NHMT - Azərbaycanın neft sektorunda insan hüquqlarının vəziyyəti

Azərbaycanın neft sektorunda insan hüquqlarının vəziyyəti

Mətbuat üçün açıqlama 13 aprel 2007-ci il NHMT İB təşkilata müraciət edən insanlara hüquqi yardım edir, məhkəməyə müraciət üçün iddia ərizəsi yazmaqda onlara kömək edir. Məhkəmə proseslərinin monitorinqini aparır ,proses zamanı hakimlər tərəfindən edilən hüquq pozuntuları və baş verən korrupsiya halları haqqında ölkə və beynəlxalq ictimaiyyətinə və müvafiq dövlət qurumlarına açıqlamalar verir.Məhkəmə Hüquq Şurasına məktub ünvanlayır.2006-cı ildə Məhkəmə Hüquq Şurasına Səbayel rayon məhkəməsinin hakimləri Alim Namazov,Firuzə Ağasıyeva və Yusif Kərimov barəsində şikayət məktubu ünvanlamışdı.(Təəssüflər olsun ki, məktuba heç bir reaksiya verilmədi) Bu işlər layihə əsasında həyata keçirilmir . Təşkilat bunu öz daxili imkanları hesabına reallaşdırır 2006-cı il və 2007-ci ilin I rübündə Azərbaycan Respublikasının neft sənayesində çalışan işçilər bir çox sahələrdə öz əmək hüquqlarının bərpası ilə əlaqədar NHMT-nə müraciət etmiş və müxtəlif hüquqi yardımlar almışlar. Bu müddətdə təşkilatın ofisində yalnız telefon vasitəsilə və şifahi izahatlarla 300 nəfərə yaxın işçiyə(ARDNŞ,PCH, PCL,KENTEK MqDermott,ASFEN və s.) sosial,iqtisadi və əmək hüquqlarının bərpası ilə əlaqədar hüquqi yardımlar göstərilmişdir. 2006-cı il və 2007-ci ilin 1 rübü ərzində edilən şikayətlərin sayı-;-830 İşçilərin hüquqlarının pozulma səbəbləri və problemləri • İşəcgtürənlərin Azərbaycan Əmək Məcəlləsinin 45.4-cü bəndini pozması (ARDNŞ və xarici şirkətlər tərəfindən) • İşçilərin öz huquqlarını, xüsusən də əmək hüquqlarını kifayət qədər bilməməsi. • İşçilərin bu sahədə marifləndirilməməsi. • İşəgötürənlər tərəfindən işçilərin əmək hüquqlarının qəsdən və ya bilməyərək pozulması və məhkəmələrdə bu qanunsuzluqlarının müxtəlif yollarla qorunması. • İşəqötürənlərin bu sahədə faliyyət qöstərən hüquqşunaslarının bu işdə maraqlı olması və öz rəhbərlərinə düzqün və qanuni olmayan rəylər verməsi. • Məhkəmə Hakimlərinin Əmək Məcəlləsini və əmək qanunvericiliyinin tələblərini və şərtlərini bilməməsi. • Məhkəmə hakimləri tərəfindən əmək qanunvericiliyinə digər normativ hüquqi Aktlara nisbətən (məsələn cinayət məcəlləsi, mülki məcəllə və s.) az əhəmiyyət vermələri. • Həyat üçün yüksək təhlükə mənbəyi olan işlərdə çalışan işçilərin icbari sığorta olunmaması(AƏM maddə 225) • Həmkarlar Təşkilatının öz funksiyasını yerinə yetirməməsi(AƏM maddə 309) 2006-cı il və 2007-nin 1 rübü ərzində işdən azad olunanların sayı : Xarici şirkətlərdən—10.000-dək ARDNŞ-dən-----300-dək (hal hazırda gedən struktur islahatları ilə əlaqədar yenə də çoxlu sayda insanın işdən azad olunması gözlənilir) 2006- və 2007-ci ilin 1 rübü üzrə NHMT tərəfindən edilən hüquqi yardım nəticəsində 35 nəfər iddia ərizəsi ilə məhkəməyə müraciət edib. • ARDNŞ-də işçilərin kütləvi surətdə işdən azad olunmasının səbəbləri 1.Ümumiyyətlə işçilərin əmək hüquqlarının pozulmasının əsas səbəblərindən biri də AƏM –nin 45 və 47-ci maddələrinin pozulmasıdır.Bu maddələr həm ARDNŞ həm də xarici şirkətlər tərəfindən pozulur.Belə ki, ARDNŞ-də və onun tabeliyində olan idarə və müəssisələrdə bəzi kateqoriyadan olan işçilər ilə əmək müqavilələrinin bağlanması zamanı AƏM-nin 111 bölmə yeddinci fəslinin (Əmək müqaviləsinin bağlanması əsasları və qaydası) pozulma hallarına rast gəlinir ki,bu da işçilərin kütləvi surətdə işdən çıxarılması ilə nəticələnir. Bu cür pozuntular isə daha çox struktur islahatlarının aparıldığı mərhələlərdə müşahidə olunur və təəssüflə qeyd etməliyəm ki,bu, məqsədyönlü aparılan kadr siyasəti görüntüsü verir. Azərbaycan Respublikası Əmək Məclləsinin 111 bölmə yeddinci fəslinin (Əmək müqaviləsinin bağlanması əsasları və qaydası) 45.1.-ci maddəsinə əsasən əmək müqaviləsi qabaqcadan müddət edilmədən (müddətsiz) və ya 5 ilədək müddətə (müddətli) bağlanıla bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, əmək müqavilələri müddəti müəyyən edilmədən bağlanmalıdır. Sübüt etməyə ehtiyac yoxdur ki, ARDNŞ-də və onun struktur bölmələrində işçilərin yerinə yetirdikləri işlər və xidmətlər daimi xarakter daşıyır. Bü səbəbdən də işçilərə bağlanılan əmək müqavildəsi müddətsiz tərtib olunmalıdır. Lakin Əmək Məcəlləsinin bu tələbinə baxmayaraq Şirkətdə həm yeni işə qəbul edilən işçilərlə müddətli əmək müqaviləsi bağlanır, həm də bəzi idarə və müəssisələrdə isə 15-20 ildən yuxarı işləyən işçilərin müddətsiz bağlanmış əmək müqvilələri müddətli ilə əvəz edilir. Halbu ki, Azərbaycan Əmək Məcəlləsinin 47-ci maddəsinə əsaasən əmək funksiyasının xüsüsiyyətlərinə, onun şərtlərinə, müddətinə görə, işlərin (xidmətlərin) daimi xarakter daşımadığı hallarda, işçinin əmək qabiliyyətinin müvəqqəti itirməsi, ezamiyyətdə, məzuniyyətdə olması səbəbindən onun başqa işçi tərəfindən əvəz edilməsi, mövçümü işlərdə, qısa müddətli təmir-tikinti işlərnidə və s. hallarda işçi ilə işəgötürən arasında müddətli əmək müqaviləsi bağlanıla bilər. AƏM-nin 43.3-cü maddəsinə görə əmək müqaviləsi bağlanılarkən işçilərin Əmək Məcəlləsi ilə müəyyən edilmiş hüquq və təminatları azaldıla bilməz. İşçilərlə bağlanmış əmək müqaviləsinin şərtlərinin məcburi qaydada təyziq , hədə - qorxu ilə dəişdirildiyinə görə işəgötürən müəssisənin rəhbərliyi Əmək Məcəlləsinin 12.2-ci maddəsində nəzərdə tutulan məsuliyyəti daşıyır. Son illərədək ARDNŞ və onun strukturuna daxil olan idarə və müəssisələrdə uzun illər (15-20 ildən yuxarı) işləmiş işçilərlə işəgötürənlər arasında müddətsiz əmək müqaviləsi bağlanmışdı. Lakin son 4-5 ildə bəzi idarə və müəssisələrdə(məs;ARDNŞ,Azneft İB-nin aparatında,Dərin Özüllər zavodunda,Azərneftyağ zavodunda,Azərneftyanacaq zavodunda və s) işəgötürənlər məqsədli surətdə müəyyən təyziqlər nəticəsində müddətsiz əmək müqavilələrini müddətli əmək müqaviləri ilə əvəz etmişlər ( təəssüflər olsun ki, bu işəgötürənlərə AƏM-nin 310,311,312-ci maddələri tətbiq olunmayıb). Onu da qeyd edim ki, işçilərdən heç biri bu barədə işəgötürənə yazılı ərizə ilə müraciət edərək müddətsiz əmək müqavilələrinin müddətli əmək müqaviləsi ilə əvəz edilməsini xahiş etməmişlər.Əmək Məcəlləsinin 45.3-cü maddəsinə əsasən isə müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz. Biz QHT olaraq , mütəmadi surətdə Azərbaycan qanunlarını pozan əcnəbi işəgötürənləri qınayır,onlardan Azərbaycan qanunlarına hörmətlə yanaşmağı tələb edirik.Ancaq Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin də Azərbaycan Əmək Məcəlləsinin işçinin müqəddəratını həll edən və gələcəkdə də həll edəcək bu maddələri pozma səbəblərindən biri də mövcud Həmkarlar Təşkilatının öz funksiyasını yerinə yetirməməsidir(AƏM maddə 309) 2. ARDNŞ-də şirkət prezidentinin dəyişdirilməsi, şirkətdə olan struktur dəyişiklikləri ilə əlaqədar kadr islahitlarının düzgün aparılmaması(vəzifədən sui istifadə, Azərbaycan Respublikasının Korrupsiya haqqında qanununun 7-ci maddəsinin pozulma halları və s. ) 2006-cı ildə NHMT bu sahədə özünün xüsusi hesabatını hazırlamışdır və hesabat «Təzadlar» qəzetinin mart-may aylarındakı bütün saylarında çap olunmuşdur. 3.ARDNŞ və onun strukturlarında işçi ilə işəgötürən arasında bağlanmış əmək müqaviləsinə xitam verilərkən qanunsuz olaraq olaraq ƏM-nin 63 (mülkiyyətçinin dəyişməsi ilə əmək münasibətlərinin tənzimlənməsi) 70-B (işçilərin sayının və ştatların ixtisarı) maddələrinə əsaslanmaqla işçilərlə bağlanmış əmək müqaviləsinə xitam verilir və 77-ci (əmək müqaviləsinə xitam verilərkən işçilərin təminatları) maddəsini tətbiq etmirlər. 4.Həmkarlar İttifaqı haqqında AR qanunu 11-ci maddəsi ilə göstərilən qaydada işçilərin sayı və ştatların ixtisarı ilə əlaqədar ən azı üç ay əvvəl Həmkarlar İttifaqına xəbər verilmir və Əmək Məcəlləsinin 80-cı maddəsində göstərilən qaydada HİT-nin qabaqcadan razılığı alınmır. • Xarici neft şirkətlərində insan hüquqlarını pozulması (mövcud vəziyyət). 1. ARDNŞ və BP arasında bağlanmış AÇG layihəsi üzrə 5 fevral 2007-ci il tarixli Protokol razılaşmasının(3 aylıq əmək haqqının və müavinətlərin verilməsi ilə əlaqədar) pozulması,bu protokolda və ARƏM-nin 77-ci maddəsində nəzərdə tutulan təminatların xarici şirkətlərin rəhbərləri tərəfindən yerinə yetirilməməsi və süründürməçi hallararına yol verilməsi 2. .ARƏM-nin 83.2, 87.3, 172.4, və s maddələrinin və digər normativ hüquqi aktların işəgötürən tərəfindən pozulması( əmrin surətinin,əmək kitabçasının və son haqq-hesabın əmək müqaviləsinə xitam verilərkən sonuncu iş günü işçiyə verilməməsi).Bu sənədlərin vaxtında işçiyə verilməməsi onu, bir ay müddətində məhkəməyə müraciət etmə hüququndan məhrum edir(ARƏM maddə 296)Mis: Svift Enğinerinq LTD,Asfen, PCH və s. 3. ARƏM –nin 3-5, 16, 42-53, 68-79, 80-88 və s. maddələrinin işəgötürənlər tərəfindən kobud pozulması və işçilərlə əmək müqaviləsi əvəzinə (ARƏM –ə uyğun) mülkü hüquqi müqavilə olan podrat müqaviləsinin( Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun) bağlanması və bununla da işəgötürənlərlə əmək münasibətlərində olan işçilərin Əmək Məcəlləsində göstərilən hüquq və təminatlardan sünü surətdə məhrum edilməsi (PCL,Nobel oyl və s.) • Xüsusi təhlükəli şəraitdə işləyən neftçilərin həyatı sığorta problemləri Neftçilərin Hüquqlarını Mudafiə Təşkilatı(NHMT) İctimai Birliyinin Azərbaycanın neft sektorunda «işçilərin əməyin mühafizəsi hüququnun həyata keçirilməsi üçün olan təminatlarla» əlaqədar apardığı araşdırmalar , təşkilata Azərbaycanda həyata keçirilən neft layihələrini reallaşdıran xarici şirkətlərdə çalışan yerli işçilərdən və ARDNŞ-nin işçilərindən istehsalatda baş vermiş bədbəxt hadisələrlə əlaqədar daxil olan ərizə və şikayətlərin araşdırlması göstərir ki , istər xarici ,istərsə də yerli işəgötürənlər xüsusi təhlükəli şəraitdə işləyən işçilərin bədbəxt hadisədən sığortalanmasını həyata keçirilmir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin(AƏM) 225-ci maddəsinə əsasən işəqötürənlər qanunvericiliklə müəyyən edilmiş qaydada və şərtlərlə həyat üçün yüksək təhlükə mənbəyi olan işlərdə çalışan işçilər işəgötürənlər tərəfindən mütləq icbari şəxsi sığorta edilməlidirlər Hesab edirik ki, işçilərin icbari sığorta olunmaması Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə onlara verilən hüquqlarının və təminatlarının pozulmasıdır. Belə hüquqpozmaya misal olaraq 2006-c ildə əmək funksiyalarını yerinə yetirərkən vəfat etmiş ARDNŞ-nin Xəzər Dəniz Dalğıç idarəsinin dalğıçı Yevqeni Qerasimovu misal göstərmək olar. Belə ki, idarə rəhbərliyi dalğıçın məcburi sosial sığorta olunmamasını bəhanə gətirərək ona sığorta pulunu ödəməkdən imtina edir. Halbuki Y.Qerasimov yüksək təhlükə mənbəyi olan bir peşədə, dalğıç peşəsində iştəmişdir və bu səbəbdən də Azərbaycan Respublikası Əmək Məcəlləsini 225-ci maddəsində göstərilən qaydada sığorta almaq hüququ var. Bir çox hallarda müəssisə rəhbərləri Əmək Məcəlləsinin 225.3 və 211-ci maddələrini əsas tutaraq yüksək təhlükə mənbəyi olan işçilərin siyahısının tərtib olunmadığını bəhanə edərək işçilərlə icbari sosial sığorta müqaviləsini bağlamaqdan imtina edirlər. Halbuki ARDNŞ-də və neft layihələrini reallaşdıran xarici şirkətlərdə mövcüd olan peşə və vəzifələrin yüksək təhlükə mənbəyi olan peşə və vəzifələrə aid olmasını Əmək Məcəlləsinin 225 və 211-ci maddələrində göstərilən siyahı olmadan da təyin etmək olar. Beləki, bu peşə və vəzifələrin yüksək təhlükə mənbəli peşə və vəzifələr olmasını AR-si Nazirlər Kabinetinin 92 , 175 saylı qərarları və s. digər Normativ hüquqi aktlar da təsdiq edir. Yuxarıda göstərilənləri əsas tutaraq Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı hesab edir ki. ARDNŞ-də və onun struktur bölmələrində,Azərbaycanda fəaliyyət göstərən bütün xarici neft şirkətlərində siyahının tərtib olunmamasını bəhanə edərək yüksək təhlükə mənbəyi olan işlərdə çalışan işçilərin , istehsalatda bədbəxt hadisələrdən və peşə xəstəliklərdən icbari sığorta olunmaması qanunsuzdur və işçilərin Əmək Məcəlləsi ilə göstərilən hüquqlarını və təminatlarını pozur. • İşçilərin içməli su ilə təchizatı(ARDNŞ): Ümumiyyətlə bu problemə yanaşma daha qlobal olmalıdır.Çünki,sualtı neft və qaz kəmərlərinin çəkilişi üzrə xüsusiləşmiş idarə və kadrlara malik olan ARDNŞ bu vaxtadək iri dəniz platformalarına(məs.Neft Daşları) sualtı su kəmərinin çəkilişini reallaşdırmayıb. Bu isə İri dəniz platformaları,əlahiddə dəniz özülləri və estakadalarında işləyən işçilərin su ilə təchizatında həm problemlər yaradır,həm sağlamlığa ziyandır,həm də şirkət üçün baha başa gəlir.Uzun illərdir ki,adı çəkilən qurğuları içməli su ilə təmin edən gəmilərin su çənləri,həm də həmin qurğularda olan su çənləri vaxtlı vaxtında təmizlənib dizinfeksiya edilmir, gəmi ilə gətirilən və qurgulardakı çənlərdəki suların tərkibi xüsusi labaratoriya şəraitində yoxlanmır .Bu da müxtəlif xəstəlik mənbələrinə çevrilməklə işçilərin sağlamlığına təsir edir. • Xüsusi geyimlərlə təchizat(ARDNŞ): .İşçilərin təchiz olduğu xüsusi geyimlər işlədikləri ağır iş şəraitinə uyğun deyil,keyfiyytsizdir.Tez sıradan çıxdığı üçün işçilər öz şəxsi paltar və ayaqqabılarından istifadə edir ,ki,bu da işçilərin sağlamlığına ciddi təsir göstərir. • İstirahət otaqları(ARDNŞ): Sanitariya gigiyena normalarını cavab vermir.İstirahət otağı ilə yemək otağı eynidir.Növbədən çıxmış işçilər dincələ bilmir.Müvafiq məişət avdanlığı ilə təchiz olunmur.Əksər özüllərdə mövcud avadanlıqların çoxu işçilər tərəfindən alınır(İnventarlaşdırılma aparılsa faktlar öz təsdiqini tapa bilər). • 2006-cı ildə Azərbaycanın neft sənayesində : Ölüm hadisəsi: ARDNŞ- 5 nəfər(Xəzərdənizneftdonanma,Azneftyanacaq,Dərin özüllər zavadu, Xəzər Dəniz Dalğıç idarəsi) Asfen -1 nəfər Əlil olanlar(ARDNŞ)r -2 nəfər İşdə xəsarət alanlar:- 150 nəfər(+ işçinin öz hüquqlarını bilmədiyi üçün 10-dək gizlədilmiş hadisələr) Vərəm xəstəliyinə tutulanlar: -63 nəfər(ARDNŞ)Çox təssüf ki,bu faktlar da çox vaxt gizlədilir Qeyd: Problemlərlə(3-8 bəndlər) əlaqədar 29.03.07-ci il tarixində ARDNŞ rəhbərliyinə məktub ünvanlanmışdır Təşkilatın rəhbəri: Mirvari Qəhramanlı Təşkilat rəhbərinin hüquqi məsələlər üzrə müavini: Azər Quliyev