NHMT - Azərbaycanda neft pullarının xərclənməsi xarici mətbuatın gözü ilə

Azərbaycanda neft pullarının xərclənməsi xarici mətbuatın gözü ilə

Son bir neçə ildə neft ixracından əldə edilən iri gəlirlərin Azərbaycana daxil olması və müxtəlif sahələrə yönəldilməsi nəinki ölkəmizdə, həm də onun hüdudlarında kənarda maraqla izlənilir və şərh edilir. Bunu xüsusən xarici mətbuat səhifələrinə nəzər salanda demək olur. Xarici mətbuat neft pullarınnı xərclənməsi kimi həssas bir məsələyə kifayət qədər diqqət ayırır. Qərb mediasının diqqətindən Bakının öz namizədliyini 2016-cı ilin yay olimpiya oyunlarına sahiblik etmək üçün irəli sürməsi yayınmayıb. Məlum olduğu kimi, hazırda Bakı Rio de Janeyro,Tokyo, Madrid, Praqa, Doha və Cikago ilə birlikdə 2016-cı ilin oyunlarını qəbul etmək uqrunda mübarizəyə baş qoşub. Adı çəkilkən şəhərlərdən sonunçunu təmsil edən Amerikanın “The Chicago Tribune” qəzeti rəqib Bakının olimpiya şanslarına həsr edilmiş geniş məqalə dərc edib. Qəzetin əməkdaşı Aleks Rodriges Azərbaycanın gənclər və idman naziri Azad Rəhimovla söhbətində olimpiadanı Bakıda keçirmək ideyasının necə yarandığı ilə marqalanır ve məlum olur ki, bu ideya prezident İlham Əliyevə məxsusdur. Məqalədə deyilir : “ Bakıda keçirilən güləş üzrə dünya çempionatını izləyən prezident İlham Əliyev yanında oturan nazirə deyib: “Niyə biz 2016-cı il olimpiya oyunlarını Bakıda keçirmək üçün müraciət etməyək?“. Və bundan sonra olimpiya ideyası öz təstiqini tapır. Lakin “The Chicago Tribune” Bakının iddiasana bir qədər skeptik yanaşır. Amerika nəşri yazır ki “ Bakıda ciddi infrastruktir çatışmazlıqları hökm sürür, Azərbaycan paytaxtı dünyanın ən çirkli şəhərləri arasındadır. Lakin Əliyevin komandası bütün bu problemləri neftin hesabına aradan qaldıracaqlarına arxayındır. Rəsmilər deyirlər ki, neft gəlirləri hesabına stadionlardan tutmuş yeni yollara və otellərə qədər bütün zəruri infrastruktur qurulacaq. Hökümt üzvləri deyiblər ki, olimpiya oyunlarını keçirməklə Azərbaycan Şərqlə Qərb arasında körpü olduğunu dünyaya göstərə bilər: “Bakının infrastruktur problemləri olduqca ciddidir, lakin məmurlar tikilməkdə olan körpüləri nümunə göstərirlər, Bakı dəniz limanının köçürülməsi planı haqda danışırlar. Məmurlar həmçinin Bakı aeroportunu da yenidən qurmaq və ora metro çəkmək haqda danışırlar. Lakin Beynəlxalq Olimpiya Komitəsinə təklifin detallarını təqdim etmək üçün cəmi bir həftə vaxt qalsa da, MOK rəhbərliyi Azərbaycanın idman yarışlarını harada keçirmək planları haqda söz açmır. Ancaq onu deyirlər ki, Azərbaycan 2016-cı il olimpiya oyunlarını keçirmək üçün bütün standartları yerinə yetirməyə hazırdır”. Müəllif deyir ki, Bakının küçələrini gəzəndə olimpiya oyunlarını bu şəhərdə keçirməyin vaxtının nə dərəcədə çatdığı haqda suallar yaranır. “Yolların və binaların ciddi təmirə ehtiyacı var, əhalinin az qala yarısı yoxsulluq həddində yaşayır. Korrupsiya baş alıb gedir, ölkə Dağlıq Qarabağda separatçılarla münaqişədə ilişib qalıb. “Doğrudur, bizim çoxlu neftimiz var, ancaq olimpiya oyunları keçirməzdən əvvəl həll ediləsi çoxlu problem də var” - deyə Bakıda 49 yaşlı polis əməkdaşı Rabil Fərəcov bildirib. “Olimpiya oyunları dünyada tanınmaq deməkdir, lakin bu, hələ prestij qazanmaq üçün ən yaxşı yol deyil. Əvvəlcə insanların həyat səviyyəsini qaldırmaq, infrastrukturu inkişaf etdirmək, yolları düzəltmək lazımdır. Yalnız bundan sonra siz olimpiya oyunlarını keçirmək hüququ qazanmaq haqda fikirləşə bilərsiniz” - deyə müəllif Aleks Rodrigez öz məqaləsində yazıb. Azərbaycan barədə digər geniş məqalə Almaniyanın “Berliner Caytunq” qəzetində işıq üzü görüb. Məqalənin qısa icmalını təqdim edirik . “Dünya siyasəti barədə bilikləri əsasən Ceym Bond barədə filmlərdən formalaşan şəxslər belə Azərbaycan barədə nə isə bilir.”Bütün dünya da azdır” filmində söhbət neft, qara kürü, korrupsiya, neft kəmərləri və terrorçular barədə gedir. Lakin SİTES təşkilatı ixracı yasaq edəndən sonra ölkə kürü satışından əvvəki gəlir əldə etmir. Amma neft kəməri- 100%-lik uğurdur. 90-çı illərdə Azərbaycan siyasətçiləri qərb paytaxtlarında bir o qədər də arzuolunan qonaqlar deyildilər. Lakin sonradan vəziyyət kökündən dəyişdi. Xəzər regionunda neftin ümumi ehtiyatları 100 mlrd. barrel həcmində qiymətəndirilir. Təbii qaz ehtiyatları də kifayət qədər böyüküdür. Bu ehtiyatlara yiyələnmək uqrunda mübaruzə çoxdandır ki gedir. Əsas oyunçular isə Amerika və Rusiyadır. Avropa isə bu mübarizəyə bir qədər geç qoşuldu. Ciddi problem qismində isə region ölkələrində demoktratiyanın qıtlığı qalır. İlham Əliyev Azərbaycanı atasından təhvil aldı və ölkədə demokratiya qıtlığı hiss olunur. Əvəllər bu, xarici sərmayadarlara bir o qədər də mane olmurdu. Lakin Ukrayna və Gürcüstanın nümunələri bu tipli idarəçilyinin nə dərəcədə qeyri-sabit olduğunu göstərdi. Məhz buna görə Əliyev Qərbə yalnız neft deyil, həm də iqtisadi şəffalıq və mülkiyyəti hüququ, habelə sərmayadarların hüquqlarının qorunmasına dair etibarlı təminatlar verməlidir. Yalnız bu təqdirdə Azərbaycan qərbin etibarlı starateji tərəfdaşı ola bilər. Hazırda Azərbaycanda neft dollarları hesabına ölkə infrastrukturu yenidən qurur. Yollar, körpülər, parklar, müxtəlif təyinatlı komplekslər Bakının simasını sürətlə dəyişir. Bu tendensiya müsbət dəyərləndirilsədə neft pullarının xərclənməsinin fəsadı da yox deyil. Söhbət inflyasiyadan gedir. Dövriyyəyə buraxılan neft dollarları Bakı dükanlarında qiymətlərinin yüksəlişini stimullaşdran əsas amilə çevirlib. Bu hal isə tənqidlərə səbəb olur”. Azərbaycanda neft gəlirlərinbu və ya digər sahəyə yatırılması xarici müttəxəsilər təfindən müxtəlif cür qarşlanır və şərh edilir. Bəzilər düşünür ki, artıq ölkədə holland sindromu deyilən iqtisadi inkişaf fəsadının simptomları nəzərə çarpır. Xatırladaq ki, holland sindromu deyəndə ilk əvvəl enerji daşıyıcılarının ixracından əldə edilən gəlirlərin artması nəticəsində iqtisadiyyatın sənayəsizləşdirməsi nəzərdə tutulur. Bu fəsadən digər əlaməti yerli istehsallı malların bahalaşması və dünya bazarında rəqabət qabiliyyətini itirməsidir. Yəni ölkə iqtisadiyatının müxtəlif sektorlarında kontrast yaranır və kənd təsarüfatı və emal sənayəsi böhranla üzləşir. Eyni zamanda ölkə iqtisadiyyatının neft sənayəsindən ifrat assıllığı meydana çıxır. Bu isə öz növbəsində gələcəkdə davamlı inkişafı təhlükə altına alan bir amilə çevrilir. Amerikanın Kaliforniya Universitetinin siyasi məsələlər üzrə araşdırmaçısı Andrea Herşman holland sindromunun siyasi mənbələri barədə elmi işin müəllifidir. Xanım Herşan bu yaxınlarda Bakıda problemlər baqlı məruzə etmiş və BBC-yə müsahibə vermişdi. Amerikalı araşdırmaçı deyir ki, 2007-ci il Azərbaycanda yüksək inflyasiya ilı kimi yadda qaldı. Bundan savayı, kənd təsarüfatının və emal sənayəinin bir qədər tənəzzüllə üzləşdikərini söyləmək olar. Bununla belə Azərbaycan bu tendensiyanın inkişafını əngəlməyə çalışır və bəzən buna nail də olur. Holland sindromunun siyasi köklərinə gəlincə Herşman qeyd edir ki, burada əsas amillərdən biri də seçkilərdir. ”Hətta ən inkişaf etmiş ölkələrdə siyasi mərhələ büdcəsi deyilən bir anlayış var. Seçkilər ərəfəsində və seçki gedişində hökümət öz reytinqini qaldırmaq və seçicilərin səslərinə yiyələnmək üçün müxtəlif layihə və proqramlara böyük pullar ayrır. Elə Azərbaycanda də biz bəzən bu cür siyasətin əlamətlərinin şahidi ola bilirik. Elə götürək iri və bahalı infrastruktur layihələrini, yolların və körpülərin inşasını ”. “Bəs onda holland sindromu və onun siyasi mənbələrini aradan qaldırmaq mümkündürmü? “ sualına isə Amerikaləı müttəxəsis belə cavab verir. “ Əlbəttə mümkündür. Söhbət Norveç təcrübəsindən gedir. Bir çox siyasi araşdırmaçı burada bir-birini tənzimləyən və balanslaşdıran siyasi institutların mövcudluğunu zəruri hesab edir. Hesab olunur ki, bu faktor holland sindromunun siyasi köklərini sarsıda bilər. Bu mənada Azərbaycanda icraedici və qanunverici hakimiyyət arasında bir bölgü olamalıdır və sonuncu icra strukturuna müəyyən nəzarətə də malik olmalıdır”. Azərbaycanda neft pullarının xərclənməsi barədə digər bir məqalə Kanadanın ”The Christian Science Monitor” dərgisində işıq üzü görüb. ” Azərbaycan nefti: ziddiyyətli xeyir-dua” adlı məqalədə bildirilir ki, “yaxın 20 il ərzində ölkəyə 160 mlrd. dolların daxil olaçağı bir şəraitdə Azərbayanda hər kəsin ağlında bu pulların hara gedəcəyi və nəyə sərf ediləcəyi sualı dolaşır”. Yazı müəllifi yazır ki, neft pullarının təsiri ilk növbədə paytaxt Bakıda hiss olunur,.”Burada göydələnlər və müasir alman avtomobilləri köhnə sovet binalarını və Ladaları sıxışdırır. Lakin əyalətdə həyat barədə bunu demək mümkün deyil”. Nəşr xatırladır ki, Azərbaycan höküməti Britaniyanın təşəbbüskarı olduğu Mədən sənayəsində şəffaflıq təşəbbüsnü imzlayıb. Bu sənəd isə müstəql audit və neft gəlirlərinin bəyannaməsini ehtiva edir. Lakin Transparency İnternational təşkilatının nümayəndəsi Rəna Səfərəliyeva deyir ki, korrupsiyanı satsıtmaq üçün ölkə hələ çox iş görməlidir. Rövşən Abdullayev