hüquqlarının məhdudlaşdırılması qəti qadağandır. Cavabdeh müəssisə  olan «Azəriqaz” İB-yi Qaz Nəqli İdarəsi tərəfindən məhkəmə iclaslarında iddiaçıya onun işlədiyi ştata, yəni operator vəzifəsinə təqaüd yaşına çatması ilə əlaqədar oğlunun və ya digər qohumunun işə götürülməsi təklif olunmuşdur. İddiaçının da bildirdiyinə görə son bir neçə ayda şifahi surətdə pensiyada olduğuna görə Ərizə yazmaqla öz xahişi ilə işdən azad olunmağı barədə müdiriyyət tərəfindən təkliflər olunsada, o müditiyyətin bu təklifindən imtina etmişdir.  Müəssisə tərəfindən məhz pensiya yaşına çatmaqla əlaqədar  onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir, digər işçilərin deyil, məhz pensiyaçı olması ilə əlaqədar iddiaçının ixtisar edilməsi bu faktı təsdiq edir. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunan sənədə əsasən Azəriqaz” İB-yi Qaz Nəqli İdarəsində yeni Ştat cədvəlləri ilə əlaqədar 217 nəfər ixtisara düşmüşdür.  Azərbaycan Respublikasının “Həmkarlar İttifaqı Haqqında” Qanunun 11–ci maddəsinə əsasən müdüriyyətin təşəbbüsü ilə struktur bölməsinin ləğv edilməsi iş yerlərinin ixtisarına səbəb olarsa müvafiq Həmkarlar İttifaqı ən azı 3 ay əvvəlldən xəbərdar edilməli  və işçilərin mənafeylərinin qorunması barədə Həmkarlar İttifaqı ilə danışıqlar aparılmalıdır. Həmkarlar ittifaqları öz səlahiyyətləri daxilində qanunverijilikdə nəzərdə tutulan qaydada məşğulluğun vəziyyətinə, məşğulluq sahəsində tə'minatlar haqqında qanunverijiliyə əməl olunmasına nəzarət edirlər.  Lakin cavabdeh tərəfindən Həmkarlar İttifaqına ən azı 3 ay əvvəlldən xəbərdar edilməsi barədə sənəd də sübut kimi məhkəməyə təqdim edilməmişdir. Qəribə vaxtdır ki, işçilərin “ixtisar” adı ilə işdən çıxarılmasına baxmayaraq  Azəriqaz” İB-yində işçilərin ümumi sayı azalmır.

Bu  faktlar ARDNŞ-də baş verən 100-lərlə qanun pozuntularından biridir

 

 

ARDNŞ-nin  29 aprel 2009-cu il tarixli 22/MQ-334 SQ tarixli məktubu. 

 

Bu məktubda ARDNŞ-nin tərkibində olan müəssisələrə tapşırılır: ARDNŞ-nin  22 aprel 2009-cu il tarixli 57 və 06-19 ə saylı Əmr-Qərarının 4-cü bəndi  ilə əlaqədar müraciətlər daxil olduqda, tərəflərin iradə ifadəsini təsbit edən məktuba verilmiş Razılaşma nümunəsi icra və rəhbərlik üçün Sizə göndərilir. Anlaşılmazlığa yol verilməməsi üçün aşağıdakı hallara ciddi nəzarət etmək Sizə tapşırılır:

  • İşəgötürənlə İşçi arasında əmək müqaviləsinə xitam verilməsi barədə hazırki Razılaşma qüvvəyə minmədən birdəfəlik müavinat ödənilməsin.
  • Əmr-Qərarın 4-cü bəndinə uyğun olaraq əmək müqaviləsinə xitam verilmiş işçilərin əvvəllər ARDNŞ-nin  hansı müəssisəsində işləməsindən asılı olmayaraq yenidən işə qəbul (bərpa) edilməsinə yol verilməsin.

 

Bu məktuba NHMT-nin Rəyi: “İşəgötürənlə İşçi arasında əmək müqaviləsinə xitam verilməsi barədə hazırki Razılaşma qüvvəyə minmədən birdəfəlik müavinat ödənilməsin.” şərtinin özü işçilərin hüquqlarının pozulması deməkdir və əvvəlcədən işçilərin ARDNŞ-nin qeyri rəsmi göstərişi və müəyyən şərtlər əsasında bu ödənişin həyata keçirildiyini nəzərdə tutur. Əgər həqiqətən ARDNŞ-nin qeyri rəsmi göstərişi və müəyyən şərtlər yoxdursa onda işçilərdən  hansı əsasla xüsusi  Razılaşma bağlanması tələb olunur. Məlumdur ki, AR Əmək Məcəlləsinin 69-cu  maddəsi əmək müqaviləsinə işçi tərəfindən ləğv edilmə əsaslarını tənzimləyir və bu maddədə əmək müqaviləsini ləğv edən işçilərdən yazılı Ərizədən başqa heç bir sənəd, o cümlədən xüsusi  Razılaşma bağlanması tələb olunur. Əmr-Qərarın 4-cü bəndinə uyğun olaraq əmək müqaviləsinə xitam verilmiş işçilərin əvvəllər ARDNŞ-nin  hansı müəssisəsində işləməsindən asılı olmayaraq yenidən işə qəbul (bərpa) edilməsinə yol verilməsinbəndi də işçilərin əmək hüquqlarının məhdudlaşdırılmasıdır. NHMT hesab edir ki, heç bir Əmr Qərarla işçilərin Konstitusiya ilə nəzərdə tutulan hər hansı bir iş yerinə, o cümlədən də ARDNŞ–yə işə qəbul olunmaq hüququ qeyri-qanuni yolla əvvəlcədən məhdudlaşdırıla bilməz. Azərbaycan Respublikasının Konstitusiyasında, AR Əmək Məcəlləsində və bu münasibətləri tənzimləyən digər normativ hüquqi aktların heç birində AR Əmək Məcəlləsinin 69-cu  maddəsi ilə əmək müqaviləsinə xitam verilmiş işçillərin yenidən həmin müəssisəyə qayıtmasına qadağa qoyulmayıb və belə bir normativ hüququ akt yoxdur.

 

İşçilərin pozulmuş hüquqlarını  kim müdafiə etməlidir?

 

ARDNŞ-də Həmkarlar İttifaqları Təşkilatları.

Əmək Məcəlləsinin 309-cu maddəsinə əsasən bu Məcəllənin tələblərinə əməl olunmasına ictimai nəzarət müvafiq həmkarlar ittifaqı orqanları tərəfindən həyata keçirməlidir. Lakin Azərbaycanın neft sənayesindəki  müəssisələrin tərkibində yaradılan    Həmkarlar Təşkilatı    müstəqil fəaliyyət göstərmək imkanından məhrumdurlar və Neft və Qaz sənayəsi işçilərinin Respublika Həmkarlar Komitəsi Komitəsinin filialları kimi fəaliyyət göstərirlər. ARDNŞ- nın  müəssisə və təşkilatlarında  fəaliyyət göstərən həmkarlar təşkilatları işəgötürənlər tərəfindən Əmək Məcəlləsinin tələbləri  kobud surətdə pozulduqda işçilərin əmək hüquqlarını əksər hallarda qoruya bilmilər. Bəzən də   bu təşkilatlar yaddan çixarırlar ki, həmkarlar təşkilatları işçilərin əmək, iqtisadi və sosial huquqlarını qorulmalı olan və huquqların həyata keçirən orqandır, ARDNŞ- nın  müəssisə və təşkilatlarının struktur bölməsi deyil. Misal olaraq ARDNŞ-nin Təhlükəsizlik Xidməti İdarəsi  Həmkarlar İttifaqı Təşkilatını göstərmək olar. Bu təşkilat  işçilərin attestasiyasının keçirilməsində onların qanuni hüquqlarını qorumamış və əksinə qanunsuz rəylər verməklə təcrübəli və peşəkar işçilərin işdən azad olmasına yardımçı olmuşdur. Həmkarlar Təşkilatları(HT) heç bir araşdırma aparmadan, işçilərin hər hansı bir intizam xatası törədib - törətməməsindən asılı olmayaraq (ARƏM 80-cı maddə)   formal olaraq onlarla bağlanmış əmək müqaviləsinin xitam olunmasına razılıq verirlər və demək olar ki, bütün hallarda işəgötürənlərin qeyri-rəsmi strukturuna çevrilirlər,. Ümumiyyətlə neft sənayesində müstəqil olaraq yaranan və müstəqil olaraq fəaliyyət göstərən Həmkarlar Təşkilatının fəaliyyət göstərməsi mümkün deyil. Misal olaraq Kaspian Şpyard şirkətinsə yaranmış Həmkarlar İttifaqı Təşkilatını göstərmək olar. 12 iyun 2008-ci ildə Kaspian Şpyard şirkətində işçilərin təşəbbüsü ilə Həmkarlar İttifaqı Təşkilatı yaranmış və Neft və Qaz Sənayesi Respublika Həmkarlar İttifaqı Komitəsində qeydiyyatdan keçmişdir. Respublika Həmkarlar İttifaqı Komitəsi tərəfindən təşkilata müvafiq təsis sənədləri təqdim edilmişdir. 5 ay müddətində Kaspian Şpyard şirkətinin rəhbərliyi tərəfindən Həmkarlar İttifaqı Təşkilatına normal fəaliyyət göstərilməsinə imkan verilməmiş və son nəticədə təşkilatın fəalları, o cümlədən Həmkarlar İttifaqı Təşkilatının sədri, müavini (şəhid ailəsi, məcburi köçkün və müharıbə veteranı) və İdarə Heyətinin fəal üzvləri işdən azad edilmişlər. Bütün bu hadisələrdə Respublika Həmkarlar İttifaqı Komitəsi seyrçi mövqe tutmuş və şirkətdə Kaspian Şpyard şirkətinin rəhbərliyi tərəfindən məcburi surətdə təsis edilən ikinci Həmkarlar İttifaqı Təşkilatının yaradılmasında fəal iştirak etmişlər. 2009-cu il ərzində Neft və Qaz Sənayesi İşçiləri Respublika Həmkarlar İttifaqı Komitəsi və yerli təşkilatlar tərəfindən ARDNŞ-nin heç bir əmr və ya qərarına, əmək haqqının azaldılması və ya qanunsuz ixtisarların aparılmasına etiraz edilməmişdir. Halbuki, bu sahədə kifayət qədər əmək qanunvericiliyinin pozulması hallarına yol verilmişdir. Buna misal olaraq ARDNŞ-də  təqaüd yaşına çatmış işçilərinin kütləvi surətdə işdən azad olunması zamanı Həmkarlar İttifaqı Komitəsinin fəaliyyətsizliyini misal göstərmək olar. ( Balaxanıneft NQÇİ, Azərneftyağ zavodu ,Nərimanneft NQÇİ, Azəriqaz İB-də, Neft daşları NQÇİ  və sair) 

ARDNŞ rəhbərliyi tərəfindən Azərbaycan Respublikasının «Həmkarlar İttifaqı Haqqında» Qanunun 11–ci maddəsi mütamadi olaraq pozulur, yəni - müdüriyyətin təşəbbüsü ilə struktur bölməsinin ləğv edilməsi və iş yerlərinin ixtisarı zamanı  Həmkarlar İttifaqı   ən azı 3 ay  qabaq xəbərdar edilməmiş  və işçilərin mənafeylərinin qorunması barədə Həmkarlar İttifaqı ilə danışıqlar aparılmamışdır.

 

Dövlət Əmək Müfəttişliyi

 

Əmək qanunvericiliyinə dövlət nəzarətini həyata keçirən Dövlət Əmək Müfəttişliyinin      əksər hallarda işəgötürənlərin xeyrinə   qanunsuz qərarların qəbul etməsi faktı da işəgötürənlərin hüquqpozmalara yol vermələrinə əlavə stimul verir.

 

hkər:

 

Əksər hallarda məhkəmə hakimləri heç bir araşdırma aparmadan, təqdim olunmuş sənədləri notariat orqanları kimi təsdiq etməklə öz içlərini bitmiş hesab edir və işçilərin əlehinə qərarlar qəbul edirlər və bu da işçilərə böyük maddi və mənəvi ziyanın vurulmasına səbəb olur. Məsələn: işə bərpa barədə məhkəməyə əmək müqaviləsinə xitam verilməsi haqqında əmrlər təqdim olunarkən hakimlər bu əmrlərin verilməsinə səbəb olan halları və bu halların qanunauyğun olmasını araşdırılmır, işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandıran hallara diqqət veriilmir, bu işlərə dair espertiza keçirilmir və ya ekspert rəyi alınmır, sənədlərin həqiqiliyi araşdırılmır və yalnız əmrlərin olması əsasında formal qərarlar qəbul edilir. Bəzi hallarda məhkəmə hakimləri  işəgörürənlərin xeyrinə qərarlar qəbul edilməsində maraqlı olurlar;

Məhkəmə-Hüquq Şurası tərəfindən işçilərin hüquqlarının pozulması ilə nəticələnən Qətnamələr qəbul etmiş hakimlərin intizam məsuliyyətinə cəlb olunmaması da. ədalətsiz qətnamələrin artmasında böyük rol oynayır.

 

 2009-cu il ərzində  NHMT  tərəfindən edilən hüquqi yardım nəticəsində  38 nəfər iddia ərizəsi ilə məhkəməyə  müraciət edib. 

 

1. Təmin olunan iddialar-  22 nəfər

 

 

Əmək haqqının və müavinatların ödənilməsi ilə əlaqədar    

5 nəfər

1şə bərpa  

10 nəfər

Əmək xəsarətinin qeydə alınmas

1 nəfər

Müharibə veteranı vəsiqəsinin verilməsi və tutulmuş gəlir vergisinin qaytarılması

1 nəfər

           Yaşayış yeri üzrə qeydiyyata alınma

2 nəfər

Əmək xəsarəti ilə əlaqədar müavinatların ödənilməsi

3 nəfər

Cəmi

22 nəfər

 

2. Qismən təmin olunan iddialar -  4

 

Əmək haqqının ödənilməsi

2 nəfər

İşə bərpa

2 nəfər

Cəmi

4 nəfər

 

  

3. Təmin olunmayan iddialar  -  5 nəfər

 

Əmək haqqının və müavinatların ödənilməsi ilə əlaqədar  

1 nəfər

İşə bərpa ilə əlaqədar

1 nəfər 

Əmək xəsarətinin qeydə alınması      

1  nəfər

Əmək xəsarəti ilə əlaqədar müavinatların ödənilməsi

2 nəfər

     Cəmi

5 nəfər

 

 4. Davam edən məhkəmə prosesləri- 7 nəfər

 

Əmək haqqının ödənilməsi

1 nəfər

İşə bərpa

1 nəfər

Mənzillərin sökülməsi

5 nəfər

Cəmi

7 nəfər

 

Yaşayış sahələrinin  sökülməsi ilə əlaqədar yerli əhaliyə qarşı qaldırılan iddialar.

 

1.Bibiheybətneft NQÇİ Səbail rayon məhkəməsində - təqribən 300 nəfərə qarşı – Səbail rayon məhkəməsində bu iddia üzrə məhkəmə prosesləri davam edir.

2. Binəqədi Oyl,     Binəqədi  rayon  məhkəməsində - təqribən 400 nəfərə qarşı – Binəqədi rayon məhkəməsində-təmin olunub.

 

Qeyd; Bakı şəhər Səbail rayon məhkəməsinin Qərardadı ilə mübahisə edilən torpaqların mülkiyyətçisi və əsl iddiaçı kimi “ Bibiheybətneft” NQÇİnin əvəzinə “Azneft” İB-yi əsl mülkiyyətçi kimi mülki cəlb olunmuşdur. Eyni zamanda Torpaq və Xəritəçəkmə  Komitəsi də bu ərazilərin “Azneft” İB-yinə məxsus olmasını təsdiq etmişdir. Həm Səbail rayon məhkəməsinin qərarı və həm də Torpaq və Xəritəçəkmə  Komitəsinin məktubu qanunsuzdur. Belə ki, Məhkəməyə təqdim edilən “Azneft” İB-yi-nin Baş direktoru Y. Camalovun 09.02.1999-cu il tarixli, YC011/218 saylı məktubu, Bakı şəhər İcra Hakimiyyətinin başçısı R.Allahverdiyevin 29.07.1999-cu il tarixli, 67 saylı Sərəncamı və 26.09.2000-ci il tarixli, 910 saylı Sərancamı ilə təsdiq olunmuş Xəritəsinə əsasən mübahisə edilən torpaqlar “bu Birliyin öz xahişi ilə” “Azneft” İB-yindən geri alınaraq Səbail Bələdiyyəsinə verilib. Bir çox sakinlərə isə bu torpaqlar Səbail Bələdiyyəsin qərarı əsasında verilib.

 

 

Təşkilat tərəfindən bu məhkəmə proseslərinin monitorinqi aparılmışdır

 

Təhlükəli iş şəraiti

 

İl ərzində təhlükəli iş şəraitinə görə ARDNŞ-də 6 ölüm hadisəsi olmuşdur;

 

  1. Əliyev Mirzə -           Kaspian   Drilinq  Kompani.
  2. Viktor Mostavenko-  ARDNŞ,  Neft  daşları.
  3. Əliyev  Faiq    -         ARDNŞ,  28  May  NQÇİ.
  4. Ağayev  Şixəddin -   ARDNŞ,   Neft   daşları.
  5. Nəhmətov Rafiq -     ARDNŞ,   NEFT  Donaması  İdarəsi.
  6. Qurbanov  Ələddin- ARDNŞ,   Dərin   Özüllə r Zavodu.

 

İstehsalat zədəsinin qeydə alınmaması ilə əlaqədar  NHMT İB-nə 10     şikayət daxil olmuşdur;

 

1. Asif İbrahimov, əmək xəsarəti- RGB LTD şirkəti – əmək xəsarəti gizlədilsədə, məhkəmə qaydasında qeydə alınıb.

2. Şükürov Səxavət.    Istehsalat  zədəsi a ktının  tərtib olunmasından imtina edilir.  Sosial İnkişaf İdarəsi.

3. Nəbiyev Təbriz, əmək xəsarəti-BUE Kaspian şirkəti.6 ay müddətində bu xəsarət dövlət orqanlarından gizlədilib, İşçi ilə bədbəxt hadisənin istehsalatda baş verməsinə və 2-ci qrup əlil olmasına baxmayaraq Dövlət Əmək Müfəttişliyi tərəfindən qanunsuz olaraq qeydə alınmayıb.

4. Quliyev Ədalət.  əmək xəsarəti  -  Şirvan  Oyl, əmək  xəsarəti  gizlədilməklə qeydə alınmayıb.

5. Fərəcov Rüstəm. əmək xəsarəti-Sevena Memarlıq. 2 ay gizlədilsədə Təşkilatın köməyi ilə Qeydə alınıb.

6  Əzizov Teyyub.  əmək xəsarəti,   Neftqazlahiyətikinti,  qeydə alınmayıb.

7. Azad Məmmədov.  əmək xəsarəti,  Qarasu  Əməliyyat  şirkəti. Müəssisə tərəfindən Qeydə alınmayıb.

8. Rauf Mikayılov.     Peşə xəstəliyi,   A+A   ( Abşeron   neft   tullantıları  zavodu ).  Qeydə  alınmayıb.

9. Sultanov Şirzahid.əmək xəsarəti, Binəqədi Oyl-bu şirkətət tərəfindən gizlədilməklə qeydə alınmayıb.

10. Məmmədov Nurəddin, əmək xəsarəti, Azəri-M-İ, Müəssisə tərəfindən gizlədilməklə qeydə alınmayıb.

 

 

 

Xüsusi təhlükəli şəraitdə işləyən neftçilərin əməyin mühafizəsi və həyatı  sığorta problemləri.

 Əmək Məcəlləsinin 215-ci maddəsinə əsasən əməyin mühafizəsi sahəsində müəssisənin mülkiyyətçisi və işəgötürəni işçilərin iş yerlərində əməyin mühafizəsi normalarının və qaydalarının yerinə yetirilməsinə bilavasitə cavabdehdirlər və bilavasitə iş yerlərinin sağlam sanitariya-gigiyena şəraitinin və əməyin mühafizəsinin qüvvədə olan normativlərə uyğunlaşdırılmasını, işçilərə lazımi sanitariya-məişət və müalicə-profilaktik xidmətinin təşkilini, əmək şəraiti zərərli, ağır olan və yeraltı işlərdə çalışan işçilərə pulsuz müalicəvi profilaktiki yeməklər, süd və ona bərabər tutulan digər məhsulların verilməsini, işçilərə müəyyən edilmiş müddətlərdə və tələb olunan çeşidlərdə pulsuz xüsusi geyim, xüsusi ayaqqabı və digər fərdi mühafizə vasitələrinin verilməsini və sair tədbirləri həyata keçirilməsini təmin etməlidirlər. Lakin ARDNŞ-də və xüsusən də dəniz obyektlərində Əmək Məcəlləsinin bu tələblərinə əməl edilmir. İşçilərin  təchiz olduğu  xüsusi geyimlər  işlədikləri ağır iş şəraitinə uyğun deyil, keyfiyytsizdir. Tez sıradan çıxdığı üçün işçilər öz  şəxsi paltar və ayaqqabılarından istifadə edir ki, bu da işçilərin sağlamlığına ciddi təsir göstərir.   

NHMT İB-nin Azərbaycanın neft sektorunda «işçilərin əməyin mühafizəsi hüququnun həyata keçirilməsi  üçün olan təminatlarla» əlaqədar apardığı araşdırmalar, təşkilata Azərbaycanda həyata keçirilən neft layihələrini reallaşdıran  xarici şirkətlərdə çalışan yerli işçilərdən və ARDNŞ-nin işçilərindən istehsalatda baş vermiş bədbəxt hadisələrlə əlaqədar daxil olan ərizə və şikayətlərin araşdırlması  göstərir ki, istər xarici, istərsə də yerli işəgötürənlər  xüsusi  təhlükəli şəraitdə işləyən   işçilərin bədbəxt hadisədən sığortalanmasını həyata keçirilmir. Əmək Məcəlləsinin 225-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada və şərtlərlə  həyat üçün yüksək təhlükə mənbəyi olan işlərdə çalışan işçilər   işəgötürənlər tərəfindən icbari şəxsi sığorta edilməlidirlər  Təşkilat  hesab edir ki, işçilərin icbari sığorta olunmaması   Əmək Məcəlləsi ilə onlara verilən hüquqlarının və təminatlarının pozulmasıdır. Yerli işçilərlə eyni vəzifə və peşədə işləyən əcnəbi işçilər işdə xəsarət alarkən yüksək təhlükə mənbəyi olan işlərdə çalışma səbəbinə və istehsalatda bədbəxt hadisələrdən və peşə xəstəliklərdən  icbari sığorta  olunmalarına görə 100 000 ABŞ dollarından çox olmaqla   sığorta pulu alırlar. Yerli işçilər isə belə hallarda sığorta pulu almırlar.  .Təşkilat tərəfindən işçilərin bu sahədə olan hüquqlarını qorumaq məqsədi ilə ARDNŞ-yə, Dövlət Əmək Müfəttişliyinə və sair orqanlara müraciət edilmiş və məhkəmə orqanlarında işçilərin bu hüquqları qorunmuşdur.

 

 

İşçilərin  içməli su ilə təchizatı (ARDNŞ).

   

      Sualtı neft və qaz kəmərlərinin  çəkilişi üzrə xüsusiləşmiş idarə və  kadrlara malik olan ARDNŞ bu vaxtadək  dəniz platformalarına (məsələn.Neft Daşları) sualtı su kəmərinin çəkilişini reallaşdırmayıb. Bu isə iri dəniz platformaları, əlahiddə dəniz özülləri və estakadalarında işləyən işçilərin su ilə təchizatında həm problemlər yaradır, həm onların sağlamlığı üçün təhlükə  mənbəyidir, həm də suyn gəmi vasitəsilə daşınması şirkət üçün baha başa gəlir. Uzun illərdir ki, adı  çəkilən qurğuları içməli su ilə təmin edən gəmilərin su çənləri, nə də həmin qurğularda olan su çənləri vaxtlı vaxtında təmizlənib dezinfeksiya edilmir, gəmi ilə gətirilən və qurgulardakı çənlərdəki suların tərkibi  xüsusi labaratoriya şəraitində yoxlanmır. Hal-hazırda istifadə olunan çənlər isə  artıq 30-40 ildir istifadə olunur. Bu da müxtəlif xəstəlik mənbələrinə çevrilməklə işçilərin sağlamlığına ciddi təsir edir.

Təşkilata daxil olan məlumata görə işəgötürənlər tərəfindən işçilərin “sağlamlığının qeydinə qalınması ilə əlaqədar “ağıllı” bir addım atılmışdır. NQÇİ –lərə məxsus Dəniz özüllərinə  sex rəisləri tərəfindən iki-üç butulka xlorka verilib, bu qablardı olan xlorkanın su çənələrinə boşaldılması tapşırılmışdır;

 

Suyun  xlorlaşdırılması

 

Sanitar –qiqiyenik normativ  uçot aparılmadan içməli suyun xlorlaşdırılması   bu suyu qəbul edən insan orqanizmi üçün   fəsadlar törədə bilər. Suyun xlorlaşdırılması zamanı xlorlaşdırmanın əks göstərişi – halogen tərkibli birləşmə (HTB) – yaranır. HTB-nın insan orqanizminə əsas keçidi xlorlaşdırılmış suyun mədə - bağırsaq sisteminə düşməsindən sonra baş verir. 

 

Ən qoxulu  nəticələr:  

 

  • Nəfəs yollarının pataloji dəyişikliyi;
  • Mədə-bağırsaq traktı və qalxanvari vəzin problemi;
  • Əsas allerqenlərə yüksək allergiya həssaslığı; 
  • İmmunitet sistemin ümumi zəifləməsi; 
  • Müxtəlif stomatoloji problemlər;
  • Bundan əlavə  xlorlaşdırılmış suyun həddən artıq qəbul edilməsi orqanizmin erkən qocalması, herontoloji prosesin sürətlənməsi də daxil olmaqla  genetik səviyyədə də problemlər yarada bilər .

 

Belə suyun işçilər tərəfindən istifadəsi onsuz da sağlam olmayan iş şəraitində işləyən işçilərin orqanizminə ciddi zərbə vurur

 

Vəzifə səlahiyyətindən istifadə edən sex rəisləri neftçıxarma oreratorlarını onlara aid olmayan və insan həyatı üçün təhlükəli olan işlərin yerinə yetirilməsinə məcbur edilir.

 

İşçilər vəzifə səlahiyyətlərinə aid olmayan işə cəlb edilir. İşçi bu işdən imtina etməyə cəhd  edərsə   işsiz qala bilər. Məs: İş yerini itirməkdən qorxan  neftçıxarma operatoruna insan həyatı üçün təhlükə mənbəyi olan, artıq istismar müddəti qurtarmış  özüldə ağır cəkili siyirtmələrin sökülməsi və əllə gəmiyə yüklənməsi tapşırılır.  Ağır çəkili yükü qaldıran fəhlə insan həyatı üçün olduqca təhlükəli olan bu özüldə bilmir öz həyatını qorusun, yoxsa ağır siyirtməni(50-80 kq) gəmiyə yükləsin.   Ağır avadanlıq qaldıran işçilərin çoxu onurğa yırtığından əzab çəkirlər.

 

 

İstirahət otaqları (ARDNŞ).

 

ARDNŞ-də istirahət otaqları sanitariya gigiyena normalarına cavab vermir. İstirahət otağı ilə yemək otağı eynidir. Növbədən çıxmış işçilər itirilmiş əmək qüvvələrini bərpa etmək üçün normal dincələ bilmir. Otaqlar müvafiq məişət  avdanlığı ilə təchiz olunmur. Əksər özüllərdə mövcud avadanlıqların çoxu işçilər tərəfindən alınır (İnventarlaşdırılma aparılsa faktlar öz təsdiqini tapa bilər). Bəzi idarə və müəssisələrə məxsus istehsalat sahələrində işçilər üçün sanitar qovşaqların olmaması yaxud da olduqca pis vəziyyətdə olması faktları da   müşahidə olunur .

 

İşçilərin nəqliyyatla təmin olunması (ARDNŞ)

 

İşçilərin iş yerinə aparılıb gətirilməsi zaman  üç növ nəqliyyəat vasitəsindən istifadə olunur :

1. Hava nəqliyyatı-vertalyotla. (bu  nəqliyyat vasitəsindən yalnız vəzifəli şəxslər istifadə edir);

Vertalyotlar olduqca köhnədir, İnsanlara  vertallyota minməmişdən qabaq təhlükəsizliklə əlaqədar heç bir  təlimat verilmir, Uçuş zamanı sərnişinlər xilasedici vasitələrlə təmin olunmur. Dəniz mədənlərinin ərzaqla, bəzi hallarda avadanlıqlarla təmin olunmasında bu vertalyotlardan istifadə olunur, bu halda insanlar, ət, tərəvəz və qeyri məhsullarla  eyni vertalyotda yola salınır.

Dəniz nəqliyyatı  :

Gəmilər köhnədir, hava küləkli və qasırğalı olanda işə gedə bilməyən neftçilərin sonradan dənizə yola salınmasında problemlər yaranır, işçilər vaxtlı vaxtında bir-birini əvəz edə bilmirlər. (bu gəmilərin işə çıxma vaxtı yoxlanılsa məlum olar ki  onlara hər gün iş günü kimi qeyd olunur, küləkli havada da, qasırğalıda da). Əlavə gəmiyə  və onların yol vərəsinin yoxlanmasına ehtiyac var. Gəmilərin sərnişinləri  üçün nəzərdə tutulmuş xilasedici vasitələrlə təminat aşağı səviyyədədir.

Quru nəqliyyat (avtobuslar).

Bu avtobusların əksəriyyəti 60-70 –ci illərdə alınmış avtobuslardır. İşçilər işə yerlərinə çatıınca çox əziyyət çəkirlər.

 ARDNŞ-nin fəaliyyətinin ətraf mühitə təsiri

ARDNŞ  strukturuna daxil olan müəssisə və təşkilatların (“Azneft” İB, Azneftyağ NEZ, Azneftyanacaq NEZ ) fəaliyyəti   ətraf mühitin çirklənməsinə də səbəb olur. Belə ki, Azneft İB –nin tabeliyində olan NQÇİ və qazma idarələrinin  neftçıxarma və qazma  avadanlıqları köhnə olduğu üçün neft sızmaları baş verir  və həm Xəzər biosferasına təsir edir, həm də Abşeron torpaqlarının  çirklənməsinə səbəb olur

Neftayırma zavodları isə yaşayış massivində yerləşdiyindən və istehsalat prosesləri zamanı havaya  zərərli  tullantılar atıldığından  ətrafda yaşayan əhalinin sağlamlığına ciddi ziyan dəyir .Ətraf mühitə dəymiş ziyan görə zavodların ərazisində  fəaliyyət göstərən və ARDNŞ-nə aid olmayan müxtəlif şirkətlər  (məsələn PELAX) də  məsuliyyət daşısalar da nədənsə onlar bu məsuliyyətdən kənarda qalırlar. Məhz ətraf mühitə dəyən ziyan nəticəsində zavodarətrafı  qəsəbələrdə (UPD, NZS) yaşayan əhali arasında xərçəng xəstəliyi artmışdır. Bu tullantıların verdiyi ziyan körpə uşaqlarda daha çox hiss olunur. Onu da qeyd etmək lazımdır ki, ARDNŞ-də Ekologiya idarəsi yaradılmış, quruda bir çox torpaqların təmizlənməsinə başlanmışdır. Bibiheybətneft ərazisində 100 ha-dək torpaq təmizlənmiş,  təhlükə mənbəyi olan  göllər qurudulmuşdur. Bunu müsbət hal kimi qeyd etmək olar. Lakin Xəzər biosferasınavə Abşeron torpaqlarına ciddi ziyan vuran  hələ sovetlər vaxtından qalmış köhnə neft  avadanlıqları yenisi ilə əvəz edilməsə bu sahəyə yönəldilmiş maliyə vəsaiti göyə sovrulmuş olur.

 

 NHMT İB-nin rəhbəri: Mirvari Qəhramanlı

 

NHMT İB rəhbərinin hüquqi məsələlər üzrə müavini: Azər Quliyev