NHMT - Neftçilərin Hüquqlarını Müdafiə Komitəsi təqdim edir: RİÇARD MAKİ

Neftçilərin Hüquqlarını Müdafiə Komitəsi təqdim edir: RİÇARD MAKİ

Cənab Maki insan hüquqlarını o qədər tapdaladı ki,ayaqqabısı cırıldı. Bəlkə, o geriyə, vətəninə qayıtsın? 2004-cü il ərzində komitəyə daxil olmuş məlumatları(yerlərdə fəaliyyət göstərən üzvləri tərəfindən hazırlanmış məlumat,ərizə ,KİV əsasında toplanmış və işçilərin nümayəndələri ilə görüşdən alınan məlumatlar) araşdırmış,təhlil etmişdir .Təhlildə məqsəd Azərbaycanda fəaliyyət göstərən xarici şirkətləri, qanunlarımıza və vətəndaşlarımıza hörmətlə yanaşmağı anlatmaqdır.Məhz qanunlarımızı pozan bu cənablara qarşı Azərbaycan Əmək məcəlləsinin(AƏM) 313-cü maddəsi(Əmək qanunvericiliyini pozanlara qarşı cinayət məsuliyyəti)tətbiq olunmadığı üçün onlar,daha çox yazılmamış qanunlardan istifadə etməyə çalışırlır( güclülər qanunu) Əmək və Sosial Müdafiə Nazirliyinin,Əmək Müfəttişliyinin biganəliyi ,ölkədə mövcud həmkarlar təşkilatının müstəqil olmaması və onun təsir rıçaqının olmaması işçilərin tam müdafiəsiz qalmasına səbəb olub.İşçilərə isə öz həmkarlar təşkilatının yaradılmasına isə işəgötürən tərəfindən qeyri-rəsmi qadağa qoyulub. Aparılan araşdırmaların nəticəsi olaraq Neftçilərin Hüquqlarını Müdafiə Komitəsi; BOSS-Şelf şirkətini ilin -Azərbaycan Əmək Məcəlləsini ,İnsan Hüquqları Bəyannamısini,Azərbaycan Konstitutsiyasını, Həmkarlar Təşkilatı haqqında qanunu ən çox pozan şirkət , onun prezidenti Riçard Makini isə insan hüquqlarını pozan işəgötürən elan etmişdir. İnsan hüquqlarını tapdaladığına görə Riçard Maki Komitənin təsis etdiyi “cırıq ayaqqabı” mükafatına layiq görülmüşdür.