NHMT - Beynəlxalq Maliyyə İnstitutları tərəfindən ayrılan kreditlərə ictimai nəzarətin təşkili

Beynəlxalq Maliyyə İnstitutları tərəfindən ayrılan kreditlərə ictimai nəzarətin təşkili

Beynəlxalq Maliyyə İnstitutları tərəfindən ayrılan kreditlərə ictimai nəzarətin təşkili

 

Qeyri Hökumət Təşkilatları üçün vəsait

Bakı 2011-ci il

 

Hal-hazırda Azərbaycanda Beynəlxalq Maliyyə İnstitutlarının (BMİ) dəstəyi ilə bir sıra, əsasən iri infrastruktur layihələr reallaşdırılmaqdadır. Həyata keçirilən  layihələr əhalinin həyat tərzinə, ətraf və sosial mühitə bu və ya digər formada təsir edir. Bu təsirlərin aradan qaldırılması üçün Qeyri-hökumət təşkilatları layihə dövründə BMİ-nın mövcud siyasətlərindən onların şikayət etmə və hesabatlılıq mexanizmlərindən istifadə etməklə müxtəlif fəaliyyətlər göstərə bilər. Bu vəsaitdə QHT-nın layihə dövrünün müxtəlif mərhələlərində layihə təsirlərini azaltmaq üçün fəaliyyət imkanları, layihələrin monitorinqinin aparılması üçün metodologiya, BMİ-ı və onların siyasətləri haqqında qısa məlumat verilmişdir. Vəsait BMİ fəaliyyətlərinin monitorinqini aparan və onların fəaliyyətlərini izləyən QHT-ı və layihələrin təsirinə məruz qalan insanlar üçün faydalı ola bilər.

 

Vəsait Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı İctimai Birliyi tərəfindən hazırlanmışdır.

 

Mündəricat

1. Azərbaycanda fəaliyyət göstərən Beynəlxalq Maliyyə İnstitutları

2. Terminlər lüğəti

3. BMİ kreditləri hesabına maliyyələşən layihələrin QHT tərəfindən monitorinq imkanları

4. Beynəlxalq Maliyyə Qurumları (BMQ) tərəfindən verilmiş kreditlər hesabına maliyyələşən layihələrin monitorinqinə dair Metodologiya

 

Azərbaycanda fəaliyyət göstərən Beynəlxalq Maliyyə İnstitutları

Dünya ölkələri arasında iqtisadi, maliyyə və sosial münasibətlər inkişaf etməkdədir. Xüsusilə ikinci Dünya Müharibəsindən sonra dünyada bloklaşmalar ortaya çıxmış, beynəlxalq münasibətlər sürətlənmiş və beynəlxalq maliyyə təşkilatları qurulmağa başlamışdır. Bundan sonra inkişaf etməkdə olan ölkələrin inkişafının maliyyələşdirilməsini saxlaya bilmək üçün xarici borc və yardım təşkilatları meydana çıxmışdır.

İstər beynəlxalq, istərsə də regional miqyasda fəaliyyət göstərən maliyyə təşkilatlarının ortaq məqsədləri aşağıdakılardır:

Beynəlxalq mal alış-verişinə dair çətinlikləri aradan qaldırmaq və beynəlxalq inkişafı təşviq etmək;

İnkişaf etməkdə olan ölkələrin iqtisadi inkişafını dəstəkləmək;

İqtisadi inteqrasiya, sərbəst ticarət və iş birliyi münasibətlərini inkişaf etdirmək və sıx iqtisadi iş birliyini stimullaşdırmaq.

Azərbaycanda iri həcmli infrastruktur və digər yönümlü layihələr əsasən Dünya Bankı Qrupu, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı tərəfindən verilən kreditlər əsasında həyata keçirilir.

 

Dünya Bankı Qrupu

The Federal Reserve System Eccles Building (Headquarters)Baş ofis: Vaşinqton şəhəri, ABŞ

Prezident: Robert Zoellik (2007-ci ildən)

Təsis olunduğu il: 1944-cü il

Üzvlər: 185 ölkə

İnternet səhifəsi: www.worldbankgroup.org

 

 

Ümumi məlumat:

120px-Zoellick%2C_Robert_%28official_portrait_2008%29

Robert Zoellik, Prezident

 

Dünya Bankı (DB) rəsmi olaraq BMT-nin Monetar və Maliyyə Konfransı (01-22 iyul, 1944) nəticəsində qəbul edilən Bretton-Vuds Sazişinin beynəlxalq arenada ratifikasiyasından sonra yaradılmışdır. DB-nin ilk krediti 09 may 1947-ci ildə Fransa hökumətinə 250 mln. ABŞ dolları məbləğində ayrılmışdır və bu DB-nin tarixində ən iri məbləğli kredit xətti hesab edilir. DB dedikdə əsasən Dünya Bankı Qrupunun iki təşkilatı – Beynəlxalq Yenidənqurma və İnkişaf Agentliyi və Beynəlxalq  İnkişaf Agentliyi nəzərdə tutulur.

 

Fəaliyyət: DB-nin yarandığı andan fəaliyyətinin əsas məqsədi dünyada yoxsulluq səviyyəsini azaltmaq, insanların həyat şəraitini yaxşılaşdırmaq, üzv ölkələrin iqtisadi maliyyə islahatlarına yardım etmək, xarici maliyyə qaynaqlarından daxil olan investisiya vəsaitləri ilə təmin etmək, ölkələrin xarici dövlət borcu mexanizmini normal hala gətirmək və beynəlxalq iqtisadi tarazlığı təmin etmək, yerli şirkətlərin maliyyə vəsaitlərinə yaranan ehtiyaclarını aradan qaldırmaq və s. ibarət olmuşdur. DB dünyanın zəif inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrinə qrant və güzəştli kreditlər təqdim edir.

 

Təşkilata üzvlük: DB Qrupu texniki olaraq BMT sisteminə daxildir, lakin onun idarəçilik strukturu bir qədər fərqlidir. DB səhmdar təşkilat prinsipi əsasında fəaliyyət göstərir. Səhmdarlar rolunda 185 üzv ölkə çıxış edir və onların səs kəmiyyəti bankın kapitalındakı iştirak payından asılıdır. DB Qrupunun baş idarəetmə orqanı – Direktorlar  Şurasıdır. Şura DB Qrupunun siyasət və qərarlarını müəyyən edir. Üzv ölkələr Direktorlar Şurasında maliyyə nazirləri ilə təmsil olunurlar. Şuranın müşavirələri ildə bir dəfə keçirilir. DB-nin idarəçiliyi 24 İcraçı Direktordan ibarət olan və Dünya Bankının prezidentinin rəhbərlik etdiyi  Direktorlar Şurası tərəfindən həyata keçirilir. Direktorlar Şurası 5 daimi üzv (Bankın ən iri səhm paketinə malik olan 5 ölkə - ABŞ, Yaponiya, Almaniya, Fransa və İngiltərə) və 19 digər ölkələri təmsil edən direktorlardan ibarətdir. DB-nın Prezidenti vəzifəsinə namizəd ABŞ prezidenti tərəfindən irəli sürülür və Direktorlar Şurası tərəfindən seçilir.

 

Təşkilatı struktur: DB Qrupu beş beynəlxalq agentlikdən ibarətdir:

 

  Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı (BYİB) – Təşkilatın yaranmasının əsas səbəbi II Dünya Müharibəsində zərər çəkmiş Avropa ölkələri və Yaponiyaya müharibədən sonrakı dövrdə yenidənqurma və bərpa işlərinin maliyyələşdirilməsində yardımçı olmaqdan ibarət idi. 1990-cı illərdən başlayaraq BYİB Şərqi Avropanın post-kommunist və post-sovet respublikalarının maliyyələşdirilməsinə başlamışdır. Hazırda təşkilatın əsas missiyası Asiya, Afrika və Latın Amerikasının zəif inkişaf etmiş ölkələrinə maliyyə dəstəyi göstərməklə yoxsulluqla mübarizədə yardımçı olmaqdan ibarətdir. AYİB tərəfindən dövlət şirkətlərinə və birbaşa hökumətə ayrılmış kreditlərin qaytarılmasına dövlət tərəfindən zəmanət verilir. Bu vəsaitlər əsasən DB tərəfindən pul bazarlarına satışa çıxarılan istiqrazlar hesabına əldə edilir. Bu istiqrazlar üzv dövlətlərin səhm kapitalı ilə zamin edilməsinə əsasən yüksək reytinqə (AAA) malik olurlar. Hazırda təşkilat əsasən böyük həcmli dövlət infrastruktur layihələrini maliyyələşdirir (hava limanları, nəqliyyat yolları və s.).

 

 Beynəlxalq İnkişaf Agentliyi  (BİA) – Təşkilat 24 sentyabr 1960-cı il tarixində yaradılmış və dünyanın ən kasıb 80 ölkəsinə (onlardan 39-u Afrika qitəsində yerləşən ölkələrdir) uzunmüddətli qrantlar və faizsiz kreditlərin təqdim edilməsi ilə məşğuldur. Bu kreditlər 35-40 il müddətinə faizsiz ayrılır. Təşkilatın yaradılmasından bu günə qədər artıq 161 mlrd. ABŞ dolları məbləğində kredit və qrantlar ayrılmışdır. Bu vəsaitlərin 50%-i Afrika ölkələrinə ayrılmışdır. BYİB-dən fərqli olaraq, BİA dünyanın ən iri ölkələri tərəfindən maliyyələşdirilir. Əlavə vəsaitlər BYİB-in gəlirlərindən və BİA-nın ayırdığı kreditlər üzrə faiz ödənişlərindən formalaşır. BİA-nın vəsaitləri əsasən təhsil, içməli su təchizatı, kommunal infrastrukturun yaxşılaşdırılması, ətraf  mühitin qorunması və digər bu kimi sosial layihələrin həyata keçirilməsinə ayrılır. 

 

  Beynəlxalq Maliyyə Korporasiyası (BMK) Təşkilat 1956-cı ildə yaradılmışdır və baş qərargahı Vaşinqton şəhərində yerləşir. BMK-nın 182 üzvü vardır. BMK-ya üzv olmaq üçün BYİB-ə üzvlük mütləqdir. BMK-nın fəaliyyəti əsasən özəl sektorun inkişafına, biznes sektoruna və dövlət qurumlarına texniki yardımın təqdim edilməsinə, özəl sektorda layihələrin maliyyələşdirilməsinə, özəl şirkətlərin beynəlxalq maliyyə bazarlarına çıxışının təmin edilməsinə yardımçı olmaqdan ibarətdir. DB-nın prezidenti eyni zamanda BMK-nın prezidenti kimi də fəaliyyət göstərir. BMK üzv ölkələrin təmsilçilərindən ibarət olan Direktorlar Şurası tərəfindən idarə edilir. BMK-nın kapitalı üzv ölkələrin payına əsasən formalaşır. DB-dən fərqli olaraq BMK dövlət zəmanəti olmayan layihələri də maliyyələşdirir. BMK investisiyalardan əlavə həmçinin texniki yardım və  məşvərətçi rolunda da çıxış edir.

 

 Çoxtərəfli İnvestisiya Zəmanəti Agentliyi (ÇİZA)Təşkilat 1988-ci ildə yaradılmış və nizamnamə kapitalı 1 mlrd. ABŞ dolları məbləğində müəyyən edilmişdir. ÇİZA əsasən inkişaf etməkdə olan ölkələrə birbaşa xarici investisiyaların yatırılmasını təmin edir. Bu təminat əsasən investorların siyasi risklərdən siğortalanması, investor və hökumət arasında vasitəçilik, investisiyaların cəlb edilməsi sahəsində  hökumətə məsləhət xidmətinin göstərilməsi formasında həyata keçirilir. Bu təşkilatın zəmanəti investorların müqavilə şərtlərinin pozulmasından, dövlət tərəfindən müsadirə edilməsi riskindən, vəsaitlərin azad axını kimi risklərə zəmanət verir. Lakin, ÇİZA-nın zəmanətləri kommersiya risklərindən, məsələn müflisləşmə riskindən qorumur.  Zəmanətin təqdim edilməsi prosesində aşağı gəlirli, siyasi böhran və ya münaqişə olan ölkələrə, ekologiya və sosial baxımdan vacib layihələr və infrastrukturun inkişafına üstünlük verilir. ÇİZA-nın zəmanətləri investisiya yönəldilən ölkədə qeydiyyatda olmayan şirkət və özəl şəxslərə təqdim edilir. Zəmanətlər 3 -15 il müddətinə təqdim edilir. DB-dan fərqli olaraq, investisiya yönəldilən ölkə tərəfindən qarşılıqlı zəmanət tələb olunmur. Həmçinin, ÇİZA özəl investor kimi çıxış edə bilməz və kreditlər təqdim etmir. Hal - hazırda ən maksimal zəmanət kimi bir investisiya layihəsi üçün 110 mln. ABŞ dolları və bir ölkə üçün 440 mln. ABŞ dolları nəzərdə tutulur. Qeyd etmək lazımdır ki, təşkilat spirtli içkilər və tütün istehsalına və qumar oyunları ilə bağlı biznes layihələrə zəmanət vermir. ÇİZA tərəfindən 1988-ci ildən etibarən 17.4 mlrd. ABŞ dolları məbləğində 900-ə yaxın zəmanət təqdim edilmişdir. Həmçınin, ÇİZA ABŞ-ın 50 mlrd. dollar məbləğində 96 ölkəyə birbaşa investisiyanın  yatırılmasını dəstəkləmişdir.

 

İnvestisiya Mübahisələrinin Həlli üzrə Beynəlxalq Mərkəz (İMHBM) Mərkəz 1966-cı ildə İnvestisiya Mübahisələrinin Dövlətlərarası Həlli üzrə Konvensiyanın imzalanması nəticəsində yaradılmışdır. Mərkəzin əsas məqsədi tərəflərin barışması üçün hüquqi şəraitin yaradılması, beynəlxalq investisiyalar üzrə mübahisələrdə arbitraj prosedurların aparılması, özəl investisiyalara qeyri–iqtisadi maneələrin aradan qaldırılmasından ibarətdir. Hazırda 143 ölkə təşkilatın üzvüdür. Təşkilat mübahisələri iki yolla həll edir: tərəflərin barışması və arbitraj məhkəməsi.  İMHBM İnzibati  Şura və Katiblik tərəfindən idarə olunur. İnzibati Şuranın Sədri – DB-nin Prezidentidir və Şurada Konvensiyanı ratifikasiya edən ölkələrin bir nümayəndəsi təmsil olunur.

 

 DB-nin Azərbaycanda fəaliyyəti haqqında məlumat

  Azərbaycan Respublikasının ölkədə sosial-iqtisadi inkişafı təmin etmək, əhalinin sosial rifah halını yaxşılaşdırmaq, sosial-iqtisadi və infrastruktur layihələri həyata keçirmək üçün beynəlxalq maliyyə-kredit institutları ilə əməkdaşlıq əlaqələrinin yaradılmasına və onların dəstəyinə ehtiyacı yaranmışdır. Bu məqsədlə Azərbaycan DB-yə üzv olmaq istiqamətində müvafiq tədbirlər həyata keçirmiş və 1992-ci ilin sentyabr ayında Dünya Bankına, 1995-ci ilin martında Beynəlxalq İnkişaf Assosiasiyasına, həmçinin 1992 və 1995-ci illərdə müvafiq olaraq Çoxtərəfli İnvestisiyaların Təminatı Agentliyi və Beynəlxalq Maliyyə Korporasiyasına üzv seçilmişdir.

  Üzv seçilən andan etibarən DB ölkəmizin bazar iqtisadiyyatına keçidində, çevik iqtisadi inkişafın reallaşdırılması və neft və qaz ehtiyatlarının artmasından faydalanmaq üçün qeyri-neft sektoru infrastrukturunun bərpası və inkişafı üzrə Azərbaycana yardım etmişdir. Həmçinin, DB sosial sektorda xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması, qaçqın və məcburi köçkünlərə, həmçinin, təhsil sektorunda məktəblərin yenidən bərpası və müəllimlərin təlimləndirilməsi istiqamətində layihələrin həyata keçirilməsinə dəstək vermişdir.

DB əsasən Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı və Beynəlxalq İnkişaf Assosiasiyası vasitəsilə Azərbaycanın nəqliyyat (52,34%), enerji /dağ-mədən sənayesi (2,31%), səhiyyə/qidalanma/əhali (2,22%), kənd təsərrüfatı (5,74%), təhsil (1,15%), maliyyə (0,57%), sosial inkişaf (1,22%), sosial müdafiə (0,51%), urbanizasiya (7,58%), ətraf mühit (0,6%), su təsərrüfatı (22,63%), dövlət sektorunda idarəetmə (1,44%),  maliyyə/özəl sektorun inkişafı (1,7%) sektorlarına investisiya yatırmışdır. Azərbaycanda həyata keçirilməkdə olan 2006-2015-ci illər üzrə Yoxsulluğun Azaldılması və Davamlı İnkişaf üzrə yeni Dövlət Proqramı (YADİDP), 2007-2010-cu illəri əhatə edən və YADİDP-in məqsədlərini özündə birləşdirən Ölkə Tərəfdaşlıq Strategiyası (ÖTS) çərçivəsində DB ilə əməkdaşlıq davam etdirilməkdədir. ÖTS Azərbaycan Respublikası Hökuməti tərəfindən müəyyən olunmuş ehtiyac və prioritetlərə əsaslanan partnyorluq planıdır. Bu Strategiyada yüksələn struktur islahatları, dövlət sektorunun idarə olunması və institusional potensialın gücləndirilməsi və daha geniş dövlət zəmanətli investisiya proqramının dəqiqliklə prioritetləşdirilməsi və səmərəli icrası əks olunmuşdur. ÖTS YADİDP-in məqsədlərini əks etdirir və aşağıda qeyd olunan dörd vacib prinsipə əsaslanır: (i) dövlət sektorunun idarə olunmasının keyfiyyət və şəffaflığının təkmilləşdirilməsi; (ii) qeyri-neft iqtisadiyyatının davamlı və tarazlaşdırılmış inkişafının dəstəklənməsi; (iii) sosial xidmətlərin keyfiyyətinin və onlara çıxış imkanlarının yaxşılaşdırılması; (iv) ətraf mühitin idarə olunması və mühit dəyişikliklərinin inkişaf etdirilməsi. Hazırda DB ilə 2011-2014-cü illəri əhatə edəcək yeni Ölkə üzrə Tərəfdaşlıq Strategiyasının hazırlanması istiqamətində müvafiq tədbirlər həyata keçirilməkdədir.

 AMB DB ilə sıx əməkdaşlıq əlaqələrinə malikdir və eyni zamanda DB-da Azərbaycan tərəfindən müdir AMB-nin sədridir. Bu əməkdaşlıq çərçivəsində DB-nın Azərbaycan üzrə ölkə Strategiyasında nəzərdə tutulmuş tədbirlərin və sosial-iqtisadi və infrastruktur layihələrin həyata keçirilməsində əlaqələndirici rol oynayır.

 Eyni zamanda, DB-nın Azərbaycanda müxtəlif sahələrdə həyata keçirdiyi layihələrlə yanaşı maliyyə sektorunda həyata keçirilən islahatlara yardım göstərilməsi məqsədilə BVF və DB-nın dəstəyi ilə AMB tərəfindən formalaşdırılmış və həyata keçirilən “Maliyyə sektorunun inkişaf strategiyası”ndan irəli gələn strateji məqsədlərə xidmət edən “Maliyyə sektoruna texniki yardım” layihəsinin icrası müvəffəqiyyətlə reallaşdırılmışdır. Bu layihə çərçivəsində ölkədə mütərəqqi texnologiya əsasında ödəniş sistemlərinin inkişaf etdirilməsi, o cümlədən Xırda Ödənişlər üzrə Hesablaşma Klirinq Sistemi, Kart Prosessinq Mərkəzi, Mərkəzləşdirilmiş Kredit Reyestri və s. mühüm layihələr həyata keçirilmişdir. Layihənin əsas məqsədləri kimi a) hüquqi, tənzimləyici və nəzarət sisteminin təkmilləşdirilməsi, b) bank infrastrukturunun gücləndirilməsi və c) bankların yenidən qurulması və diversifikasiyasına texniki yardım göstərilməsi müəyyən olunmuşdur. Layihə bank sektorunda islahatların stimullaşdırılması və dəstəklənməsində əhəmiyyətli rol oynamaqla bank sisteminin həcminin, habelə xidmətlərin miqyasının və keyfiyyətinin nəzərəçarpacaq artımına gətirib çıxarmışdır. Layihənin Mərkəzi Bank komponenti çərçivəsində müəyyən olunmuş fəaliyyət planına uyğun olaraq aşağıdakı hədəflər üzrə əsaslı nəticələr əldə olunmuşdur:

  • Xırda Ödənişlər üzrə Hesablaşma – Klirinq Sisteminin (XÖHKS) yaradılması;
  • “Millikart” Prosessinq Mərkəzinin yaradılması;
  • Bank sisteminin mühasibat uçotunun beynəlxalq mühasibat uçotu standartlarına (BMUS) tam keçidinin təmin olunması;
  • Mərkəzləşdirilmiş Kredit Reyestrinin (MKR) yaradılması;
  • Kommunal Xidmət Haqları Ödənişi Sisteminin (KXHÖS) yaradılması.

 

2002-ci ildən başlayaraq DB ilə fəal danışıqlar aparılmış və nəhayət 24 may 2005-ci il tarixində Azərbaycan Respublikası ilə Beynəlxalq İnkişaf Assosiasiyası arasında dəyəri 8,4 milyon SDR (12,25 milyon ABŞ dolları) məbləğində “İnkişaf krediti haqqında” Saziş (Maliyyə xidmətlərinin inkişafı layihəsi) imzalanmışdır.

Layihə “Azərpoçt” Dövlət Müəssisəsinin mövcud platformasından (şöbə və agentliklər, digər cari və potensial imkanlar) istifadə etməklə Azərbaycanda maliyyə xidmətlərinin inkişafına şərait yaratmağı, kənd yerlərində və kiçik şəhər mərkəzlərində əhalinin bank-maliyyə xidmətlərinə sərbəst çıxışını təmin etməyi və yerli poçt şöbələri vasitəsilə müştərilərə geniş həcmli xidmətlər təklif etməyi nəzərdə tutur.

 

Avropa Yenidənqurma və İnkişaf Bankı

Baş ofis: London şəhəri, Birləşmiş Krallıq

Prezident:Tomas Mirrou (2008-ci ildən)

Təsis olunduğu il: 1991-ci il

Üzvlər: 61 ölkə

İnternet səhifəsi: www.ebrd.com

 

Tomas Mirou, Prezident

 

Ümumi məlumat:

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) 1991-ci ildə, Mərkəzi və Şərqi Avropada yardıma ehtiyacı olan post - sovet ölkələrində özəl sektorun canlandırılmasına yardım məqsədilə yaradılmışdır. AYİB hazırda regionda ən böyük investor rolunu oynayır və öz maliyyə vəsaitlərindən başqa digər əhəmiyyətli birbaşa investisiyaları da özündə cəmləşdirir. AYİB-in 61 ölkə və 2 beynəlxalq institutdan ibarət səhmdarı vardır. Lakin, dövlət sektoruna malik səhmdarlarının olmasına baxmayaraq Bank əsasən digər kommersiya tərəfdaşları vasitəsilə özəl sektora investisiya yatırır. AYİB bank, sənaye və biznes sektoru üçün layihələri maliyyələşdirir. O həmçinin özəlləşdirməyə dəstək, dövlət müəssisələrinin restrukrizasiyası və bələdiyyə xidmətlərinin təkmilləşdirilməsi istiqamətində dövlət müəssisələri ilə də əməkdaşlıq edir.

 

Fəaliyyət: AYİB öz mandatına əsasən yalnız demokratik prinsiplərə söykənən ölkələrlə əməkdaşlıq edir. Hal - hazırda AYİB Orta Avropa və Mərkəzi Asiya regionunda 29 ölkəyə  investisiya ayırır. Bank əsasən istiqrazların emissiyası hesabına vəsaitlər cəlb edir. Bankın fərqliyiyi ondan ibarətdir ki, bank investisiya layihələrinə geniş həcmdə milli valyutalar cəlb edir. Bütün investisiya layihələrində Bank bazar iqtisadiyyatının formalaşması, özəl sektora yardım məqsədilə zəruri infrastrukturun inkişaf etdirilməsi, yerli kapitalın cəlb edilməsi və s. istiqamətlərdə dəstək olur. 1991 - 2008-ci illərdə AYİB Şərqi Avropa ölkələrinə 33 mlrd. avro vəsait ayırmışdır. 2009-cu ildə Bankın xüsusi kapitalı 20 mlrd. avro təşkil etmişdir. AYİB tərəfindən maliyyələşdirmənin əsas şərtlərindən biri irihəcmli layihələrin (5 mln.-250 mln. avro) maliyyələşdirilməsidir. AYİB-in orta investisiya portfeli 25 mln. avroya bərabərdir.

Təşkilata üzvlük: Bu günə Azərbaycan, Albaniya, Ermənistan, Belarus, Bosniya və Herseqovina, Bolqarıstan, Xorvatiya, Estoniya, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Latviya, Litva, Makedoniya, Macarıstan, Çernoqoriya, Moldova, Monqolustan, Polşa, Rumıniya, Rusiya, Serbiya, Slovakiya, Sloveniya, Tacikistan, Türkiyə, Türkmənistan, Ukrayna və Özbəkistan kimi ölkələr AYİB-in həm üzvü, həm də əsas investisiya alıcılarıdırlar.

  Avstraliya, Avstriya, Belçika, Kanada, Kipr, Çexiya, Danimarka, Misir, Finlandiya, Fransa, Almaniya, Yunanıstan, İslandiya, İrlandiya, İsrail, İtaliya, Yaponiya, Lüksemburq, Malta, Meksika, Mərakeş, Niderland, Yeni Zelandiya, Norveç, Portuqaliya, Cənubi Koreya, İspaniya, İsveçrə, İsveç, Birləşmiş Krallıq və ABŞ AYİB-in yalnız maliyyələşdirici üzvləridirlər. 

Təşkilatı struktur: Bankın Ali Baş İcraedici orqanı – İdarəedicilər Şurasıdır. Şurada hər səhmdar ölkə öz nümayəndəsi ilə təmsil olunur və adətən nümayəndə rolunda ölkənin maliyyə naziri çıxış edir. Bankın strateji idarə edilməsi Direktorlar Şurası tərəfindən icra olunur. Direktorlar Şurası AYİB-in direktivlərinin realizə edilməsinə və Bankın ümumi fəaliyyətinə cavabdehlik daşıyır. Bankın Prezidenti İdarəedicilər Şurası tərəfindən 4 il müddətinə sadə səs çoxluğu ilə seçilir. Prezident eyni zamanda, ikinci müddətə də seçilə bilər.

 

AYİB-in Azərbaycanda fəaliyyəti haqqında məlumat

  Azərbaycan AYİB-ə 25 sentyabr 1992-ci il tarixdə üzv seçilmişdir və o vaxtdan etibarən AYİB Azərbaycanda enerji, nəqliyyat, su, bankçılıq, mülkiyyət, aqrobiznes və ümumi sənaye kimi sahələri əhatə edən ölkə və regional əhəmiyyətli layihələrin həyata keçirilməsini dəstəkləmişdir. Bununla yanaşı, AYİB ölkədə institusional inkişafın və rəqabətliliyin artırılması məqsədilə maliyyə və texniki yardım göstərmişdir. Azərbaycanda fəaliyyətə başladığı dövrdən indiyədək AYİB ümumi məbləği 1,4 milyard avro olan 100 layihəni dəstəkləmişdir. AYİB-in maliyyə sektoru üzrə fəaliyyət istiqaməti bank sistemində aparılan islahatlar, maliyyə siyasəti və respublikanın maliyyə institutlarına dair gələcək siyasətin təşkili və həyata keçirilməsinə yönəldilmişdir.

 

  AYİB Azərbaycanda maliyyə sektorunun güclənməsi istiqamətində aktiv fəaliyyət göstərir. AYİB-in maliyyə sektorunda fəaliyyəti banklara kredit xətlərinin təmin edilməsi, Mikromaliyyələşdirmə Bankının kapitalında və özəl bankların kapitalında iştirak, eləcə də dövlət banklarının özəlləşdirilməsi istiqamətində həyata keçirilir. AYİB-in son zamanlar Azərbaycanda fəaliyyət sferası nəzərəçarpacaq dərəcədə yüksəlmiş və müxtəlif sektorlar üzrə həyata keçirilmiş əməliyyatların sayı kəskin şəkildə artmışdır. Ölkə Strategiyasının həyata keçirildiyi müddət ərzində təbii ehtiyatlar sektorunda imzalanmış layihələr AYİB-in biznes fəaliyyətlərinin ümumi dəyəri olan 239 mln. avronun böyük hissəsini (73%) təşkil etmişdir.

  AYİB-in investisiya layihələrinin müxtəlif sektorları əhatə etməsinə baxmayaraq, dövlət sektorunda iri infrastruktur layihələrinin xüsusi çəkisi daha böyükdür. Bu isə sabit və çox şaxəli özəl sektorun inkişaf prosesində aparıcı rol oynaması üçün zəruri iqtisadi, infrastruktur bazasının yaradılmasına olan ehtiyacı göstərir. Eyni zamanda neft gəlirlərinin artması nəticəsində Hökumətin borc alma qabiliyyətinin əhəmiyyətli dərəcədə artması öz növbəsində Hökumətin dövlət sektoru infrastrukturunda çox ehtiyac duyulan investisiyaları almaq imkanlarını artırır.

 

Asiya İnkişaf Bankı

Baş ofis: Manila şəhəri, Fillipin

Prezident: Xaruxiko Kuroda (2005-ci ildən)

Təsis olunduğu il: 1966-ci il

Üzvlər: 67  ölkə

İnternet səhifəsi: www.adb.org

 


Xaruxiko Kuroda, 
Prezident

 

180px-Asian_Development_Bank_headquarters

 

Ümumi məlumat:

Asiya İnkişaf Bankı (AİB) 1966-cı ildə yaradılmış və missiyası üzv ölkələrin inkişafında onlara yardım etməklə yoxsulluğun azaldılması və əhalinin həyat səviyyəsinin yaxşılaşdırılmasından ibarət olan beynəlxalq maliyyə institutudur. AİB-i maliyyələşdirən 67 üzv ölkə vardır ki, bunlardan 48-i Asiya və Sakit Okeanı regionundan, 19-u isə dünyanın digər yerlərindəndir.

 

Fəaliyyət: AİB tərəfindən investisiyaların cəlb edilməsinə üzv ölkələrin hökumətləri ilə yanaşı hüquqi şəxslər də müraciət edə bilər. Təqdim edilən bir kreditin orta məbləği 15 mln. ABŞ dollarıdır. Daha irihəcmli kreditlər (ən maksimal məbləğ 50 mln. ABŞ dolları ola bilər) bank tərəfindən nadir hallarda ayrılır. İnvestisiyalar prioritet olaraq nəqliyyat və rabitə, energetika, maliyyə, kənd təsərrüfatı sahələrinə ayrılır. Kreditlər iki fonddan ayrılır: adi və xüsusi. Adi fond kommersiya şərtləri əsasında kreditləşməni nəzərdə tutur, yəni daha qısa müddətə (adətən 15-25 il müddətinə) və adi bazar faizləri ilə. Xüsusi fond uzun müddətli kreditlərin ayrılmasını nəzərdə tutur. Bu müddət 25 - 40 ilə çatır və güzəştli faizlərlə (1 - 3%) hesablanır. Kreditlərdən başqa AİB üzv ölkələrə texniki yardım, zəmanətlərin təqdim edilməsi, səhmlərin alınması kimi xidmətlər də təklif edir. Adi fonddan ayrılan kreditlərin güzəşt müddəti 3 - 5 il, xüsusi fondun vəsaitləri üçün isə 10 ildir.

 

Təşkilata üzvlük: Bankın üzvləri iki qrupa bölünür – regional və qeyri - regional ölkələr. Birinci qrupa Avstraliya, Butan, Honkonq, Qazaxıstan, Çin, Malayziya, Mikroneziya, Nauru, Kuk adaları, Pakistan, Solomun adaları, Tayvan, Özbəkistan, Cənubi Koreya, Əfqanıstan, Vanuatu, Hindistan, Kamboca, Qırğızıstan, Maldiv adaları, Monqolustan, Nepal, Samoa, Tacikistan, Tonqa, Filippin, Yaponiya, Banqladeş, Vyetnam, İndoneziya,  Cibuti, Laos, Marşal adaları, Myanma, Yeni Zelandiya, Fici, Sinqapur, Tailand, Tuvalu, Şri-Lanka, Papua - Yeni Qvineya daxildir.

 

BMT-nin Asiya və Sakit okean ölkələri üzrə İqtisadi və Sosial Komissiyasının (ESCAP) üzvü olan, yaxud assosiativ üzvü olan bütün ölkələr, habelə regionun BMT-nin və ya onun hər hansı ixtisaslaşdırılmış agentliyinin üzvü olan digər inkişaf etməkdə olan ölkələr və sənaye cəhətdən inkişaf etmiş qeyri-region ölkələri Bankın üzvü ola bilərlər.

 

İkinci qrupa isə Avstriya, Almaniya, Norveç, Finlandiya, İsveç, İsveçrə, İtaliya, Belçika, Danimarka, Kanada, ABŞ, Fransa, Birləşmiş Krallıq, İspaniya, Niderland, Türkiyə daxildir.

 

Təşkilatı struktur: Bankın Baş İdarəedici qurumu olan İdarə Heyəti hər bir üzv ölkənin nümayəndələrindən ibarətdir. İdarə Heyəti öz növbəsində Bankın Direktorlar Şurasını seçir. Direktorlar Şurası 12 nəfərdən ibarətdir və onlardan 8-i regional, digər 4 nəfəri isə qeyri-region ölkələrin təmsilçiləridir. Yaponiya Bankın ən iri səhmdarıdır və bu səbəbdən də Bankın presidenti daima Yaponiya təmsilçisi olur.

 

AİB-in Azərbaycanda fəaliyyəti haqqında məlumat: Azərbaycan AİB-ə 29 oktyabr 1999-cu il tarixində üzv seçilmişdir. Azərbaycan regional üzvlər arasında 18-ci və ümumilikdə isə 26 ən böyük payçıdır. Azərbaycanın payı 15736 (0,44%), səs hüququ isə 28968 (0,65%) təşkil edir. AİB-in Azərbaycanda 2004-cü ildə nümayəndəliyinin açılması bu qurumla əməkdaşlığın daha aktivləşməsinə imkan vermişdir. AİB-in Azərbaycandakı fəaliyyətinin əsas strateji istiqamətlərini yoxsulluğun azaldılması və qeyri-neft sektorunun inkişafının dəstəklənməsi təşkil etmişdir. Azərbaycanda AİB tərəfindən əsasən nəqliyyat, su təchizatı, enerji, həmçinin, maliyyə sektoru (bank və sığorta), təhsil, səhiyyə və s. sahələrdə həyata keçirilən layihələr maliyyələşdirilmişdir.

 

AİB-in Azərbaycanda həyata keçirdiyi layihələri dövlət və özəl sektorları əhatə edir və Hökumətin inkişaf strategiyalarına uyğun olaraq həyata keçirilir. AİB özəl sektorda öz iştirakını əhəmiyyətli dərəcədə artırmış və ölkədə bank sektorunun gücləndirilməsi, eləcə də özəl infrastrukturun inkişafına kömək etmişdir. Özəl banklar fərdi sahibkarlara, eləcə də kiçik və orta müəssisələrə kiçik həcmli kreditlərin verilməsində əsas mənbə olduqlarına görə onlar iqtisadiyyatda vacib mövqe tuturlar. AİB həmçinin, Azərbaycanın yol sektorunda, xüsusilə yolların inkişafında əhəmiyyətli rol oynamaqdadır. Respublikada yolların inkişafı proqramı üzrə təqdim edilmiş çox tranşlı maliyyələşmə mexanizmi AİB və Azərbaycan arasında əməkdaşlığın yeni mərhələsini müəyyən etmişdir. AİB həmçinin, regional şəhərlərdə su təchizatı və kanalizasiya qurğularının bərpa edilməsi üzrə kreditlər vermiş, eləcə də uzunmüddətli dayanıqlı iqtisadi və sosial inkişaf strategiyasının və proqramların hazırlanması üzrə Hökumətə dəstək məqsədilə texniki yardımlar ayırmışdır. AİB yoxsulluğun azaldılması və dayanıqlı iqtisadi artımın gücləndirilməsi istiqamətində Hökumətin məqsəd və fəaliyyətinə şərik olur.

 

AİB-in Azərbaycana yardım strategiyası ikili xarakter daşıyır: (i) ən kəskin ehtiyac içində yaşayanlar üçün mühüm ictimai ehtiyacların və xidmətlərin təmin edilməsinin təkmilləşdirilməsində Hökumətə köməklik etmək; (ii) rəqabətə əsaslanan özəl investisiyaların həyata keçirilməsi və yeni iş yerlərinin yaradılması üçün zəruri mühitin yaradılmasına yardım etmək. AİB-in strategiyaya əsaslanan bu əməliyyatları idarəçiliyin yaxşılaşdırılmasına və institutların möhkəmləndirilməsinə xüsusi təsir göstərir.

 

TERMİNLƏR LÜĞƏTİ

 

A

Alınmış rəsmi transferlər (received official transfers) – digər dövlət idarəetmə orqanlarından və beynəlxalq təşkilatlardan alınmış bütün qaytarılmayan, əvəzsiz ödəmələrdir. Buraya xüsusi layihələrin və ya proqramların tətbiqi, əsas büdcəyə və ya istənilən digər məqsədə kömək göstərilməsi üçün nəzərdə tutulmuş təzminatlar və hədiyyələr də daxildir.

 

Ali Audit İnstitutlarının Beynəlxalq Təşkilatı (International Organization Of Supreme Audit Institutions INTOSAI) – INTOSAI BMTyə və ya onun ixtisaslaşmış agentliklərinə üzv olan ölkələrin ali audit institutlarının peşəkar beynəlxalq təşkilatıdır. INTOSAI 1953-cü ildə o dövrdə Kubanın Ali Audit Təşkilatının rəhbəri olan Emiliyo Fernandez Kamusun təşəbbüsü ilə formalaşıb. Həmin vaxt 34 ölkənin ali audit institutunun iştirakı ilə Kubada INTOSAI-nin I konqresi keçirilmişdir. Bu gün isə təşkilatın 186 üzvü vardır. INTOSAI muxtar, müstəqil və qeyrisiyasi təşkilatdır. O, BMT-nin İqtisadi və Sosial Şurası yanında xüsusi konsultativ statusa malik qeyri-hökumət təşkilatıdır. Bir çox onilliklər ərzində təşkilatın Baş Katibliyinə Avstriya Audit Təşkilatı ev sahibliyi etmişdir. Hal-hazırda da təşkilatın mənzil-qərargahı Vyanadadır. 1977- ci ildə INTOSAI Lima Deklarasiyasını qəbul etmişdir. Bu sənəd təşkilatın əsas konseptual və fəlsəfi yanaşmasını, xüsusi vurğulanan müstəqil və demokratik dəyərlərini aydınlaşdırır. Dövlət sektorunun auditi üzrə beynəlxalq miqyasda tanınmış lider təşkilat olaraq INTOSAI maliyyə idarəetməsi və digər əlaqəli sahələrdə beynəlxalq rəhbər sənədlər hazırlayır, müvafiq metodologiyaları inkişaf etdirir, təlimlər hazırlayır və üzvlər arasında informasiya mübadiləsini təmin edir. INTOSAI-nin 5 rəsmi dili mövcuddur: ərəb, ingilis, fransız, alman və ispan. INTOSAI-nin ən gənc regional İşçi Qrupu 1990-cı ildə Berlin Deklarasiyası əsasında I Madrid konqresində formalaşan Avropa Ali Audit İnstitutlarının Təşkilatı olan EUROSAI-dir. EUROSAI-nin hazırda 47 üzvü vardır ki, bunlar 46 Avropa ölkəsinin ali audit institutları və Avropa Auditorlar Palatasıdır. EUROSAI-nin məqsədləri: üzvlər arasında peşəkar əməkdaşlığın

inkişafı; informasiya və sənədləşmə mübadiləsinin təşviqi; maliyyə nəzarətində istifadə olunan anlayışların harmonizasiyası; peşəkar maliyyə nəzarətçilərinin və auditorların hazırlanması.

 

B

Bank (bank) – fiziki və hüquqi şəxslərdən depozitlərin və ya digər qaytarılan vəsaitlərin cəlb edilməsi, öz adından və öz hesabına kreditlərin verilməsini, habelə müştərilərin tapşırığı ilə köçürmə və hesablaşma-kassa əməliyyatlarını məcmu halda həyata keçirən hüquqi şəxsdir.

 

Bank filialı (bank branch) – hüquqi şəxs olmayan, bankın olduğu yerdən kənarda yerləşən, öhdəlikləri üçün bankın özünün məsuliyyət daşıdığı, banka icazə verilmiş bank fəaliyyətinin hamısını və ya bir hissəsini həyata keçirə bilən bankın ayrıca bölməsidir. Kommersiya banklarının və onların filiallarının sayı, ilin axırına olan vəziyyətə görə, qeydə alınmış kommersiya banklarının və onların filiallarının sayıdır.

 

Bank krediti (bank loan) – bağlanmış müqaviləyə uyğun olaraq qaytarılmaq, müəyyən müddətə (müddətin uzadılması hüququ ilə) və faizlər (komisyon haqlar) ödənilmək şərti ilə, təminatla və ya təminatsız müəyyən məbləğdə borc verilən pul vəsaitidir. Həmin şərtlərlə pul vəsaitinin verilməsi haqqında götürülmüş hər hansı öhdəlik, qarantiya, zəmanət, borc qiymətli kağızlarının diskontla və ya faizlər alınmaqla satın alınması və müqaviləyə əsasən hər hansı formada verilmiş vəsaitin qaytarılmasını tələb etməklə bağlı digər hüquq da kredit anlayışına aiddir.

 

Bazar qiyməti (market price) – bazar qiyməti malın (işin, xidmətin) tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti deməkdir.

 

Beynəlxalq bank bazarı (interbank market) – bankların təsbit edilmiş müddət ərzində qısamüddətli likvidlik problemlərini uyğunlaşdırmaq üçün öz aralarında borc alıb verdiyi pul bazarıdır. Faiz dərəcəsini müəyyənləşdirən birinci dərəcəli bankların faiz dərəcəsi inter-bank offered rate adlanır.

Bonus (bonus) – faydalı qazıntıları şirkətlərə istismara verdiyi üçün həmin ehtiyatların üzərində mülkiyyət hüququnu saxlayan dövlətə buna görə ödənilən vəsait. Bonus hasilatın pay bölgüsü sazişlərinin imzalanması və ya icrası ilə bağlı hökumətə ödənilən mükafatdır. Bonuslar adətən mərhələlərlə ödənilir. Onun bir hissəsi layihənin əvvəlində, digər hissəsi isə layihədə müəyyən mərhələlərə çatdıqca ödənilir. Adətən hasilatın pay bölgüsü (PSA) tipli müqavilələrdə bonuslar müqaviləyə daxil edilmir. Çünki onun daxil edilməsi halında bonusun hasilat başladıqdan sonra kompensasiyası məsələsi qaldırıla bilər.

 

Borcun idarə olunması (public debt management) – dar mənada borc vəsaitinin alınmasından, əsas borc və faizlərinin ödənərək borcun bağlanmasına qədər həyata keçirilən işlərin məcmusu. Geniş və elmi mənada isə pul və maliyyə siyasətindən ayrı olmaqla birlikdə, onlarla uyğunlaşdırılmış şəkildə aparılan borc siyasəti.

 

Büdcə (budget) – hər maliyyə ili üçün iqtisadi subyektin xərclərini və gəlirlərini əhatə edən illik maliyyə planıdır. Bu, gələcək xərcləri və gəlirləri, onların detallaşdırılmış təsvir və tətbiqini hesablayır. Sonuncuya büdcə qeydləri də daxildir.

 

C

Cari transferlər (current transfers) – elə əməliyyatlardır ki, bu zaman bir institusional vahid (sektor) başqa bir institusional vahidə (sektora) əvəzində heç nə almadan əmtəə, xidmət və ya pul vəsaiti təqdim edir və bu, aktivlərə sahibkarlıq hüququnun başqasına verilməsi, yaxud aktivlərin alınması və çıxdaş edilməsi ilə əlaqədar deyildir. Transferlər pul və natura şəklində verilə bilər.

Cari transferlərin aşağıdakı əsas növləri vardır:

a) gəlirlərə, əmlaka və s. görə cari vergilər;

b) sosial sığortaya və sosial müavinətlərə ayırmalar;

v) digər cari transferlər; sığorta mükafatları, əvəzi ödənilməyən yardım,

könüllü haqlar və ianələr, cərimə və peniyalar, lotereya uduşları və s.

 

Ç

“Çirkli pulların yuyulması” (money laundering) – qeyri-qanuni yolla əldə edilmiş gəlirlərin leqallaşdırılması prosesidir. Qeyri-qanuni gəlirlər dedikdə isə, narkotik maddələrin və silahların qeyri-qanuni alverindən, qaçaqmalçılıqdan, korrupsiyadan, gizli iqtisadiyyatdan, şantajdan və maliyyə dələduzluğundan əldə edilmiş vasitələr nəzərdə tutulur. “Çirkli pulların yuyulması”na qarşı tədbirləri koordinasiya edən və mütəmadi monitorinqlər aparan iki beynəlxaq qrup mövcuddur. Bunlar Maliyyə Cinayətləri ilə Mübarizə üzrə Beynəlxalq Qrup (FATF) və Avropa

Şurasının “Money Wall” adlanan xüsusi ekspert qrupudur. “Çirkli pulların yuyulması” prosesinin realizə mexanizmi konkret maliyyə-bank əməliyyatlarından ibarətdir. Məsələn, adsız depozit sertifikatları ilə əməliyyatlar (bu zaman qiymətli kağızın faktiki sahibi və ondan faktiki mənfəət götürən şəxs məlum olmur) və kodlaşdırılmış bank hesablarının açılması. Bir sözlə, “çirkli pulların yuyulması ” qanuni mənbədən gələn qeyri-qanuni mənimsənilən pulların mənbəyinin gizlədilməsidir. Pulların “yuyulması” korrupsiyanın maskalanması prosesidir və narkotik və insan ticarəti, kleptorat və dövlət qulluqçularının cinayətinin ört-basdır edilməsində geniş tətbiq olunur. Bank sirləri, vergi sığınacaqları “ yuyulmuş ” pulların izlənməsini çətinləşdirir. Pulların “yuyulması”nı idarə etmək üçün bir çox təşkilatlar hüquqi səylər göstərir: BMT-nin Korrupsiyaya qarşı Konvensiyası və BMT-nin transmilli cinayətkarlığa qarşı konvensiya və protokolu.

D

Daxili audit (internal audit) – təsərrüfat subyektinin fəaliyyətinin inkişafına və səmərəliliyinin yüksəldilməsinə yönəldilmiş risklərin idarə olunması, nəzarət və idarəetmənin səmərəliliyinin qiymətləndirilməsi və inkişafına sistemli yanaşmaqla, təsərrüfat subyektinə öz məqsədlərinə nail olmaqda köməklik edən obyektiv, təminatverici və məsləhətverici fəaliyyətdir. Daxili audit obyekt çərçivəsində audit müstəqil sertifikatlı ictimai mühasibdən daha çox öz heyəti tərəfindən aparılır. Daxili auditorun (DA) funksiyası səlahiyyət verən məmurun və mühasibat məmurunun funksiyası ilə bir araya sığmazdır. DA müstəqil institut tərəfindən müəyyən edilir, belə ki, onlar risklərlə bağlı məsləhət verməli, idarəetmənin və idarə sistemlərinin keyfiyyəti ilə bağlı müstəqil fikir və inkişaf üçün məsləhətlər verməlidir.

 

Davamlı inkişaf (sustainable development) – ətraf mühitdə və təbii resurslarda uzunmüddətli dövrdə çirklənmə və tükənmə olmadan əldə edilən iqtisadi inkişaf. Davamlı inkişafın səviyyəsini qiymətləndirməyə imkan verən indikatorlar sistemini bir nümunə kimi nəzərdən keçirək: http://www.sustainable-development.gov.uk/progress/regional/summaries/index.htm 

1. Davamlı istehlak və istehsal (iqlim dəyişiklikləri və enerji indikatorları daxil olmaqla): İstixana qazlarının emissiyası; Son istifadəçilərin CO2 emissiyası; Su ehtiyatlarından istifadə; Daxili su istehlakı; Tullantılar; Ev təsərrüfatı tullantıları.

2. Təbii ehtiyatların və ətraf mühitin səmərəli istifadəsi və qorunması: Quşların məskunlaşması; Torpaqdan istifadə; Torpaqdan təkrar istifadə; Mənzillə təminat və məskunlaşma intensivliyi; Hava çirkləndiricilərinin emissiyası; Çay sularının keyfiyyəti; Su təzyiqi.

3. Dayanıqlı icmaların və ədalətli mühitin yaradılması: Aktiv icma iştirakçılığı; Qeydiyyata düşən cinayətkarlıq; Cinayətkarlıq xofu (fear of crime); Məşğulluq; İşsiz ailələr; İqtisadi aktiv olmayanlar; Uşaqlar arasında yoxsulluq; Təqaüdçülər arasında yoxsulluq; Təhsil xidmətləri; Səhiyyə xidmətlərinin bərabərsizliyi; Səhhətli ömür gözləntisi (healthy life expectancy); Ölüm səviyyəsi; Siqaret çəkilməsi səviyyəsi; Uşaqların kökəlməsi səviyyəsi; Əhalinin mobilliyi; Məktəbə cəlb edilmə səviyyəsi; Xidmətlərin əlçatanlığı; Yol qəzaları; Ekoloji bərabərlik; Havanın təmizliyi və səhiyyə; Mənzil şəraiti; Yanacaq çatışmazlığı şəraitində yaşayan ailələr; Evsizlik; Lokal ekoloji keyfiyyət; Lokal ərazidə qaneedicilik; Beynəlxalq yardımlar; Ümumi rifah. Digər kontekstual indikatorlar: İqtisadi buraxılış (economic output); Məhsuldarlıq; İnvestisiya; Demoqrafiya; Ev təsərrüfatları və mənzillər.

 

Dövlət borcu (public debt) – dövlətin hüquqi və fiziki şəxslərə, habelə xarici dövlətlərə və beynəlxalq təşkilatlara müvafiq faiz ödənilməklə qaytarmalı olduğu, milli və ya xarici valyuta ilə ifadə edilmiş borc öhdəlikləridir. Dövlət borclanmaya əsasən təxirəsalınmaz sosial-iqtisadi xərclərin maliyyələşdirilməsi və büdcə kəsirinin yerinin doldurulması məqsədilə gedir. Dövlət borcu ötən illərin borcundan və yeni yaranan borcdan ibarət olur. Müddətinə görə isə qısamüddətli, ortamüddətli, uzunmüddətli borc öhdəlikləri fərqləndirilir. Azərbaycan Respublikasında dövlət borcu aşağıdakı formalarda ola bilər:

1. Hökumətin aldığı kreditlər.

2. Hökumət adından buraxılan qiymətli kağızlar şəklində dövlət istiqrazları.

3. Hökumətin təminat verdiyi digər borc öhdəlikləri.

Dövlət borcu müvafiq xərclərin maliyyələşdirilməsi üçün dövlət zəmanəti ilə alınan və dövlətin öhdəliyi əsasında müəyyən edilmiş müddətlərdə qaytarılması nəzərdə tutulan maliyyə vəsaitidir. Büdcə ili ərzində alınan dövlət borcunun məbləği, onun istifadəsi və dövlət borcuna xidmət göstərilməsi ilə bağlı xərclər dövlət büdcəsində əks etdirilir. Büdcə gəlirlərinin həcmindən və ayırmaların səviyyəsindən asılı olmayaraq dövlət borcu üzrə xidmətlər (əsas borc və faiz) tam və vaxtında həyata keçirilməlidir. Faizlər və borclar kredit müqaviləsinə, yaxud dövlət qiymətli kağızlarının şərtlərinə əsasən vaxtında ödənilməlidir. Daxili və xarici dövlət borclarının yuxarı həddi müvafiq büdcə ili üçün dövlət büdcəsi haqqında qanunla müəyyənləşdirilir. Azərbaycan Respublikasında dövlət borcu dövlətin adından bağlanmış müqavilələrin öhdəlikləri üzrə ödənilməli olan borc.

 

Dövlət borcuna xidmət (service for public debt) – konkret borc vəsaitinin müəyyən edilmiş mənbə hesabına qaytarılmasına xərcləmələr prosesini nəzərdə tutur. Azərbaycan Respublikasının dövlət borcuna xidməti müvafiq icra hakimiyyəti orqanı təmin edir. Dövlət borcuna xidmət xərcləri müvafiq büdcə ili üzrə Azərbaycan Respublikasının dövlət büdcəsi haqqında qanununda nəzərdə tutulur. Dövlət borcuna xidmət, o cümlədən əsas məbləğin və faizlərin ödənilməsi üzrə xərclər müvafiq il üzrə Azərbaycan Respublikasının dövlət büdcəsində kifayət

məbləğdə nəzərdə tutulmadıqda, həmin xərclər dövlət büdcəsinə müvafiq dəyişikliklər edilməklə və ya digər mənbələr hesabına ödənilir.

 

Dövlət borcundan və ya dövlət zəmanəti ilə alınmış borcdan istifadəyə nəzarət (control over the use of public debt or debt with government guarantee) – dövlət borc almaları və ya dövlət zəmanəti yolu ilə cəlb olunan vəsaitdən istifadə edən şəxs kreditorla bağladığı müqavilə və ya müvafiq icra hakimiyyəti orqanı ilə bağladığı təkrar müqavilə üzrə aldığı vəsaitlərin bölüşdürülməsini, istifadəsini və qaytarılmasını təmin etməlidir. Bu zaman əsas və təkrar borcalan cəlb olunmuş vəsaitin istifadəsi və qaytarılması (istifadəçiyə şamil olunmur), öz bank hesablarının vəziyyəti haqqında məlumatları və digər zəruri məlumatları müvafiq icra hakimiyyəti orqanına təqdim edir. Cəlb olunmuş vəsaitlərin vaxtında qaytarılmasını təmin etmək məqsədilə müvafiq icra hakimiyyəti orqanı bu qanunun 8.1-ci maddəsində göstərilən şəxslər barəsində Azərbaycan Respublikasının qanunvericiliyinə və onlarla bağlanmış müqavilələrə uyğun olaraq müvafiq tədbirlər görür. Göstərilən şəxslərin təşkilati-hüquqi forması dəyişdikdə, onlar yenidən təşkil edildikdə və ya ləğv olunduqda onların borc öhdəliklərinin yerinə yetirilməsi Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə tənzimlənir. Dövlət borcalmaları və ya dövlət zəmanəti ilə alınmış vəsaitlərdən istifadəyə nəzarəti müvafiq icra hakimiyyəti orqanı həyata keçirir.

 

Dövlət borcunun idarə edilməsi (public debt management) – dövlət tərəfindən uyğun borc mənbələrinin tapılması, cəlb edilmiş vəsaitlərin səmərəli istifadə olunması, borcun qaytarılması məqsədilə pul fondlarının səfərbər edilməsi və son nəticədə qaytarılmasından ibarət tədbirlər kompleksi. Dövlət borcu idarə edilərkən həmin borc prolonqasiyaya (müddətin uzadılması), konversiyaya (şərtlərin dəyişdirilməsi), konsolidasiya və limitləşdirməyə məruz qala bilər. Dövlət borcunun idarə olunması prosesində aşağıdakılar yerinə yetirilir: Azərbaycan Respublikasının dövlət borcalmalarının strategiyası hazırlanır; borc öhdəliyinin şərtləri, maliyyə bazarlarından vəsaitlərin cəlb edilməsi imkanları qiymətləndirilir; dövlət borcunun və dövlət zəmanətinin müvafiq il üçün dövlət büdcəsi haqqında Azərbaycan Respublikasının qanunu ilə müəyyənləşdirilmiş yuxarı hədlərinə (limitlərinə) əməl olunması təmin edilir; dövlət borcuna və dövlət zəmanəti üzrə yaranmış borca xidmət göstərilməsi və onların vaxtında qaytarılması təmin edilir; dövlət borcunun və dövlət zəmanəti üzrə yaranmış borcun strukturunu təkmilləşdirmək sahəsində zəruri tədbirlər görülür; dövlət borcunun təkrar maliyyələşdirilməsi və borc öhdəliklərinin təkrar strukturlaşdırılması əməliyyatları aparılır; dövlət borcu və dövlət zəmanəti ilə bağlı proseslərin qanunvericiliklə müəyyən edilmiş qaydada şəffaflığı təmin edilir.

 

Dövlət xarici borcu (public foreign debt) – dövlətin maliyyə öhdəlikləri zamanı ortaya çıxan, xarici mənbələrdən (xarici dövlətlərdən, xarici hüquqi şəxslərdən və beynəlxalq maliyyə təşkilatlarından) hökumətin adından və yaxud onun zəmanəti ilə cəlb edilmiş borcdur. Azərbaycanda beynəlxalq müqavilələr və mülki-hüquqi saziş əsasında həyata keçirilən dövlət xarici borclarının həyata keçirilməsi hüququ hökumətin səlahiyyətinə daxildir. Dövlət xarici borcunun yolverilən ölçüsü hər il dövlət büdcəsi haqqında qanunla tənzimlənir. Azərbaycan beynəlxalq maliyyə təşkilatlarından (Dünya Bankı, BVF, AYİB, İslam İnkişaf Bankı və s.) aşağı faizlə uzunmüddətli kreditlər alır. Hazırda Azərbaycanın dövlət xarici borcu 1,5 milyard ABŞ dollarından çoxdur. Azərbaycanın dövlət xarici borcları üç qrupda təsnifləşdirilir:

- bilavasitə hökumətə verilən kredit (G);

- hökumətə verilən və icraçıya ötürülən kredit (G/O);

- hökumət zəmanəti ilə təqdim edilən kredit (GG).

Hökumətə birbaşa verilən kreditlərə (G) BVF və DB-nin iqtisadi islahatların dəstəklənməsi üçün ayırdığı bütün kreditlər, İİB-in güzəştli şərtlərlə ayırdığı investisiya kreditləri, eləcə də DB-nin bu məqsədlə ayırdığı bəzi kreditlər, Özbəkistan, Türkmənistan və İsveçrə hökumətlərinə olan borclar daxildir. İkinci qrupa (G/O) Almaniya KfWnin, KTİBF-in, Yaponiya “Eksimbank”ının, İİB-in kommersiya şərtilə ayırdıqları kreditləri aid etmək olar. Nisbətən kiçik olan üçüncü qrupa (GG) Türkiyə və Amerika “Eksimbank”ları ilə, AYİB-lə, “Niçimen korporeyşin”lə və Britaniya Banklar Qrupu ilə imzalanmış layihələr daxildir.

Dövlət mülkiyyəti (public property) – xüsusi, yerli özünüidarəetmə mülkiyyəti ilə yanaşı mövcud olan, müəyyən iqtisadi obyektlər üzərində dövlətin sərəncamvermə, sahibolma və idarəetmə hüquqlarının məcmusunu əhatə edən mülkiyyət növü. Ölkənin bütün vətəndaşları eyni dərəcədə bu mülkiyyətin sahibləridir. Bunu dövləti təmsil edən orqan idarə edir. Ölkədə torpaq, yerin təki, sular və meşələr dövlətin müstəsna mülkiyyətidir. Sənayedə, tikintidə və kənd təsərrüfatında əsas istehsal vasitələri, nəqliyyat və rabitə vasitələri, dövlət bankları dövlət tərəfindən təşkil edilmiş ticarət və kommunal müəssisələrinin, başqa müəssisələrin əmlakı, şəhərlərin mənzil fondunun bir qismi, məktəblər, xəstəxanalar, eləcə də dövlətin vəzifələrinin həyata keçirilməsi üçün lazım olan başqa əmlak dövlət mülkiyyətidir.

 

Dövlət-özəl sektor əməkdaşlığı (public-private partnership) – dövlət agentlikləri ilə mənfəət güdən korporasiyalar arasında elə bir razılaşmadır ki, bütövlükdə cəmiyyətin və ya razılaşma tərəflərinin ümumi xidmətlərdən optimal yararlanması üçün bacarıqların və aktivlərin səfərbər edilməsinə imkan verir. Dövlət proqramı (state program) – ümumdövlət əhəmiyyətli sosial-iqtisadi, ekoloji, elmi-texniki istiqamətlərin inkişaf strategiyasını müəyyən edən sənəddir. Burada məqsədə çatmanın başlıca vəzifələri, bu vəzifələr çərçivəsində nəzərdə tutulan konkret tədbirlər, onların həyata keçirilməsi müddəti (başlanğıc və son) və icraçı subyektlər təsvir edilirlər. Dövlət proqramında nəzərdə tutulan tədbirlər layihələr şəklində reallaşdırılır. Məhz bu mərhələdə resurslardan istifadə və nəticəlilik məsələləri gündəmə gəlir. Dövlət proqramları adətən nazirliklər, komitələr, agentliklər və digər dövlət orqanları tərəfindən formalaşdırılsa da, texniki və informasiya təminatını istənilən mülkiyyət formasında olan təsərrüfat subyektlərinin iştirakı və dəstəyi ilə həyata keçirmək olar. Dövlət proqramları adətən 1-5 illik müddəti əhatə edir.

 

Dövlət satınalmaları (public procurement) – dövlət ehtiyaclarının ödənilməsi, habelə müxtəlif təyinatlı ehtiyatların yaradılması və artırılması üçün səlahiyyətli dövlət qurumları tərəfindən məhsulların (xidmətlərin, işlərin) sifarişlə əldə edilməsi və ödənilməsi sistemidir. Dövlət satınalmaları vasitəsilə zərurət olduqda strateji ehtiyatlar, xüsusilə neft və neft məhsullarının ehtiyatı, ərzaq ehtiyatı və s. yaradılır və genişləndirilir. İri məbləğlərlə ifadə olunan dövlət satınalmaları zamanı tender (müsabiqə) elan edilir.

Dövlət zəmanəti (government guarantee) – əsas borcalan öz öhdəliklərini yerinə yetirmədikdə onun zəmanət verilmiş öhdəliyi üzrə borcunun tam məbləğdə və ya qismən ödənilməsinə dair Azərbaycan Respublikasının öhdəliyi.

 

Dünya Bankı (World Bank) – dünyada qlobal iqtisadi inkişaf məqsədlərinə xidmət edən və maliyyə resurslarının bölgüsünü təmin edən ən böyük donor təşkilatlardan biri. Bankın əsas məqsədi kasıb ölkələrə struktur islahatlarının həyata keçirilməsində və yoxsulluğun azaldılmasında yardım göstərməkdir. Ayrı-ayrı ölkələrdə sabit və davamlı inkişafa nail olmaq üçün Dünya Bankı öz maliyyə resurslarından, yüksək ixtisaslı kadrlarından və biliklər bazasından istifadə edir. Dünya Bankı heç də klassik mənada bank deyil, ixtisaslaşmış agentlikdir. BMT tərəfindən yaradılan bu agentliyin hazırda 184 üzvü var. Həmin ölkələr bu qurumun fəaliyyətinə nəzarət edir. Dünya Bankı inkişaf etməkdə olan ölkələrə çox aşağı faiz dərəcəsi ilə və ya faizsiz uzunmüddətli kreditlər və qrantlar verir. Dünya Bankı Azərbaycan hökuməti ilə də struktur islahatlarının aparılması istiqamətində əməkdaşlıq edir. Dbnin strukturları: IBRD; IFC (International Finance Corporation); IDA (International Development Agency ); MIGA (Multinational Investment Guarantee Agency); ICSID (International Center for Settlement of Investment Disputes).

 

E

Ekspertiza (expertise) – nəzarət obyektində maliyyə məsələləri üzrə qərarların iqtisadi səmərəliliyini və hüquqi nəticələrini müəyyən etmək məqsədilə onların qəbul edilməsinin ilkin qiymətləndirilməsidir.

 

Ə

Əhalinin aztəminatlı təbəqələri (drags of society) – qanunvericiliklə müəyyən edilmiş minimum yaşayış səviyyəsində olan ailələr.

Əhalinin əsas sosial-demoqrafik qrupları (main social-demographic groups of society) – yaş-cins əlamətlərinə, sosial vəziyyətlərinə görə fərqlənən əhali qrupları (əmək qabiliyyətli əhali, pensiyaçılar, əlillər, uşaqlar və s.).

 

Əhalinin pul gəlirləri (income of population) – əhalinin dövlət və qeyridövlət müəssisə-təşkilatlardan və ictimai təşkilatlardan əməkhaqqı, mükafat, məzuniyyət xərclərindən əhaliyə daxil olan vəsait, kənd təsərrüfatı məhsullarının satışından və digər satış mənbələrindən daxilolmalar, habelə pensiya, müavinət, təqaüd, maliyyə sistemlərindən daxilolma qaydasında faktiki olaraq aldığı pul gəlirləridir. Bu zaman təkcə nağd pulla deyil, hətta nağdsız köçürmələrlə əhaliyə çatan pul daxilolmaları, habelə vergilərin və digər tədiyələrin ödənməsi üçün tutulan məbləğ də hesaba alınır. Əhalinin adambaşına orta pul gəlirlərinin ölçüsünə görə bölgüsü müəyyən intervallar üzrə adambaşına pul gəlirlərinin ölçüsünə görə əhalinin sayını (xüsusi çəkisini) və maddi vəziyyətinin ölçüsünə görə təbəqələşməsini səciyyələndirir. Əhalinin sərəncamında olan real gəlirləri istehlak qiymətlərinin dəyişməsi nəzərə alınmaqla şəxsi sərəncamda olan gəlirlərdir.

 

F

Faizlər (interest rates) – borc öhdəlikləri ilə bağlı olan hər hansı ödəmə, o cümlədən kreditlərin (ssudaların) və ya depozitlərin (hesabların) verilməsi üçün ödəmələr.

G

GRECO (The Group of States against Corruption) – 1999-cu ildə Avropa Şurası tərəfindən üzv ölkələrin təşkilatın antikorrupsiya standartlarına uyğunluğunu monitorinq etmək üçün yaradılanköməkçi təşkilat. GRECO-nun əsas məqsədi dinamik proses olan qarşılıqlı qiymətləndirmə və təzyiq yolu ilə üzv ölkələrin korrupsiya ilə mübarizə imkanlarını və iradəsini yüksəltməkdir. GRECO-ya üzvlük AŞ-yə üzvlüklə tam üst-üstə düşməyə bilər. GRECO-ya AŞ Baş katibi tərəfindən təyin edilən icraçı katib rəhbərlik edir və təşkilatın katibliyi Strasburq şəhərində yerləşir.

H

Hesablama Palatası (Chamber of Accountant) – ölkədə ali büdcəmaliyyə nəzarətini həyata keçirən dövləl orqanıdır. “Hesablama Palatası haqqında” Azərbaycan Respublikasının Qanunu 1999-cu ildə qəbul olunub və 2001-ci ildə ona müəyyən dəyişikliklər edilib. Qanuna müvafiq olaraq Hesablama Palatasının əsas funksiyaları əsasən bunlardır: dövlət büdcəsınin büdcədənkənar dövlət fondlarının təsisatlarının, büdcələrinin layihələrinə rəy vermək; dövlət büdcəsi və icmal büdcənin auditini aparmaq; dövlət əmlakının özəlləşdirilməsi və idarə olunmasından vəsaitlərin dövlət büdcəsinə daxil olmasının təmin edilməsinə nəzarəti həyata keçirmək; dövlət büdcəsinin, büdcədənkənar dövlət fondlarının büdcələrinin gəlir və xərc maddələrinin strukturu və təyinatı üzrə vaxtında icrasına nəzarəti həyata keçirmək; dövlət büdcəsinin icrası barədə Milli Məclisə rüblük məlumatlar hazırlamaq və illik icra hesabatı haqda müvafiq qanun layihələrinə rəy vermək; dövlət büdcəsindən maliyyələşmələrin təsdiq olunmuş büdcədə müəyyən edildiyi kimi aparılmasını təhlil edib kənarlaşmaların aradan qaldırılmasına nail olmaq və s. Nəzarət tədbirlərinin həyata keçirilməsinin nəticəsi olaraq Hesablama Palatası özünün yekun rəylərini hazırlayır və sonra Milli Məclisə təqdim edir.

 

Hesabatlılıq (accountability) – idarəetmə subyektinin yuxarı idarəetmə instansiyası və ya idarəetmə obyekti (məsələn, dövlət idarəçiliyində xalq) qarşısında mütəmadi olaraq öz fəaliyyətinin kəmiyyət və keyfiyyət parametrlərini bəyan etməsindən ibarət mexanizmlər toplusu. Bu siyasətin və ya fəaliyyətin öncədən proqnozlaşdırıla bilməsinə və icranın qiymətləndirilməsinə xidmət edir. Hal-hazırda kompaniyalar və ölkələr üçün hesabatlılığın qiymətləndirilməsini nəzərdə tutan hesabatlılıq reytinqi (accountability rating) işlənib hazırlanmışdır. Hesabatlılığın qiymətləndirilməsi zamanı strategiya, idarəetmə, cəlbetmə və təsir qiymətləndirilir.

 

“Holland xəstəliyi” (Dutch Disease) – ölkədə təbii xammal resurslarının genişmiqyaslı hasilatı və ixracı nəticəsində milli valyutanın bahalaşması ölkənin iqtisadi rəqabətqabiliyyətliliyini azaldır, idxalı stimullaşdırır, qeyri-ticari sektor məhsullarının (əsasən xidmətlərin) qiymətini daxili bazarda yüksəldir və deindustralizasiyaya səbəb olur. “Core model”inə əsasən, “holland xəstəliyi”nin mühüm göstəricisi və ya əlaməti sektorlar arasında istehsal resurslarının hərəkətidir. Termin Hollandiyanın Şimal dənizində qaz yataqlarını istifadəyə verməsi ilə yaranan situasiyadan sonra meydana çıxıb.

X

Xərc-fayda analizi (cost-benefit analysis) – investisiya layihəsinin bütün sosial və maliyyə xərc və faydalarının kompleks təhlili. Bu təhlilin xüsusi texnikaları (discounted cash flow, present and future value) investisiyanın faydalarının onun zərərlərini hansı müddətə və hansı şərtlərlə üstələyəcəyini aşkar edir. Xərc-fayda təhlili həm dövlət, həm də özəl investisiya layihələri üçün önəmlidir. Xərc-fayda analizi ictimai əmtəə istehsalının cəmiyyət üçün faydasının və xərclərinin müqayisəsidir.

 

Xərc-səmərəlilik analizi (cost-effectiveness analysis) – bir sıra alternativ xərclərdən mənfəət əldə etmək üçün ən ucuz başa gələnini müəyyənləşdirmək.

 

Xərclərin yekunu (total expenses) – istifadə istiqamətləri üzrə xərclərin və qaytarılmalar çıxılmaqla, kreditləşmənin məbləğləri daxildir.

 

Xırda korrupsiya (petty corruption) – xırda korrupsiya həm də bürokratik korrupsiya adlanır. Məmurların adamlarla birbaşa ünsiyyətdə olduğu yerlərdə yaranır. Xırda korrupsiya eyni zamanda “ehtiyacdan yaranan korrupsiya” kimi təsvir edilir. Korrupsiyanın son dərəcə aşağı ödənişli ailəsinin yaşayış və qida, uşaqlarının təhsil haqları üçün pula ehtiyacı olan gənc və orta yaşlı məmurlar tərəfindən törədilən formasıdır. Xırda korrupsiya cəmiyyətin kasıb təbəqəsinə pis təsir edir, belə ki, bu təbəqə ictimai xidmət sahələrində rüşvət verməyə məcbur olur.

I

İctimai əhəmiyyətli qurumlar (publicly important bodies) – kredit təşkilatları, sığorta şirkətləri, investisiya fondları, qeyri-dövlət (özəl) sosial fondları, qiymətli kağızları fond birjasında dövriyyədə olan hüquqi şəxslər və maliyyə hesabatlarının tərtibi tarixində müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi meyar göstəricilərinin (illik gəliri, hesabat ili ərzində işçilərin orta sayı və balansın yekun məbləği) ikisindən yuxarı olan göstəricilərə malik kommersiya təşkilatlarıdır.

 

İnformasiyaya çıxış (access to information) – informasiyaya giriş maraqlı tərəflərin (xalq, QHT, media və s.) dövlət informasiyasını əldə etməsi hüququna istinad edir. Bu hüquq beynəlxalq və milli qanunlarla qorunur, rəsmi sənədlərin aydın, hər hansı başqa istisnaların isə məhdud olmasını təklif edir. İnformasiyaya giriş vətəndaşlara dövlət məsuliyyətini artırır və korrupsiya imkanlarını azaldır.

 

İnfrastruktur (infrastructure) – əsas maddi istehsal sahələrinə, sənayeyə, k.t., tikintiyə, əhaliyə xidmət edən təsərrüfat sahələri (nəqliyyat, şose yolları, dəmiryol xətləri və su bərələri, kanal, liman, boru kəmərləri, anbar və s. tikililər, enerji və qaz təsərrüfatı, ticarət, maddi-texniki təchizat, rabitə və telekommunikasiya sistemləri, su təchizatı, kanalizasiya, ümumi və peşə təhsili, elmə və səhiyyəyə çəkilən xərclər və s.) kompleksi, məcmusu. Bunlara bəzən sabit sərmayələr də deyilir. Bu sahələrə bir çox hallarda təhsil, səhiyyə, kitabxana xidməti və s. sahələr də əlavə edilir. Təyinatından göründüyü kimi, infrastruktura qoyulan xərclər tezliklə qazanc gətirmir. Bu səbəbdən də həmin sahələrə sahibkarlar çox vaxt maya qoyuluşundan çəkinirlər. Odur ki, belə sahələri inkişaf etdirmək əsasən dövlətin üzərinə düşür. Öz imkanı olmadığı hallarda dövlət bu sahəni inkişaf etdirmək üçün çox zaman Dünya Bankından uzunmüddətli kreditlər alır. Xüsusilə əhali miqrasiyasının qarşısının alınması, yeni ərazilərin istifadəyə verilməsi ilə bağlı məsələlərin həllində infrastrukturun daha sürətli inkişafı planlaşdırılır. Ölkədə infrastruktur iki qrupa bölünür:

a) istehsal infrastrukturu (bu, bilavasitə maddi istehsal sahələrinə xidmət göstərir);

b) sosial infrastruktur (buraya ümumi və peşə təhsili və səhiyyə daxildir). İstehsal infrastrukturuna daxil olan sahələrin heç biri məhsul istehsal etmir, lakin istehsal prosesini bunlarsız davam etdirmək mümkün deyil. Yeni ərazilərin istifadə edilməsi, hər şeydən əvvəl, istehsal infrastrukturunun yaranmasını tələb edir. Sosial infrastruktur əhaliyə xidmət edən idarələr, qurğular sistemidir (məsələn, sərnişin nəqliyyatı, əhaliyə məişət xidməti idarələri və s.). İqtisadiyyatın inkişafının səmərəliliyi, əhalinin həyat şəraitinin yaxşılaşması bilavasitə infrastrukturun inkişaf səviyyəsindən asılıdır. Beləliklə, ölkədə iqtisadisosial inkişafın təmin edilməsində infrastruktur mühüm rol oynayır.

İri korrupsiya (grand corruption) – siyasi qərarın sonunun qısaca və dürüst ifadəsində baş verir. İri korrupsiyanı cəlb edən razılaşmaların məbləği bürokratik korrupsiyadan böyük olur. İri korrupsiya bəzən siyasi korrupsiyaya sinonim kimi işlədilir.

 

K

Kompensasiya (compensation) – əsas etibarilə sığorta hadisəsi baş verdikdə qorunan əmanətçilərə ödənilən pul vəsaitidir. Geniş mənada isə istənilən hadisə və proseslərin birbaşa və ya dolayı təsirinə məruz qalan insanlara və ya qruplara real və ya potensial zərərin ödənilməsi prosesidir. Bu mənada daha geniş istifadə edilən anlayış aztəminatlı sosial qrupların dəstəklənməsini nəzərdə tutan sosial kompensasiya anlayışıdır.

 

Kompensasiya rüsumları (compensation duties) – rəsmi qanunvericiliyə əsasən, kompensasiya rüsumları Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən malların istehsalı və ya ixracı zamanı birbaşa və dolayı subsidiyalardan istifadə olunduqda və belə bir idxal bu qəbildən olan malların yerli istehsalçılarına ziyan vurduqda və ya bu hal istisna edilmədikdə, Azərbaycan Respublikasında bu malların istehsalının təşkilinə və genişləndirilməsinə maneçilik törədildikdə tətbiq edilir.

 

Korrupsiya (corruption) – vəzifəli şəxslərin öz statusundan, təmsil etdiyi orqanın statusundan, vəzifə səlahiyyətlərindən və ya həmin status və səlahiyyətlərdən irəli gələn imkanlardan istifadə etməklə qanunsuz olaraq maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər əldə etməsi, habelə fiziki və hüquqi şəxslər tərəfindən qeyd edilən maddi və sair nemətlərin, imtiyazların və ya güzəştlərin qanunsuz olaraq vəzifəli şəxslərə təklif və ya vəd olunması və yaxud verilməsi yolu ilə həmin vəzifəli şəxslərin ələ alınmasıdır.

Kredit təşkilatı (credit organization) – bank, xarici bankın yerli filialı və ya bank olmayan kredit təşkilatıdır. Kredit təşkilatlarından olan kommersiya bankları tərəfindən müəssisələrə, təşkilatlara və əhaliyə verilən kreditlər isə qaytarılmaq, təcililik, təminatlılıq və öhdəçilik şərti ilə təsərrüfatlara və əhaliyə verilən pulun məbləğini göstərir.

 

L

LİBOR (Lindon Interbank Offered Rate) – London bankları tərəfindən təqdim edilən qısamüddətli kreditlər üzrə dərəcə. Əsasən bu kreditlər 3- 6 ayı əhatə edir. Bu dərəcə adətən beynəlxalq kredit münasibətlərində hesablanan faiz dərəcələri üçün baza kimi götürülür.

 

Lobbiçilik (lobbysm) – qanunvericilik orqanında qanunlar qəbul edilərkən və ya hökumət sifarişləri verilərkən prosesə müəyyən iri korporasiyaların və ya digər güc mərkəzlərinin xeyrinə təsir etmək məqsədilə formalaşdırılan xüsusi agentliklərin və ya qrupların fəaliyyəti.

 

Logistika (logistics) – istehsal, bölgü, mübadilə və istehlak sferalarında material resursları axınının səmərəli qaydada ən az xərclə çatdırılmasını təmin edə biləcək təsərrüfat fəaliyyətinin məcmusudur. Logistika materialların logistik (materialötürücü) sistemə daxil olduğu andan başlamış son satış prosesinə kimi material və informasiya axınının idarə edilməsi ilə məşğul olur, maddi-texniki təminatı həyata keçirir. İnformasiya axınının öyrənilməsi material axınının optimal variantda həyata keçirilməsi üçün zəruridir.

 

London klubu (London Club) – xarici borclarını ödəməkdə çətinlik çəkən ölkələrin başqa ölkələrin özəl maliyyə qurumlarından aldıqları borcların (özəl sektordan dövlətə borclar) restrukturizasiyasına (strukturunun yenidəntəşkili) aid görüşmələrin təşkil edildiyi rəsmi toplantı platforması.

 

M

Maliyyə hesabatlarının beynəlxalq standartları (international standarts of finacial reports) Mühasibat Uçotunun Beynəlxalq Standartlar Şurası tərəfindən işlənib hazırlanmış, qəbul və ya təsdiq olunmuş Mühasibat Uçotunun Beynəlxalq Standartları, Maliyyə Hesabatlarının Beynəlxalq Standartları və Şərhlər üzrə Daimi Komitəsinin şərhləri, habelə Maliyyə Hesabatları Şərhi üzrə Beynəlxalq Komitənin müvafiq şərhləridir.

 

Maliyyələşdirilmiş borc (funded debt) – ümumi mənada uzunmüddətli borca konvertasiya olunan qısamüddətli borcdur.

 

Mədən vergisi (royalty) – rəsmi qanunvericiliyə əsasən, ölkə qanunvericiliyində nəzərdə tutulmuş vergi növlərindən biridir və ölkə ərazisindəki və Xəzər dənizinin (gölünün) şelfindəki faydalı qazıntıların çıxarılmasına görə tutulur. Bu vergini yerin təkindən faydalı qazıntıları çıxaran fiziki şəxslər və müəssisələr ödəyirlər. Mədən vergisi hasilatçıdan yerin təkindəki faydalı qazıntını hasil etdiyinə görə tutulur. Ölkə ərazisində mövcud faydalı qazıntıların (məsələn, neft, qaz, filiz ehtiyatları və s.) çıxarılmasına görə mədən vergisi tətbiq olunur. Mədən vergisinin vergitutma bazası faydalı qazıntıların topdansatış qiymətidir.

 

Məşğulluq (employment) – ölkədə vətəndaşların, vətəndaşlığı olmayan şəxslərin və əcnəbilərin qanunvericiliyə zidd olmayan və bir qayda olaraq onlara gəlir gətirən hər hansı fəaliyyətidir. İş qüvvəsinə olan tələb və təklifin məcmusundan ibarət əmək bazarı eyni zamanda dövlətin məşğulluq siyasətinin təsirinə məruz qalmışdır. Dövlətin məşğulluq siyasətinin əsas istiqamətləri: heç bir kriteriya üzrə ayrıseçkilik etmədən vətəndaşlara əmək və məşğulluğu sərbəst seçmək hüququnun həyata keçirilməsində bərabər imkanların təmin edilməsi, vətəndaşların əmək və sahibkarlıq təşəbbüsünün müdafiə edilməsi, işçilərin sosial müdafiəsinin təmin edilməsi, əlavə iş yerləri açan işəgötürənlərin təşviqi (həvəsləndirilməsi), vakansiyalar haqqında operativ informasiya ötürülməsinin təşkili, tripartirmə nail olması və s.

 

Milli sərvət (national wealth) – hazırda cəmiyyətin sərəncamında olan yığılmış maddi nemətlər məcmusunu ifadə edir. İqtisadi təyinatına uyğun olaraq milli sərvətin elementləri aşağıdakı qruplara bölünür: əsas fondlar, maddi dövriyyə vəsaitləri, habelə əhalinin şəxsi əmlakı.

 

Minimum əməkhaqqı (minimum salary) – qanunvericiliklə ixtisassız əməyə və xidmətə görə aylıq əməkhaqqının ən aşağı səviyyəsini müəyyən edən sosial normativ.

 

Minimum istehlak səbəti (minimum life basket) – insanın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin elmi normalar əsasında müəyyən edilmiş toplusu.

 

Monitorinq (monitoring) – dövlət müəssisələrinin maliyyə-təsərrüfat fəaliyyətləri, həmçinin onların gəlir və xərc smetalarının icraları üzərində nəzarətin gücləndirilməsi və gəlirlərin artırılması üçün potensial imkanların müəyyən edilməsi, investisiyaların, hökumət zəmanəti ilə

və dövlət büdcəsindən verilmiş kreditlərin təyinatına xərclənməsinin öyrənilməsi məqsədilə həyata keçirilir.

O

Ouken qanunu (Okun’s law) – bu qanunauyğunluğa görə, əgər ölkədə işsizliyin faktiki səviyyəsi onun təbii səviyyəsini 1% keçərsə, onda ölkə potensial ÜDM-ə nisbətdə faktiki ÜDM-in 2-3%-ni itirir.

R

Royalti (royalty) – neft, qaz və digər təbii resursların mülkiyyət sahibi olan dövlətə həmin resursların satışından əldə edilən gəlirdən əvvəlcədən razılaşdırılmış faiz miqdarında ödəmədir. Azərbaycanın ən iri karbohidrogen ehtiyatlarının istismar layihəsi olan “Əsrin kontraktı”nda royalti nəzərdə tutulmayıb.

Rüşvətxorluq (bribery) – əvəzində nə isə etmək üçün kiməsə pul, xidmət təklif etməkdir. Rüşvətxorluq korrupsiyanın tərifidir. Rüşvət həm də mükafat, bəxşiş, pay, susmağa görə haqq, müavinət, yığnaq, şirnikləşdirici adlanır. Rüşvət beynəlxalq və milli hüquqa görə cinayətdir. Xarici rəsmilərin rüşvətxorluğuna qarşı OECD-in müvafiq konvensiyasına uyğun mübarizə aparılır. Rüşvətxorluq, rüşvət vermək, amerikan variantı (graft) – graft xüsusilə siyasi gücdən istifadə etməklə ləyaqətsiz pul əldə etməkdir. Graft – tərkibində tamahkarlıq elementi olan siyasi korrupsiyadır.

T

Tender (tender) – hər hansı bir işin, xidmətin ən səmərəli üsul və aşağı xərclə yerinə yetirilməsi üçün iddiaçılar arasından birinin və ya bir neçəsinin seçilərək həmin işin (xidmətin) müqavilə əsasında ona (onlara) həvalə edilməsi məqsədilə keçirilən müsabiqədir. İstehsal, alqısatqı, barter, lahiyələşdirmə, tikinti, təmir, bərpa, nəqliyyat daşımaları, faydalı qazıntı yataqlarının işlənməsi və yer təkindən istifadə, təbiətin mühafizəsi, xidmət göstərilməsi, icarə və digər məsələlərlə bağlı hər cür iş (xidmət) tender predmeti ola bilər. Tender keçirilməsi haqqında tender keçirən tərəfindən müvafiq qərar qəbul olunduqdan sonra aşağıdakı işlər görülür:

a) tender komissiyasının formalaşdırılması.

b) əsas şərtlər toplusunun hazırlanması.

c) tenderin formasının seçilməsi (açıq və ya qapalı).

ç) açıq tenderin elanı və ya qapalı tenderə dəvət.

Hər bir iddiaçı (bu status hüquqi şəxsin tender keçirənə iştirak haqqı adlanan pul vəsaitini ödəməsindən sonra əldə edilir) bir tenderə yalnız bir təklif verə bilər. Tender komissiyası ən əlverişli təklifin sahibini qalib elan edir. Tender yekun müqaviləsinin tender keçirən və tender qalibi və ya qalibləri tərəfindən imzalanması ilə bitir.

 

Torpaq islahatı (land reforms) – iqtisadi azadlıq və sosial ədalət prinsipləri əsasında torpaq üzərində yeni mülkiyyət münasibətlərini yaratmaq, bazar iqtisadiyyatını və sahibkarlıq təşəbbüsünü inkişaf etdirmək, ölkənin iqtisadi müstəqilliyinə, o cümlədən ərzaq təminatına nail olmaq və son nəticədə xalqın maddi rifahını yüksəltmək məqsədilə dövlət torpaqlarının müəyyən edilməsini, torpaqların xüsusi və bələdiyyə mülkiyyətinə verilməsini, mülkiyyətçilərin torpağa sahiblik, istifadə və sərəncam hüquqlarının təmin edilməsini əhatə edən tədbirlər kompleksi. Torpaq islahatının obyekti vahid torpaq fondudur. Müvafiq islahat zamanı vahid torpaq fondunda dövlət mülkiyyətində saxlanılan torpaqlar, bələdiyyə mülkiyyətinə verilən torpaqlar və xüsusi mülkiyyətə verilən torpaqlar müəyyən edilir. Torpaq islahatı aparılarkən aşağıdakı şərtlərə əməl edilir:

a) ərazinin təbii-coğrafi şəraitinin, əhalinin sıxlığının, torpaqdan istifadənin

yerli xüsusiyyətlərinin, torpaqların keyfiyyətinin nəzərə alınması;

b) torpaqların təyinatı üzrə istifadə edilməsi;

c) ətraf mühitin mühafizəsinin təmin edilməsi;

d) torpaq islahatının yer quruluşu layihələri əsasında aparılması.

Azərbaycanda torpaq islahatını Dövlət Aqrar İslahat Komissiyası həyata keçirir.

Torpaq kadastrı (land cadastre) – torpaq istifadəçiliyinin qeydiyyatı, torpaqların kəmiyyət və keyfiyyətcə uçotu, bonitirovkası və iqtisadi qiymətləndirilməsi üzrə məlumatların məcmusu.

 

Transfer (transfer) – elə əməliyyatlardır ki, bu zaman bir institusional vahid başqa bir institusional vahidə əvəzində heç nə almadan əmtəə, xidmət və yaxud aktivlər (maliyyə, yaxud qeyri-maliyyə) təqdim edir. Transferlər cari və kapital transferlərə ayrılır. Onlar pul və natura şəklində verilə bilər.

U

Uzunmüddətli kreditlər (longterm credits) – əsas fondların genişləndirilmiş təkrar istehsalına xərclənmək üçün müəssisə və təşkilatlara, habelə mənzil tikmək, təsərrüfat yaratmaq və başqa bu kimi məqsədlər üçün banklar tərəfindən əhaliyə verilir.

 

BMİ kreditləri hesabına maliyyələşən layihələrin QHT tərəfindən monitorinq imkanları

Layihə dövrü

BMİ fəaliyyət mexanizmlərini, həmçinin bu prosesə vətəndaş cəmiyyətinin təsir üsullarını başa düşmək üçün, BMİ layihələrinin hazırlanma və icra edilməsi mexanizmlərinə nəzər salmaq lazımdır. Layihənin təsdiq edilməsindən onun başa çatmasına qədər olan müxtəlif mərhələlərdə (bu mərhələlər ümumilikdə layihə dövrünü (LD) təşkil edir) vətəndaş cəmiyyətinin bu layihə haqqında məlumat almaq və layihənin həyata keçirilməsi prosesinə təsir imkanları mövcuddur. Aşağıda qeyd olunan təsvirdə layihənin nəticələrinə daha çox təsir etmək üçün Qeyri-hökumət-təşkilatlarının (QHT) LD-nün müxtəlif mərhələlərində məlumatların alınması üçün hansı fəaliyyətlərin həyata keçirilməsinin lazım olduğu göstərilir. Adətən BMİ qərarlarına LD ilkin mərhələlərində təsir etmək daha asan və bunun üçün imkanlar daha geniş olur. Layihələr həyata keçirilmə fazasına daxil olduqdan sonra onların strukrutunda dəyişikliklər etmək, daha çətin, layihənin dayandırılması isə demək olar ki, mümkünsüz olur. 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Layihə dövrünün addımları:

1-ci  addım: Layihənin müəyyən edilməsi

Bu mərhələdə Bank və layihənin nəzərdə tutulan icraçıları (yəni layihəni sifariş verən və icrasına  məsuliyyət daşıyan nazirliklər, komitə və digər qurumlar), krediti alan hökumət ilə məsləhətləşmələr aparılır. Məsləhətləşmələrin məqsədi mümkün layihə və proqramların müəyyən edilməsindən ibarət olur. Bu layihələr ölkə üzrə təsdiq edilmiş inkişaf strategiyası və ölkə proqramının prioritetlərinə uyğun gəlməlidir. Bundan əlavə bank gələcəkdə layihənin hazırlanmasına texniki dəstək  (LHTD) göstərmək istəyirsə, bu zaman layihənin həyata keçirilmə şəraitinin   müfəssəl öyrənilməsi üçün xüsusi komissiya yaradılır.

 

Müzakirə olunan layihə haqqında məlumat:

Bu mərhələdə müzakirə olunan layihə haqqında məlumatı BMİ-nın internet səhifələrindən əldə etmək olar. QHT-ları ilk növbədə nəzərdə tutulan LHTD proqramlarına xüsusi diqqət yetirməlidirlər. Çünki banklar tez-tez onlardan bu cür texniki dəstək almış layihələri maliyyələşdirirlər. Bu baxımdan LHTD proqramları haqqında informasiyaların alınması layihə dövrünün bu mərhələsində  əldə edilməsi mümkün olan çox mühüm informasiya hesab edilə bilər.

QHT bəyənilmiş və qəbul edilməmiş LHTD proqramları və layihələrin siyahını nəzərdən keçirməlidir. Təkliflər bölməsində hər hansı bir  layihə haqqında məlumatların olmamağı onunla izah edilir ki, LHTD proqramları əvvəlcədən qəbul edilmiş layihə isə hal hazırda həyata keçirilməkdədir.    

Nəzərdə tutulan layihələr və LHTD proqramları haqqında qısa məlumat (1-2 səhifədən ibarət xülasə) internet səhifəsində  yerləşdirilir. Gözlənilən layihələr haqqında məlumatları eyni zamanda  strategiya və ölkə proqramlarına edilən əlavə və dəyişikliklərdən əldə etmək mümkündür.

 

QHT-nın imkanları: Bankların internet səhifələrində hər hansı bir konkret layihə və LHTD proqramları üçün məsuliyyət daşıyan vəzifəli şəxslərin siyahısı və onların əlaqə məlumatları yerləşdirilir. Əgər siz maraqlı tərəf kimi layihə haqqında daha çox bilgi əldə etmək istəyirsinizsə bu şəxslə əlaqə saxlaya və ya ona yaza bilərsiniz. Əgər məsul şəxsin cavabları sizi qane etməzsə o zaman Bankın  Sizin regionda yerləşən bölməsinin rəhbərinə müraciət etmək olar. Cavab almadığınız təqdirdə siz eyni zamanda xarici əlaqələr xidmətindən (XƏX) müraciət edə bilərsiniz. XƏX informasiya sorğularına lazımi qaydada savab verilməsi üçün məsuliyyət daşıyır.

Qeyd olunan xülasədə eyni zamanda krediti alan hökumətin tərkibinə daxil olan icraçı bölmənin əlaqə məlumatları yerləşdirilir. QHT bu informasiyanı icraçıdan əlavə məlumat almaq və öz marağını bildirmək  üçün istifadə edə bilər.

Bankın prinsiplərinə əsasən layihədən mənfəətlər əldə edə, yaxud zərər çəkə biləcək şəxslər  LD-nün ilkin mərhələsində müəyyənləşdirilməlidir. Vətəndaş cəmiyyəti təmsilçiləri (QHT) ölkəyə aid olan layihələr  ilə tanış olmaq üçün bankın daimi nümayəndəliyi ilə əlaqə yaratmağa cəhd göstərə bilərlər.

 

2-ci addım: Layihənin hazırlanması

Bu mərhələdə kredit alan hökumət bankın nümayəndələri ilə birlikdə layihənin texniki hazırlığına rəhbərilk edir: hökumətin əsas vəzifəsi layihənin ətraf mühitə təsirlərini qiymətləndirməkdir. Ətraf mühitə ciddi və nəticələrinin aradan   qaldırılması mümkün olmayan zərərlər vurulduqda borc alan Ətraf mühitə təsirlərin qiymətləndirilməsi (ƏMTQ) sənədini təqdim etməlidir. Bu sənəddə ətraf mühitə gözlənilən təsirlər və onların aradan qaldırılması üçün görüləcək tədbirlərin nədən ibarət olacağı göstərilir. Əgər gözlənilən təsirlər o qədər də ciddi deyildirsə borc alan Ətraf mühitin ilkin  tədqiqatını (ƏMİT ) həyata keçirməlidir. Bu tədqiqatda ətraf mühit üçün təhlükələr nəzərdə keçirilsə də bu ƏMTQ sənədi kimi geniş sənəd deyildir.

Borçalan bankın köməyi ilə layihə nəticəsində cəmiyyətə dəyən zərərləri qiymətləndirməli və layihənin hansı müsbət və mənfi təsirləri olacağını qabaqcadan müəyyən etməlidir. Bu qiymətləndirmə  özündə köçürməyə məruz qalan, gəlir mənbələrinə təsirlərin qaçılmaz olduğu insanların sayını, həmçinin əhalinin təsirə məruz qalan həssas təbəqəsini (qadınlar, yerli əhali, etnik və dini azlıqları) əks etdirməlidir. Məlumatlar Cəmiyyətə təsirlərin ilkin qiymətləndirilməsi (CTQ) kimi təqdim edilir həmçinin sosial problemlərin həlli yolları göstərilir.

Vurula biləcək zərərlərin təbiətindən asılı olaraq bəzi layihələr borc alandan köçürmə planının (KP) hazırlanmasını tələb edə bilər. KP-da təsirlərə məruz qalmış əhalinin sayı, onların köçürüləcəyi yer, kompensasiyalar və s. haqqında məlumatlar öz əksini tapmalıdır. Bəzi layihələr yerli əhalin və icmaların inkişaf planının hazırlanmasını və bu planda layihə icrası nəticəsində yerli əhəliyə dəyə biləcək zərərlərin, onların yumşaldılması tədbirlərini, yerli əhaliyə ödəniləcək kompensasiyalar və yerli əhalinin istəklərinin təvir edilməsini tələb edir.

 

Kateqoriya  "A":  Ətraf mühitə əhəmiyyətli zərər vüra biləcək layihələr. ƏMTQ sənədi vacibdir.

Kateqoriya "B":  ətraf mühitə bəzi zəif təsirləri olan layihələr. Ətraf mühitin ilkin tədqiqatının keçirilməsi tələb edilir. Bu ƏMTQ həyata keçirilməsinin zəruriliyini müəyyən etmək üçündür. Əgər buna ehtiyac olmadığı aşkar edilərsə ilkin tədqiqatın nəticələri son nəticə kimi qəbul edilir.

Katqoriya "C": Ətraf mühitə mənfi təsirləri olmayan layihələr. Xüsusi sənədlər  (ƏMTQ və ya ƏMİT) tələb edilmir, lakin ətraf mühitin qorunmasının vacibliyi mütləq nəzərə alınır.

Kateqoriya "F":  Maliyyə və ya investisiya vasitəçiliyindən ibarət olan layihələr. Ətraf mühitə mənfi təsirlər gözləniləndirsə Maliyyə vasitəçisi ətraf mühitin idarə olunması sistemini yaradır.

 

Yuxarıda qeyd olunan sənədlərin hazırlanması üçün borc alan məsuliyyət daşıyır. Bank isə bu sənədlərin bankın öz siyasətləri ilə ziddiyyət təşkil etməməyini təmin etməlidir. Əksər hallarda banklar adıçəkilən sənədlərin hazırlanması və digər tələb olunan texniki hazırlıqları həyata keçirmək üçün LHTD proqramı formasında birbaşa yardımlar edir. Bu sənədlərin hazırlanması üçün isə məsləhətçiləri əsasən borc alan cəlb edir.                                                                                                   

 

Əlçatan məlumatlar

Hazırlıq mərhələsində borc alan ətraf və sosial mühitə dəyə biləcək mənfi təsirlər və bu təsirlərin yumşaldılması yollar və həyata keçirilə biləcək tədbirlər haqqında informasiyaları təqdim etməlidir. Bank siyasətlərinə görə  ƏMTQ, ƏMİT  sənədləri və KP təsirə məruz qalan tərəflərə təqdim edilməlidir. QHT sorğularına əsasən bu sənədlər onlara da təqdim olunmalıdır. Əlavə olaraq layihə platforması hazırlanarkən banklar internet səhifələrində layihə haqqında yerləşdirilmiş məlumatların yenilənməsi və edilən dəyişikliklərin burada əks olunması üçün məsuliyyət daşıyırlar.

 

QHT-nın imkanları :  Bank siyasətləri, ƏMTQ, ƏMİT sənədləri, KP, yerli icmaların inkişaf planları  hazırlanarkən layihənin icrası nəticəsində təsirlərə məruz qala biləcək qruplar, icmalar və şəxslərin dinlənilməsini və onların fikirlərinin öyrənilməsini tələb edir. Banklar həmçinin layihənin hazırlanması və reallaşdırılmasının bütün mərhələlərində ümumi inkişaf prosesinin əldə edilməsini təkid etməklə, borc alanın  üzərinə  yuxarıda qeyd olunan şəxslərin  layihə haqqında məlumatlandırılmasını və ilkin mərhələlərdə onların öz fikirlərini ifadə etməsi üçün imkanlar yaradılması öhdəliyini qoyur.

QHT layihə icraçısı və bank ilə əlaqə yaradaraq həyata keçirilmiş qiymətləndirilmələrin statusu ilə və onların həyata keçirilməsində iştirak yolları və üsulları haqqında məlumat ala bilər. Əgər bu proses artıq bitmişdirsə QHT qəbul edilmiş sənədlərin surətlərini tələb edə, bu sənədlər haqqında informasiya almaq üçün layihənin sifarişçisi və bank ilə qarşılıqlı əlaqə yarada bilər. Ətraf mühitə gözlənilən təsirlər və  zərərlərin  düzgün qiymətləndirilmədiyi halları aşkar edilərsə QHT bu haqda banka xəbərdarlıq etməlidir.

QHT borc alan hökumətin Ətraf və sosial mühitə təsirləri ilə bağlı fəaliyyətlərini müəyyən edən, siyasətlərinin bir neçə  əsas cəhətlərini, həmçinin hökumətin bankın qaydalarına riayət etməsinin vəziyyəti ilə tanış ola bilər. Bankların çərçivə siyasətləri və hesabatlılıq mexanizmləri üzrə rəhbər sənədləri QHT tanış olmalı olduğu bəzi əsas prinsipləri  özündə əks etdirir.

Əgər QHT-ları  hökumətin bu prinsiplərə riayət etmədiyi qənaətindədirsə o zaman, onlar bu haqda bank təmsilçilərinə məlumat Verimlədirlər. QHT pozulmuş  prinsipləri qeyd etmək və  yeri gəldikdə  bank siyasətlərinin hökumət tərəfindən riayət edilməyən ayrı-ayrı  müddəalarına istinad etməklə öz mövqelərini möhkəmləndirə bilər.

 

3-cü addım: Layihə dəyərinin müəyyən edilməsi

Layihə dəyərinin müəyyən edilməsi zamanı bank adətən səyyar komissiyaların köməyi ilə faktların toplanması və layihənin qiymətləndirilməsini aparır və bununla da layihənin həyata keçirilməsinin mümkünlüyünü yoxlayır. Bu cür tədqiqatlar zamanı bank layihənin texniki, maliyyə və iqtisadi aspektlərini ətraf və sosial mühitə gözlənilən təsirlərini qiymətləndirir. Layihənin bütün aspektlərinin yoxlanmasını, onların bankın rəhbər prinsip və siyasətlərinə uyğun gəlməsini təmin edilməsinin məsuliyyətini bank öz üzərinə götürür. Səyyar komissiyalar tərəfindən yığılan məlumatlar işçi heyət tərəfindən Prezidentə Məruzə və Resenziya (PMR)sənədi üçün eyni zamanda Kredit müqaviləsinin hazırlanması üçün istifadə edilir. Bankın xidməti personalı layihənin dəyərinin müəyyən edilməsi zamanı, bu layihənin təsirlərinə məruz qalan bütün tərəflər ilə məsləhətləşmələr aparmalıdır.

 

QHT-nın imkanları: Bu addım Bank tərəfindən layihənin maliyyələşdirməsi haqqında qərar qəbul edilməsinə mane olmaq üçün  edilməsinə təsir etmək üçün son imkan hesab edələ bilər. Çünki bu mərhələdə bank hələ borc alan –hökumət ilə Kredit müqaviləsi bağlamayıb və  layihəyə dəyişiklik edilməsi mümkündür.  Borc alan- hökumət və bank arasında bağlanan kredit müqaviləsi qanuni qüvvəyə mindikdən sonra  ona dəyişikliklərin edilməsi qeyri-mümkün olur. Kredit müqaviləsi  imzalandıqdan sonra  bank layihəyə yenidən baxaraq  öz planını dəyişərsə  bu artıq müqavilənin pozulması deməkdir. Bank buna ancaq fövqəladə vəziyyətlərdə gedə bilər. Əgər QHT-nın laiyhə ilə bağlı sualları varsa onlar bu məsələni layihənin icrasına məsuliyyət daşıyan Regional şöbənin rəhbəri ilə müzakirə edə bilər. QHT həmçinin yaranmış suallarını müvafiq məsələlər üzrə vitse-prezident və  ya bankın Prezidenti ilə müzakirə edə bilər. Yuxarıda qeyd olunduğu kimi QHT borc alan-hökumət tərifindən kredit almaq ehtimalının artırılması üçün bank siyasətlərinin pozulmasını göstərə bilər. Əgər QHT layihəni dəstəkləyirsə ancaq ona ətraf və sosial mühitə təsirlərin və risklərin azaldılması üçün  müəyyən dəyişikliklərin edilməsini zəruri hesab edirsə, o zaman  bankın xidməti peronalını məlumatlandırmalıdır ki, bu tövsiyələr PMR sənədində və Kredit müqaviləsində nəzərə alınsın.

 

4-cü addım: Kreditin verilməsi haqqında danışıqlar və rəhbərlik tərəfindən bəyənilmə

Bu mərhələdə bank tərəfindən təklif olunmuş kreditləşmə haqqında ilkin təkliflər iştirakçı-dövlətlər tərəfindən baxılır və hər iki tərəf arasında fikir mübadiləsi aparılır. Kreditləşmə haqqında razılıq əldə edildikdən sonra hökumət bank ilə danışıqlara başlayır. Hökumətlə danışıqlardan sonra PMR sənədinin son variantı Bankın direktorlar şurasının (idarə heyətinin) müzakirəsinə verilir. İdarə heyəti tərəfindən təsdiq edildikdən sonra PMR sənədi bəyənilmək üçün borc alan ölkənin-hökumətinə təqdim edilir. Sənəd  Hökumət tərəfindən qəbul edildikdən sonra Kredit müqaviləsi Bankın prezidenti və Hökumətin təmsilçisi tərəfindən imzalanır. Bu cür müqavilə borc alan hökumət və bank arasında bağlanmış qanuni müqavilə hesab edilir.

Əlçatan məlumatlar: PMR və Kredit müqaviləsi ancaq direktorlar şurasında qəbul edildikdən sonra ictimaiyyət üçün açıq olur.  

 

QHT-nın imkanları : Bu mərhələdə  layihə üzrə məsələlər birbaşa direktorlar şurası ilə müzakirə edilməlidir. Bu məsələlər haqqında QHT direktorlar şurasının layihənin müzakirəsinə həsr edilmiş yığıncağından əvvəl müraciət etməlidir. Əgər direktorlar şurası artıq layihəni təsdiq etmişdirsə, lakin QHT-nın layihənin sosial-ekoloji təsirləri haqqında  narahatlığı qalmaqda davam edirsə bu zaman onlar Bankın hesabatlılıq mexanizminə müvafiq olaraq şikayət verə bilərlər.  

 

5-ci addım: Layihənin həyata keçirilməsi

Kredit müqaviləsinə əsasən layihəni icraçısı qismində krediti alan hökumət çıxış edir. Layihənin həyata keçirilməsi müddəti bair qayda olaraq 2 ildən 5 ilə qədər davam etsədə, laiyhənin növu və təbiətindən çox asılıdır. Həyata keçirilməsi dövründə bank layihənin monitorinqinə məsuliyyət daşıyır ki, bu da borc alan tərəfindən kredit sazişi və bank siyasətlərinin pozulmamağı üçün bir təminat rolunu oynayır.   

İcraçı orqan öz tərəfindən layihənin ətraf mühitə və bu ərazidə yaşayan əhaliyə uzun müddətli mənfi təsirlərinin olmamağına təminat verir. Sosial-ekoloji qiymətləndirmələrdə nəzərə alınmayan zərərlərin vurulduğu təqdirdə borc alan bu təsirlərin yumşaldılması, nəticələrin aradan qaldırılması və zərərçəkmiş əhalinin itkilərinin kompensasiya edilməsi  üçün tədbirlər planı hazırlayaraq həyata keçirməlidir.

Əlçatan məlumatlar: Təəssüflər olsun ki, hal hazırda əksər banklar həyata keçirilmə mərhələsində layihənin statusu haqqında heç bir məlumatı açıqlamır.

 

QHT-nın imkanları: QHT layihənin icrası  üzərində müşahidə aparmaqla borc alan tərəfindən kredit müqaviləsində qeyd edilmiş öhdəliklərin yerinə yetirilməsini  yoxlaya bilər. Bununla da sosial-ekoloji risklərin azaldılması üçün tədbirlərin həyata keçirilib-keçirilməməyini müəyyənləşdirmək olar. Təcrübədə tez-tez borcalanın öz öhdəliklərinə əməl etməməyinə rast gəlinir. Bu cür hallarda QHT bankı məlumatlandırmalıdır. Bu zaman bank borc alandan öz öhdəliklərinin yerinə yetirilməsinə daha ciddi yanaşmağı tələb edə bilər. Əgər öhdəliklərin yerinə yetirilməsində çox ciddi çatışmazlıqlar aşkar edilərsə bankın direktorlar şurası kreditin ödənilməsini müvəqqəti olaraq dayandıra bilər. Bu daha çox kredit müqaviləsinə müvafiq olaraq edilməlidir və çox nadir hallarda baş verir. Buna baxmayaraq bank qarşısında məsələ və ya vəsatət qaldırmaq daha səmərəli variant hesab edilə bilər.

Əgər layihənin icrası zamanı QHT-nın  layihənin sosial-ekoloji təsirlərindən narahatlığı qalmaqda davam edirsə və hesab edir ki, təqdim edilən arqumentlər və faktlar bank tərəfindən lazımi səviyyədə başa düşülməmişdir, o zaman bankın Hesabatlılıq bölməsinə şikayət göndərilə bilər.

 

6-cı addım: layihənin başa çatması/qiymətləndirilməsi

Layihənin işlənməsindən sonra və onun praktiki Fazaya keçməsindən sonra bankın layihəyə üçün məsuliyyət daşıyan operativ bölməsi layihənin başa çatmasından sonra 12-24 ay müddətinə layihənin icrası haqqında hesabat hazırlayır.

Bankın əməliyyatların qiymətləndirilməsi bölməsi seçmə yolu ilə layihənin icrası haqqında xülasələri qiymətləndirir, bir neçə tematik və sahə hesabatlarını o cümlədən Layihənin İcrasının Təftişinin Nəticələri (LİTN) haqqında hesabat hazırlayır.

Bu hesabatda xülasənin qiymətləndirilməsi, layihənin yerinə yetirilməsi, onun iqtisadi, maliyyə və sosial mənfəətləri, ətraf və sosial mühitə zərərləri haqqında məlumatlar öz əksini tapır.

Hesabatlar layihənin bitməsindən təxminən 3 il, yaxud layihənin bitməsi haqqında idarə heyətinə hesabat verilməsindən sonrakı 2 il ərzində tərtib edilir.

 

Əlçatan məlumatlar: Layihələrin başa çatması haqqında hesabatlar layihələrin bitməsindən 1-2 il sonrakı müddətdə əlçatandır. Bu hesabatları nəşriyyat bölməsindən almaq olar. Layihənin icrasının təftişi haqqında hesabatlar və bu şöbənin digər hesabatları, ətraf mühitə təsirlərin qiymətləndirilməsi və qiymətləndirmə/yenidən qiymətləndirmə, KP-nın qiymətləndirilməsi və s. sənədlər bankın internet səhifəsində onlayn rejimdə əlçatan olmalıdır. 

 

QHT imkanları : Maraqlı təşkilatlar layihənin icra edilməsi haqqında hesabata  onun hazırlanması dövründə  əlavələr edə  bilərlər. Bunun üçün layihənin icrasına və təftişin nəticələri haqqında  hesabatın hazırlanmasına məsuliyyət daşıyan  bankın regional şöbəsi ilə əlaqə saxlanılmalıdır.

Digər qiymətləndirmə hesabatları üçün Əməliyyatların qiymətləndirilməsi bölməsinə müraciət etmək lazımdır.  

Əməliyyatların qiymətləndirilməsi bölməsi ilik iş planını hazırlayaraq bankın veb saytında yerləşdirir.

 

 

Beynəlxalq Maliyyə Qurumları (BMQ) tərəfindən verilmiş kreditlər hesabına  maliyyələşən layihələrin monitorinqinə dair Metodologiya

I. Fəaliyyətlər

Problemin aşkar edilməsi və fəaliyyət strategiyasının (metodologiyasının) seçilməsi

Dünya iqtisadiyyatına inteqrasiya etməkdə olan Azərbaycan Respublikası Beynəlxalq Maliyyə İnstitutları (BMİ) ilə sıx əməkdaşlıq edir. Son dövrlərdə ölkəyə iri həcmdə neft gəlirlərinin daxil olması ilə  yanaşı Azərbaycan planlaşdırılan bir sıra  infrastruktur layihələrin həyata keçirilməsi üçün (yol şəbəkəsinin inkişaf proqramları, şəhər su təsərrüfatı və kanalizasiya sistemlərinin yenidən qurulması, elektrik verilişi təsərrüfatının inkişaf etdirilməsi və s.) BMİ vəsaitlərini kredit şəklində cəlb edir. Bu kreditlər hesabına həyata keçirilən layihələr əhalinin həyat tərzinə bu və ya digər formada təsir etməkdədir.

Digər tərəfdən alınan kreditlərin qaytarılması yükü məhz əhalinin üzərinə düşür. Buna görə də kreditlərin xərclənməsi üzərində ictimai nəzarətin yaradılması çox vacib məsələdir. Lakin təəssüflə qeyd edirik ki, bu gün İctimaiyyətin BMİ  tərəfindən verilən kreditlərin necə sərf olunması, bu kreditlərin cəmiyyət həyatında hansı rol oynayacağı haqqında məlumatı çox azdır və bu da cəmiyyətdə  haqlı olaraq bir sıra  sualların yaranmasına səbəb olur

 

  • Həqiqətən də  hazırda  ölkəyə həcmdə  bu qədər kreditin  cəlb edilməsi vacibdirmi?
  • Alınan kreditlər gələcəkdə ölkə iqtisadiyyatın sabit inkişafına təhlükə törədə bilərmi?
  • Cəlb edilən beynəlxalq  kreditlər səmərəli istifadə olunurmu?
  • Cəmiyyət bu kreditlər hesabına reallaşdırılan layihələrin nəticələrindən bəhrələnə biləcəkdirmi?
  • Kredit şərtlərini səmərəli hesab etmək olarmı?
  • Bu kredit şərtləri  ədalətlidirmi (faizlər, qaytarma müddəti)?
  • Kreditlərin hesabına reallaşdırılan layihələr yoxsulluğun azaldılması və regionların inkişafına  necə təsir göstərir?
  • İctimaiyyət kreditlərin verilməsi üçün qərarların qəbul edilməsində necə iştirak etməlidir?
  • Kreditlərin verilməsi insan hüquq və azadlıqların, demokratik prinsiplərin inkişafına kömək edəcəkdirmi?
  • Bu kreditlərin hesabına reallaşdırılan layihələr ekoloji cəhətdən nə qədər təhlükəsizdir?
  • Layihələrin həyata keçirilməsi zamanı qanunvericilik, bank siyasətlərinə əməl olunurmu?

 

Təcrübə göstərir ki, cəmiyyət də bu suallara cavab tapılması çox sətindir. Layihələrin həyata keçirildiyi regionlarda əhalinin  yarana biləcək sosial və ekoloji təsirlər haqqında məlumatlılıq səviyyəsi çox aşağı olur. Planlaşdırılma dövründə yerli icmalar ilə müzakirələr demək olar ki, aparılmır və əhalinin qərarların qəbul edilməsində iştirakı yox dərəcəsindədir. Kreditlərin alınması, sərf olunması prosesləri əksər hallarda ictimai monitorinqlərdən  kənarda qalır ki, bu da şəffaflığın təmin olunmasına və ətraf sosial mühitə təsirlərin qiymətləndirilməsinə çətinlik yaradır. Kreditlərin sərf olunmasında şəffaflığın  və ictimai nəzarətin yaradılmasına mane olan əsas səbəblər kimi aşağıdakıları göstərmək olar.

  • Vətəndaş cəmiyyəti  institutları (QHT, KİV, yerli icmalar və s.) tərəfindən bu sahəyə  yetərincə diqqət ayrılmır.
  • İctimaiyyətdə  BMİ siyasətləri, kreditlərin verilməsi qaydaları, hökumət, BMİ-ları və layihələri reallaşdıracaq qurumların öhdəlikləri, fəaliyyət metodları haqqında məlumatları azdır.
  • Layihələrin həyata keçirilməsindən yarana biləcək mənfi təsirlərin aradan qaldırması üçün görülməli olan tədbirlər proqramı, şikayət vermə qaydaları və mexanizmləri haqqında məlumatları kifayət qədər deyildir.
  • İctimai nəzarətin həyata keçirilməsi üçün Vətəndaş cəmiyyəti  institutlarının təcrübəsinin, bilik və bacarıqları kifayət qədər deyildir.
  • QHT-larınin informasiya almaq, informasiya sorğusu vermək sahəsində səriştələri kifayət qədər deyildir.
  • BMİ tərəfindən həyata keçirilən fəaliyyətləri spesifikliyi eyni zamanda bu sahədə  xüsusi səriştəsi olan  kadr resurslarını tələb edir ki, bu da hələlik əksər  QHT-nın (xüsusilə də region QHT- ları) imkanları xaricindədir.

İştirak mexanizminin müəyyən edilməsi üçün ictimai təşkilatlar, BMİ-nın strukturları tərəfindən qəbul edilmiş ictimaiyyətin iştirak mexanizmini diqqətlə öyrənməli və hansı tədbirlərin görülməsini müəyyən etməlidirlər. Ümumiyyətlə, bütün BMİ-nın oxşar, cüzi fərqlənən ictimaiyyətin iştirak proseduraları vardır.

Bu kimi sualların müzakirəsində maraqlı olan ictimai strukturların birinci addımı verilmiş mövzunun müzakirəsində iştirak etmək istəyi haqqında müraciət etməkdir. Bu, müvafiq dövlət strukturlarına, yaxud beynəlxalq qurumlara müzakirədə iştirak etməkdə maraqlı olduqları barədə yazılı müraciət, yaxud müvafiq veb-saytda qeydiyyat ola bilər. Mütləq qeydiyyata nail olmaq və ərizəyə yazılı cavab almaq vacibdir.

Növbəti addım müzakirə olunan məsələlərə dair lazımi materialların əldə olunmasıdır. İlk növbədə bu, layihə haqqında, planlaşdırılmış iş həcmi, istifadə olunan texnologiya və avadanlıq barədə məlumatdır. Bütün bu məlumatlar açıqdır və ictimaiyyət üçün əlçatan olmalıdır. Məlumatları diqqətlə öyrənmək və lazım gələrsə, müvafiq mütəxəssislərlə konsultasiyalar aparmaq lazımdır.

Sonuncu addım ictimai dinləmələrdə iştirak və müzakirə edilən əsas məsələlər üzrə nəticənin hazırlanmasıdır.

 

2. Layihənin icrasının bütün mərhələlərində ictimai monitorinqin aparılması üçün əsas

İctimai nəzarətin mexanizmlərindən olan ictimai monitorinq ilk növbədə ictimaiyyətin planlaşdırılmış işlər barədə məlumatlandırılmasına, sosial və ekoloji təzminat tədbirlərinin tam və qəbul olunmuş norma və standartlara uyğun olaraq icra edilməsinin təmin edilməsinə yönəldilib. İctimai monitorinq bir çox hallarda yaranan problemlərin operativ həllinə və konfliktlərin dərinləşməməyinə yardım edir. Buna görə də monitorinq qarşılıqlı olaraq sərfəli mexanizmdir və bu, bir tərəfdən bütün maraqlı tərəflərin qarşılıqlı olaraq anlaşmasını, digər tərəfdən isə bütün vəzifələrin icrasını qarantiya edir.

Nəzərə almaq lazımdır ki, iri infrastruktur və inkişaf layihələrinin reallaşdırılması təhlükəsizlik texnikası və sağlamlığın qorunması  norma və qaydalarının diqqətlə gözlənilməsini tələb edir. Buna görə də sağlamlığın təmin olunması və icra olunan layihələrin təhlükəsizliyinin təmin olunması üçün bunlara çıxış qazanmaq istəyən bütün insanlara azad çıxış məhduddur. Buna görə də ictimai monitorinq iki metodologiyanın istifadəsi ilə aparıla bilər:

 

  • Müvafiq hökumət və icraedici qurumlar ilə (sifarişçi və icraedici şirkətlərlə) razılıq əldə olunduqda. Bu halda layihənin icrasının bütün mərhələlərinin irimiqyaslı ictimai monitoringi aparılır. Buraya daxildir: layihənin icra edilməsi, hazırlıq, tikinti-quraşdırma işləri, layihənin yekunlaşdırılması, bərpa-tamamlama, istismar fazasına hazırlıq, habelə ətraf mühitin mühafizəsi, sosial problemlərin həlli və müvafiq yerli infrastrukturun qorunmasına yönəldilmiş fəaliyyət;
  • İctimai monitorinqin müvafiq qurumların razılığı olmadan aparılması. Bu halda monitorinq proqramının planlaşdırılması zamanı tikinti zonasında obyektlərə çıxışın məhdud olması səbəbindən birbaşa monitorinqin aparılmasının qeyri-mümkün olmasını nəzərə almaq lazımdır. Buna görə də əsas cəhdlər tikinti zonasının birbaşa yaxınlığında yerləşən işçi heyətinin və yerli təşkilatların ictimai rəyinin öyrənilməsinə yönəldilməlidir. Bundan əlavə qeyd etmək lazımdır ki, daxili sənədləşmənin böyük hissəsi (daxili monitorinq və audit üzrə hesabatlar, icra olunan işlər üzrə hesabatlar) istifadə üçün əlçatmaz olacaq.

 

3. Monitorinq planının hazırlanması

 

Monitorinq proqramı layihənin mövcud rəsmi sənədləri əsasında hazırlanır, xüsusilə də:

 

  • Layihə üzrə Texniki-iqtisadi əsaslandırma (TİƏ), buraya mümkün alternativ variantlar da daxildir;
  • Ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ)

 

Monitorinq planının hazırlanmasından əvvəl qanunverici normativ materiallar və texniki-iqtisadi layihə sənədləşməsi diqqətlə öyrənilir, monitorinqin əsas istiqamətləri müəyyənləşdirilir. Monitorinq bir problemin öyrənilməsinə yönəldilə bilər, məsələn, münbit torpaq qatının qorunması və mühafizəsinə, tullantıların idarə edilməsi və ya biomüxtəlifliyin qorunması probleminə və s. Bu halda monitorinq planına verilmiş problem üçün daha əhəmiyyətli olan ƏMTQ –də planlaşdırılmış tələblər, bütün vəzifələr və ərazilər göstərilməklə konkret problemlər daxil olmalıdır.

Müvafiq qurumların razılığı olmadan aparılan monitorinqin proqramı ilk növbədə yerli təşkilatların və layihənin icrası zamanı mənafeləri toxunulan digər əhali qruplarının ictimai fikrinin öyrənilməsinə əsaslanır (əsas metodika-sosial sorğular və intervyulardır). İcraedici qurumlarla nail olunmuş razılıq əsasında aparılan monitorinqin proqramı isə layihənin icra qrafiki əsasında hazırlanır. Birinci halda monitorinq proqramı monitorinq qrupunun rəhbərləri tərəfindən təsdiqlənir, ikinci halda isə icraedici şirkətin müvafiq bölmələrinin rəhbərləri ilə razılaşdırılır. Uyğunlaşdırma zamanı seçilmiş ərazilərə baş çəkilməsi üçün konkret vaxt, hesabat sənədlərinin siyahısı müəyyənləşdirilir, şirkətin məsuliyyət daşıyan şəxsləri dəqiqləşdirilir və təhlükəsizlik texnikası üzrə treninqlərin aparılmasının qrafiki hazırlanır. Ancaq razılaşmadan sonra və monitorinq proqramının təsdiqlənməsindən sonra onun reallaşdırılmasının əsas mərhələsi başlanır.

 

Əlavə  fəaliyyət.                                                                                                           Qeyd 1. 

BMİ tərəfindən verilmiş kreditlər hesabına maliyyələşən layihələrin monitorinqinin aparılması iştirakçılardan müvafiq potensial və təcrübə tələb edir (peşəkar hazırlıq). Lakin bir çox ictimai təşkilatlar belə bir potensiala malik deyillər. Bu halda, aşağıdakı məsələləri əhatə edən treninqlər aparmaq məqsədəuyğundur:

  • Sənədləşmə və normativlərlə iş;
  • Monitorinqin metod və alətləri;
  • Sosial sorğu və müsahibələrin aparılması metodologiyası;
  • Sahə araşdırmalarının metodologiyası;

Monitorinqin iştirakçılarını məlumatlandırmaq lazımdır ki, ictimai monitorinq tənzimlənməyən yoxlanış deyil və onlar komissiya üzvləri deyillər, ictimaiyyətin təmsilçiləridirlər və onların əsas məqsədi ətraflı və etibarlı məlumat əldə etməkdir.

Əksər hallarda monitorinqin uğuru qarşılıqlı etibarın səviyyəsindən və əməkdaşlığa hazırlıq səviyyəsindən asılıdır.

 

4. Monitorinq planının reallaşdırılması

4.1.Monitorinqin istiqamətləri

4.1.1. BMİ layihə dövriyyəsi

4.1.2. BMİ siyasətləri və proseduraları

4.1.3. Sifarişçinin, podratçı və subpodratçının fəaliyyətləri

 

4.2. Hazırlıq mərhələsi. Monitorinq planının reallaşdırılması layihə barədə əsas məlumatları (BMİ və sifarişçi şirkət və podratçı şirkətin rəhbərliyi  tərəfindən təsdiqlənmiş istifadə olunan texnologiya və normaları, işin icrası qrafikini, kontrol strategiya və proseduralarını, daxili hesabatlılıq və monitorinq nəticələrini) özündə cəmləşdirən sənəd və materialların mənimsənilməsi ilə başlayır. Bu məlumat əsasında BMİ-nın, sifarişçi və podratçı şirkətin  cavabdeh nümayəndələrinin müsahibəsi üçün  suallar hazırlanır, sahə müşahidələri zamanı öyrəniləcək problemlər dəqiqləşdirilir. Alətlərə nəzarəti dəqiqləşdirmək onun icrasına qərar vermək lazımdır, çünki bəzi məsələlər xüsusi cihaz və avadanlıqların tətbiqini tələb edə bilər (məsələn, atmosfer havasının keyfiyyətinin öyrənilməsi xüsusi ekspress-analizaotların istifadəsi ilə aparıla bilər və s.). Bununla belə, nəzərə almaq lazımdır ki, alətlərin monitorinqi icraçı şirkətin müvafiq qurumları və hökumət orqanları tərəfindən aparılmalıdır və aparılır. Tələb olunan sənədlərin, instrumental məlumatların siyahısına müvafiq qurumlar tərəfindən aparılan müşahidələri daxil etmək məqsədəuyğundur. Bu mərhələdə həm də sosial sorğu üçün (əgər keçirilirsə) suallar hazırlanır, resipiyentlərin tərkibi, keçirilmə yeri və qrafik təsdiqlənir.

 

4.2.1. Monitorinq obyektinin müəyyənləşdirilməsi

 4.2.2 Monitorinq qrupunun formalaşdırılması

 4.2.3. Monitorinqin  plan-qrafikinin və büdcəsinin hazırlanması.

 4.2.4. Layihələrin təhlili

 

Vacib  potensial                                                                                                  Qeyd  2.                                                                                 

Monitorinq qrupunun formalaşdırılması zamanı iştirakçıların seçilməsinə xüsusi diqqət etmək lazımdır. Qrupa monitorinqi aparılan problemlər üzrə mütəxəssislərin daxil edilməsi (məsələn: çirklənmə üzrə mütəxəssis, hidroloq və ya torpaqşünas-aqrokimyaçı), yaxud belə mütəxəssislərin ekspert kimi cəlb edilməsi imkanını nəzərdən tutmaq məqsədəuyğun olardı.

Qrupun iştirakçılarının monitorinqin əsas metodologiyalarını və İSO – 14000, 20000 standartlarını (ekoloji audit standartları) bilmələri çox vacibdir, çünki bu, qrupun bütün iştirakçılarına eyni terminologiya və metodologiyadan istifadəsinə imkan yaradacaq. Bu məsələlərin kifayət qədər yaxşı mənimsənilməməyi təqdirində monitorinq proqramının icrasına başlamamışdan qabaq təlimlərin keçirilməsi məqsədəuyğundur.

 

4.3. Monitorinq qrupunun monitorinqə hazırlanması.

4.3.1. Monitorinq qrupunun üzvləri bundan əvvəl  müxtəlif qurumlar tərəfindən layihələrə ayrılmış kreditlərin istifadəsinin monitorinqi ilə bağlı layihələrdə iştirak etmiş  şəxslər arasından seçilir.

4.3.2. Monitorinq qrupunun üzvləri seçilərkən onların ixtisası, vətəndaş cəmiyyətinin həyata keçirdiyi layihələrdəki bilik və bacarıqları nəzərə alınır.

4.3.3. Monitorinq qrupu üzvlərinə seminar-treninqin keçirilməsi.

4.3.4. Monitorinq qrupu üzvlərinə təlimlər peşəkar trenerlər tərəfindən  keçirilir.

4.3.5. Təlim materialları aşağıdakı mövzuları əhatə edir:

  • BMİ-nın ölkə strategiyası, onların siyasətləri, proseduraları haqqında məlumatlandırma;
  • Monitorinqi aparılacaq layihələr barədə məlumatlandırma;
  • Monitorinqin yolları və üsulları;
  • Uğurlu beynəlxalq təcrübə barədə məlumatlandırma;

 

5. Monitorinqin aparılması

Monitorinqin aparılan zaman aşağıdakı işlər görülür:

  • sosial sorğunun keçirilməsi və onun nəticələrinin təhlili;
  • ərazidə vizual müşahidələr;
  • təzminat tədbirləri (proqram və layihələri) və şirkətin üzərinə götürdüyü bütün öhdəliklərinin yerinə yetirilməsi üzrə vəziyyətin öyrənilməsi;
  • monitorinq  hesabatının hazırlanması və icraedici şirkətin nümayəndələri ilə nəticələrin müzakirəsi;
  • nəşr üçün yekun hesabatın hazırlanması.

 

Monitorinq iştirakçıları işi qrafikə əsasən yerinə yetirirlər. Monitorinqin aparılması zamanı aşkar olunmuş bütün çatışmazlıqları və pozuntuları qeyd etmək lazımdır. Qeydiyyat üçün şəkil və video çəkilməsindən istifadə olunur. Aparılmış müsahibə və söhbətlər müvafiq şəkildə rəsmiləşdirilməli və iştirakçılar tərəfindən imzalanmalıdırlar.

 

Bir çox hallarda ərazilərdə vizual monitorinq zamanı şirkətin və ya müvafiq qurumların nümayəndələri bu və ya digər işlərin görülməsini təsdiqləyən sənədləri və ya keyfiyyət protokollarını təqdim edə bilmir. Bu halda bu məlumatın haradan, hansı qurumdan və kimdən əldə oluna biləcəyi haqqında məlumat əldə etmək lazımdır və onların əldə ediləcəyi vaxtı yerindəcə dəqiqləşdirmək lazımdır. Şirkətin nümayəndələri bu kimi məlumatları vermək istəmədikləri və ya verə bilmədikləri təqdirdə müvafiq vəzifəli şəxsdən yazılı şəkildə izahat almaq lazımdır.

 

5.1. Monitorinqin aktiv fazası:

 5.1.1. Monitorinq subyekti olan kredit layihələrin öyrənilməsi

               5.1.2. BMİ və layihələri reallaşdıran Dövlət qurumlarına informasiya sorğularının hazırlanması və göndərilməsi

5.1.3. BMİ, dövlət qurumlarının və podratçı təşkilatların layihə üzrə məsul şəxslərlə görüşlər.

5.1.4. Məlumatın toplanması və məlumat bazasının yaradılması:

  • BMİ, dovlət qurumlarının və podratçı təşkilatların layihəyə aid sənədlər
  • Tikinti proseslərinin ətraf və sosial mühitə təsiri üzrə

5.1.5. Layihələrin icra olunduğu sahələrə səfərlərdə vizual müşahidə və yerli əhali  ilə görüşlər.

5.1.6. Monitorinq zamanı toplanmış məlumatların və layihələrin icrası ilə əlaqədar sənədlərin BMİ siyasətlərinə və proseduralarına, qanunvericilik və normativ sənədlərlə uyğunluğunun, şəffaflıq ilə bağlı problemlərinin təhlili və ümumiləşdirilməsi

5.1.7. Yekun hesabatın hazırlanması və ictimai müzakirələrin təşkili

5.2. Layihələrin qiymətləndirilməsi üçün istifadə olunacaq göstəricilər

5.2.1. BMİ-in ölkə strategiyası;

5.2.2. BMİ-in siyasətləri və proseduraları;

5.2.3. Layihənin ƏSMQS, ətraf mühitə təsirlərin qiymətləndirilməsi üçün standartlar və ətraf 

          mühitə dair öhdəliklər;

5.2.4. Layihənin Texniki-İqtisadi Əsaslandırması;

5.2.5. Layihələrin dəyəri;

5.2.6. Podratçı  şirkətlər haqqında məlumatlar;

5.2.7. Podratçı şirkətlərin fəaliyyətinə nəzarət planları;

5.2.8. Layihə üzrə işlərin hansı mərhələdə olması barədə məlumatları;

5.2.9. Konstitusiya və yerli qanunlar;

5.3. Yekun hesabatın hazırlanması və ictimai maraqların müdafiəsi (lobbiçilik)

5.3.1. Yekun hesabat xüsusi formada hazırlanır. Hesabatda qrant layihəsi barədə məlumatlardan tutmuş əldə olunmuş məlumatlaradək detallar öz əksini tapır.

5.3.2. Yekun hesabatın layihəsi ilk növbədə monitorinqin subyektlərinə təqdim edilir. Əgər monitorinq edilən tərəfin hesabatla bağlı hər hansı iradları və ya tövsiyələri olsa, bunun müzakirə edilməlidir. Müzakirələr zamanı əldə edilmiş razılaşmalar əsasında Yekun Hesabata dəyişikliklər edilə bilər.

5.3.3. Hesabat strukturunun müəyyən edilməsi

5.3.4. Toplanmış materialların sistemləşdirilməsi  və kateqoriyalar üzrə təsnifatlaşdırılması

5.3.5. Hesabatın ilkin layihə variantının hazırlanması

5.3.6. Hesabatın ilkin variantının maraqlı tərəflərə göndərilməsi

5.3.7. Hesabatın ilkin variantının müzakirəsi

5.3.8. Təklif  və tövsiyələrin, iradların öyrənilməsi və son dəqiqləşdirmələrin aparılması

5.3.9. Hesabatın prezentasiyası

5.3.10. Yekun Hesabat Azərbaycan və ingilis dillərində nəşr olunur, maraqlı tərəflərə və ictimaiyyətə çatdırılır, internet resurslarında yerləşdirilir və ictimaai müzakirələrə çıxarılır

5.3.11. Yekun hesabatın təşkilatın veb saytında yerləşdirilməsi

5.3.12. Lobbiçilik fəaliyyətinin  həyata keçirilməsi

 

Monitorinq obyektlərinə səfərlər                                                                   Qeyd  3.

1.Regionlara səfərlər zamanı qarşı tərəfin məlumatlandırılması arzu olunandır. Müşahidələr aparılarkən monitorinqin subyektlərinin nümayəndələrinin iştirakına çalışmaq lazımdır. Bu ortaya çıxan sualların yerindəcə araşdırılmasına və monitorinqin nəticələrinin şübhə altına alınmamağı üçün vacibdir. Bununla belə qarşı tərəf əməkdaşlıqdan imtina     edirsə  və müşahidə prosesinə mane olursa və prosesə müdaxilə edirsə, səfərlər barədə  monitorinq      subyektlərinin məlumatlandırılmasına ehtiyac yoxdur.

2.Monitorinq qrupu səfərlərdə əvvəlcədən müəyyənləşdirilmiş məsələlərin araşdırılması üçün getməlidirlər. Onlar ilk növbədə məlumat qeyd forması üzrə məsələləri araşdırmağa çalışmalıdırlar;

3.Layihələrin keyfiyyət standartları üzrə araşdırmaları aparmaq üçün Monitorinq Qrupuna ixtisaslı mütəxəssis yardım göstərir.

  1. Monitorinq qrupu üzvləri hər bir məsələni yerindəcə qeydə almalıdırlar. Monitorinq qrupu üzvləri səfərlərdə layihəni icra edən qurumların əməkdaşları, işçiləri və ətrafda yaşayan sakinlərlə ünsiyyət qurmağa çalışmalı, konfliktlərdən çəkinməlidirlər.

Monitorinq zamanı istifadə ediləcək üsullar :                                                     

  • Kameral tədqiqatlar
  • İnformasiya sorğuları
  • BMİ və layihəni icra edən dövlət qurumlarının internet saytları
  • Layihələrin icrasının yerlərdə vizual müşahidəsi
  • Müşahidələrin aparılması
  • Foto və video materiallar
  • İnstrumental metodlar;

Müsahibələrin aparılması

Müsahibələrin: strukturlaşdırılmış  (əvvəlcədən hazırlanmış sual vərəqələri və təsadüfü verilmiş suallar əsasında)  və strukturlaşdırılmayan  müsahibələrin aparılması. Müsahibələr Layihələrin reallaşdırılması ilə məşğul olan qurumların nümayəndələri  ilə, layihələrin təsirinə məruz qalan ərazilərdə yaşayan əhali, yerli icra və bələdiyyə orqanları nümayəndələri ilə aparılacaq. Müsahibələr zamanı  layihələrin reallaşdırılmasında şəffaflığın necə təmin olunması, bu layihələrin ətraf və sosial mühitə müsbət və mənfi təsirlərinin aşkar edilməsi, mənfi təsirlərin aradan qaldırılması üçün görülən tədbirlərin səmərəliliyinin müəyyən edilməsinə  səy göstəriləcəkdir.

Müşahidələrin aparılması

Layihələrin həyata keçirildiyi ərazilərə sahə səfərləri həyata keçiriləcək. Bu səfərlər zamanı layihələrin necə icra olunma vəziyyəti və ətraf mühitə təsirlər, infrastruktura olan təsirlər müəyyən edilərək sənədləşdiriləcəkdir. Sahə səfərləri layihə icraçıları ilə razılaşdırılmaqla və onların iştirakı ilə həyata keçiriləcəkdir. Bu  toplanmış məlumatların obyektivliyini şübhə altına salınmamağı üçün çox vacibdir. Sahə səfərlərinə gedərkən monitorinq qrupu üzvləri məqsədlərini dəqiq müəyyənləşdirməlidir.

 Foto və video materiallar : Təsirlərin qeydə alınması və sənədləşdirilməsi üçün istifadə olunacaq  və toplanmış məlumatlarının obyektivliyini təsdiq etmək üçün tətbiq ediləcək.

Ölçmələr (xronometraj) : Bu üsul daha çox yerli infrastruktura təsirlərin aşkarlanması üçün       tətbiq ediləcəkdir.   

 

Hesabatda aşağıdakı bölmələr öz əksini tapmalıdır:                                          Qeyd 4.

Giriş (problemin qoyulması və ictimaiyyətin etirazı).

  1. Görülmüş işin və monitorinqin nəticələrinin qısa xülasəsi.
  2. Problemin və obyektin qısa xarakteristikası.
  3. Metodologiya.
  4. İştirakçılar (işçi qrupunun, potensialın və treninqlərin formalaşdırılması).
  5. Monitorinqin gedişatı zamanı istifadə olunan sənədlərin və materialların siyahısı.
  6. Sosial sorğunun nəticələri (əgər aparılıbsa).
  7. Monitorinqin prosesi zamanı aşkar olunan çatışmazlıqlar və pozuntular.
  8. BMİ-nın, sifarişçinin və podratçıların nümayəndələrinin şərhləri.
  9. Monitorinqin nəticələri (qiymətləndirmə).