NHMT - «Swift Engineerinq (Azərbaycan)LTD.» şirkəti Azərbaycan qanunlarını saymır.

«Swift Engineerinq (Azərbaycan)LTD.» şirkəti Azərbaycan qanunlarını saymır.

May 2006-cı il «Swift Engineerinq (Azərbaycan)LTD.» şirkəti Azərbaycanda həyata keçirilən neft layihələrində iştirak edən subpodrat şirkətdir.Axırıncı bir il ərzində bu şirkət Azərbaycan Əmək Məcəlləsinin bir çox maddələrini pozmaqla 100-lərlə yerli işçinin hüquqlarını pozmuşdur.İşçi ilə işəgötürən arasında bağlanan əmək müqaviləsinin tərtibində yol verilən kobud səhvlər bu işçilərin qeyri-qanuni işdən azad olunmasına səbəb olmuşdur.Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı işçi ilə əşəgötürən arasında bağlanmış Əmək Müqaviləsini nəzərdən keçirmiş və bu qənaətə gəlmişdir; İşçi ilə işəgötürən arasında bağlanmış əmək müqaviləsində iki şirkət iştirak edir 1. Swift Engineerinq (Azərbaycan)LTD.-rəhbəri Normann Yancın 2. Engineerinq & Network System Serrices LTD-baş direktoru Ülvi Qafarov • Swift Engineerinq (Azərbaycan)LTD(sifarişçi )ilə Engineerinq & Network System Serrices(icraçı) LTD 21 may 2004-cü ildə müqavilə imzalanır(müqavilə №18) Bu müqavilə əsasında Engineerinq & Network System Serrice LTD şirkəti Swift Engineerinq (Azərbaycan)LTD işçi qüvvəsi ilə təmin etməlidir.(Qeyd edim ki, Azərbaycanda fəaliyyət göstərən xarici şirkətlərin əksəriyyəti bu metoddan istifadə etməklə neft layihələrində sərmayənin şişirdilməsində fəal iştirak edirlər.Hansısa bir şirkət özünün yaratdığı başqa bir şirkətlə müqavilə bağlayır və işçi qəbulu «biznesi» ilə məşğul olur.) • Əmək müqaviləsində «Engineerinq & Network System Serrices LTD»şirkətinin adı qeyd olunur, «Swift Engineerinq (Azərbaycan)LTD» isə hüquqi ünvanı göstərilir. • .Əmək müqaviləsini bağlayan isə götürənin adı, soyadı və vəzifəsi göstərilmir. • Əmək müqaviləsində sınaq müddətini keçməyən işçilərə (3.3-cü maddə) 1ay əvvəlcədən yazıllı xəbərdarlıq edilməsi göstərilsə də,işçilərə heç bir yazıllı xəbərdarlıq edilmir. • Sınaq müddəti haqqında xəbərdarlığı isə tamamilə başqa bir şirkətin nümayəndəsi Aleksandr Kuzmin adlı bir şəxs verir. • .Əmək müqaviləsində (4.2-ci maddə) normadan artıq görülmüş işin müqabilində 1,5 qat əmək haqqının ödənilməsi göstərilmişdir. • AR-sı Əmək Məcəlləsinin 109,164,165-ci maddələrinə görə isə normadan artıq görülmüş işin müqabilində 2 qat məbləğində ödəmə olmalıdır.Əmək Məcəlləsinin 43.3-cü maddəsinə əsasən əmək müqaviləsi bağlanarkən işçilərin Əmək Məcəlləsində göstərilən hüquqları məhdudlaşdırıla bilməz. • Əmək müqaviləsinin 6.6-cı maddəsində müqaviləyə xitam verilərkən işçiyə 1ay əvvəlcədən xəbərdarlıq edilir • Əmək Məcəlləsinin 77-ci maddəsinə əsasən isə müqaviləyə xitam verilərkən işçiyə 2 ay əvvəldən xəbərdarlıq edilməlidir, Bu halda işçiyə1 aylıq müavinat verilməlidir,işləmədiyi halda 2-ci və 3-cü ayların əmək haqqı ödənilir. • Əmrlərin və əmək müqavilələrinin qeydiyyatı aparılmır. Arxa tarixlə, saxta əmrlər verilir. Belə ki, 02.02.06-cı ildə Samir Orucovun işdən cıxma əmrinin nömrəsi 95 saylıdırsa, 31.03.06-cı ildə işdən azad olunmuş Bəylər Xudaşovun əmrinin nömrəsi 41-dir. • Hər iki Şirkət arasında bağlanmış müqaviləyə görə bir şirkətin digər Şirkəti işçi qüvvəsi ilə təmin etmək öhdəliyi 2005-ci ilin may ayında qurtarıb. Bu müddətdən sonra 100-dən cox işçi qanunsuz olaraq Rusiyaya göndərilib. • Ezamiyyət vərəqəsi verilsə də ezamiyyət pulu AR-sı Nazirlər kabinetinin 2004-cü il tarixli 66 saylı qərarında göstərilən qaydada ödənilmir. • Ağır işlərdə işləmələrinə baxmayaraq işcilər tibbi yoxlamadan kecmədən və tibbi arayış təqdim etmədən isə qəbul edilirlər. • İşçilər tibbi sığorta olunmurlar. • Müqavilə vaxtından əvvəl pozulduğu halda işçilərə heç bir müavinət ödənilmir. Yalnız məhkəməyə şikayət edən işçilərə 1 aylıq müavinat ödənilir. • İşçilərin işlədikləri son ayın əmək haqqı « Şirkətə qarşı heç bir iddiamız yoxdur» sənədinə qol çəkildikdən sonra verilir. Cox halda bu sənədə imza etməyən işçilərin axırıncı ay ücün əmək haqqı gecikdirilir və ya verilmir. Mirvari Qəhramanlı Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının rəhbəri